Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-692/2024 23.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1 qarşı “alqı-satqı və lizinq müqavilələrinin etibarsız hesab edilməsi, pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh3 ASC-nin nümayəndəsi X3, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 və üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-867/2024 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh3 QSC arasında xx.xx.2020-ci il tarixdə agentliyin vəsaitindən istifadəyə dair müqavilə bağlanmışdır.
2. Həmin müqavilənin 1.4-cü bəndinə agentliyin vəsaiti müvəkkil kredit təşkilatının öz adından və öz riski hesabına borcalanlara güzəştli kreditlər şəklində təqdim edilir. Borcalanların öz öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq müvəkkil kredit təşkilatı qayda və bu müqavilə ilə müəyyən edilmiş qaydada agentlik qarşısında məsuliyyət daşıyır.
3. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin predmetini qaydaya və bu müqaviləyə uyğun olaraq Agentlik tərəfindən müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş kredit xəttləri çərçivəsində vəsaitin ayrılması, müvəkklil kredit təşkilatı tərəfindən isə öz adından və öz riski hesabına borcalana kreditlərin verilməsi, həmin kreditlərin məqsədyönlü, səmərəli istifadəsi və vaxtında qaytarılmasının təmin edilməsi üzrə münasibətlər təşkil edir.
4. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən borcalanlar kredit ayrılması və güzəştlərin verilməsi üçün birbaşa olaraq müvəkkil kredit təşkilatına müraciət edirlər. Müvəkkil kredit təşkilatı müraciətlər üzrə təqdim edilmiş sənədlərin, kredit üzrə layihələrin ekspertizasını həyata keçirir. Borcalanların öhdəliklərin icra qabiliyyətini araşdırır.
5. Həmin müqavilənin 3.4-cü maddəsinə əsasən müvəkkil kredit təşkilatı müraciətləri müvafiq qaydada araşdırdıqdan sonra, müraciətin edildiyi tarixdən 15 iş günündən gec olmayaraq kreditin və ya güzəştin verilə biləcəyi barədə qərar qəbul edir yaxud borcalanlara əsaslandırılmış imtina məktubu göndərir.
6. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən Müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları və sənədləri agentliyə təqdim edir. Agentlik 15 iş günü müddətində müraciətin tam və hərtərəfli ekspertizasını həyata keçirir, ekspertiza üçün zərurət olduqda əlavə məlumat və sənədlər tələb edir. Agentlik ekspertizanın nəticəsinə əsasən müraciətin təmin olunmasına və imtina edilməsinə dair qərarı barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir.
7. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən müraciətin təmin olunmasına dair qərar qəbul edildikdən sonra müvəkkil kredit təşkilatı vəsaitin ayrılması barədə agentliyə sifariş göndərir.
8. Həmin müqavilənin 3.7-ci bəndinə əsasən agentlik sifarişi aldıqdan sonra 3 bank bank günü müddətində vəsaitin müvəkkil kredit təşkilatının hesabına köçürülməsini təmin edir. Müvəkkil kredit təşkilatı aldığı vəsaiti 1 bank günü müddətində borcalanın hesabına köçürür və bu barədə agentliyə məlumat verir. Vəsait müxbir hesaba daxil olandan bir bank günü sonra müvəkkil kredit təşkilatı borcalana vəsaitdən istifadə etmək hüquqlarını təsdiq edən bildiriş təqdim edir. Həmin tarixdən etibarən borcalan layihə çərçivəsində kredit vəsaitindən istifadə edir.
9. Həmin müqavilənin 3.12-ci maddəsinə əsasən borcalanlar tərəfindən ödənilmiş aylıq ödənişlər müvəkkil kredit təşkilatı tərəfindən müəyyən edilmiş qaydada birbaşa sonuncunun hesabına qəbul olunur.
10. Həmin müqavilənin 3.14-cü bəndinə əsasən Müvəkkil kredit təşkilatı mütəmadi olaraq borcalanların monitorinqini aparır və agentliyə bu barədə hər növbəti rübün ilk 10 günü ərzində rüblük hesabat təqdim edir. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsədilə agentlik müvəkkil kredit təşkilatı ilə birlikdə kredit almış borcalanlar üzrə məqsədyönlü monitorinqlər aparır. Monitorinqlər zamanı kredit müqaviləsinin şərtlərinin pozulması halları aşkar edildikdə, müvəkkil kredit təşkilatı həmin borcalanlardan kredit və faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edir.
11. "xxxx" MMC (satıcı qismində) ilə Cavabdeh3 ASC (alıcı və ya lizinq verən qismində) arasında xx.xx.2020-ci il tarixdə AS592 saylı alqı-satqı müqaviləsi və müqaviləyə 1 saylı Əlavə bağlanmış, müqaviləyə əsasən satıcı lizinq obyektini (tütün qurutma kamerası seriya №001-2020) müqavilədə müəyyən edilmiş şərtlərlə alıcıya satmağı, alıcı isə xüsusi olaraq lizinq alana lizinqə vermək məqsədi ilə lizinq obyektini qəbul etməyi və qiymətini (40800 manat) müqavilə ilə müəyyənləşdirilmiş qaydada və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
12. Cavabdeh1 (lizinq alan qismində) ilə Cavabdeh3 QSC (lizinq verən qismində) arasında xx.xx.2020-ci il tarixdə GL271 saylı lizinq müqaviləsi və müqaviləyə 1 saylı Əlavə bağlanmış, həmin müqavilə ilə lizinq verən 1 ədəd tütün qurutma kamerasını (seriya №001-2020) müqavilə üzrə öhdəliklərini tam yerinə yetirdikdən sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan isə ilkin ödənişi və avadanlığın qalıq məbləğini 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lizinq obyektlərinin ümumi dəyəri 43432 manat, ilkin ödəniş məbləği 9840 manat, güzəşt məbləği 16320 manat, kredit məbləği 16320 manat olmuşdur. Lizinq obyekti olan 1 ədəd tütün qurutma kamerası (seriya №001-2020) təhvil-təslim protokolu əsasında xx.xx.2020-ci il tarixdə lizinq verən tərəfindən lizinq alana təhvil verilmişdir.
13. Cavabdeh3 QSC xx.xx.2020-ci il tarixdə AKİA-ya məktub ünvanlayaraq Cavabdeh1 1 ədəd tütün qurutma kamerasını (seriya №001-2020) güzəştli şərtlərlə əldə etməsi üçün müraciət etdiyini, həmin avadanlığı əldə etməsi üçün 16320 manat güzəşt olunacaq vəsaitin, 16320 manat kredit məbləğinin hesablarına köçürülməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
14. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra AKİA) cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC), Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Cavabdeh3 ASC) və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh3 QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli AS592 nömrəli alqı-satqı və Cavabdeh3 QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli GL271 nömrəli lizinq müqavilələrinin etibarsız hesab edilməsi, güzəşt vəsaiti olaraq ayrılmış 16320 manat, lizinq vəsaiti olaraq ayrılmış 16320 manat məbləğində maddi zərərin, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq Cavabdeh1 tütün qurutma kamerasının güzəştli şərtlərlə alışının maliyyələşdirilməsi məqsədilə 16320 manat lizinq vəsaiti və 16320 manat güzəşt vəsaiti ayrılmış, vəsait müvəkkil kredit təşkilatı Cavabdeh3 QSC vasitəsilə təchizatçıya ödənilmişdir. Azərbaycan Respublikası Hesablama Palatası (bundan sonra Hesablama Palatası) tərəfindən “Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi” mövzusunda AKİA-da səmərəlilik auditi həyata keçirilmişdir. Auditin gedişatında seçmə üsul ilə Cavabdeh1 təsərrüfatına baxış keçirilmiş, baxış zamanı 1 ədəd müvafiq tütün qurutma kamerasının alınması üçün fiziki şəxs Cavabdeh1 ayrılmış vəsaitin 2020-ci ildə maliyyələşdirilməsinə baxmayaraq, təchizatçı "xxxx" MMC ilə olan müqavilə şərtləri əsasında quraşdırılması nəzərdə tutulan Şəki rayonunun Aşağı Göynük kəndinin ərazisindəki təsərrüfatda mövcudluğunun aşkar edilmədiyi, tütün qurutma prosesinin 2017-ci ildə quraşdırılmış kameralarda həyata keçirildiyi, quraşdırılmamış halda olan digər kameranın isə 2018-ci ildə alındığı göstərilməklə artıq ödəməyə yol verildiyi müəyyən edilmişdir. Auditor hesabatında maliyyələşmənin daxil olmuş müraciət zamanı təqdim olunan sənədlərdə göstərilən predmetin alışına sərf olunmalı olduğu halda, qeyd olunan hal üzrə ayrılmış maliyyələşmənin təyinatı üzrə istifadə olunmasının öz təsdiqini tapmaması göstərilmişdir. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, güzəştin və lizinq vəsaitinin ayrılması zamanı edilmiş müraciətə əlavə edilmiş iş üzrə cavabdehlər "xxxx" MMC və Cavabdeh3 QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli AS592 nömrəli alqı-satqı müqaviləsi, Cavabdeh1 və Cavabdeh3 QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli GL271 nömrəli lizinq müqaviləsi, əslində, iddiaçını aldatmaq məqsədilə formal olaraq bağlanmış, əqdlərin tərəflərinin həmin əqdlər üzrə ona uyğun hüquqi nəticə yaratmaq niyyəti olmamışdır. Əqdlərin tərəfləri bununla formal hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdmüşlər. Nəticədə iddiaçıya güzəşt vəsaiti olaraq ayrılmış 16320 manat və lizinq vəsaiti olaraq ayrılmış 16320 manat məbləğində ziyan vurulmuşdur. Müvəkkil kredit təşkilatı olmuş Cavabdeh3 QSC tərəfindən isə həmçinin Qaydaların 4.1-ci bəndinin tələblərinə riayət edilməmiş, Cavabdeh1 tərəfindən edilmiş müraciət Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi layihələrin tərtib olunmasına dair tələblər və qiymətləndirmə meyarları əsasında düzgün təhlil edilməmiş, güzəştin verilə biləcəyi barədə düzgün olmayan qərar qəbul edilmiş, eləcə də lizinq vəsaiti verilmişdir. Bu səbəbdən iddiaçıya vurulmuş zərər müştərək qaydada digər cavabdehlərlə bərabər müvəkkil kredit təşkilatı qismində çıxış etmiş Cavabdeh3 ASC-dən də tutulmalıdır.
16. Azərbaycan Respublikası Hesablama Palatasının iddia ərizəsinə yazılı münasibətindən görünür ki, Hesablama Palatası tərəfindən 2022-ci il üzrə iş planına əsasən AKİA-da (kənar dövlət maliyyə nəzarətinin obyektində) səmərəlilik (peformans) növündə audit aparılmışdır. Bu audit növündə əsas məqsəd dövlət vəsaitinin istifadəsinin qənaətliliyinin, səmərəliliyinin və nəticəliliyinin müəyyənləşdirilməsidir. Audit prosedurlarının həyata keçirilməsi məqsədilə “Hesablama Palatası haqqında” Qanuna əsasən audit qrupu tərəfindən Hesablama Palatasının hüquqları icra edilir. Bu məqsədlə aidiyyəti sahələrə daxil olur, müvafiq sahələrdə müşahidələr aparır, aktivlərin və öhdəliklərin mövcudluğunu yoxlayır, inventarizasiyasını aparır, məsul şəxslərdən və maliyyə nəzarətinin predmeti ilə əlaqədar digər tərəflərdən izahatlar və məlumatlar alır. Bütün proses ərzində kənar dövlət maliyyə nəzarəti obyektinin vəzifəli şəxslərinin iştirakı da təmin edilir. Həmçinin proses ərzində audit sübutları toplanır ki, bu sübutlara dövlət vəsaitinin istifadəsi ilə birbaşa dolayı bağlı olan sənədlər, orqanın nümayəndələrinin izahları, sənədləri, yerində aparılan müşahidələr, tərtib edilən aktlar, yenidən hesablamalar, audit obyektinin tapıntılara dair yazılı münasibəti və s. daxildir. Sübutlar auditor rəyinin fomalaşdırılması üçün əsas hesab edilir. Həmçinin istinad olunan Qanunun 22.12-ci maddəsinin tələbinə əsasən kənar dövlət maliyyə nəzarətinin obyekti auditə dair tərtib edilmiş hesabatla (sahə işinin hesabatı) tanış olmalı, bununla əlaqədar qeyd, irad və rəyini hesabatın təqdim edildiyi tarixdən 10 gün müddətində yazılı şəkildə bildirməlidir. Kənar dövlət maliyyə nəzarəti obyektinin qeyd, irad və rəyi hesabata əlavə olunur. Kənar dövlət maliyyə nəzarətinin obyekti tərəfindən audit hesabatı ilə bağlı qeyd, irad və rəyin bildirilməsinin son günündən 5 iş günü ərzində hesabatla bağlı qeyd, irad və rəyin Hesablama Palatasına təqdim edilməməsi kənar dövlət maliyyə nəzarətinin obyektinin rəhbəri tərəfindən həmin hesabatla razı olma kimi qiymətləndirilir. X1 2021-ci il 11 oktyabr tarixli AHO/4-3.2- 2021-98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səmərəlilik (performans) auditinin keçirilməsinə dair Təlimat”ın tələbinə əsasən audit suallarının cavablandırılması və auditin məqsədlərinə uyğun nəticələrə gəlinməsi üçün zəruri olan audit sübutları toplanılmalıdır. Nəzarət obyektində aparılan audit zamanı audit qrupunun üzvləri tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinin (Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir) tələbindən irəli gələrək ilkin uçot sənədi olan elektron qaimə-faktura tələb olunsa da, lazımi sənədlər təqdim edilməmiş və bununla bağlı yerinə müşahidələr aparılmış və Şəki rayonu, Abbas kənd sakini fiziki şəxs (FİN xxxxxxx) Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanaraq yazılı şəkildə də məlumat verilmişdir. Maliyyə nəzarəti tədbirinin nəticəsi olaraq audit təklif və tövsiyələri maliyyə nəzarəti obyekti qismində çıxış edən dövlət qurumuna və digər dövlət qurumlarına verilir. Maliyyə nəzarəti tədbirinin nəticələrinə uyğun olaraq müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılma mexanizmləri isə AKİA tərəfindən Qaydalara uyğun icra edilməlidir. Aşkar edilmiş pozuntuların AKİA tərəfindən aradan qaldırılması çərçivəsində bir sıra təsərrüfatlarda damcılı suvarma dəstlərinin müvafiq təsərrüfatlarda bərpa edildiyi nəzərə alınmaqla, auditlə əhatə olunan dövrdə artıq köçürüldüyü müəyyən edilmiş məbləğlərin dövlət büdcəsinə bərpa olunması istiqamətində işlərin görülməsi ilə bağlı AKİA-ya müvafiq tapşırıqların verilməsi üçün kollegiya qərar qəbul etmişdir.
17. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz etdi və bildirdi ki, Cavabdeh1 lizinq obyektinin əldə olunması üçün Cavabdeh3 ASC-yə müraciət etmiş, lizinq obyektinə görə 9840 manat ilkin ödəniş etmiş, kredit məbləğini təşkil edən vəsaiti ödəniş cədvəlinə uyğun olaraq tam ödəyib bitirmişdir. Həmin lizinq obyekti olan tütün qurutma kamerası Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən torpaq sahəsində yerləşir, sonuncunun istifadəsindədir. Hesablama Palatasının təqdim etdiyi məlumat (izahat) onun tərəfindən verilməmişdir.
18. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 ASC-nin nümayəndəsi iddiaya etiraz etdi və bildirdi ki, Cavabdeh1 lizinq təşkilatı olaraq onlara müraciət etmiş, iddiaçı tərəfindən müvafiq vəsait ayrılmışdır. Cavabdeh1 ilə 12 ay müddətinə lizinq müqaviləsi bağlanmış, sonuncu öhdəliklərini tam icra etmiş, ilkin ödənişi və ayrılmış kredit məbləğini tam ödəmişdir. Onlar tərəfindən monitorinq də keçirilmişdir.
19. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi bildirdi ki, yoxlamadan əvvəl vergi sistemində araşdırma aparılmış, 2020-ci il tarixli lizinq müqaviləsi üzrə məlumatı əldə edə bilməmişlər. Belə ki, müvəkkil kredit təşkilatı ilə lizinq alan arasında olan elektron qaimə üzrə axtarış aparmışlar. AKİA-nın məhkəməyə təqdim etdiyi sənədlər yoxlama aparılan zaman onlara təqdim olunmamışdır. Təsərrüfata baxış keçirilən zaman 2020-ci il tarixli müqavilənin predmeti olan avadanlıqla bağlı konkret suallar verilməmiş, baxış obyektində olan avadanlıqlara baxış keçirilmiş, köhnə olduqları müəyyən olmuşdur. X6 Mərkəzlərinin əməkdaşları onları baxış yerinə aparmışdır. Məhkəmə tapşırığının icrası ilə bağlı təqdim olunan audio-video yazıda əks olunan ərazidə olmamış, həmin əraziyə baxış keçirməmişlər. Baxış keçirdikləri yerdə olan tütün qurutma kameraları fərqli olmuşdur.
20. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-867/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.
21. İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Baki Kommersiya Məhkəməsinin e- 2-2(113)-867/2024, xx.xx.2024-cü il tarixli qərardadından göründüyü kimi, Şəki Kommersiya Məhkəməsinə ünvan 1ində saxlanıldığı qeyd edilən ***-**** seriya nömrəli tütün qurutma kamerasının müayinə və tədqiq edilməsi üçün məhkəmə tapşırığı göndərilməsi və ***-**** seriya nömrəli tütün qurutma kamerasının ünvan 1ində Cavabdeh1 məxsus torpaq sahəsində mövcud olub-olmadığı yerində müayinə və tədqiq edilməklə müəyyən edilməsi qərara alınmışdır. Lakin, xx.xx.2020-ci il tarixli GL271 nömrəli lizinq müqaviləsi üzrə nəzərdə tutulan ərazidən yəni, Şəki rayonunun Aşağı Göynük kəndinin ərazisindəki təsərrüfatda mövcudluğunun aşkar edilməsi müəyyən edilməli olduğu halda, müqavilə üzrə deyil, məhkəmənin müəyyən etdiyi ərazi üzrə, yəni Şəki rayonunun Baş Layısqı kəndində müayinə aparılmışdır. Digər tərəfdən Şəki rayonunun Aşağı Göynük kəndində aşkar edilmiş tütün qururutma avadanlığının təsviri Şəki rayonunun Baş Layısqı kəndində qurulmalı olan avadanlıq olmasını iş materialları ilə öz təstiqini tapmır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 və üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdilər.
13. Cavabdeh3 ASC-nin nümayəndəsi X5 və Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 isə apellyasiya şikayətinə etiraz etdilər.
14. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 16.Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 17.Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
18. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
21. Belə ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt.
22. Əqdlərin etibarsız hesab edilməsi əsasları isə Mülki Məcəllənin 337.1 və 339-350-ci maddələrində göstərilmişdir.
23. Hazırki işdə də iddiaçı Hesablama Palatası tərəfindən aparılan auditin nəticələrinə istinad etməklə, "xxxx" MMC və Cavabdeh3 QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli AS592 nömrəli alqı-satqı müqaviləsi, Cavabdeh1 və Cavabdeh3 QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli GL271 nömrəli lizinq müqaviləsinin əslində Agentliyi aldatmaq məqsədilə formal olaraq bağlandığını, əqdin tərəflərinin həmin əqd üzrə ona uyğun hüquqi nəticə yaratmaq niyyətinin olmadığını, əqdin tərəflərinin bununla formal hüquqi görünüş yaradaraq tam başqa məqsəd güddüklərini iddia edərək, müqavilənin etibarsız hesab edilməsi tələbini irəli sürmüşdür.
24. Cavabdehlər iddiaya etiraz edir və rədd edilməsini xahiş edirlər.
25. İddiaçının istinad etdiyi hallara görə iddianın qanuni əsasını Mülki Məcəllənin 340.1ci maddəsi təşkil edir.
26. Həmin maddənin tələblərinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
27. Lakin hazırki işdə həmin hallar müəyyən edilmir.
28. Belə ki, iddiaçı öz iddiasını məhz Hesablama Palatasının həyata keçirdiyi auditin nəticələrinə dair auditor hesabatına əsaslanmaqla irəli sürür, lakin etibarsızlıq tələbini irəli sürdüyü əqdlərin uydurma əqd olması ilə bağlı tələbinin əsasını təşkil edən halı, yəni müqavilə tərəflərinin müqaviləni ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağladıqlarını sübut edə bilmir.
29. Çünki, iddiaçının istinad etdiyi hesabatda qeyd olunmuşdur ki, 1 ədəd müvafiq tütün qurutma kamerasının alınması üçün fiziki şəxs Cavabdeh1 üzrə 16320,0 manat güzəşt məbləğinin 2020-ci ildə maliyyələşdirilməsinə baxmayaraq, təchizatçı "xxxx" MMC ilə olan müqavilə şərtləri ilə quraşdırılması nəzərdə tutulan Şəki rayonunun Aşağıgöynük kəndinin ərazisindəki təsərrüfatda mövcudluğu aşkar edilməmiş, şifahi qaydada toplanmış sübutlar tütün qurutma prosesinin 2017-ci ildə quraşdırılmış kameralarda həyata keçirildiyini, quraşdırılmamış halda olan diger kameranın 2018-ci ildə alındığını göstərməklə artıq ödəməyə yol verildiyini deməyə əsas vermişdir.
30. Məhkəmə iclasında Hesablama Palatasının nümayəndəsi bildirdi ki, X6 Mərkəzinin əməkdaşlarının məlumatına əsasən audit Şəki rayonunun Aşağı Göynük kəndinin ərazisindəki təsərrüfatda keçirilmişdir, cavabdehə məxsus təsərrüfatın hansı kəndə aid olmasını rəsmi sənədlərlə dəqiqləşdirilməmişdir.
31. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1i ünvanında ölçüsü 1 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsusdur.
32. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-867/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə Şəki Kommersiya Məhkəməsinə ünvan 1ində saxlanıldığı qeyd edilən ***-**** seriya nömrəli tütün qurutma kamerasının müayinə və tədqiq edilməsi üçün məhkəmə tapşırığı göndərilərək ***-**** seriya nömrəli tütün qurutma kamerasının ünvan 1ində Cavabdeh1 məxsus torpaq sahəsində mövcud olub-olmadığının yerində müayinə və tədqiq edilməklə müəyyən edilməsi tapşırılmışdır.
33. Məhkəmə tapşırığının yerinə yetirilməsi haqqında Şəki Kommersiya Məhkəməsinin 10-2(117)-1/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən ünvan 1ində saxlanıldığı qeyd edilən ***-**** nömrəli tütün qurutma kamerasının müayinə və tədqiq edilməsinə dair məlumat və sənədlər Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.
34. Həmin qərardaddan görünür ki, Bakı Kommersiya Məhkəməsinin tapşırığına əsasən məhkəmə tərəfindən “lizinq predmeti olan ünvan 1ində saxlanıldığı qeyd edilən ***- **** seriya nömrəli tütün qurutma kamerasının müayinə və tədqiq edilməsi üçün həmin predmetin olduğu yer üzrə xx.xx.2024-cü il tarixdə tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatından çıxarışda göstərilmiş və ünvan 1ində yerləşən Cavabdeh1 mülkiyyətində olan 1 ha torpaq sahəsində 27 ədəd tütün qurutma kamerası quraşdırılmışdır. Bu kameraların 26 ədədi 5 tonluq, 1 ədədi isə 10 tonluq ***-**** nömrəli tütün qurutma kamerasıdır. ***-**** nömrəli tütün qurutma kamerası işlək vəziyyətdə olmaqla təyinatı üzrə istəfadəyə yararlıdır və ***-**** nömrəli tütün qurutma kamerası Şəki rayonu Baş Layısqı kəndində yerləşən Cavabdeh1 mülkiyyətində olan 1 ha torpaq sahəsində quraşdırılmışdır.
35. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı tələbini Hesablama Palatası tərəfindən aparılan auditin nəticələrinə istinad etməklə əsaslandırsa da, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, yoxlama X6 Mərkəzinin əməkdaşlarının Şəki rayonunun Aşağı Göynük kəndinin ərazisi kimi təqdim etdikləri təsərrüfatda aparılmış, məhkəmə tapşırığına əsasən aparılan müayinə isə Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olub Şəki rayonunun Baş Layısqı kəndində yerləşən torpaq sahəsində aparılmış, müayinə zamanı qeyd olunan sahədə lizinq obyektinin mövcud olduğu təsdiqini tapmış, audit qrupunun üzvləri həmin ərazidə yoxlama aparmamışlar.
36. Bundan əlavə, təqdim olunan yazılı sübutlarla təsdiq olunur ki, lizinq alan xx.xx.2020ci il tarixdə ilkin ödəniş məbləğini təşkil edən 9840 manat pul vəsaitini, xx.xx.2020– xx.xx.2021-ci il tarixlərdə isə 16271,4 manat lizinq ödənişini Cavabdeh3 QSC-nin hesabına köçürmə yolu ilə ödəmiş, Cavabdeh3 QSC alqı-satqı müqaviləsinə əsasən 40800 manat pul vəsaitini xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin hesabına köçürmüşdür.
37. Habelə, Cavabdeh3 ASC tərəfindən xx.xx.2020-ci il tarixdə Cavabdeh1 EBAQ 972180 seriya və nömrəli elektron qaimə təqdim olunaraq GL 271 saylı müqavilə üzrə avadanlığın 42432 manat lizinqə verilməsi, "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə Cavabdeh3 ASC-yə EBAT 225530 seriya və nömrəli elektron qaimə təqdim olunaraq AS592 saylı müqavilə üzrə 40800 manat dəyərində avadanlığın təqdim olunması rəsmiləşdirilmiş, qeyd olunan elektron qaimələr “sistem tərəfindən təsdiqlənmiş” statusundadır və ləğv olunmamışdır.
38. Göründüyü kimi, iddiaçının iddiasının faktiki əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmamış, əksinə müqavilə tərəflərlərinin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə hərəkət etdikləri – lizinq obyektinin təhvil verildiyi, alqı-satqı və lizinq müqaviləsi tərəflərinin elektron qaimələr təqdim etməklə münasibətlərini rəsmiləşdirdiyi, lizinq alanın ilkin ödənişi və lizinq ödənişlərini ödədiyi, lizinq verənin isə alqı-satqı müqaviləsi üzrə satıcıya lizinq obyektinin dəyərini ödədiyi öz təsdiqini tapmışdır.
39. Odur ki, mübahisələndirilən müqavilələrin uydurma əqd kimi qiymətləndirilməsi üçün əsaslar mövcüd deyil.
40. Həmçinin ödənilmiş güzəşt vəsaiti olaraq ayrılmış 16320 manat, lizinq vəsaiti olaraq ayrılmış 16320 manat məbləğində pulun geri qaytarılması tələbinə dair qeyd olunur ki, həmin tələb Mülki Məcəllənin 337.5-ci maddəsinə istinadən alqı-satqı və lizinq müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı tələbdən asılı olan və ondan irəli gələn tələbdir.
41. Alqı-satqı və lizinq müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı tələblər rədd edildiyinə görə ödənilmiş cəmi 32640 manat pulun geri qaytarılması tələbləri də təmin edilə bilməz.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-867/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov