Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-692/2025 09.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "X7" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar söz: alqı-satqı müqaviləsi, dəbbə pulu, gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı "xxxx" MMC -nin nümayəndəsi və vəkili Vəkil1, cavabdeh "X7" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "X7" MMC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1270/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır.
2. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən Müqavilə Satıcı ilə Alıcı arasında, atipik çərçivə alqı-satqı müqaviləsi olmaqla, Alıcının müqavilə müddətinin istənilən zaman kəsiyindəki sifarişi əsasında Satıcının satılanın sahiblik və mülkiyyətim Alıcıya ötürməyi Alıcının isə bunun qarşılığında pul ödəməyi öhdəsinə götürdüyü münasibətləri tənzimləyir.
3. Müqavilənin 2.1-ci bəndinə əsasən Malın qiyməti X1 və ya Satıcının qiymət siyahısı (pricc list) ilə müəyyən edilir və o həmişə müəyyən miqdar puldur.
4. Müqavilənin 3.2.1-ci bəndinə əsasən Alıcı Malın dəyərini bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəyir.
5. Müqavilənin 6.5-ci bəndinə əsasən ödəniş hər gecikdirilmiş gün 0,1 % həcmində cərimə ödəməyi Alıcı öhdəsinə götürür.
6. Müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir.
7. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
8. EBDP 497199 nömrəli xx.xx.2023-cü il tarixli 25784.42 manat, EBDP 597230 nömrəli xx.xx.2023-cü il tarixli 1709.82 manat, EBDY 188606 nömrəli xx.xx.2024-cü il tarixli 15053.38 manat, MT2401 00079898 nömrəli xx.xx.2024-cü il tarixli 3674.874 manat, MT2401 00095223 nömrəli xx.xx.2024-cü il tarixli 20254.464 manat, MT2401 00095225 nömrəli xx.xx.2024-cü il tarixli 21467.74 manat, EBDW 683644 nömrəli xx.xx.2024-cü il tarixli 32263.56 manat, EBDP 985826 nömrəli xx.xx.2023-cü il tarixli 519.20 manat, EBDQ 161403 nömrəli xx.xx.2023-cü il tarixli 8449.89 manat, EBDS 564481 nömrəli xx.xx.2023cü il tarixli 300.90 manat, EBDX 001953 nömrəli xx.xx.2024-cü il tarixli 12537.74 manat, EBDX 102252 nömrəli xx.xx.2024-cü il tarixli 271.40 manat, EBDQ 598313 nömrəli xx.xx.2023-cü il tarixli 3798.42 manat, EBDQ 809696 nömrəli xx.xx.2023-cü il tarixli 5876.40 manat, EBDQ 809728 nömrəli xx.xx.2023-cü il tarixli 8676.54 manat, EBDM 893627 nömrəli xx.xx.2023-cü il tarixli 177 manat məbləğində elektron qaimələr göndərilmişdir.
9. 18.11.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 7000 manat köçürülmüşdür.
10. . xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 16949.16 manat köçürülmüşdür.
11. Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 1260 manat (ƏDV ödənişi) köçürülmüşdür.
12. Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 3050.84 manat (ƏDV ödənişi) köçürülmüşdür.
13. İddiaçı ilə cavabdeh arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqısatqı müqaviləsinə 04 saylı Əlavə olan xx.xx.2023-cü il tarixli X1 (177 manat məbləğində) imzalanmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 177 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
15. İddiaçı ilə cavabdeh arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqısatqı müqaviləsinə 05 saylı Əlavə olan xx.xx.2023-cü il tarixli X1 (25784.42 manat məbləğində) imzalanmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
16. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 25784.42 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
17. İddiaçı ilə cavabdeh arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqısatqı müqaviləsinə 06 saylı Əlavə olan xx.xx.2023-cü il tarixli X1 (1709.82 manat məbləğində) imzalanmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
18. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 1709.82 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
19. İddiaçı ilə cavabdeh arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqısatqı müqaviləsinə 67 saylı Əlavə olan xx.xx.2023-cü il tarixli X1 (519.20 manat məbləğində) imzalanmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
20. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 519.20 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
21. İddiaçı ilə cavabdeh arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqısatqı müqaviləsinə 68 saylı Əlavə olan xx.xx.2023-cü il tarixli X1 (8449.89 manat məbləğində) imzalanmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
22. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 8449.89 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
23. İddiaçı ilə cavabdeh arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqısatqı müqaviləsinə 69 saylı Əlavə olan xx.xx.2023-cü il tarixli X1 (3798.42 manat məbləğində) imzalanmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
24. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 3798.42 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
25. İddiaçı ilə cavabdeh arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqısatqı müqaviləsinə 69 saylı Əlavə olan xx.xx.2023-cü il tarixli X1 (8676.54 manat məbləğində) imzalanmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
26. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 8676.54 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
27. İddiaçı ilə cavabdeh arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqısatqı müqaviləsinə 70 saylı Əlavə olan xx.xx.2023-cü il tarixli X1 (5876.40 manat məbləğində) imzalanmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
28. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 5876.40 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
29. İddiaçı ilə cavabdeh arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqısatqı müqaviləsinə 72 saylı Əlavə olan xx.xx.2023-cü il tarixli X1 (11329.18 manat məbləğində) imzalanmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
30. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 11329.18 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
31. İddiaçı ilə cavabdeh arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqısatqı müqaviləsinə 73 saylı Əlavə olan xx.xx.2023-cü il tarixli X1 (300.90 manat məbləğində) imzalanmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
32. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 300.90 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
33. İddiaçı ilə cavabdeh arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqısatqı müqaviləsinə 76 saylı Əlavə olan xx.xx.2024-cü il tarixli X1 (3674.87 manat məbləğində) imzalanmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
34. xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 3674.87 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
35. İddiaçı ilə cavabdeh arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqısatqı müqaviləsinə 75 saylı Əlavə olan xx.xx.2024-cü il tarixli X1 (21467.74 manat məbləğində) imzalanmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
36. xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 21467.74 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
37. İddiaçı ilə cavabdeh arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqısatqı müqaviləsinə 74 saylı Əlavə olan xx.xx.2024-cü il tarixli X1 (20254.46 manat məbləğində) imzalanmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
38. xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 20254.46 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
39. İddiaçı ilə cavabdeh arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqısatqı müqaviləsinə 77 saylı Əlavə olan xx.xx.2024-cü il tarixli X1 (32263.56 manat məbləğində) imzalanmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
40. xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 32263.56 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
41. İddiaçı ilə cavabdeh arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqısatqı müqaviləsinə 78 saylı Əlavə olan xx.xx.2024-cü il tarixli X1 (12537.74 manat məbləğində) imzalanmışdır.
42. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
43. xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 12537.74 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
44. İddiaçı ilə cavabdeh arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqısatqı müqaviləsinə 79 saylı Əlavə olan xx.xx.2024-cü il tarixli X1 (271.40 manat məbləğində) imzalanmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
45. xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 271.40 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
46. İddiaçı ilə cavabdeh arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqısatqı müqaviləsinə 80 saylı Əlavə olan xx.xx.2024-cü il tarixli X1 (15053.38 manat məbləğində) imzalanmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
47. xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə 15053.38 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
48. 7277587 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 20 saylı vəkil bürosunun hesabına 320 manat köçürülmüşdür.
49. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 138AMP/2022 saylı müqaviləyə əsasən xx.xx.2024-cü il tarixli MT**********25 saylı Elektron qaimənin tərkibində olan 6/10kV NA2XS2Y 1X120/16 malı xx.xx.2025-ci il tarixində MQ**********60 saylı qaytarma qaiməsi əsasında 9208 manat məbləğində malların geri qaytarılması təsdiq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki ilk icraat
50. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 143 884.90 ( bir yüz qırx üç min səkkiz yüz səksən dörd manat 90 qəpik) manat əsas borc məbləği, hər gecikdirilmiş gün üçün 0,1 % həcmində olmaqla 46.803.10 (qırx altı min səkkiz yüz üç manat 10 qəpik) manat cərimə pulu, əsas borcun gecikdirilməsinə görə illik 5 % hesablanmaqla 7194.24 (yeddi min bir yüz doxsan dörd manat 24 qəpik) gecikdirmə faizi olmaqla ümumiliklə 197 882.25 (bir yüz doxsan yeddi min səkkiz yüz səksən iki manat 25 qəpik) manat eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 490 (dörd yüz doxsan) manat dövlət rüsumunun, hüquqi yardım üçün ödənilmiş 320 (üç yüz iyirmi) manatın Cavabdehdən tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
51. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli Alqı-satqı Müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı hazırki Müqavilənin şərtlərinə uyğun olaraq, elektron mallarını (bundan sonra müqavilədə “Mal” adlandırılacaq) Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin malı qəbul etməyi və malın dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən Malların qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan “X2”da göstərilir. Müqavilənin 3.2.1-ci bəndində qeyd olunmuşdur ki, Alıcı Malın dəyərini bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəyir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən, 143 884.90 (bir yüz qırx üç min səkkiz yüz səksən dörd manat 90 qəpik) manat dəyərində əsas borc məbləği Alıcı tərəfindən Satıcıya bu günədək ödənilməmiş və Alıcı tərəfindən tərəflər arasında imzalanmış Müqavilə üzrə öhdəliklər pozulmuşdur. Müqavilənin 6.5-ci bəndinə görə ödəniş hər gecikdirilmiş gün 0,1 % həcmində cərimə ödəməyi Alıcı öhdəsinə götürür. Tərəfimizdən cavabdehə xx.xx.2024-cü il tarixində pretenziya məktubu göndərilsə də cavabdeh pretenziya məktubunun ona çatdığı gündən 10 (on) iş günü ərzində öhdəliyini tam icra etməmişdir. Beləliklə, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 143 884.90 ( bir yüz qırx üç min səkkiz yüz səksən dörd manat 90 qəpik) manat əsas borc məbləği, hər gecikdirilmiş gün üçün 0,1 % həcmində olmaqla 46.803.10 manat cərimə pulu, əsas borcun gecikdirilməsinə görə illik 5 % hesablanmaqla 7194.24 (yeddi min bir yüz doxsan dörd manat 24 qəpik) gecikdirmə faizi olmaqla ümumiliklə 197 882.25 (bir yüz doxsan yeddi min səkkiz yüz səksən iki manat 25 qəpik) manat borc məbləği yaranmışdır.
52. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 1270/2025 nömrəli qətnaməsi ilə (hakim Günay Həşimova) iddia qismən təmin edilərək cavabdeh "X7" MMC-dən 134676.9 manat əsas borc, 6700 manat dəbbə pulu, 494.24 manat illik 5%, 320 manat vəkil xərci cəmi 142191.14 manat (yüz qıx iki min yüz doxsan bir manat on dörd qəpik) və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 432 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması, iddia qalan hissədə rədd edilməsi qət edilmişdir.
53. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır: 53.1. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilərək təsdiqlənmiş elektron qaimələrlə, eləcə də malların təhvil-qəbul aktları ilə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qismən 134676.90 manat hissəsində qəbul etmiş, və cavabdehin iddiaçıya müqavilə üzrə əsas borc olaraq 134676.90 manat borcunun olması işin mübahisələndirilməyən halıdır. Tərəflər arasında mübahisəli hal tələbin cərimə və faiz borcu hissəsidir. 53.2. İş materialları əsasında müəyyən olunur ki, məhkəmə icraatı zamanı cavabdeh tərəfindən 9208 manat məbləğində mal geri qaytarılmış və iddiaçı tərəfindən bu hal təsdiq edilmişdir. 53.3. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 134676.90 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını, iddia tələbinin cavabdehin nümayəndəsi tərəfindən tam etiraf edildiyini nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh MMC-dən 134676.90 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. 53.4. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 46.803.10 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. 53.5. Digər tərəfdən iddianın öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu (müqavilədə cərimə adlandırılmışdır) və Mülki Məcəllənin 445.7-ci maddəsi ilə faiz tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, alqısatqı müqaviləsi üzrə malı ödəmək öhdəliyinin ödənilməsinin gecikdirilməsinə görə iki məsuliyyət tədbirinin – müqavilədə nəzərdə tutulmuş dəbbə pulunun və illik 5% olmaqla faizlərin tutulmasını tələb edir. 53.6. Göründüyü kimi Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. 53.7. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 6700 manat məbləğində müəyyən edilməlidir. 53.8. İddiaçının öhdəliyin icrasının gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 %-lə 7194 manat məbləğində pulun tutulması tələbinə münasibətdə isə qeyd edilməlidir ki, yuxarıda da qeyd edildiyi kimi həmin maddəyə əsasən tutulan faizlər bərpaedici sanksiya olmaqla faktiki olaraq əldən çıxmış fayda formasında dəymiş zərərin əvəzi olaraq tutulan məbləğ olduğundan həmin faizlərin yalnız dəbbə pulu çatmayan hissəsi ödənilə bilər. 53.9. . Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlərə münasibətdə qeyd edilməlidir ki, həmin maddədə nəzərdə tutulmuş faizlər pul öhdəliyinin icrasının gecikdirilməsinə, yəni borclu tərəfindən pul öhdəliyinin pozulmasına görə tətbiq edildiyindən sanksiya xarakterlidir. Lakin həmin faizlər də borclunu pozuntuya görə cəzalandırmaq deyil, kreditorun pozulmuş hüquqlarını bərpa etmək, yəni kreditorun borclu tərəfindən ödənilməsinin gecikdirildiyi pul vəsaitindən istifadə etdiyi halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəliri, yəni maddi zərərin formalarından biri olan əldən çıxmış faydanı kompensasiya etmək məqsədi ilə tətbiq edildiyindən bərpaedici xarakterli sanksiyadır. 53.10. Beləliklə, hazırkı halda həm mübahisəli müqavilədə nəzərdə tutulmuş əvəzləşdirilən dəbbə pulu, həm də Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər bərpaedici sanksiyalar olduğundan həmin sanksiyaların birlikdə tətbiq edilməsi ikiqat məsuliyyət yaratmaqla hüququnun universal prinsipi olan non bis in idem (eyni əmələ görə iki dəfə olmaz) prinsipinə ziddir. 53.11. Bundan əlavə hazırkı halda gecikdirilmiş borc məbləğinə həm dəbbə pulunun, həm də faizlərin hesablanması Mülki Məcəllənin 466-cı maddəsinin tələblərinə də uyğun hesab edilə bilməz. Belə ki, yuxarıda da şərh edildiyi kimi həmin maddənin tələbləri baxımından Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən zərərin formalardan biri olan əldən çıxmış faydanın əvəzi olaraq hesablanan faizlərin yalnız dəbbə pulu məbləği ilə əhatə edilməmiş hissəsinın tutulmasına yol verilir. 53.12. Odur ki, iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əldən çıxmış faydanın əvəzi olaraq tutulmasını xahiş etdiyi faizlərin yalnız hazırkı qətnamə ilə tutulmuş dəbbə pulu məbləği ilə əhatə edilməmiş hissəsini , 494.24 manat (7194-6700)tələb edə bilər. 53.13. Odur ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin tutulması hissəsində iddia qismən təmin edilməli, cavabdehdən həmin əsasla 494.24 manat məbləğində pul vəsaiti tutulmalıdır. 53.14. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 320 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. 53.15. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 490.26 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. 53.16. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 432 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
54. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 567, 462.1, 467, 385.1, 442, 443.1 və 448.1-ci maddələrini, AR MPM-in 77.1, 106.3, 107, 115.0.9, 119.1-ci maddələrini, “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1, 36.2-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki hazırkı icraat
a) Apellyasiya şikayətinin dəlilləri
55. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 1270/2025 nömrəli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin cavabdehdən 6700 manat dəbbə pulu, 494.24 manat illik 5% faiz tutulması hissəsində ləğv edilməsini xahiş etmişdir.
56. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 134676.90 manat əsas borcun tutulması mübahisəsiz hal olduğundan qəbul edilir. Lakin, 6700 manat dəbbə pulu, 494.24 manat illik 5% faiz şirkətimizdən tutulması hissəsini qəbul etmirik. Belə ki, tərəflər arasında imzalanmış və sonrakı müqavilə ilə dəbbə pulu və ya gecikmə faizi nəzərdə tutulmamışdır. Həmin müqavilə məhkəməyə təqdim edilsə də məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bu səbəbdən də cavabdeh tərəfdən dəbbə pulu və ya gecikmə faizi tutulması əsassızdır. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 1-ci instansiya məhkəməsi cavabdehin təqdim etdiyi müqaviləyə qiymət verməmiş, cavabdehin sübutunu gözardı etmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 1-ci instansiya məhkəməsi cavabdehin təqdim etdiyi müqaviləyə qiymət verməmiş, cavabdehin sübutunu gözardı etmişdir. Tərəflər arasında imzalanmış və cavabdehin təqdim etdiyi müqaviləyə hüquqi qiymət verilməmişdir.
Apellyasiya şikayətinə qarşı etiraz
57. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
58. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
59. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
60. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
61. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
53. Maddə 445.7. Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
54. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
55. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
56. Maddə 598.3. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
60. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
61. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
63. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
64. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
65. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
67. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, cavabdeh qətnaməni dəbbə pulu və 5% faiz tutulması hissəsində mübahisələndirildiyindən qətnamə həmin hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
68. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1270/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
69. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 598.3-cü maddəsi təşkil edir.
70. Hazırki işdə də həmin maddənin dispozisiya şərtləri mövcüddur.
71. Belə ki, tərəflər arasında 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqı-satqı müqaviləsinin bağlanılması, eləcə də satıcı (iddiaçı) tərəfindən 134.676,9 manat məbləğində malların alıcıya təhvil verilməsi, lakin müqavilə üzrə malların dəyərinin ödənilməməsi işin mübahisəsiz hallarını təşkil edir.
72. Çünki cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində əsas borc hissəsində iddiaya etiraz etməmiş, məhkəmə iclasında iddianı qismən 134.676,90 manat hissəsində qəbul etmişdir.
73. Apellyasiya şikayətində cavabdeh “dəbbə pulunun tutulması” barədə tərəflər arasında yazılı razılıq olmadığına istinad etsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 23 may 2022-ci il tarixli, 138 AMP/2022 nömrəli alqı-satqı müqaviləsinin 6.5-ci bəndinə əsasən Alıcı ödənişin hər gecikdirilmiş günü üçün 0,1 % həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür.
74. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş müqavilə Cavabdeh MMC-nin direktoru X4 tərəfindən imzalanmış, MMC-nin möhürü ilə təsdiqlənmişdir və tərəf birinci instansiya məhkəməsində müqavilədə qeyd edilmiş imza və möhürü mübahisələndirməmişdir.
75. Apellyator Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389-cu maddəsinə istinad edərək müqavilə şərtlərinin iddiaçı tərəfindən birtərəfli qaydada dəyişdirilməsini qeyd etsə də Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin sübutetmə vəzifəsinin tələblərini yerinə yetirməmiş, bu barədə sübutları məhkəməyə təqdim etməmişdir.
76. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən tutulmuş məbləğ həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq iddianın təmin olunmuş hissəsinə mütənasib azaldılmışdır.
77. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
78. Cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliyin icra edilməməsi işin mübahisəsiz halı olduğu üçün məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı illik beş faizin ödənilməsini tələb etməlkdə haqlıdır.
79. Birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 466-cı maddəsinin tələblərini nəzərə alaraq 494.24 manat həddində faiz borcu müəyyənləşdirməsi ağlabatan və ədalətlidir.
80. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz.
81. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün cavabdehin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
82. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
83. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
Cavabdeh X7" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1270/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə dərhal qanuni qüvvəyə minir, qətnamədən şikayət verilə bilməz.