Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-696/2022 15.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “X2 ve Gıda” MMC-yə qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair ilk, cavabdehin iddiaçıya qarşı əmlakların qaytarılması tələbi barədə qarşılıqlı iddia ərizələri ilə bağlı iş üzrə (açar sözlər: icarə müqaviləsi üzrə borcun ödənilməsi, əmlakın qanunsuz sahiblikdən qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin (bundan sonra - iddiaçı) nümayəndəsi X1, cavabdeh “X2 ve Gıda” MMC-nin (bundan sonra - cavabdeh) vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçının cavabdehə qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair ilk, cavabdehin iddiaçıya qarşı əmlakların qaytarılması tələbi barədə qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-479/2022 nömrəli iş üzrə 02 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 400,5 kv.m. olan (1-ci mərtəbə və zirzəmidən ibarət) qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir.
2. "xxxx" MMC (mülkiyyətçi) ilə iddiaçı (idarə edən) arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli “Daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında” müqaviləyə görə, mülkiyyətçi siyahısı bu müqavilənin müvafiq əlavələrində müəyyən edilən daşınmaz əmlak obyektlərinin tam hüquqlu mülkiyyətçisidir. Mülkiyyətçi obyekt(lər)i bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində idarə etmək üçün idarə edənə idarəetməyə və icarəyə vermək niyyətindədir. İdarə edən obyekt(lər)i bu müqaviləyə uyğun olaraq icarəyə götürmək, idarə etmək və üçüncü şəxslərə icarəyə/kirayəyə vermək niyyətindədir və bunun üçün lazımi təcrübə, heyət və digər imkanlara malikdir.
3. 27 dekabr 2017-ci il tarixli müqavilənin: 2.1. İdarə edən obyekt(lər)i və yaxud onun hər hansı bir hissəsini üçüncü şəxslərə icarə, sub-icarə (ikinci əldən icarəyə) və ya idarəetməyə vermək, yaxud obyekt(lər)i birgə istifadə etmək hüququna malikdir; 5.1. Bu müqavilənin müddəti qüvvəyə minmə tarixindən etibarən 10 il müddətinə davam edəcək.
4. "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış “Daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında” 27 dekabr 2017-ci il tarixli müqaviləyə xx.xx.2018-ci il tarixli 1.76 nömrəli əlavənin:
1. İcarə və idarəetməyə verilən obyekt ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 400,5 kv.m. olan qeyri-yaşayış sahəsidir, icarə və idarəetmə müddəti 20 ildir;
2. İdarə edən obyekt(lər)i və yaxud onun hər hansı bir hissəsini üçüncü şəxslərə icarəyə, kirayəyə, idarəetməyə, qanunvericiliklə müəyyən edilmiş digər əsaslarda istifadəyə vermək və yaxud obyekt(lər)i birgə istifadə etmək hüququna malikdir.
5. İddiaçı (icarəyə verən) ilə cavabdeh (icarəçi) arasında 12 dekabr 2019-cu il tarixdə “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 19/562 nömrəli müqavilə bağlanmışdır.
6. 12 dekabr 2019-cu il tarixli müqavilənin: 1.1. Bu müqaviləyə əsasən icarəyə verən icarə və idarəetmə hüququ əsasında istifadəsində olan, Azərbaycan Respublikası, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 400,5 kv.m. təşkil edən qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəyə verilən əmlak(lar)ı qəbul edib icarə haqqını müqavilə ilə müəyyən olunmuş şərtlərlə icarəyə verənə ödəməyi öhdəsinə götürür; 2.2. İcarə müddəti 16 yanvar 2020-ci il tarixdən başlayır və bu müqavilənin müddəalarına uyğun olaraq artırılmayınca və ya ona xitam verilməyincə 15 dekabr 2020-ci il tarixində, saat 23:59-da başa çatır; 3.1. Müqavilə üzrə icarə haqqı 16 yanvar 2020-ci il tarixindən başlayaraq aşağıda göstərilən qaydada və məbləğdə ödəniləcəkdir: 3.1.1. Bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş icarəyə verilən əmlaka görə icarə müddəti ərzində ƏDV daxil 2.500 manat aylıq icarə haqqı; 7.3. İcarəçi müqavilə üzrə ödəniş vaxtı çatmış icarə haqqının və ya müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində yol verilmiş hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i məbləğində icarəyə verənə dəbbə pulu ödəyəcək.
7. İddiaçı tərəfindən cavabdehə cəmi 32.688,72 manat dəyərində icarə haqqına (o cümlədən kommunal xidmətlərə) dair xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli hesab-fakturalar tərtib edilmişdir.
8. İddiaçı tərəfindən cəmi 33.938,72 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2020-ci il tarixli EBAF 815333 nömrəli, xx.xx.2020-ci il tarixli EBAG 340807 nömrəli, xx.xx.2020-ci il tarixli EBAH 088214 nömrəli, xx.xx.2020-ci il tarixli EBAİ 607043 nömrəli, xx.xx.2020-ci il tarixli EBAK 840726 nömrəli, xx.xx.2020-ci il tarixli EBAJ 755691 nömrəli, xx.xx.2020-ci il tarixli EBAN 560941 nömrəli, xx.xx.2020-ci il tarixli EBAP 433078 nömrəli, xx.xx.2020-ci il tarixli EBAQ 802431 nömrəli, xx.xx.2020-ci il tarixli EBAS 069889 nömrəli, xx.xx.2020-ci il tarixli EBAT 304751 nömrəli, xx.xx.2020-ci il tarixli EBAT 938852 nömrəli, xx.xx.2021-ci il tarixli EBAV 705605 nömrəli, xx.xx.2021-ci il tarixli EBAW 849861 nömrəli, xx.xx.2021-ci il tarixli EBAY 104871 nömrəli və xx.xx.2021-ci il tarixli EBBF 964524 nömrəli elektron qaimələr tərtib edilərək, elektron sistem vasitəsilə cavabdehə göndərilmişdir.
9. xx.xx.2021-ci il tarixli icarə obyektinin təhvil-təslim aktı ilə müəyyən olunur ki, icarəyə verən və icarəçi arasında imzalanmış “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 12 dekabr 2019-cu il tarixli 19/562 nömrəli müqaviləyə əsasən tərəflər təsdiq etmişlər ki, Azərbaycan Respublikası ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 400,5 kv.m. təşkil edən qeyri-yaşayış sahəsi icarəyə götürən tərəfindən icarəyə verənə təhvil verilmişdir. Aktın 1-ci bəndinə əsasən, obyekt təhvil verilərkən icarəçiyə məxsus bütün mebel avadanlığının obyektdən çıxarıldığı (girov), icarə haqqının 20.109,70 manat, elektrik borcunun 128,87 manat və su/kanalizasiya borcunun 157 manat təşkil etməsi müəyyən edilmişdir. Aktın 3-cü bəndinə görə, icarəyə verilən əmlakda bu aktın 1-ci bəndində göstərilmiş icarəçi tərəfindən quraşdırılmış arakəsmə (mövcud deyil), gətirilmiş mebel və digər əşyalar xitam tarixində, yaxud həmin tarixdən 3 iş günündən gec olmayaraq icarəyə verənin nümayəndəsinin nəzarəti altında, icarə verilən əmlaka hər hansı zərər vurmadan və icarəyə verənin təsdiq etdiyi vaxtda çıxarılacaqdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. İddiaçının nümayəndələri tərəfindən tərtib və təsdiq edilən xx.xx.2021-ci il tarixli digər aktdan müəyyən olunur ki, ki, Azərbaycan Respublikası ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 400,5 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin icarəsinə münasibətdə icarəyə verən iddiaçı və icarəçi cavabdeh arasında bağlanmış 12 dekabr 2019-cu il tarixli 19/562 nömrəli müqavilə əsasında icarəçinin istifadəsində olmuş müvafiq qeyri-yaşayış sahəsində yerləşən və aşağıda qeyd edilmiş əşya və avadanlıqlar icarə müqaviləsinin 8.5.2-ci və 8.5.3-cü yarımbəndlərinin müddəaları rəhbər tutularaq, icarəyə verən tərəfindən birtərəfli qaydada xitam verilməsi ilə əlaqədar Bakı şəhəri Nərimanov rayonu X5 küçəsi 46B ünvanda yerləşən A6 nömrəli binaya daşınaraq, saxlanılması təmin edilmişdir: 1 ədəd iki nəfərlik çarpayı dəsti (qəhvəyi); 1 ədəd matras (ağ); 1 ədəd bir qapılı, bir siyirtməli yazı masası (qəhvəyi); 1 ədəd ofis masası (qəhvəyi); 1 ədəd dörd siyirtməli tumba (qəhvəyi); 2 ədəd üç rəfli, iki qapılı ofis dolabı; 2 ədəd taxta oturacaq-kreslo (qəhvəyi); 8 ədəd üç siyitrməli dolab (bej); 1 ədəd iki şüşə qapılı klassik servant (ağ); 1 ədəd iki qapılı, dörd massiv ayaqlı klassik komod (ağ); 1 ədəd trümo formalı, uzun dolab; 1 ədəd dəmir ayaqlı, yazı masası (qəhvəyi-boz); 1 ədəd klassik divan (göynaxışlı parka); 1 ədəd iki qapılı dolab (qəhvəyi); 1 ədəd dörd təkərli kreslo (boz parka); 2 ədəd klassik krelso (göynaxışlı parça); 5 ədəd balışlar (göy, parka); 3 ədəd on rəfli dolab (bej, taxta); 1 ədəd balaca, dördbucaqlı puf (qəhvəyi, dermantin); 1 ədəd müxtəlif qab-qacaq qutusu; 1 ədəd iki şüşəli qapılı dolab (qəhvəyi); 1 ədəd klassik, dörd ayaqlı jurnal masası (ağ); 1 ədəd kompyuter masası (boz, taxta); 1 ədəd yazı masası (qəhvəyi); 1 ədəd iki qapılı dolab (açıq qəhvəyi, taxta); 4 ədəd dolab şüşələri (qısa); 6 ədəd dolab şüşələri (uzun); 1 ədəd qab-qacaq üçün mətbəx əşyası (ağ, plastic); 1 ədəd üstü dərili uzun puf (qəhvəyi); Müxtəlif mebel hissələri; Dolab hissələri (bej); 3 ədəd rəf (bej); dolab hissələri (bej); Müxtəlif mebel hissələri. Akt iddiaçının möhürü və nümayəndələrinin imzası ilə təsdiq edilmişdir.
11. İddiaçı ilə cavabdeh arasında imzalanmış “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 12 dekabr 2019-cu il tarixli 19/562 nömrəli müqavilə üzrə qalıq borc haqqında xx.xx.2022-ci il tarixli cədvələ əsasən, cavabdehin qalıq borcu ƏDV daxil 19.410,73 manat təşkil edir (hesablanıb 32.688,72 manat, ödənilib 13.277,99 manat).
Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 400,5 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 19/562 nömrəli müqavilə üzrə xx.xx.2021-ci il tarixə yığılmış əsas borc ƏDV daxil 19.410,73 manat, dəbbə pulu üzrə 7.252,46 manat məbləğdə pul vəsaitinin, habelə qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumunun da ehtiva olunduğu 200 manat məbləğdə ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın, cəmi ƏDV daxil 26.863,19 manat məbləğdə pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdeh də iddiaçıya qarşı Məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilk iddianın rədd edilməsi, 2.500 manat dəyərdə olan 1 ədəd iki nəfərlik çarpayı dəsti, 1.000 manat dəyərdə olan 1 ədəd matras, 1.000 manat dəyərdə olan 1 ədəd yazı masası, 300 manat dəyərdə olan 1 ədəd ofis masası, 1.700 manat dəyərdə olan 1 ədəd qəhvəyi tumba, 1000 manat dəyərdə 2 ədəd taxtadan olan qəhvəyi kreslo oturacağı, 320 manat dəyərdə olan 8 ədəd 3 siyirməli olan bej rəngli dolablar, 750 manat dəyərdə 1 ədəd 2 şüşə qapılı klassik servant, 1.750 manat dəyərdə olan 1 ədəd 2 qapılı 4 ayaqlı klassik komod, 600 manat dəyərdə olan 1 ədəd uzun formalı dolab, 250 manat dəyərdə olan 1 ədəd dəmir ayaqlı yazı masası, 4.000 manat dəyərdə olan yataq mebel dəstinə aid sökülmüş vəziyyətidə olan mebel hissələri, 300 manat dəyərdə olan 1 ədəd qəhvəyi rəngli 2 qapılı dolab, 3.000 manat dəyərdə olan 4 ədəd boz klassik kreslo, 1.500 manat dəyərdə olan 1 ədəd dörd təkərli kreslo, 2000 manat dəyərdə olan 2 ədəd göy klassik naxışlı kreslo 125 manat dəyərdə olan 5 ədəd göy parçadan olan naxışlı balışlar, 750 manat dəyərdə olan 1 ədəd 10 rəfli taxta dolab, 200 manat dəyərdə olan 1 ədəd qəhvəyi puf, 100 manat dəyərdə olan qab-qacaq dəsti, 500 manat dəyərdə 1 ədəd 2 şüşəli qapılı dolab, 1.000 manat dəyərdə 1 ədəd ağ jurnal masası, 200 manat dəyərdə 1 ədəd komputer masası, 300 manat dəyərdə 1 ədəd qəhvəyi yazı masası, 750 manat dəyərdə 1 ədəd iki qapılı dolab, 800 manat dəyərdə 4 ədəd dolab şüşələri, 1800 manat dəyərdə 6 ədəd dolab şüşələri, 10 manat dəyərdə 1 ədəd qab-qacaq üçün ağ plastic saxlayıcı, 1.000 manat dəyərdə 1 ədəd dərili puf, 300 manat dəyərdə mebel hissəsi olan qapaqlar, 250 manat dəyərdə mebel hissəsi olan taxta hissələri, 400 manat dəyərdə şkafın taxta hissələri, 300 manat dəyərdə olan bej mebel qapağı, 600 manat dəyərdə olan bej rəngli mebel qapısı, 750 manat dəyərdə olan 3 ədəd bej rəngli rəflər, 500 manat dəyərdə olan dolab hissəsinin bej rəngli mebel qapaqları, 3.000 manat dəyərdə 16 ədəd kameradan ibarət kamera nəzarəti sistemi, 3.000 manat dəyərdə yanğına qarşı sistem, 2700 manat dəyərdə qonaq mebel dəstinə aid sökülmüş vəziyyətdə olan taxta mebel hissələrinin, həmin əmlaklar olmadıqda isə onların dəyərinin iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, cavabdehdən ƏDV daxil 19,410,73 manat məbləğdə əsas borc, 1.500 manat məbləğdə dəbbə pulu, cəmi 20.910,73 manat və mediasiya xərclərinin əvəzi olaraq 150 manat məbləğdə pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, iddiaçıdan 2.500 manat dəyərdə olan 1 ədəd iki nəfərlik çarpayı dəsti, 1.000 manat dəyərdə olan 1 ədəd matras, 1.000 manat dəyərdə olan 1 ədəd yazı masası, 300 manat dəyərdə olan 1 ədəd ofis masası, 1.700 manat dəyərdə olan 1 ədəd qəhvəyi tumba, 1.000 manat dəyərdə 2 ədəd taxtadan olan qəhvəyi kreslo oturacağı, 320 manat dəyərdə olan 8 ədəd 3 siyirməli olan bej rəngli dolablar, 750 manat dəyərdə 1 ədəd 2 şüşə qapılı klassik servant, 1.750 manat dəyərdə olan 1 ədəd 2 qapılı 4 ayaqlı klassik komod, 600 manat dəyərdə olan 1 ədəd uzun formalı dolab, 250 manat dəyərdə olan 1 ədəd dəmir ayaqlı yazı masası, 4.000 manat dəyərdə olan yataq mebel dəstinə aid sökülmüş vəziyyətidə olan mebel hissələri 300 manat dəyərdə olan 1 ədəd qəhvəyi rəngli 2 qapılı dolab, 1.500 manat dəyərdə olan 1 ədəd dörd təkərli kreslo, 2.000 manat dəyərdə olan 2 ədəd göy klassik naxışlı krelso, 125 manat dəyərdə olan 5 ədəd göy parçadan olan naxışlı balışlar, 750 manat dəyərdə olan 1 ədəd 10 rəfli taxta dolab, 200 manat dəyərdə olan 1 ədəd qəhvəyi puf, 100 manat dəyərdə olan qab-qacaq dəsti, 500 manat dəyərdə 1 ədəd 2 şüşəli qapılı dolab, 1.000 manat dəyərdə 1 ədəd ağ jurnal masası, 200 manat dəyərdə 1 ədəd komputer masası, 300 manat dəyərdə 1 ədəd qəhvəyi yazı masası, 750 manat dəyərdə 1 ədəd iki qapılı dolab, 800 manat dəyərdə 4 ədəd dolab şüşələri, 1.800 manat dəyərdə 6 ədəd dolab şüşələri, 10 manat dəyərdə 1 ədəd qabqacaq üçün ağ plastic saxlayıcı, 1.000 manat dəyərdə 1 ədəd dərili puf, 300 manat dəyərdə mebel hissəsi olan qapaqlar, 250 manat dəyərdə mebel hissəsi olan taxta hissələri, 400 manat dəyərdə şkafın taxta hissələri, 300 manat dəyərdə olan bej mebel qapağı, 600 manat dəyərdə olan bej rəngli mebel qapısı, 750 manat dəyərdə olan 3 ədəd bej rəngli rəflər, 500 manat dəyərdə olan dolab hissəsinin bej rəngli mebel qapaqları, 3.000 manat dəyərdə 16 ədəd kameradan ibarət kamera nəzarəti sistemi, 2.700 manat dəyərdə qonaq mebel dəstinə aid sökülmüş vəziyyətdə olan taxta mebel hissələri, həmin əmlaklar olmadıqda isə onların dəyərinin alınaraq cavabdehə verilməsi qət edilmişdir.
15. Qətnamənin əsaslarına görə, “Məhkəmə qeyd edir ki, ilkin cavabdeh “X2 ve Gida” MMC mübahisəli icarə müqaviləsi üzrə ilkin iddiaçıya borcunun olmadığını iddia etsə də, icarə müqaviləsinin bağlandığı tarixdən həmin müqaviləyə xitam verildiyi tarixədək olan müddət üçün icarə haqqını ödəməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. ... Əksinə iş materiallarından görünür ki, ilkin iddiaçı tərəfindən təsdiqlənməsə də, ilkin cavabdeh tərəfindən təsdiqlənmiş “borcun etirafı barədə müqavilə”də ilkin cavabdehin mübahisəli icarə müqaviləsi üzrə icarə haqqı borcunun 20.000 manat təşkil etməsi qeyd edilmişdir. Bundan əlavə ilkin cavabdeh xx.xx.2021-ci il tarixli təhvil-təslim aktını imzalamaqla da qeyri-yaşayış sahəsini ilkin iddiaçıya təhvil verilərkən icarə haqqı borcunun 20.109,70 manat manat mövcud olduğunu bir daha təsdiq etmişdir. ... Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də ilkin cavabdeh “X2 ve Gida” MMC-nin 12 dekabr 2019-cu il tarixli “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə ilkin İddiaçı MMCyə 19,410.73 manat məbləğində icarə haqqı borcunun yarandığını, eləcə də icarə müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, ilkin iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun ilkin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. ... Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, icarə obyektində yerləşən icarəçi “X2 ve Gida” MMC-yə məxsus əmlaklar icarəyə verən İddiaçı MMC tərəfindən icarəçinin icarə haqqı üzrə öhdəliyinin icrasını təmin etmək məqsədilə saxlanılmışdır. Hazırda qarşılıqlı iddiaçı “X2 ve Gida” MMC qarşılıqlı cavabdeh İddiaçı MMC tərəfindən saxlanılmış əmlakların geri qaytarılmasını tələb edir. Həmin tələblə bağlı məhkəmə əvvəla qeyd edir ki, yanğın təhlükəsizliyi sistemi, 4 ədəd boz klassik kreslo və kamera sistemi istisna olmaqla qarşılıqlı iddia ərizəsində geri qaytarılması tələb edilən digər əmlakların qarşılıqlı cavabdeh İddiaçı MMC tərəfindən saxlanılması qarşılıqlı cavabdehin möhürü və nümayəndələrinin imzası ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli aktda öz təsdiqini tapmış, eyni zamanda məhkəmə iclasında iştirak edən qarşılıqlı cavabdeh İddiaçı MMCnin nümayəndəsi də icarəçiyə məxsus sözügedən əmlakların, eləcə də icarə obyektində qarşılıqlı iddiaçı tərəfindən quraşdırılmış kameraların saxlanılması faktını etiraf etmişdir. Göründüyü kimi yuxarıda göstərilən əşyaların qanuni sahibinin qarşılıqlı iddiaçı “X2 ve Gida” MMC olması, eləcə də həmin əşyaların hal-hazırda qarşılıqlı cavabdeh İddiaçı MMC tərəfindən saxlanılması (yəni sonuncunun sahibliyində olması) faktları işin mübahisəsiz hallarını təşkil edir.”
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 443, 448, 462, 467, 700 və 157-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apelyasiya şikayətinin dəlilləri
17. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, ilk iddia təmin olunan hissədə ləğv edilərək, qarşılıqlı iddianın tam təmin olunmasını xahiş etmişdir.
18. Şikayətin dəlillərinə görə, aralarında bağlanmış xx.xx.2019 tarixli 19/562 nömrəli müqaviləyə birtərəfli qaydada xitam vermişdir. Xitamı etibarsız hesab edir, belə ki, qanunun tələbindən irəli gələrək yazılı qaydada xəbərdarlıq edildikdən sonra birtərəfli qaydada müqaviləyə xitam verilə bilər. Bununla yanaşı, cavabdeh tərəfindən icarə haqqı tam şəkildə ödənilmişdir və hər hansı borc qalmamışdır. Məhkəmə prosesi zamanı icarəyə verən tərəfindən öhdəliklərin kobudcasına pozulması və bunun nəticəsində külli miqdarda maddi ziyanın dəyməsi tam şəkildə sübut olunmuşdur. İddiaçının nümayəndəsi də icarəçiyə məxsus sözügedən əmlakların, eləcə də icarə obyektində cavabdeh tərəfindən yanğından mühafizə sistemi və kameraların saxlanılması və quraşdırılması faktını etiraf etmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apelyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Cavabdehin vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermiş, iddiaçının nümayəndəsi şikayəti qəbul etməyib, təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 700.1 İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayəti ilə qətnamə, ilk iddia təmin edilən və qarşılıqlı iddia rədd olunan hissələrdə, qismən mübahisələndirildiyindən, məhkəmə aktı da eyni hissələrdə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
26. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olmuşdur ki, iddiaçı 12 dekabr 2019-cu il tarixli icarə müqaviləsinə əsasən həmin qeyri-yaşayış sahəsini cavabdehə icarəyə vermişdir. İddiaçı icarə obyektini cavabdehin sahibliyinə və istifadəsinə verməklə sözügedən müqavilə üzrə öhdəlikləri lazımi qaydada icra etmişdir. 31 mart 2021-ci il tarixdə həmin icarə müqaviləsinə iddiaçı tərəfindən cavabdehin iki ardıcıl müddət üçün icarə haqqını və ya onun xeyli hissəsini ödənilməsini gecikdirməsi ilə əlaqədar birtərəfli qaydada xitam verilmişdir. İddiaçı cavabdehin göstərilən müqavilə üzrə icarə haqqını tam ödəmədiyini əsas göstərərək ondan 19,410.73 manat məbləğdə icarə haqqı borcunun və dəbbə pulunun ödənilməsini tələb edir. Cavabdeh ilk iddianı qəbul etmir və etirazına əsas kimi mübahisəli icarə müqaviləsi üzrə ilkin iddiaçıya borcunun olmamasına istinad edir.
27. Cavabdeh mübahisəli icarə müqaviləsi üzrə ilkin iddiaçıya borcunun olmadığını irəli sürsə də, icarə müqaviləsinin bağlandığı tarixdən həmin müqaviləyə xitam verildiyi tarixədək olan müddət üçün icarə haqqını ödəməsini təsdiq edən sənədləri Məhkəməyə təqdim etməmişdir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin eyniməzmunlu dəlili ilə razılaşmır.
28. Apellyasiya şikayətinin cavabdehin xx.xx.2019 tarixli 19/562 nömrəli müqaviləyə birtərəfli qaydada xitam verməsinin etibarsız olması barədə dəlili də əsassızdır. Belə ki, qeyd olunan hal qarşılıqlı iddiada əks olunmamış, iş üzrə məhkəmə tədqiqatının predmeti də olmamışdır. Bundan əlavə, cavabdeh xx.xx.2021-ci il tarixli icarə obyektinin təhviltəslim aktını və 12 dekabr 2019-cu il tarixli müqavilə üzrə qalıq borc haqqında xx.xx.2022ci il tarixli cədvəli imzalamaqla da müqavilənin ləğvini mübahisə etməmiş olmuşdur.
29. Şikayətin iddiaçının nümayəndəsinin cavabdeh tərəfindən yanğından mühafizə sistemi və kameraların quraşdırılması faktını etiraf etməsinə dair dəlili də iş materialları ilə təsdiq olunmur. Əksinə, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi həmin yanğından mühafizə sistemi və kameraların cavabdehdən əvvəl obyektdə icarəçi olan "xxxx" ASC-yə aid ola biləcəyini ehtimal etmişdir. Eyni şəxsin birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclasında xx.xx.2019 tarixli 19/562 nömrəli müqavilənin 4.3-cü bəndinə istinad etməsi də belə bir etiraf kimi qəbul edilə bilməz. Həmin nümayəndə məhkəmə kollegiyasının iclaslarında da cavabdeh tərəfindən yanğından mühafizə sistemi və kameraların quraşdırılması faktını etiraf etmədiyini bildirmişdir. Digər tərəfdən, yanğından mühafizə sisteminin onun tərəfindən quraşdırılması barədə cavabdeh Məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. 3.000 manat dəyərində 16 ədəd kameradan ibarət kamera nəzarəti sisteminin cavabdehə qaytarılması tələbi isə birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur.
30. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ilk və qarşılıqlı iddiaların qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
31. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-479/2022 nömrəli iş üzrə 02 mart 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh “X2 ve Gıda” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova