Məhkəmə qərarları › İş №2-2(103)-688/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-688/2023

06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-688/2023 06.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-98/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddiaçı və cavabdeh arasında xx.xx.2018-ci il tarixində bağlanmış Ofis icarəsi müqaviləsinin ləğv edilməsi, iddiaçı və cavabdeh arasında xx.xx.2018ci il tarixində bağlanmış Ofis icarəsinə dair müqaviləyə əsasən, cavabdehdən ödənilməmiş icarə haqqı üzrə 14.479,83 manat məbləğində əsas, 2606,37 manat məbləğində ƏDV və 1.700,00 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 18.786,20 manat məbləğində pulun və 200 manat məbləğində mediasiya xərclərinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçınə qarşı cavabdeh tərəfindən icarə obyektində saxlanılaraq mülkiyyət hüquqlarının məhdudlaşdırıldığı əmlak üzərindəki hüquqlarının bərpa edilməsi və Caspian Plaza İ-ın 2-ci mərtəbəsində yerləşən sahəsi 20 kv.m olan icarə obyektində saxlanılmış əmlakın iddiaçıya geri qaytarılması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-98/2023 nömrəli qətnaməsi ilə qarşılılı iddia rədd edilmiş, ilk iddia qismən təmin edilərək İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixində bağlanmış Ofis icarəsi müqaviləsi ləğv edilmiş, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixində bağlanmış Ofis icarəsinə dair müqaviləyə əsasən, ödənilməmiş icarə haqqı üzrə 3979,83 manat məbləğində əsas, 716,37 manat məbləğində ƏDV, 230 manat məbləğində cərimə, cəmi 4926,2 manat məbləğində pul və mediasiya xərcinə görə 92,02 manat Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. İlk iddia üzrə Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-98/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində müəyyən edilir. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə dövlət rüsumu bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində müəyyən edilir. Mülki Prosessual Məcəllənin 112.1.1-ci maddəsinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə ilk iddia üzrə iddiaçının cavabdehdən tələb etdiyi məbləğ 18.786,20 manat olduğundan apellyasiya şikayəti verilərkən iddia ərizəsi verilən zaman ödənilməli olan 146 manat 36 qəpik dövlət rüsumunun 50 faizi, yəni 73 manat 18 qəpik məbləğində dövlət rüsumu ödənilməli idi. İşdən görünür ki, ilk iddia üzrə cavabdeh apellyasiya şikayəti verərkən cəmi 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissəhissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-98/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-98/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti və əlavə edilmiş sənədlər Cavabdeh qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar