Məhkəmə qərarları › İş №2-2(103)-688/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-688/2025

18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-688/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X7 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 06 may 2025-ci il tarixli, e-2-2(113)-86/2025 nömrəli qərardadından qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh9 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. İş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki ilk icraat

1. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh8, Cavabdeh2, Cavabdeh4,Cavabdeh11 MMC-dən, Cavabdeh7, Cavabdeh3, Cavabdeh10 müştərək qaydada iddiaçı "xxxx" QSCnin хеyrinə 05R000008233 saylı krеdit razılaşması üzrə 461923.77 ABŞ Dolları krеdit bоrcu, 237235.21 ABŞ Dolları faiz bоrcu, 48249.96 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 747408.94 ABŞ Dolları, 05R000010767 saylı krеdit razılaşması üzrə 877893.95 ABŞ Dolları krеdit bоrcu, 411503.46 ABŞ Dolları faiz bоrcu, 88998.90 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 1378396.31 ABŞ Dolları, - 005R********** saylı krеdit razılaşması üzrə 11252.25 ABŞ Dolları krеdit bоrcu, 118714.81 ABŞ Dolları faiz borcu, 22826.71 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 152793.77 ABŞ Dolları, 005R********** saylı krеdit razılaşması üzrə 227577.94 ABŞ Dolları krеdit bоrcu, 135812.82 ABŞ Dolları faiz bоrcu, 35341.94 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 398732.70 ABŞ Dolları, 4 (dörd) kredit razılaşması üzrə ümumilikdə cəmi 2 677 331 (iki milyon altı yüz yetmiş yeddi min üç yüz otuz bir) ABŞ Dolları 72 sent məbləğində borcun, Bununla yanaşı cavabdеhlər Cavabdeh8, Cavabdeh1 və Cavabdeh9 müştərək qaydada 005R********** saylı krеdit razılaşması üzrə 11252.25 ABŞ Dolları krеdit bоrcu, 118714.81 ABŞ Dolları faiz borcu, 22826.71 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 152793 (yüz əlli iki min yeddi yüz doxsan üç) ABŞ Dolları 77 sent məbləğində borcun tutulması, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 2666 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 400 manat ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 180 manat rüsum və 546 manat xidmət haqqının borclulardan müştərək qaydada "xxxx" QSC-nin xeyrinə tutulması, Tələbin aşağıda qeyd olunmuş 12 ədəd ipoteka predmeti olan əmlaklara; Cavabdeh4 məxsus və "xxxx" QSC qarşısında ipoteka ilə yüklü edilmiş Lerik rayonu, Hamarmeşə kəndində yerləşən 0.5 ha torpaq sahəsinə, Cavabdeh4 məxsus və "xxxx" QSC qarşısında ipoteka ilə yüklü edilmiş Lerik rayonu, Hamarmeşə kəndində yerləşən 2.0 ha torpaq sahəsinə, Cavabdeh4 məxsus və "xxxx" QSC qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi 2381-ci məhəllədə yerləşən 0.06 ha torpaq sahəsinə, (qeydiyyat nömrəsi **********) Cavabdeh4 məxsus və "xxxx" QSC qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi 2381-ci məhəllədə yerləşən 0.06 ha torpaq sahəsinə, (qeydiyyat nömrəsi **********) Cavabdeh4 məxsus və "xxxx" QSC qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Məmmədov küçəsi 0.24 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 56 nömrəli fərdi yaşayış evinə, Cavabdeh7 məxsus və "xxxx" QSC qarşısında ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Saray qəsəbəsi, Ş.İ.Xətai küçəsində 0.6285 ha torpaq sahəsi və üzərində yerləşən istehsal təyinatlı 1678 m ümumi sahədən ibarət 21 nömrəli əmlak kompleksi kimi müəssisəyə, Cavabdeh7 məxsus və "xxxx" QSC qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Mahmud İbrahimov küçəsində 0.01849 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 292.6 m ümumi sahəli 5A nömrəli fərdi yaşayış evinə, Cavabdeh1 məxsus və "xxxx" QSC qarşısında ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.12 ha torpaq sahəsindən ibarət 5097 saylı bağ sahəsinə, Cavabdeh1 məxsus və "xxxx" QSC qarşısında ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.2178 ha torpaq sahəsindən ibarət 4670 A saylı bağ sahəsinə, Cavabdeh1 məxsus və "xxxx" QSC qarşısında ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.118 ha torpaq sahəsindən ibarət B-3788 saylı bağ sahəsinə, Cavabdeh9 məxsus və "xxxx" QSC qarşısında ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.12894 ha torpaq sahəsindən ibarət 5099 saylı bağ sahəsinə, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 520-ci məhəllədə 0.04018 ha torpaq sahəsində yerləşən 3a saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 2 677 331 (iki milyon altı yüz yetmiş yeddi min üç yüz otuz bir) ABŞ Dolları 72 sent məbləğində borcun tutulması, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 2666 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 400 manat, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 180 manat rüsum və 546 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, Hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh8, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4,Cavabdeh11 MMC-dən, Cavabdeh7, Cavabdeh3, Cavabdeh10 və Cavabdeh9 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, Lerik rayonu, Hamarmeşə kəndində yerləşən 0.5 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh4 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, Lerik rayonu, Hamarmeşə kəndində yerləşən 2.0 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh4 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi 2381-ciməhəllədə yerləşən 0.06 ha torpaq sahəsinə, (qeydiyyat nömrəsi **********) tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh4 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi 2381-ci məhəllədə yerləşən 0.06 ha torpaq sahəsinə, (qeydiyyat nömrəsi **********) tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh4 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Məmmədov küçəsi 0.24 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 56 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh4 və Cavabdeh2 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, Abşeron rayonu, Saray qəsəbəsi, Ş.İ.Xətai küçəsində 0.6285 ha torpaq sahəsi və üzərində yerləşən istehsal təyinatlı 1678 m ümumi sahədən ibarət 21 nömrəli əmlak kompleksi kimi müəssisəyə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh7 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, Bakı şəhəri, Xətai rayonu, Mahmud İbrahimov küçəsində 0.01849 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 292.6 m ümumi sahəli 5A nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh7, X2, Cavabdeh5 və Cavabdeh6 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.12 ha torpaq sahəsindən ibarət 5097 saylı bağ sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.2178 ha torpaq sahəsindən ibarət 4670 A saylı bağ sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.118 ha torpaq sahəsindən ibarət B-3788 saylı bağ sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.12894 ha torpaq sahəsindən ibarət 5099 saylı bağ sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh9 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllədə 0.04018 ha torpaq sahəsində yerləşən 3a saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və onlar satıldıqdan sonra 1 ay ərzində Cavabdeh9 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh9 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Bank arasında bağlanmış ipoteka müqaviləsinin bağlanmamış hesab olunması, zaminlik müqaviləsinə isə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2-2(113)- 86/2025 nömrəli qətnaməsinə əsasən ilkin iddia qismən təmin, qarşılıqlı iddia isə rədd edilmişdir.

4. xx.xx.2025-ci il tarixində Cavabdeh9 tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin 06 may 2025-ci il tarixli, e-2-2(113)-86/2025 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2- 2(113)- 86/2025 saylı qətnaməsindən Cavabdeh9 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

6. Qeyd olunan qərardaddan Cavabdeh9 şikayət verərək xx.xx.2025-ci il tarixli 2-2(113)-86/2025-ci il tarixli Qərardad tamamilə ləğv edilsin, apellyasiya şikayəti mümkün hesab olunaraq apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadla cavabdehin apellyasiya şikayəti o əsasla geri qaytarılıb ki, “apellyasiya şikayəti cavabdeh tərəfindən 13 aprel 2025-ci il tarixində, yəni, qətnamədən apellyasiya şikayətinin verilmə müddəti (xx.xx.2025) bitdikdən sonra elektron kabinetə yerləşdirilmişdir”. Əslində isə Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Cavabdeh qətnamə ilə Elektron Məhkəmə Sistemində xx.xx.2025-ci il tarixdə tanış olmuşdur (ona rəsmi təqdim edilmişdir).

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-86/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

9. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

10. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

11. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

12. Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.

13. Maddə 395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. Bu Məcəllədə göstərilən hallarda; 395.1.2. Məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər.

14. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

15. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.

Məhkəmənin mövqeyi

16. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.

17. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

18. Belə ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan (iş materialları: İV cild, vərəqə 170) görünür ki, Bakı Kommersiya Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2-2(113)-86/2025 nömrəli qətnaməsi Mülki Prosessual Məcəllənin 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh9 məxsus şəxsi elektron kabinetdə yerləşdirilmiş və ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır.

19. Lakin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh9 tərəfindən verilmiş apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur.

20. Halbuki Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

21. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti 04 mart 2025-ci il tarixdə bitdiyi halda, maraqlı şəxsin apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, xx.xx.2025-ci il tarixdə verilmişdir.

22. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2-2(113)-86/2025 saylı qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh9 tərəfindən verilmiş apellyasiya şikayəti həmin şikayətin verilməsi üçün qanunda nəzərə tutulmuş prosessual müddət keçdikdən sonra verildiyindən geri qaytarılmalıdır.

23. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.

24. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Qarşılıqlı iddia üzrə iddiaçı X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 06 may 2025-ci il tarixli, e-2-2(113)-86/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar