Məhkəmə qərarları › İş №2-2(103)-688/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-688/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-688/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanovun və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “əşyanın geri qaytarılması” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-871/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “əşyanın geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus Bakı şəhəri, Ziya Bünyadov prospekti, 71C ünvanında yerləşən daşınmaz əmlakda iddiaçı tərəfindən dəyəri ödənilmiş və quraşdırılmış şüşə arakəsmələrin iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehə məxsus Bakı şəhəri, Ziya Bünyadov prospekti, 71C ünvanında yerləşən daşınmaz əmlakda iddiaçı tərəfindən dəyəri ödənilmiş və quraşdırılmış şüşə arakəsmələrin və ya dəyəri 3318 manat pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-871/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh MMC-yə məxsus Bakı şəhəri, Ziya Bünyadov prospekti, 71C ünvanında yerləşən daşınmaz əmlakda İddiaçı MMC-yə məxsus ümumi dəyəri 3318 manat olan şüşə arakəsmələrin İddiaçı MMC-yə qaytarılması öhdəliyi Cavabdeh MMC-yə həvalə edilməsi, iş üzrə ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumu Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Kommersiya işi apellyasiya məhkəməsinə daxil olduqdan sonra xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-nin direktoru Xəyalə Cavadova tərəfindən elektron kabinet vasitəsilə məhkəməyə şikayətdən imtina və icraata xitam verilməsi barədə ərizə təqdim edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina olunduğu üçün apellyasiyanın mümkünlüyü üçün əsaslar aradan qalxdığına görə qətnamədən verilən apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinin tələblərini rəhbər tutaraq kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayətdən imtina barədə cavabdehin ərizəsi təmin edilsin. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “əşyanın geri qaytarılması” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-871/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar