Məhkəmə qərarları › İş №2-2(103)-691/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-691/2021

01.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-691/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu, Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinib yenidən hesablanması” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)- 1168/2021 saylı, 19.05.2021-cu il tarixli qərardadından Cavabdeh İB tərəfindən verilmiş şikayətin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 07 sentyabr 2020-ci il tarixli AMX-2556/20 saylı müqavilə üzrə İddiaçı MMC-nin Cəlilabad şəhərində yerləşən təsərrüfat sahəsinə əsassız yazılmış borcun silinib yenidən hesablanması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh İB elektron kabinet vasitəsi ilə məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək İddiaçındən təbii qazdan istifadəyə görə 02.02.2021-ci il tarixə yaranmış 57642,37 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq Cavabdeh hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1168/2021 saylı 15.04.2021-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Cavabdehin nümayəndəsi Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1168/2021 saylı 15.04.2021-ci il tarixli qərardadından şikayət və eyni zamanda buraxılmış müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Müddətin bərpası barədə ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə qəbul edilmiş qərardad rəsmi qaydada Birliyə daxil olmamış və üzürlü səbəbdən həmin qərardaddan şikayət verilməsi üçün prosessual müddət buraxılmışdır. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-1168/2021 saylı, 19.05.2021-cu il tarixli qərardadı ilə Cavabdeh İB-nin buraxılmış prosessual müddətin bərpası haqqında ərizəsi təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1168/2021 saylı 15.04.2021-ci il tarixli qərardadından şikayət verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1168/2021 saylı 15.04.2021-ci il tarixli qərardadından Cavabdeh İB tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Cavabdeh İB 19.05.2021-ci il tarixdə qərardaddan şikayət verərək onun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-1168/2021 saylı, 20.05.2021-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin mümkünlüyünü yoxlayaraq hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-1168/2021 saylı, 19.05.2021-cu il tarixli qərardadından Cavabdeh İB tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından da görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-1168/2021 saylı, 19.05.2021-cu il tarixli qərardadından cavabeh tərəfindən verilmiş şikayət elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-1168/2021 saylı, 19.05.2021-cu il tarixli qərardadından cavabeh Cavabdeh İB tərəfindən şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmədiyindən şikayətə apellyasiya qaydasında baxılması mümkün sayılmamalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 366, 400-402-ci maddələrini rəhbər tutaraq qərаrа аldı: Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-1168/2021 saylı, 19.05.2021-cu il tarixli qərardadından cavabeh Cavabdeh İB tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar