Məhkəmə qərarları › İş №2-2(103)-70/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-70/2020

16.01.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-70/2020 16.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Nuriyeva Afaq Bayram qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə. İddiaçı (VÖEN: **********) Cavabdehnə qarşı «borcun silinməsi və sayğacın dəyərinin cavabdehə aid edilməsi tələbinə dair» iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-821/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı Cavabdehnə («İB») qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona yönəldilmiş 8.992,20 manat borcun silinməsi və ünvan 1 ünvanıda yerləşən «Aley» kafesinin həyətində quraşdırılan yeni sayğacın 566,60 manat dəyərinin ona aid edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əsasən müəyyən olunan faktiki hallarına görə xx.xx.2018-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında «Aley kafesində quraşdırılan GPG18045838 smart tipli **********08230 saylı abonent kodlu qaz sayğacına baxış keçirilmiş ******* saylı akt tərtib edilmişdir. Aktda qeyd olunmuşdur ki, sayğacın giriş və çıxış borusuna kamera ilə baxış keçirilən zaman aşkar olundu ki, sayğacın çıxış plasmas borusu deşikdir» Sayğac çıxarılmış, yenisi ilə əvəz olunmuş, lakin qazın sərfiyyətı bərpa olunmamışdır. İddiaçıya 8.964 manat cərimə tətbiq edilmişdir. Narazı qalan iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya məxsus «Aley» kafesinə hesablanmış 8964 manat borcun silinməsi qət olunmuşdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2018-ci il tarixdə iddiaçının fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsində quraşdırılan G-6 markalı qaz sayğacına baxış keçirilərkən sağacın çıxış membranı müdaxilə nəticəsində deşildiyi aşkar edilərək bu barədə akt tərtib edilmişdir.Göründüyü kimi iddiaçı müqavilənin şərtlərini və qazdan istifadə qaydalarını pozmuşdur. «Qazdan istifadə Qaydaları»nın 4.2 və 4.9-cu bəndlərinin tələblərinə görə qaz sayğacına görə məsuliyyət bütövlükdə sənaye qaz qurğusundan istifadə edən istehlakçının üzərinə düşür. Ona görə də qaz paylayıcısına vurulmuş ziyan istehlakçı tərəfindən ödənilməlidir.Lakin məhkəmə qeyd olunan normalara zidd qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Əliyev apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 184,2, 376.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən tərəflər arasında təbii qazın alqı-satqsı barədə müqavilə bağlanmış və iddiaçı həmin müqaviləyə əsasən ona məxsus «Aley» kafesində quraşdırılmış G-6 tipli smart qaz sayğacından istifadə etmişdir. İş materiallarının 47-50-ci vərəqlərindən görünür ki, xx.xx.2018-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən həmin qaz sayğacına baxış keçirilərək ******* saylı akt tərtib olunmuş və həmin akta əsasən qaz sayğacının çıxış membranında deşik aşkar olunduğu əsas gətirilərək, sayğa çıxarılaraq yenisi ilə əvəz edilərək bu barədə ******* saylı akt tərtib olunmuşdur. Daha sonra qeyd olunan ilkin (0169188 saylı) akta əsasən iddiaçıya xx.xx.2018-ci il tarixdə 44820 kub.m, yəni, 8.964,00 manat məbləğində təbii qaz itkisinə görə ziyan məbləği hesablanaraq iddiaçının şəxsi abonent hesabına işlənmiş və ödənilməsi ondan tələb olunmuşdur. Mübahisələndirilən aktlar tədqiq olunduqda, yoxlamaya məruz qalmış köhnə sayğacının işlək vəziyyətdə olduğunu təsdiq edən plombuna istehlakçı tərəfindən müdaxilə edildiyi aşkar edilmir və bu hal işin hallarından göründüyü kimi, tərəflər arasında mübahisələndirilmir. Belə olan halda, yəni, sayğacın plombu qırılmadan və sayğac açılmadan, cavabdeh tərəfindən özü tərəfindən quraşdırılan həmin saycacın daxili hissələrində, onun əməkdaşları tərəfindən 2018-ci ilin oktyabr ayının 26-da xəta aşkar edilməsi, o cümlədən, çıxış membranında deşik tapılması iddiaçının təqsirinə yozulması əsassızdır. AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il, 80 №-li qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın (dir) 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmsına görə cavabdehliyi qaz paylayıcısı, yəni, konkret halda, cavabdeh özü daşıyır. Belə olan halda, Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbindən isə görünür ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericilyin qeyd olunan normalarından da göründüyü kimi, hüquqazidd hərəkət törətməkdə təqsiri olmayan şəxsin mülki məsuliyyti istisna olunur. Bu baxımdan sayğacın çıxış membranında aşkar edilən deşiyə görə görə iddiaçının cavabdehlik daşımadığı halda, ondan maddi ziyannın əvəzinin ödənilməsi tələb oluna bilməz. Aşkar olunan nasazlığı aradan qaldırmaq məhz sayğacı quraşdıran, onun üzərinə plombu vuran və ona nəzarət edən də məhz cavabdehin üzərinə düşür. İşdə olan tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsinin 2.1.3-cü bəndi də məhz qaz paylacısının üzərinə öhdəlik qoyur ki, qaz qurğusunun texniki vəziyyətinə ildə 1 dəfədən az olmayaraq istehlakçının təlimatlandırmaq; 2.1.10-cu bəndinə əsasən öz təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində istehlakçıya vurulmuş zərərin əvəzini ödəmək qaz paylacısının vəzifəsidir. Beləliklə də işin qeyd olunan hallarından göründüyü kimi, iddiaçıya məxsus obyektə quraşdırdığı qaz sayğacının yararsızlığının səbəbini iddiaçıda görərək onun tərəfindən qazdan istifadə qaydalarını pozması kimi dəyərləndirməklə, ona 9864 manat məbləğində ziyanın ödənilməsinin tələb edilməsi qanunusuz və əsassızdır. Digər tərəfdən həmçinin qeyd etmək lazımdır ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə cavabdeh tərəfindən aparılan yoxlama qanunvericiliyin müəyyən etdiyi prosedur qaydalara uyğun olmamışdır. Belə ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, qaz təchizatı sahəsində təbii inhisarçı olan Cavabdeh İB - sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə təbii qazın uçotu və təbii qazdan istiafadə qaydalaına (TQİQ) riayət olunma vəziyyəti ilə bağlı aparılan baxış – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınmasını təmin etdikdən sonra həyata keçirə bilərdi. Lakin, iş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən qeyd olunan tələblərə riayət olunmamış, baxış əvvəlcədən Ədliyyə Nazirliyində Vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilmişdir. Belə olan halda, qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olaraq bu cür baxışın hüquqi nəticələri ola bilməz, əhəmiyyətsizdir. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın təmin olunmasını - işin hallarına, maddi hüquq normalarına uyğun olan nəticə kimi qiymətləndirir. Bu mənada, cavabdehin apellyasiya şikayətinin həmin qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini, qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-821/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 404-1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsində baxılan iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən vəMPM-in 372, 382, 384, 392 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-821/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür. Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar