Məhkəmə qərarları › İş №2-2(103)-697/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-697/2024

09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-697/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Yerlikayalar Bulent, Cavabdeh12, Cavabdeh11, Cavabdeh10, Cavabdeh9, Cavabdeh8, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh15 və Cavabdeh16 qarşı müqavilələrin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılması və qeyri-yaşayış sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil və Cavabdeh7 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-744/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində (235 saylı binanın həyətində) istifadədə olan 0.00312 ha torpaq sahəsində yerləşən 45 m2 ümumi, 45 m2 əsas, m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (qaraj) tam mülkiyyət hüquqi üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 665 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır.

2. Cavabdeh1 MMC (birinci tərəf) ilə İddiaçı (ikinci tərəf) arasında 12 oktyabr 2010-cu il tarixli icarə müqaviləsi bağlanmışdır.

3. Həmin müqavilənin 1-ci bəndinə əsasən bu müqavilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, “28 may" metrosunun yaxınlığında yerləşən və Nəqliyyat Nazirliyini sərəncamı ilə "xxxx" MMC-yə icarəyə verilən yeraltı keçid kompleksinə daxil olan Ticarət Mərkəzinin layihəsində sahəsi 16 m2 olan və layihədə "72" nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsinin (bundan sonra "Obyektin") Birinci tərəfin onu İkinci tərəfə icarəyə verilməsinə dair və icarə müqaviləsi bağlamağı öz öhdəsinə götürməsinin, İkinci tərəfin gələcəkdə bağlanacaq əqdin dəyərini bir qismini qabaqcadan ödəməsinin və bu müqaviləyə əsasən X1rşısında öhdəliyini icra etməsinə təşkilatihüquqi əsaslarını, tərəflərin hüquq və vəzifələrini və bu müqavilədən irəli gələn öhdəliklərin icra olunmamasına və ya layiqli icra olunmamasına onların məsuliyyətinin əsaslarını və həddini nizamlayır.

4. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən obyektin gələcəkdə ikinci tərəfə icarəyə verilməsinə görə o, hər m2 üçün 0 manat hesablanaraq, aylıq 000,00 manat məbləğində pul vəsaiti ödəməlidir. Bu məbləğ Ticarət Mərkəzi istifadəyə veriləndən sonra hər ayın əvvəli ödənəcək.

5. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən ödəniş milli valyuta olan manatla, nağd və ya köçürmə formasında həyata keçirilir.

6. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə müddətsiz olaraq qüvvədə olacaq.

7. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən İkinci tərəf: 4.2.1 Hər ayın əvvəlində müqavilə qiymətinə uyğun olaraq nəzərdə tutulmuş məbiəği Birinci tərəfə ödəmək; 4.2.2 Ticarət mərkəzinin ümumi nizam-intizam, mühafizə, təmizlik qaydalarına rəayət etmək; 4.2.3 İkinci Tərəf bu müqavilə imzalandıqdan sonra, onu öz adından, Birinci Tərəflə razılaşdırdığı başqa bir şəxsin adına rəsmiləşdirmək hüququna malikdir. 4.2.4 İkinci Tərəf obyekti sub-icarəyə vermə hüququna malikdir.

8. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən bu müqaviləyə İkinci tərəfin könüllü razılığı əsasında xitam verilə bilər.

9. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən birinci tərəf bu müqaviləyə İkinci Tərəfin müqavilədən irəli gələn öhdəliklərin icra olunmamasına və ya layiqli icra olunmamasına görə birtərəfli qaydada xitam verə bilər. Müqavilə tərəflərin imzası və Cavabdeh1 MMC-nin möhürü ilə təsdiq edilmişdir.

10. Cavabdeh1 MMC (birinci tərəf) ilə İddiaçı (ikinci tərəf) arasında 23 yanvar 2012-ci il tarixli icarə müqaviləsi bağlanmışdır.

11. Həmin müqavilənin 1-ci bəndinə əsasən bu müqavilə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev X4 yaxınlığında yerləşən və Nəqliyyat Nazirliyini sərəncamı ilə "xxxx" MMC-yə icarəyə verilən yeraltı keçid kompleksinə daxil olan Ticarət Mərkəzinin layihəsində sahəsi 32 m2 olan və layihədə "73" nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsinin (bundan sonra "Obyektin") - Birinci tərəfin onu İkinci tərəfə icarəyə verilməsinə dair və icarə müqaviləsi bağlamağı öz öhdəsinə götürməsinin, İkinci tərəfin gələcəkdə bağlanacaq əqdin dəyərini bir gismini qabaqcadan ödəməsinin və bu müqaviləyə əsasən X1rşısında öhdəliyini icra etməsinə təşkilati-hüquqi əsaslarını, tərəflərin hüquq və vəzifələrini və bu müqavilədən irəli gələn öhdəliklərin icra olunmamasına və ya layiqli icra olunmamasına onların məsuliyyətinin əsaslarını və həddini nizamlayır.

12. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən obyektin gələcəkdə İkinci Tərəfə icarəyə verilməsinə görə o, hər m2 üçün 3,33 manat hesablanaraq, aylıq 100 manat məbləğində pul vəsaiti ödəməlidir. Bu məbləğ Ticarət Mərkəzi istifadəyə veriləndən sonra hər ayın əvvəli ödənəcək.

13. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən ödəniş milli valyuta olan manatla, nağd və ya köçürmə formasında həyata keçirilir.

14. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə 30 (otuz) il qüvvədə olacaq.

15. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən İkinci tərəf: 4.2.1 Hər ayın əvvəlində müqavilə qiymətinə uyğun olaraq nəzərdə tutulmuş məbiəği Birinci tərəfə ödəmək; 4.2.2 Ticarət mərkəzinin ümumi nizam-intizam, mühafizə, təmizlik qaydalarına rəayət etmək; 4.2.3 İkinci Tərəf bu müqavilə imzalandıqdan sonra, onu öz adından, Birinci Tərəflə razılaşdırdığı başqa bir şəxsin adma rəsmiləşdirmək hüququna malikdir. 4.2.4 İkinci Tərəf obyekti sub-icarəyə vermə hüququna malikdir.

16. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən bu müqaviləyə İkinci tərəfin könüllü razılığı əsasında xitam verilə bilər.

17. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən birinci tərəf bu müqaviləyə İkinci Tərəfin müqavilədən irəli gələn öhdəliklərin icra olunmamasına və ya layiqli icra olunmamasına görə birtərəfli qaydada xitam verə bilər. Müqavilə tərəflərin imzası və Cavabdeh1 MMC-nin möhürü ilə təsdiq edilmişdir.

18. Cavabdeh1 MMC (satıcı) ilə Cavabdeh9 (alıcı) arasında 21 iyun 2019-cu il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı - Cavabdeh1 MMC Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanı ünvanında yerləşən ümumi sahəsi 2854,3 m2 olan qeyriyaşayış binasının (yeraltı keçid) tam mülkiyyət üzrə ona məxsus hissəsindən 10/100 hissəni (285,43 m2 ) 60000 manata alıcı - Cavabdeh9 satmışdır. Müqavilə tərəflərin imzası və satıcının möhürü ilə yanaşı notariat qaydasında təsdiq edilmişdir.

19. Cavabdeh1 MMC (satıcı) ilə Cavabdeh5 (alıcı) arasında 21 iyun 2019-cu il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı Cavabdeh1 MMC Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanı ünvanında yerləşən ümumi sahəsi 2854,3 m2 olan qeyri-yaşayış binasının (yeraltı keçid) tam mülkiyyət üzrə ona məxsus hissəsindən 5/100 hissəni (142,715 m2 ) 30000 manata alıcı - Cavabdeh5 satmışdır. Müqavilə tərəflərin imzası və satıcının möhürü ilə yanaşı notariat qaydasında təsdiq edilmişdir.

20. Cavabdeh1 MMC (satıcı) ilə Cavabdeh3 (alıcı) arasında 21 iyun 2019-cu il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı - Cavabdeh1 MMC Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanı ünvanında yerləşən ümumi sahəsi 2854,3 m2 olan qeyriyaşayış binasının (yeraltı keçid) tam mülkiyyət üzrə ona məxsus hissəsindən 6/100 hissəni (171,258 m2 ) 36000 manata alıcı - Cavabdeh3 satmışdır. Müqavilə tərəflərin imzası və satıcının möhürü ilə yanaşı notariat qaydasında təsdiq edilmişdir.

21. Cavabdeh1 MMC (satıcı) ilə Cavabdeh4 (alıcı) arasında 21 iyun 2019-cu il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı - Cavabdeh1 MMC Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanı ünvanında yerləşən ümumi sahəsi 2854,3 m2 olan qeyriyaşayış binasının (yeraltı keçid) tam mülkiyyət üzrə ona məxsus hissəsindən 5/100 hissəni (142,715 m2 ) 30000 manata alıcı - Cavabdeh4 satmışdır. Müqavilə tərəflərin imzası və satıcının möhürü ilə yanaşı notariat qaydasında təsdiq edilmişdir.

22. Cavabdeh1 MMC (satıcı) ilə Cavabdeh6 (alıcı) arasında 21 iyun 2019-cu il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı - Cavabdeh1 MMC Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanı ünvanında yerləşən ümumi sahəsi 2854,3 m2 olan qeyriyaşayış binasının (yeraltı keçid) tam mülkiyyət üzrə ona məxsus hissəsindən 6/100 hissəni (171,258 m2 ) 36000 manata alıcı - Cavabdeh6 satmışdır. Müqavilə tərəflərin imzası və satıcının möhürü ilə yanaşı notariat qaydasında təsdiq edilmişdir.

23. Cavabdeh1 MMC (satıcı) ilə Cavabdeh2 (alıcı) arasında 21 iyun 2019-cu il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı - Cavabdeh1 MMC Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanı ünvanında yerləşən ümumi sahəsi 2854,3 m2 olan qeyriyaşayış binasının (yeraltı keçid) tam mülkiyyət üzrə ona məxsus hissəsindən 6/100 hissəni (171,258 m2 ) 36000 manata alıcı - Cavabdeh2 satmışdır. Müqavilə tərəflərin imzası və satıcının möhürü ilə yanaşı notariat qaydasında təsdiq edilmişdir.

24. Cavabdeh1 MMC (satıcı) ilə Yerlikayalar Bulent (alıcı) arasında 21 iyun 2019-cu il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı - Cavabdeh1 MMC Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanı ünvanında yerləşən ümumi sahəsi 2854,3 m2 olan qeyri-yaşayış binasının (yeraltı keçid) tam mülkiyyət üzrə ona məxsus hissəsindən 2/100 hissəni (57,086 m2 ) 12000 manata alıcı - Yerlikayalar Bulentə satmışdır. Müqavilə tərəflərin imzası və satıcının möhürü ilə yanaşı notariat qaydasında təsdiq edilmişdir.

25. Cavabdeh1 MMC (satıcı) ilə Cavabdeh13 (alıcı) arasında 21 iyun 2019-cu il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı - Cavabdeh1 MMC Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanı ünvanında yerləşən ümumi sahəsi 2854,3 m2 olan qeyriyaşayış binasının (yeraltı keçid) tam mülkiyyət üzrə ona məxsus hissəsindən 15/100 hissəni (428,145 m2 ) 90000 manata alıcı - Cavabdeh13 satmışdır. Müqavilə tərəflərin imzası və satıcının möhürü ilə yanaşı notariat qaydasında təsdiq edilmişdir.

26. Cavabdeh1 MMC (satıcı) ilə Cavabdeh10 (alıcı) arasında 21 iyun 2019-cu il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı - Cavabdeh1 MMC Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanı ünvanında yerləşən ümumi sahəsi 2854,3 m2 olan qeyriyaşayış binasının (yeraltı keçid) tam mülkiyyət üzrə ona məxsus hissəsindən 10/100 hissəni (285,43 m2 ) 60000 manata alıcı - Cavabdeh10 satmışdır. Müqavilə tərəflərin imzası və satıcının möhürü ilə yanaşı notariat qaydasında təsdiq edilmişdir.

27. Cavabdeh1 MMC (satıcı) ilə Cavabdeh11 (alıcı) arasında 21 iyun 2019-cu il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı - Cavabdeh1 MMC Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanı ünvanında yerləşən ümumi sahəsi 2854,3 m2 olan qeyriyaşayış binasının (yeraltı keçid) tam mülkiyyət üzrə ona məxsus hissəsindən 20/100 hissəni (570,86 m2 ) 120000 manata alıcı - Cavabdeh11 satmışdır. Müqavilə tərəflərin imzası və satıcının möhürü ilə yanaşı notariat qaydasında təsdiq edilmişdir.

28. Cavabdeh1 MMC (satıcı) ilə Cavabdeh8 (alıcı) arasında 21 iyun 2019-cu il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı - Cavabdeh1 MMC Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanı ünvanında yerləşən ümumi sahəsi 2854,3 m2 olan qeyriyaşayış binasının (yeraltı keçid) tam mülkiyyət üzrə ona məxsus hissəsindən 5/100 hissəni (142,715 m2 ) 30000 manata alıcı - Cavabdeh8 satmışdır. Müqavilə tərəflərin imzası və satıcının möhürü ilə yanaşı notariat qaydasında təsdiq edilmişdir.

29. Cavabdeh1 MMC (satıcı) ilə Cavabdeh12 (alıcı) arasında 21 iyun 2019-cu il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı - Cavabdeh1 MMC Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanı ünvanında yerləşən ümumi sahəsi 2854,3 m2 olan qeyri-yaşayış binasının (yeraltı keçid) tam mülkiyyət üzrə ona məxsus hissəsindən 5/100 hissəni (142,715 m2 ) 30000 manata alıcı - Cavabdeh12 satmışdır. Müqavilə tərəflərin imzası və satıcının möhürü ilə yanaşı notariat qaydasında təsdiq edilmişdir.

30. Cavabdeh1 MMC (satıcı) ilə Cavabdeh7 (alıcı) arasında 21 iyun 2019-cu il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı - Cavabdeh1 MMC Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanı ünvanında yerləşən ümumi sahəsi 2854,3 m2 olan qeyri-yaşayış binasının (yeraltı keçid) tam mülkiyyət üzrə ona məxsus hissəsindən 5/100 hissəni (142,715 m2 ) 30000 manata alıcı - Cavabdeh7 satmışdır. Müqavilə tərəflərin imzası və satıcının möhürü ilə yanaşı notariat qaydasında təsdiq edilmişdir.

31. Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanı ünvanında yerləşən ümumi sahəsi 2854,3 m2 olan qeyri-yaşayış binasının xüsusi mülkiyyət hüquqi ilə hüquq sahibləri (mülkiyyətçiləri) aşağıdakılardır: 1. Cavabdeh10, payı – 285,43 m2, qeydiyyat tarixi – xx.xx.2019; 2. Cavabdeh2, payı – 171,258 m2, qeydiyyat tarixi – xx.xx.2019; 3. Cavabdeh6, payı – 171,258 m2, qeydiyyat tarixi – xx.xx.2019; 4. Cavabdeh5, payı – 142,715 m2, qeydiyyat tarixi – xx.xx.2019; 5. Cavabdeh9, payı – 285,43 m2, qeydiyyat tarixi – xx.xx.2019; 6. Cavabdeh11, payı – 570,86 m2, qeydiyyat tarixi – xx.xx.2019; 7. Yerlikayalar Bulent, payı – 57,086 m2, qeydiyyat tarixi – xx.xx.2019; 8. Cavabdeh4, payı - 142,715 m2 -dən ½ hissə; 9. Cavabdeh3, payı – 171,258 m2, qeydiyyat tarixi – xx.xx.2019; 10. Cavabdeh12, payı – 142,715 m2, qeydiyyat tarixi – xx.xx.2019; 11. Cavabdeh7, payı – 142,715 m2, qeydiyyat tarixi – xx.xx.2019; 12. X9, payı – 428,145 m2, qeydiyyat tarixi – xx.xx.2022; 13. X6, payı - 142,715 m2-dən ½ hissə, qeydiyyat tarixi – xx.xx.2022; 14. X5, payı - 142,715 m2 -dən ½ hissə, qeydiyyat tarixi – xx.xx.2021; 15. Cavabdeh8, payı - 142,715 m2 -dən ½ hissə, qeydiyyat tarixi – xx.xx.2021.

32. Müqavilənin ləğvinə dair xx.xx.2019-cu il tarixli bildirişlə mülkiyyətçilər İddiaçı bildirmişlər ki, "xxxx" MMC ilə İddiaçı arasında 12 oktyabr 2010-cu il tarixdə bağlanılmış müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı, yeraltı keçid ünvanındakı Ticarət Mərkəzində yerləşən sahəsi 15 m2 olan 72 saylı qeyri-yaşayış sahəsi müddətsiz və əvəzsiz olaraq İddiaçı isifadəsinə verilmişdir. Qeyd olunan Ticarət Mərkəzi bütövlükdə notarial qaydada təsdiq olunmuş 21 iyun 2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən 13 nəfər sahibkara satılmışdır. Mülki Məcəllənin 747-ci maddəsinə əsasən kirayəyə verən əvəzsiz istifadə müqaviləsini, əvvələn, əvəzsiz istifadəyə verdiyi əşyaya gözlənilməz hallar nəticəsində ehtiyac duyduqda, ikincisi, kirayəçi əşyadan müqavilənin şərtlərini pozmaqla istifadə etdikdə, o cümlədən əşyanı üçüncü şəxslərin istifadəsinə verdikdə və ya kirayəçinin kifayət qədər vicdanlı olmaması üzündən əşya mühüm təhlükəyə məruz qaldıqda və üçüncüsü, kirayəçinin öldüyü halda vaxtından əvvəl ləğv edə bilər. İstifadəsində olan mağazaya mülkiyyətçilərin ehtiyacı yaranmış və eləcə də tərəfindən qeyd olunan mağaza üçüncü şəxslərin istifadəsinə verilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Məcəllənin 737-ci maddəsini rəhbər tutaraq bildirirlər ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında 12 oktyabr 2010-cu il tarixdə bağlanılmış müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı, yeraltı keçid ünvanındakı Ticarət Mərkəzində yerləşən sahəsi 15 m2 olan 72 saylı qeyriyaşayış sahəsinin müddətsiz və əvəzsiz olaraq istifadəyə verilməsinə dair müqaviləyə 30 gün müddətində, yəni 10 noyabr 2019-cu il tarixdə xitam veriləcəkdir. Bildiriş mülkiyyətçilər adından etibarnamə əsasında X7 tərəfindən imzalanmışdır.

33. SS kodu 531752176AZ olan xx.xx.2019-cu il tarixli xəbərnaməli poçt zərfinə əsasən poçt zərfi İddiaçı göndərilsə də xəbərnamədən İddiaçı göndərişi alıb-almadığı (imzaladığı) müəyyən edilmir.

34. Müqavilənin ləğvinə dair xx.xx.2019-cu il tarixli bildirişlə mülkiyyətçilər İddiaçı bildirmişlər ki, "xxxx" MMC ilə İddiaçı arasında 23 yanvar 2012-ci il tarixdə bağlanılmış müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı, yeraltı keçid ünvanındakı Ticarət Mərkəzində yerləşən sahəsi 32 m2 olan 73 saylı qeyri-yaşayış sahəsi icarə müaviləsi əsasında İddiaçı isifadəsinə verilmişdir. Qeyd olunan Ticarət Mərkəzi bütövlükdə notarial qaydada təsdiq olunmuş 21 iyun 2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən 13 nəfər sahibkara satılmışdır. Bildirirlər ki, icarəsində olan sahəyə görə uzun müddətdir ki, icarə haqqı ödənilmir, dəfələrlə edilmiş müraciətlər cavabsız qalmış və bağlanılmış müqavilənin şərtləri İddiaçı tərəfindən pozulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və tərəflər arasında bağlanılmış müqavilənin 5.2-ci bəndini rəhbər tutaraq, Cavabdeh1 MMC ilə İddiaçı arasında 23 yanvar 2012- ci il tarixdə bağlanılmış müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı, yeraltı keçid ünvanındakı Ticarət Mərkəzində yerləşən sahəsi 32 m2 olan 73 saylı qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair müqaviləyə 30 gün müddətində, yəni 10 noyabr 2019-cu il tarixdə bir tərəfli qaydada xitam veriləcəkdir. Bildiriş mülkiyyətçilər adından etibarnamə əsasında X7 tərəfindən imzalanmış və bildirişi 73 saylı mağazada subicarəçi işləyən Cavabdeh15 imzalamaqla qəbul etmişdir.

35. SS kodu 531752193AZ olan xx.xx.2019-cu il tarixli xəbərnaməli poçt zərfinə əsasənpoçt zərfi İddiaçı yaşayış ünvanına göndərilsə də, xəbərnamədən İddiaçı göndərişi alıb-almadığı (imzaladığı) müəyyən edilmir.

36. Müqavilənin ləğvinə dair xx.xx.2019-cu il tarixli bildirişlə mülkiyyətçilər İddiaçı bildirmişlər ki, "xxxx" MMC ilə İddiaçı arasında 12 oktyabr 2010-cu il tarixdə bağlanılmış müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı, yeraltı keçid ünvanındakı Ticarət Mərkəzində yerləşən sahəsi 15 m2 olan 72 saylı qeyri-yaşayış sahəsi müddətsiz və əvəzsiz olaraq İddiaçı isifadəsinə verilmişdir. Qeyd olunan Ticarət Mərkəzi bütövlükdə notarial qaydada təsdiq olunmuş 21 iyun 2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən 13 nəfər sahibkara satılmışdır. Mülki Məcəllənin 747-ci maddəsinə əsasən kirayəyə verən əvəzsiz istifadə müqaviləsini, əvvələn, əvəzsiz istifadəyə verdiyi əşyaya gözlənilməz hallar nəticəsində ehtiyac duyduqda, ikincisi, kirayəçi əşyadan müqavilənin şərtlərini pozmaqla istifadə etdikdə, o cümlədən əşyanı üçüncü şəxslərin istifadəsinə verdikdə və ya kirayəçinin kifayət qədər vicdanlı olmaması üzündən əşya mühüm təhlükəyə məruz qaldıqda və üçüncüsü, kirayəçinin öldüyü halda vaxtından əvvəl ləğv edə bilər. İstifadəsində olan mağazaya mülkiyyətçilərin ehtiyacı yaranmış və eləcə də tərəfindən qeyd olunan mağaza üçüncü şəxslərin istifadəsinə verilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Məcəllənin 737-ci maddəsini rəhbər tutaraq bildirirlər ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında 12 oktyabr 2010-cu il tarixdə bağlanılmış müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı, yeraltı keçid ünvanındakı Ticarət Mərkəzində yerləşən sahəsi 15 m2 olan 72 saylı qeyriyaşayış sahəsinin müddətsiz və əvəzsis olaraq istifadəyə verilməsinə dair müqaviləyə 30 gün müddətində, yəni 10 noyabr 2019-cu il tarixdə xitam veriləcəkdir.

37. Bildiriş mülkiyyətçilər adından etibarnamə əsasında X7 tərəfindən imzalanmış və bildirişi 72 saylı mağazada subicarəçi işləyən Cavabdeh16 imzalamaqla qəbul etmişdir.

38. Müqavilənin ləğvinə dair xx.xx.2019-cu il tarixli bildirişlə mülkiyyətçilər İddiaçı bildirmişlər ki, "xxxx" MMC ilə İddiaçı arasında 23 yanvar 2012-ci il tarixdə bağlanılmış müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı, yeraltı keçid ünvanındakı Ticarət Mərkəzində yerləşən sahəsi 32 m2 olan 73 saylı qeyri-yaşayış sahəsi icarə müaviləsi əsasında İddiaçı isifadəsinə verilmişdir. Qeyd olunan Ticarət Mərkəzi bütövlükdə notarial qaydada təsdiq olunmuş 21 iyun 2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən 13 nəfər sahibkara satılmışdır. Bildirirlər ki, icarəsində olan sahəyə görə uzun müddətdir ki, icarə haqqı ödənilmir, dəfələrlə edilmiş müraciətlər cavabsız qalmış və bağlanılmış müqavilənin şərtləri İddiaçı tərəfindən pozulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və tərəflər arasında bağlanılmış müqavilənin 5.2-ci bəndini rəhbər tutaraq, Cavabdeh1 MMC ilə İddiaçı arasında 23 yanvar 2012- ci il tarixdə bağlanılmış müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı, yeraltı keçid ünvanındakı Ticarət Mərkəzində yerləşən sahəsi 32 m2 olan 73 saylı qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair müqaviləyə 30 gün müddətində, yəni 10 noyabr 2019-cu il tarixdə bir tərəfli qaydada xitam veriləcəkdir. Bildiriş mülkiyyətçilər adından etibarnamə əsasında X7 tərəfindən imzalanmışdır.

39. İcarəyə verən adından etibarnamə üzrə nümayəndə X7 ilə icarəçi Cavabdeh16 arasında 12 noyabr 2019-cu il tarixli 72 nömrəli icarə müqaviləsi bağlanmışdır.

40. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanı ünvanında yerləşən ümumi sahəsi 2854,3 m2 olan qeyri-yaşayış sahəsinin 15 m2 hissəsini təşkil edən 72 saylı mağazanı icarəçiyə icarəyə verir.

41. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarə müddəti hazırki icarənin müddəalarına uyğun olaraq artırılmayınca və ya ona vaxtından əvvəl xitam verilməyincə 12 noyabr 2019-cu il tarixdə imzalanır və 12 noyabr 2022-ci il tarixdə başa çatacaq.

42. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə 12 noyabr 2019-cu il tarixindən qüvvəyə minir.

43. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən müddətin başa çatmasına 1 təqvim ayı qalmış icarəçi icarə müddətinin uzadılması barədə yazılı bildiriş təqdim etdikdə və icarəyə verən bu cür icarə müddətinin növbəti eyni müddətə artırılması barədə yazılı qaydada öz razılığını bildirdikdə icarə müddəti eyni və ya tərəflər arasında razılaşdırılmış digər müddətə uzadılmış hesab olunur.

44. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən icarəyə verilən əmlakın icarəsi ilə bağlı icarəçi, bu icarənin qüvvədə olduğu müddət ərzində icarəyə verənə hər təqvim ayı üçün vergilər daxil olmamaqla 1750 manat məbləğində icarə haqqı ödəyəcək. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir.

45. İcarəyə verənin adından etibarnamə üzrə nümayəndə X7 ilə icarəçi Cavabdeh15 arasında 12 noyabr 2019-cu il tarixli 73 nömrəli icarə müqaviləsi bağlanmışdır.

46. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanı ünvanında yerləşən ümumi sahəsi 2854,3 m2 olan qeyri-yaşayış sahəsinin 31,6 m2 hissəsini təşkil edən 73 saylı mağazanı icarəçiyə icarəyə verir.

47. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarə müddəti hazırki icarənin müddəalarına uyğun olaraq artırılmayınca və ya ona vaxtından əvvəl xitam verilməyincə 12 noyabr 2019-cu il tarixdə imzalanır və 12 noyabr 2022-ci il tarixdə başa çatacaq.

48. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə 12 noyabr 2019-cu il tarixindən qüvvəyə minir.

49. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən müddətin başa çatmasına 1 təqvim ayı qalmış icarəçi icarə müddətinin uzadılması barədə yazılı bildiriş təqdim etdikdə və icarəyə verən bu cür icarə müddətinin növbəti eyni müddətə artırılması barədə yazılı qaydada öz razılığını bildirdikdə icarə müddəti eyni və ya tərəflər arasında razılaşdırılmış digər müddətə uzadılmış hesab olunur.

50. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən icarəyə verilən əmlakın icarəsi ilə bağlı icarəçi, bu icarənin qüvvədə olduğu müddət ərzində icarəyə verənə hər təqvim ayı üçün vergilər daxil olmamaqla 3100 manat məbləğində icarə haqqı ödəyəcək. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir.

51. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 63 nömrəli xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, Bakı şəhəri, ünvan 3 yaşayış binası vaxtıilə 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla Birliyin tabeçiliyindəki 70 saylı Mənzil-Kommunal İstismar Sahəsinin istismarında olmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Qəzalı vəziyyətdə olan yaşayış binasının sökülərək, yerində yaşayış binasının layihələndirilməsinə icazə verilməsi haqqında” xx.xx.2008-ci il tarixli, 689 saylı Sərəncamı ilə "xxxx" şirkətinin xx.xx.2008ci il tarixli, 36 saylı məktubunu və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitunun texniki rəyini nəzərə alaraq, ünvan 3 ünvanda yerləşən qəzalı vəziyyətdə olan binanın sökülərək, yerində yüksək mərtəbəli yaşayış binasının layihələndirilməsi məqsədilə torpaq sahəsi icarə əsasında həmin şirkətin istifadəsinə verilmişdir. Dilarə Əliyeva küçəsi 235 saylı yaşayış binasının yerində halhazırda inşa edilmiş hündürmərtəbəli yaşayış binası 2 saylı Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfatı Birliyinin balansında deyildir və yerində inşa edilmiş daşınmaz əmlak(lar) barədə onlarda məlumat yoxdur.

52. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Qəzalı vəziyyətdə olan yaşayış binasının sökülərək, yerində yaşayış binasının layihələndirilməsinə icazə verilməsi haqqında” xx.xx.2008-ci il tarixli, 689 saylı Sərəncamı ilə "xxxx" şirkətinin xx.xx.2008-ci il tarixli, 36 saylı məktubunu və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitunun texniki rəyini nəzərə alaraq, ünvan 3 ünvanda yerləşən qəzalı vəziyyətdə olan binanın sökülərək, yerində yüksək mərtəbəli yaşayış binasının layihələndirilməsi məqsədilə torpaq sahəsi icarə əsasında həmin şirkətin istifadəsinə verilməsi qərara alınmışdır.

53. Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********0 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı, Ticarət Mərkəzi ünvanında yerləşən 301972562-14001 kodlu mağaza Cavabdeh15 adına xx.xx.2013- cü il tarixdə uçota alınmışdır.

54. Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********2 nömrəli arayışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı, Ticarət Mərkəzi ünvanında yerləşən **********-14001 kodlu mağaza Cavabdeh16 adına xx.xx.2019-cu il tarixdə uçota alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

55. İddiaçı Cavabdeh1 MMC-yə (Yerlikayalar Bulent, Cavabdeh12, Cavabdeh11, Cavabdeh10, Cavabdeh9, Cavabdeh8, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 12 oktyabr 2010-cu il tarixli icarə müqaviləsi bağlanmaqla iddiaçının əvəzsiz və müddətsiz istifadəsinə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, «28 May» Metrostansiyasının yaxınlığındakı yeraltı keçid kompleksinə daxil olan Ticarət mərkəzində yerləşən sahəsi 16 kv.m. olan və layihədə «72» nömrəsi ilə işarələnən Ticarət təyinatlı qeyriyaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və həmin qeyri-yaşayış sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi, 23 yanvar 2012-ci il tarixli icarə müqaviləsi bağlanmaqla hər kv.m. üçün 3,33 manat hesablanmaqla aylıq 100 manat olmaqla iddiaçının 30 il müddətinə istifadəsinə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, «28 May» Metrostansiyasının yaxınlığındakı yeraltı keçid kompleksinə daxil olan ticarət mərkəzində yerləşən sahəsi 32 kv.m. olan və layihədə «73» nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyriyaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və həmin qeyri-yaşayış sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

56. İddiaçı bildirir ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən 235 saylı binanın həyətindəki 0,00312 ha torpaq sahəsində yerləşən 45 kv.m. sahəsi olan 1 mərtəbəli qeyri-yaşayış sahəsi (qaraj) tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuşdur. Həmin qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən əvəzli olaraq yerində hündürmərtəbəli bina tikmək məqsədi ilə alınmışdır. Hal-hazırda həmin qeyri-yaşayış sahəsinin yerində hündürmərtəbəli bina inşa edilmişdir. Tərəflər razılaşmışlar ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin əvəzində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, «28 May» Metrostansiyasının yaxınlığındakı yeraltı keçid kompleksinə daxil olan ticarət mərkəzində yerləşən sahəsi 16 kv.m. olan və layihədə «72» nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsi 12 oktyabr 2010-cu il tarixli icarə müqaviləsi bağlanmaqla iddiaçının əvəzsiz və müddətsiz istifadəsinə, həmin ticarət mərkəzində yerləşən sahəsi 32 kv.m. olan və layihədə «73» nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsini isə 23 yanvar 2012-ci il tarixli icarə müqaviləsi bağlanmaqla hər kv.m. üçün 3,33 manat olmaqla aylıq 100 manat olmaqla iddiaçının 30 il müddətinə istifadəsinə verilmişdir. Lakin sonradan cavabdeh tərəf öz öhdəliklərini pozaraq iddiaçını oradan çıxarmış və mülkiyyət hüququnu həyata keçirməyinə maneçilik törədir, obyekti digər şəxslərin icarəsinə vermişdir.

57. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2986/2023 nömrəli xx.xx.2023- cü il tarixli qərardadı ilə İddiaçı Yerlikayalar Bulent, Cavabdeh12, Cavabdeh11, Cavabdeh10, Cavabdeh9, Cavabdeh8, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh1 MMC-yə qarşı "qeyri-yaşayış sahəsinin boşaldılması və qeyri-yaşayış sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

58. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmiş şəxslərin (əlavə) cavabdehlər qismində cəlb edilməklə, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, «28 May» Metrostansiyasının yaxınlığındakı yeraltı keçid kompleksinə daxil olan ticarət mərkəzində yerləşən sahəsi 16 kv.m. olan və layihədə «72» nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyriyaşayış sahəsinin icarəyə verilməsi barədə 12 noyabr 2019-cu il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, 12 oktyabr 2010-cu il tarixli icarə müqaviləsi bağlanmaqla iddiaçının əvəzsiz və müddətsiz istifadəsinə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, «28 May» Metrostansiyasının yaxınlığındakı yeraltı keçid kompleksinə daxil olan ticarət mərkəzində yerləşən sahəsi 16 kv.m. olan və layihədə «72» nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri- yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və həmin qeyri-yaşayış sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, «28 May» Metrostansiyasının yaxınlığındakı yeraltı keçid kompleksinə daxil olan ticarət mərkəzində yerləşən sahəsi 32 kv.m. olan və layihədə «73» nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 12 noyabr 2019-cu il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, 23 yanvar 2012-ci il tarixli icarə müqaviləsi bağlanmaqla hər kv.m. üçün 3,33 manat hesablanmaqla aylıq 100 manat olmaqla iddiaçının 30 il müddətinə istifadəsinə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, “28 May” Metrostansiyasının yaxınlığındakı yeraltı keçid kompleksinə daxil olan ticarət mərkəzində yerləşən sahəsi 32 kv.m olan və layihədə «73» nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyriyaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və həmin qeyri-yaşayış sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

59. Cavabdeh1 MMC-nin, Cavabdeh2, Cavabdeh11, Cavabdeh9 və Cavabdeh12 nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz edir və iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, bildirir ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli və xx.xx.2012-ci il tarixli müqavilələrə xx.xx.2019-cu ildə birtərəfli qaydada xitam verilmişdir. Həmin tarixdən etibarən İddiaçı istifadəsində olmuş mağazalar ilə maraqlanmamış, bildirişləri qanunla müəyyən edilmiş müdətlərlə mübahisələndirməmişdir. Odur ki, iddia iddia müddətinin keçməsi əsası ilə təmin edilməməlidir.

60. Bakı Kommersiya Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qərardadı ilə Cavabdeh15 və Cavabdeh16 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişdir.

61. Bakı Kommersiya Məhkəməsinin 26 fevral 2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmiş şəxslərin (əlavə) cavabdehlər qismində cəlb edilməklə) barədə ərizə icraata qəbul edilmiş və İddiaçı Cavabdeh1 MMC-yə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılması və qeyri-yaşayış sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi”tələbinə dair iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmiş Yerlikayalar Bulent, Cavabdeh12, Cavabdeh11, Cavabdeh10, Cavabdeh9, Cavabdeh8, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh15 və Cavabdeh16 işdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində iştiraklarına xitam verilmiş və həmin şəxslər əlavə (başqa) cavabdehlər qismində işə cəlb edilmişlər.

62. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehlər Cavabdeh1 MMC-nin, Cavabdeh2, Cavabdeh11, Cavabdeh9 və Cavabdeh12 nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, 2019-cu ildə müqaviləyə xitam veriləndə iddiaçının bundan məlumatı olmuş, ona bildiriş göndərilmişdir, həmçinin iş üzrə digər cavabdehlər kimi çıxış edən şəxslər tərəfindən də ona məlumat verilmişdir. Müqaviləyə 2019-cu ildə xitam verilmişdir və həmin vaxtdan onun bu mağazalarla əlaqəsi yoxdur. Nə kassa-aparatına dair, nə 2019-cu ildən bu günədək icarə haqqının ödənilməsinə dair sənəd təqdim edə bilir. Buna görə bildirişin alınmasına dair qəbzdə imzanın iddiaçının olub-olmamasının iş üzrə heç bir əhəmiyyəti yoxdur. Mağazalar 2019-cu ilə kimi iddiaçının istifadəsində olmuşdur. İddiaçını icarə sahəsindən çıxartmaq kimi niyyətləri olmamışdır. Ona bildirilmişdir ki, icarə haqqını ödəmək niyyəti vardırsa icarə münasibətləri davam etdiriləcək, əks halda müqaviləyə xitam veriləcəkdir. Əvəzsiz istifadəyə verilən mağaza ilə bağlı iddiaçıya dəfələrlə bildirilmişdir ki, əvəzsiz istifadəyə verilmiş obyekt onun tərəfindən subicarəyə verilə bilməz. Bununla bağlı ona rəsmi qaydada bildirişlər göndərilmiş, lakin müəyyən olunmuş müddət ərzində İddiaçı tərəfindən heç bir reaksiya verilməmişdir. Bu səbəbdən ticarət obyektinin mülkiyyətçiləri tərəfindən kənardan icarəçi axtarılmamış və İddiaçı subicarəçiləri olmuş Cavabdeh15 və Cavabdeh16 ilə icarə müqavilələri bağlanmışdır. Həmin müqavilələr xx.xx.2019-cu ildə bağlanmış və bugünədək həmin şəxslərin icarəsindədir. 2019-cu ilin oktyabr ayından sonra İddiaçı tərəfindən onun istifadəsində olmuş icarə obyektlərinə dair hər hansı pretenziya daxil olmamışdır. O, müqavilələrin ləğv olunduğunu bilmiş və qanunla müəyyən edilmiş müddətdə bunu mübahisələndirməmişdir. İddiaçı müqavilələrdən irəli gələn mübahisələr üzrə iddia müddətini ötürmüşdür. Həmin mağazaların yerləşdiyi ticarət mərkəzi (28 May metrosunun yaxınlığında olan) sovet hakimiyyəti dövründən ticarət obyekti kimi fəaliyyət göstərmişdir. Sonradan 1998-ci ildə həmin ticarət mərkəzi bağlandı. Dövlət tərəfindən göstəriş verildi ki, ora yüksək səviyyədə təmir olunmalıdır. Təmir müddətində obyekt 10 ilə yaxın istifadəsiz qalmış, 2008-2009-cu illərdə əvvəl istifadəsinə, sonradan mülkiyyətinə keçmişdir. Vəkil həmçinin izahatında bildirmişdir ki, Sorğuya verilən cavabdan da görünür ki, İddiaçı mülkiyyətində olan əmlakın sökülməsi ilə bağlı Cavabdeh1 MMC-nin əlaqəsi olmamışdır. Cavabdeh1 MMC hər hansı söküntü işlərini aparmamışdır, bu cür fəaliyyətin həyata keçirilməsi üçün lisenziyası da olmayıb. Adından göründüyü kimi daşınmaz əmlakın idarə etməsi ilə məşğul olan şirkət olmuşdur. Həmçinin sorğulara verilən cavablardan da müəyyən olunur ki, həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi yerə dair sərəncam "xxxx" adlı MTK-ya verilmişdir. Cavabdeh1 MMC-nin təsisçiləri ilə "xxxx" MTK-nın təsisçiləri arasında hər hansı hüquqi və faktiki bağlılığı yoxdur.

63. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh16 izahatında bildirmişdir ki, 2010-cu ildən 72 nömrəli mağazanı iddiaçı ilə bağladığı subicarə müqaviləsi əsasında işlətmişdir. 2019-cu ilin payız aylarında hazırki rəhbərlik tərəfindən dəvət olunduğu zaman onlara məktub təqdim edilmişdir. Həmin məktubda İddiaçı uzun müddət icarə haqqının ödəməməsi bildirilirdi. Məktubun bir nüsxəsi onlara verildi, bir nüsxəsi isə İddiaçı təqdim edilməsi üçün onlara verildi və həmin məktubu ona təqdim etmişlər. Bundan başqa onunla dəfələrlə telefonla əlaqə saxlamışlar, cavabı isə mağazanın onun olması və onu oradan heç kimin çıxara bilməyəcəyi olmuşdur. 2019-cu ildən sonra onu görməmişlər. Cavabdeh16 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, 2010-cu ildən 2019-cu ilə kimi aylıq icarə haqqı ilkin olaraq 1100 manat idi, sonradan arta-arta 1500 manata çatdırılmışdır. Məktubda olan əlyazma və imza ona məxsusdur. Həmin məktubun bir nüsxəsini İddiaçı çardırmışlar, bir nüsxəsi isə onlarda qalmışdır. Bu məktubu çatdıranda bildirdi ki, mağaza ona məxsusdur və heç kim onu mağazadan çıxara bilməz. 2019-cu ildən bu günə kimi İddiaçı tərəfindən nə mağazanın idarəçiliyi ilə bağlı, nə icarəsi ilə bağlı ona müraciət olunmamışdır. İstifadə etdiyi 72 saylı mağazada İddiaçı məxsus olan heç bir mal olmamışdır. Mağazanın vergi uçotuna alınmış qeydiyyatı öz adınadır. Məktubu (bildirişi) iddiaçıya çatdırılması üçün 2019-cu ilə kimi iddiaçının icarə haqqısını yığan Yaqub adlı şəxsə vermişlər.

64. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh15 izahatında bildirmişdir ki, 73 saylı mağazanı 2012-ci ildən İddiaçı icarəyə götürmüşdür. 2019-cu ildə Cavabdeh1 MMC ona məlumat verdi ki, bir ay ərzində icarə şərtləri dəyişir və bunu İddiaçıla əlaqə saxlayıb bildirməyini istədilər. O da bunu whatsapp vasitəsilə bildirdi. Cavabında bu məsələni özüm həll edəcəyini, işləri ilə məşğul olmağı bildirdi Daha sonra Cavabdeh1 MMC yeni mülkiyyətçi olduğunu və icarə haqqının bundan sonra onlara ödənilməli olduğunu bildirmişdir. Daha sonra yeni icarə müqaviləsi bağladılar. Cavabdeh15 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, 72 saylı mağaza vergi orqanında öz adına qeydiyyata alınmışdır. Ona qədər həmin mağazanın İddiaçı adına qeydiyyatı olmayıb. İcarə haqqını İddiaçı 2019-cu ilin payız aylarına kimi vermişdir. Müqavilənin ləğv edilməsi barədə bildirişdən məlumatı var idi, bunu ona bildirmişdilər. Mağazada ancaq onun malı olub. İddiaçı 2019-cu ildən sonra onlarla hər hansı əlaqə yaratmamışdır. 2012-ci ildən ilk olaraq 1500 manat, 2019-cu ildə 2000 manatdan artıq məbləğdə pul ödəyirdi. Hazırda 3100 manat icarə haqqı ödəyir.

65. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-744/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

66. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

67. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf icarə münasibətlərinə guya iddiaçıya xəbər verməklə pozduğunu bildirsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Əksinə, iddiaçının imzasının saxtalaşdırıldığı poçt sənədləri təqdim etmişdir. Lakin sonradan cavabdeh tərəf öz öhdəliklərini pozaraq iddiaçını oradan çıxarmış və mülkiyyət hüququnu həyata keçirməyinə maneçilik törətmiş və obyekti digər şəxslərin icarəsinə vermişdir. Göründüyü kimi cavabdeh iddiaçıya məxsus əvəzsiz və müddətsiz icarə hüququnun olmasına, mülkiyyət hüququnun toxunulmaz olmaqla, qanunla dövlət tərəfindən müdafiə edilməsinə, heç kəsin məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməməsinə, açıq-aşkar hüquqdan sui-istifadə edərək ona verilmiş hüquqlardan iddiaçıya ziyan vurmaq məqsədi ilə istifadə etməklə sonuncuya birbaşa maddi və mənəvi ziyan vuran hərəkətlər etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil və Cavabdeh7 apellyasiya şikayətinə etiraz etdilər.

13. İşdə iştiak edən digər şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

15. Həmin Məcəllənin 685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə.

16. Həmin Məcəllənin 699.1-ci maddəsinə əsasən kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur.

17. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

18. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

19. Həmin Məcəllənin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər.

20. Həmin Məcəllənin 736.3-cü maddəsinə əsasən əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər.

21. Həmin Məcəllənin 737-ci maddəsinə əsasən kirayəyə verən əvəzsiz istifadə müqaviləsini, əvvələn, əvəzsiz istifadəyə verdiyi əşyaya gözlənilməz hallar nəticəsində ehtiyac duyduqda, ikincisi, kirayəçi əşyadan müqavilənin şərtlərini pozmaqla istifadə etdikdə, o cümlədən əşyanı üçüncü şəxslərin istifadəsinə verdikdə və ya kirayəçinin kifayət qədər vicdanlı olmaması üzündən əşya mühüm təhlükəyə məruz qaldıqda və üçüncüsü, kirayəçinin öldüyü halda vaxtından əvvəl ləğv edə bilər.

22. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

25. İddiaçı tərəfindən irəli sürülmüş birinci tələb icarə müqavilələrinin etibarsız hesab edilməsindən ibarətdir.

26. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt.

27. Əqdlərin etibarsız hesab edilməsi əsasları isə Mülki Məcəllənin 337.1 və 339-350-ci maddələrində göstərilmişdir.

28. Lakin hazırki işdə mübahisələndirilən müqavilələrin etibarsız hesab edilməsi üçün əsaslar mövcüd deyil

29. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, C.Cabbarlı meydanı ünvanında yerləşən ümumi sahəsi 2854,3 m2 olan qeyri-yaşayış binası (ticarət mərkəzi) Cavabdeh1 MMC-nin xüsusi mülkiyyətində olmuşdur. "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixdə həmin ticarət mərkəzinin 16 kv.m. sahəsi olan 72 saylı qeyri-yaşayış sahəsini (mağazanın) əvəzsiz olaraq istifadəyə verilməsinə dair müqavilə və 23.01. 2012-ci il tarixdə 32 kv.m sahəsi olan 73 saylı qeyri-yaşayış sahəsinin (mağazanın) icarəsinə dair icarə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır. Bundan sonra 21 iyun 2019-cu il tarixdə Cavabdeh1 MMC (satıcı) ilə Cavabdeh9, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh2, Yerlikayalar Bulent, Cavabdeh13, Cavabdeh10, Cavabdeh11, Cavabdeh8, Cavabdeh12, Cavabdeh7 (alıcılar) arasında bağlanmış alqı-satqı müqavilələrinə əsasən müvafiq olaraq ticarət mərkəzinin 10/100 hissəsi (285,43 m2) Cavabdeh9, 5/100 hissəsi (142,715 m2 ) Cavabdeh5, 6/100 (171,258 m2) hissəsi Cavabdeh3, 5/100 hissəsi (142,715 m2) Cavabdeh4, 6/100 hissəsi (171,258 m2) Cavabdeh6, 6/100 hissəsi (171,258 m2) Cavabdeh2 2/100 hissəsi(57,086 m2) Yerlikayalar Bulentə, 15/100 hissəsi (428,145 m2) Cavabdeh13,10/100 hissəni (285,43 m2) Cavabdeh10, 20/100 hissəsi (570,86 m2) Cavabdeh11n, 5/100 hissəsi (142,715 m2) Cavabdeh8, 5/100 hissəsi (142,715 m2) Cavabdeh12, 5/100 hissəsi (142,715 m2) Cavabdeh7 satılmışdır. xx.xx.2019-cu il tarixdə yeni paylı mülkiyyətçilər İddiaçı xx.xx.2010-cu il tarixli və 23 yanvar 2012-ci il tarixli müqavilələrin ləğvi barədə bildirişlər göndərərək 12 oktyabr 2010-cu il tarixli əvəzsiz istifadə müqaviləsinə Mülki Məcəllənin 747-ci maddəsinin tələblərinə əsasən, xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə isə icarə haqqının ödənilməsi əsası ilə xx.xx.2019-cu iil tarixdən vaxtından əvvəl xitam veriləcəyini bildirmişlər. Bundan sonra 12 noyabr 2019-cu il tarixdə yeni mülkiyyətçilərlə müvafiq olaraq icarəçilər Cavabdeh16 və Cavabdeh15 arasında bağlanmış icarə müqavilələrinə əsasən 72 saylı mağaza Cavabdeh16, 73 saylı mağaza isə Cavabdeh15 icarəsinə verilmişdir.

30. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində 72 və 73 nömrəli mübahisəli qeyri-yaşayış sahələrinin mülkiyyətçilər tərəfindən müvafiq olaraq Cavabdeh16 və Cavabdeh15 icarəsinə verilməsinə dair 12 noyabr 2019-cu il tarixli icarə müqavilələrinin etibarsız hesab edilməsi və həmin qeyri-yaşayış sahələrinin boşaldılaraq təhvil verilməsinə dair iddia tələblərinin hüquqi əsaslarını dəqiq göstərməsə də, tələblərinin faktiki əsası kimi mübahisəli 72 və 73 nömrəli qeyriyaşayış sahələrinin onunla əvvəlki mülkiyyətçi Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli və 23.01. 2012-ci il tarixli müqavilələrə əsasən onun icarəsində olması faktına istinad etmişdir. Halbuki, mübahisəli qeyri-yaşayış sahələrinin də daxil olduğu ticarət mərkəzi Cavabdeh1 MMC tərəfindən 13 fiziki şəxsə satıldıqdan sonra iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli və xx.xx.2012-ci il tarixli müqavilələrə əsaslanan öhdəlik hüquq münasibətləri yeni mülkiyyətçilərlə davam etdirilsə də, xx.xx.2019-cu il tarixdə yeni mülkiyyətçilər iddiaçıya ləğvetmə barədə bildirişlər göndərməklə həmin müqavilələrə birtərəfli qaydada xitam vermişlər. Müqavilələrin birtərəfli qaydada ləğvinin qanuniliyi iddiaçı tərəfindən mübahisələndirilməmiş, eləcə də iddiaçı müqavilə münasibətlərinə xitam verilməsinə hər hansı bir formada etirazını bildirməmişdir.

31. Ləğvetmə bildirişləri ona çatdırılmadığından müqavilələrin ləğv edilməsi barədə məlumatlı olmaması barədə iddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehlər ləğvetmə barədə bildirişi həmin iddiaçının yaşadığı ünvana, həm də icarə obyektinə göndərməklə müqavilələrin birtərəfli qaydada ləğv edilməsi barədə iradə ifadələrini qarşı tərəfə çatdırmaq vəzifələrini icra etmişlər. Digər tərəfdən iddiaçının xx.xx.2010-cu il tarixli və xx.xx.2012-ci il tarixli müqavilələrin ləğvindən sonrakı davranışı, o cümlədən, müqavilələrin birtərəfli qaydada ləğv edildiyi tarixdən iddiaçının mübahisəli qeyri-yaşayış sahələrindən istifadə etməməsini, eləcə də həmin qeyri-yaşayış sahələrində əvvəllər subicarəçi olmuş cavabdehlər Cavabdeh16 və Cavabdeh15 icarə haqqının ödənilməsini və ya subicarəçilərin həmin qeyri-yaşayış sahələrini boşaltmalarını tələb etməməsini nəzərə aldıqda iddiaçının onunla bağlanmış müqavilələrin ləğv edilməsi və mübahisəli qeyi-yaşayış sahələrinə dair Cavabdeh16 və Cavabdeh15 ilə qeyriyaşayış sahələrinin mülkiyyətçiləri arasında icarə müqavilələrinin bağlanmasından məlumatlı olması şübhə doğurmur.

32. Məhkəmə həmçinin iddiaçının iddia ərizəsində istinad etdiyi mübahisəli qeyri-yaşayış sahələrinin onun mülkiyyətində olmuş və Cavabdeh1 MMC tərəfindən sökülmüş Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən 235 saylı binanın həyətindəki 0,00312 ha torpaq sahəsində yerləşən 45 kv.m. sahəsi olan 1 mərtəbəli qeyri-yaşayış sahəsinin əvəzi olaraq onun istifadəsinə verilməsi barədə dəlillərə münasibətdə qeyd etmişdir ki, iddiaçı istinad etdiyi yuxarıda göstərilən halları, yəni nə mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin Cavabdeh1 MMC tərəfindən sökülməsi, nə də mübahisəli qeyri-yaşayış sahələrinin məhz sökülmüş sahənin əvəzi olaraq onun istifadəsinə verilməsini sübuta yetirə bilməmiş, eləcə də həmin hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Əksinə məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Qəzalı vəziyyətdə olan yaşayış binasının sökülərək, yerində yaşayış binasının layihələndirilməsinə icazə verilməsi haqqında” xx.xx.2008ci il tarixli, 689 saylı Sərəncamı ilə ünvan 3 ünvanda yerləşən qəzalı vəziyyətdə olan binanın sökülərək, yerində yüksək mərtəbəli yaşayış binasının layihələndirilməsi məqsədilə torpaq sahəsi icarə əsasında "xxxx" şirkətinin istifadəsinə verilmişdir. Göründüyü kimi məktubun məzmunundan söküntü işlərinin "xxxx" şirkəti tərəfindən aparılmasını ehtimal etmək olar ki, həmin şirkətin isə Cavabdeh1 MMC-nin əlaqəsinin olması iş materiallarına əsasən müəyyən edilmir. Odur ki, 72 və 73 saylı qeyri-yaşayış sahələrinə dair Cavabdeh16 və Cavabdeh15 ilə mübahisəli icarə müqavilələri bağlanarkən iddiaçı ilə Cavabdeh1 MMC arasında həmin qeyri-yaşayış sahələrinə dair bağlanmış icarə və əvəzsiz istifadə müqavilələrinə və həmin müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətlərinə artıq xitam verildiyindən, yəni həmin müqavilələr bağlanarkən İddiaçı mübahisəli qeyri-yaşayış sahələri ilə bağlı hər hansı əmlak hüququna malik olmadığından həmin qeyri-yaşayış sahələrinə dair Cavabdeh16 və Cavabdeh15 ilə bağlanmış icarə müqavilələrinin etibarlığını mübahisələndirməyə dair subyektiv hüquqa malik deyildir. Belə olan halda iddiaçı cavabdehlərin xitam verilmiş, yəni hazırda mövcud olmayan öhdəliyinə əsaslanmaqla qeyri-yaşayış sahələrinin boşaldılaraq ona təhvil verilməsi və həmin qeyri-yaşayış sahələrindən istifadəyə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsini tələb etməkdə də haqlı olmamışdır. Odur ki, iddia əsassız olduğundan rədd edilməli və iddia tələbi əsassız olduğundan mübahisəyə iddia müddətinin tətbiq edilməsinə zərurət yoxdur.

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır.

34. Eyni zamanda iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallarla apellyasiya şikayətində göstərilən dəlillərin əsasən eyni olduğunu, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə qiymət verildiyini və məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə tam razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, işin halları, həmçinin maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunan hallara görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-744/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar