Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-695/2023 15.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X4 qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi Optika-Mexanika” İstehsalat Birliyi MMC-nin “Alov” Zavodunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 İstehsalat Birliyi MMC-nin “Alov” Zavodu, Cavabdeh2 İstehsalat Birliyi MMC-yə qarşı “pul tələbi”nə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, e-2-2(113)- 280/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı ilə Cavabdeh2 İstehsalat Birliyi MMC-nin “Alov” Zavodu arasında bağlanmış 28 mart 2019-cu il tarixli 473/M nömrəli kredit müqaviləsinə əsasən borc verən müqavilənin 2-ci bəndində nəzərdə tutulan məqsədlər üçün borc alana illik 21 % olmaqla, 2 ay müddətinə 150000 manat məbləğində kredit verməyi öhdəsinə götürür. Borc alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 İstehsalat Birliyi MMC-nin “Alov” Zavodu, Cavabdeh2 İstehsalat Birliyi MMC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2019-cu il tarixli 473/M saylı Kredit müqaviləsi üzrə ümumilikdə 64719.40 manat məbləğində vəsaitin (əsas məbləğdən borcu 59000 manat, faiz borcu 5719.40 manat) və 400 AZN məbləğində ödənilmiş rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 X3 Məsuliyyətli Cəmiyyətinin “Alov” Zavodu arasında xx.xx.2019-cu il tarixində 473/M saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Borc alana xx.xx.2019- cu il tarixinə qədər illik faiz dərəcəsi 21 (iyirmi bir) % olmaqla, 150 000 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə Cavabdeh2 X3 Məsuliyyətli Cəmiyyətinin “Alov” Zavodu arasında xx.xx.2019-cu il tarixli 473/M saylı Kredit müqaviləsinə Əlavələr bağlanmışdır. xx.xx.2019-cu il tarixli 473/M saylı Kredit müqaviləsinə xx.xx.2021-ci il tarixli Əlavə bağlanaraq, kredit məbləğinin qalıq hissəsinin istifadə müddəti xx.xx.2022-ci il tarixinədək artırılmışdır. Lakin Cavabdeh2 X3 Məsuliyyətli Cəmiyyətinin “Alov” Zavodu tərəfindən xx.xx.2019- cu il tarixli 473/M saylı Kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilmir. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışına əsasən, xx.xx.2019-cu il tarixli 473/M saylı Kredit müqaviləsi üzrə Cavabdeh2 X3 Məsuliyyətli Cəmiyyətinin “Alov” Zavodunun əsas məbləğdən borcu 59000 manat, faiz borcu 5719.40 manat, ümumilikdə 64719.40 manat məbləğində təşkil edir. Bildirmək istəyirik ki, Cavabdeh2 X3 Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2019-cu il tarixli 473/M saylı Kredit müqaviləsi ilə əlaqədar Zəmanət məktubları iddiaçıya təqdim edilmişdir. xx.xx.2019-cu il tarixli 02/52 saylı Zəmanət məktubuna əsasən, Cavabdeh2 X3 Məsuliyyətli Cəmiyyətinin “Alov” Zavoduna 2 (iki) ay müddətinə ayrılacaq 150000 manat kreditin əsas və faiz məbləğlərinin vaxtında ödənilməsinə Cavabdeh2 X3 Məsuliyyətli Cəmiyyəti zəmanət vermişdir. Cavabdeh2 X3 Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 02/107 saylı Zəmanət məktubuna əsasən, Cavabdeh2 X3 Məsuliyyətli Cəmiyyətinin “Alov” Zavoduna xx.xx.2022-ci il tarixinədək uzadılacaq 150000 manat məbləğində kreditin qalıq məbləğinin 72175.00 manatın əsas və faiz borcunun vaxtında ödənilməsinə Cavabdeh2 X3 Məsuliyyətli Cəmiyyəti zəmanət vermişdir.
4. Cavabdehlərin iddia ərizəsinə etirazları daxil olmamışdır.
5. Bakı Kommersiya Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, e-2-2(113)-280/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 İstehsalat Birliyi MMC-nin “Alov” Zavodu və Cavabdeh2 İstehsalat Birliyi MMC-dən müştərək qaydada 53276,47 (əlli üç min iki yüz yetmiş altı manat qırx yeddi qəpik) manat məbləğində pulun və ödənilmiş 300 (üç yüz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, aparılmış ekspertiza tədqiqatı ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh2 İstehsalat Birliyi MMC-nin “Alov” Zavodu və Cavabdeh2 İstehsalat Birliyi MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı ASC-nin özünə aid edilməsi qət edilmişdir.
6. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-280/2023 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan maliyyə arayışında və hesabdan çıxarışda cavabdehlərin ödənişləri öz əksini tapmağına baxmayaraq, sonunculardan tələb edilən pul məbləği, yəni əsas və faiz borcu ekspert tərəfindən kifayət qədər azaldılmış və məhkəmə həmin ekspert rəyini araşdırmadan əsas götürərək qiymətləndirmişdir. Hesab edirlər ki, ekspertizanın rəyi əsassızdır. Belə olan halda, təkrar ekspertizanın keçirilməsi zərurəti yaranmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 İstehsalat Birliyi MMC-nin “Alov” Zavodunun nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, onlar aybaay ödənişləri vaxtında etmişlər. 27 may 2023-cü ildə 3000 manat ödəniş etmişlər. Qətnamə çıxdıqdan sonra da 2 dəfə 5000 manat şəklində ödəniş etmişlər. Ekspert rəyi tamamilə əsaslıdır. Apellyasiya şikayəti formal olaraq işi yubatmaq məqsədilə verilmişdir.
10. İddiaçının və digər cavabdehin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
13. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.
15. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
16. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
17. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
18. Mülki Prosessual Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
19. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
20. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, cavabdehlər tərəfindən apellyasiya şikayətinin verilmədiyini, apellyasiya şikayətinin yalnız iddiaçı tərəfindən verildiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddianın təmin edilməyən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən hissədə əsaslıdır.
23. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh2 İstehsalat Birliyi MMCnin “Alov” Zavodu arasında bağlanmış 28 mart 2019-cu il tarixli 473/M nömrəli kredit müqaviləsinə əsasən borc verən müqavilənin 2-ci bəndində nəzərdə tutulan məqsədlər üçün borc alana illik 21 % olmaqla, 2 ay müddətinə 150000 manat məbləğində kredit verməyi öhdəsinə götürür. Borc alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Müqavilənin 2.1-ci bəndinə əsasən ayrılmış kredit məbləği borc alanın “müəssisədə çalışan işçilərin əmək haqqı, ona bərabər tutulan müavinətlərin və digər ödənişlərin aparılması” məqsədi üçün nəzərdə tutulmuşdur.
25. Müqavilənin 4.2-ci bəndinə əsasən borc alan tərəfindən kreditin qaytarılması faizlər aylıq, əsas məbləğ isə 28 may 2019-cu il tarixinədək tam ödənilməklə həyata keçiriləcəkdir.
26. İddiaçı ilə Cavabdeh2 İstehsalat Birliyi MMC-nin “Alov” Zavodu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 473/M saylı kredit müqaviləsinə 17 may 2021-ci il tarixli Əlavəyə əsasən borc verən tərəfdən borc alana “müəssisədə çalışan işçilərin əmək haqqı, ona bərabər tutulan müavinətlərin və digər ödənişlərin aparılması” məqsədilə 2 ay müddətinə (xx.xx.2020-ci il tarixli əlavəyə əsasən bitmə tarixi xx.xx.2021-ci il tarixinə təyin edilib), illik 21 % hesablamaq, faizlər aylıq əsas məbləğ müddət ərzində ödənilmək şərti ilə verilən 150000 manat məbləğində olan kreditin 72175 manat qalıq məbləğinin (faiz məbləğ 4354 manat məbləğindədir) istifadə müddəti xx.xx.2022-ci il tarixinə qədər artırılır.
27. İddiaçı ilə Cavabdeh2 İstehsalat Birliyi MMC-nin “Alov” Zavodu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 473/M saylı kredit müqaviləsinə 21 oktyabr 2020-ci il tarixli Əlavəyə əsasən borc verən tərəfdən borc alana “müəssisədə çalışan işçilərin əmək haqqı, ona bərabər tutulan müavinətlərin və digər ödənişlərin aparılması” məqsədilə 2 ay müddətinə (xx.xx.2019-cu il tarixli əlavəyə əsasən bitmə tarixi xx.xx.2020-ci il tarixinə təyin edilib), illik 21 % hesablamaq, faizlər aylıq əsas məbləğ müddət ərzində ödənilmək şərti ilə verilən 150000 manat məbləğində olan kreditin 84175 manat qalıq məbləğinin (faiz məbləğ 5329,37 manat məbləğindədir) kreditin bitmə tarixindən 6 ay müddətinə, xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixinə qədər artırılır.
28. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Cavabdeh2 İstehsalat Birliyi tərəfindən verilmiş 28 mart 2019-cu il tarixli 02/52 nömrəli zəmanət məktubundan görünür ki, Cavabdeh2 İB MMC-nin “Alov Zavoduna 2 ay müddətinə ayrılacaq 150000 manat kreditin əsas və faiz məbləğlərinin vaxtında ödənilməsinə Cavabdeh2 İB MMC zəmanət verir.
29. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Cavabdeh2 İstehsalat Birliyi tərəfindən verilmiş 27 oktyabr 2020-ci il tarixli 02/243 nömrəli zəmanət məktubundan görünür ki, Cavabdeh2 İB MMC-nin “Alov Zavodunun 6 ay müddətinə xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixinə qədər uzadılacaq 150000 manat məbləğində kreditin qalıq məbləğinin 87175 manatın əsas və faiz borcunun vaxtında ödənilməsinə Cavabdeh2 İB MMC zəmanət verir.
30. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Cavabdeh2 İstehsalat Birliyi tərəfindən verilmiş 16 may 2021-ci il tarixli 02/107 nömrəli zəmanət məktubundan görünür ki, Cavabdeh2 İB MMC-nin “Alov” Zavodunun xx.xx.2022-ci il tarixinədək uzadılacaq 150000 manat məbləğində kreditin qalıq məbləğinin 72175 manatın əsas və faiz borcunun vaxtında ödənilməsinə Cavabdeh2 İB MMC zəmanət verir.
31. İddiaçı tərəfindən verilmiş 25 avqust 2022-ci il tarixli 03-7398 nömrəli arayışdan görünür ki, iddiaçı ilə Cavabdeh2 İstehsalat Birliyi MMC-nin “Alov” zavodu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 473/M saylı kredit müqaviləsinə əsasən illik 21 % dərəcəsi ilə, 2 ay müddətinə 150000 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli 473/M saylı kredit müqaviləsinə əsasən verilmiş kredit üzrə cavabdehin xx.xx.2022- ci il tarixinə iddiaçıya cəmi borcu 64719 manat (59000 manat əsas borc, faiz borcu üzrə 5719,40 manat) təşkil edir.
32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 01 may 2023-cü il tarixli 9/1254 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh2 MMC-nin “Alov” Zavodunun banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 28 mart 2109-cu il tarixli 473/M saylı kredit müqaviləsinin və xx.xx.2021-ci il tarixli əlavənin şərtləri nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə (müqavilənin müddətinin son tarixi) və xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 56276,47 manat məbləğində müəyyən edilir. xx.xx.2022-ci il tarixə və xx.xx.2022ci il tarixə əsas borcu 54774,73 manat, faiz borcu 1501,74 manat təşkil edir.
33. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya hazırkı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə 3000 manat pul ödənilmişdir.
34. Hazırkı işin halları ilə müəyyən olunur ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsi, həmin müqaviləyə əlavələr və zəmanət məktublarından irəli gəlmişdir. İddiaçı Cavabdeh2 MMCnin “Alov” Zavoduna müqavilə ilə müəyyən edilmiş şərtlərlə kredit verməklə, göstərilən müqavilə və müqaviləyə əlavə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdehlər kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə kredit müqaviləsi üzrə 54774,73 manat əsas borc, 1501,74 manat faiz borcu yaranmışdır.
35. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
36. Hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir.
37. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi borc məbləğinin ekspert rəyinə uyğun - 54774,73 manat əsas borc, 1501,74 manat faiz borcu olaraq müəyyən etməklə düzgün nəticəyə gəlmişdir.
38. Bununla yanaşı, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya hazırkı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə 3000 manat pul ödənilmişdir.
39. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.2-ci maddələrini tətbiq etməklə haqlı olaraq, cavabdehlər tərəfindən edilmiş ödənişləri ilk növbədə faiz, daha sonra əsas borc üzrə nəzərə almaqla, cavabdehlərdən tutulacaq borcun məbləğin 53276,47 manat müəyyən edilməsi (56276,47 manat – 3000 manat) qənaətinə gəlmişdir.
40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə (iddianın rədd edilən hissəsində) işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
41. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. İddiaçının yenidən ekspertizanın təyin edilməsi ilə bağlı dəlilinə münasibətdə kollegiya bildirir ki, MPM-in 102-ci madddəsində göstərilən əsaslar müəyyən edilmədiyindən yenidən ekspertizanın təyin edilməsi zərurəti yaranmamışdır.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, e-2-2(113)-280/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova