Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-694/2023 14.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1444/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı Nur” MTK cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli 012858 saylı akt üzrə hesabladığı 17850 manat borcun iddiaçının abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal 63 A ünvanında yerləşən hündürmərtəbəli çoxmənzilli yaşayış binasının qarşısında yerləşən "xxxx" ASC-yə məxsus qapalı məkanda yerləşdirilmiş elektrik sayğacı mövcuddur. Həmin elektrik sayğacı uzun illərdir ki, orada yerləşdirilmiş, "xxxx" ASC-yə məxsus qapalı məkanda olduğu üçün sayğaca nəzarəti həmişə "xxxx" ASCnin əməkdaşları həyata keçirmişlər. Məkanın da açarları yalnız onlarda olmuş, istədikləri vaxt sayğaca baxış keçirmişlər. Onlardan istifadə olunmuş elektrik enerjisinə görə pul tələb edilərkən məlum olmuşdur ki, xx.xx.2022-ci ildə "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman sayğacın işləməməsi aşkar olunmuş, buna görə 012858 saylı akt tərtib edilərək onlara 6500 manat borc yazılmışdır. Bildirilir ki, elektrik sayğacı "xxxx" ASC-nin əməkdaşları tərəfindən müəyyən edilmiş və yalnız onların nəzarətində olan yerdə quraşdırılmışdır. Həmin sayğaca heç vaxt tərəflərindən hər hansı müdaxilə edilməmiş, onların nəzarətində olmayan yerdə olduğu üçün müdaxilənin də edilməsi mümkün deyildir. Digər tərəfdən də həmin əraziyə nəzarət edən "xxxx" ASCnin əməkdaşları tərəfindən hər ay sayğaca baxış keçirilmişdir. Belə olan halda tərəflərindən sayğaca müdaxilə edilməsi ağlabatan hesab oluna bilməz. İstifadə olunan elektrik enerjisi üzrə mütəmadi olaraq ödənişlər həyata keçirmiş və sayğıcın nasaz vəziyyətdə olması barədə onlarda məlumat olmamışdır. Bu səbəbdən tərtib edilmiş aktı və akta əsasən hesablanmış cəriməni əsassız hesab edirlər. Aktın ləğv edilməsini, ona əsasən hesablanmış cərimənin, borcun silinməsi barədə cavabdehə rəsmi müraciət etmələrinə baxmaraq bunun nəticəsi olmamışdır. "xxxx" ASC-nin əməkdaşları dəfələrlə əsassız və qanunsuz yazılmış borca görə çoxmənzilli yaşayış binasına verilən elektriki dayandırmış, bu da binada yaşayan yüzlərlə ailənin işıqsız qalmasına, bina sakinlərinin liftdə qalmasına səbəb olmuşdur. Cavabdeh tərəfindən tərtib edilmiş akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”-nın tələblərinə də ziddir. Bundan əlvə, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 012858 saylı akt üzrə 17850 manat borcun yazıldığı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1444/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1444/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.1.5-ci maddəsinə əsasən şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar apellyasiya şikayətində göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.2 maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Həmin Məcəlləsinin (01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş redaksiyası) 361.1-ci maddəsində apellyasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 2 saylı Əlavədə göstərilmişdir. Həmin forma onu nəzərdə tutur ki, apellyasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, şikayətdə mübahisələndirilən qətnamənin ləğv edilməsi əsası kimi maddi və prosessual hüquq normalarının pozuntusu göstərilmiş, pozulduğu iddia edilən normalar sadalansa da, həmin normaların məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin nədən ibarət olduğu göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə qaytarılır. Qeyd edilən normanın tələbinə əsasən birinci instansiya məhkəməsi apelyasiya şikayətini qaytarmalı olduğu halda baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. MPM-nin 366.2-ci maddəsinə əsasən, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1444/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 361, 363, 366cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1444/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş apellyasiya şikayətinin qaytarılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-694/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-694/2023
14.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver