Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-702/2023 17.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, İddiaçı LPO QSC “Bank Standart” KB-nin cavabdeh "xxxx" MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Səbail rayon İcra şöbəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Bakı şəhər Ərazi İdarəsi) qarşı “protokolun imzalanmış hesab edilməsi” tələbinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxslər X3, X6, X4, X2 LPO QSC “Bank Standart” KB-yə qarşı “ipoteka müqavilələrinə xitam verilməsi” barədə iddia ərizələri üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2848/2023 saylı qərardadlarından iddiaçı tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı LPO QSC “Bank Standard” KB cavabdeh "xxxx" MMC-yə qarşı “protokolun imzalanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən ipoteka predmetləri olan Bakı şəhəri, Bülbül prospekti, 53 saylı evin 47, 48, 49 saylı mənzilləri, Bakı şəhəri, R.Behbudov küçəsi, 59 saylı evin 53, 54 saylı mənzilləri, Bakı şəhəri, Nizami küçəsi, 86 saylı evin 11, 15 saylı mənzilləri, Bakı şəhəri, Nizami küçəsi, 86 saylı evin, 46 saylı mənzili, Bakı şəhəri, Nizami küçəsi, 86 saylı evin 45 saylı mənzilinin bir otağının satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokolun imzalanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2848/2023 saylı qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. X3, X6, X4 və X2 LPO QSC “Bank Standard” KB-yə qarşı “ipoteka müqavilələrinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2848/2023 saylı qərardadı ilə iddiaçı LPO QSC “Bank Standard” KB-nin cavabdeh "xxxx" MMC-yə qarşı “protokolun imzalanmış hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi və ilk iddia ilə birlikdə baxılması qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2848/2023 saylı qərardadı ilə vəsatət təmin edilmiş, iddiaçı LPO QSC “Bank Standard” KB-nin cavabdeh "xxxx" MMC-yə qarşı “protokolun imzalanmış hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə X3, X6, X4, X2 müstəqil tələb irəli sürən üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb olunmuşlar. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2848/2023 saylı qərardadları ilə iddiaçı LPO QSC “Bank Standard” KB-nin cavabdeh "xxxx" MMC-yə qarşı “protokolun imzalanmış hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı şəhəri Səbail rayon İcra şöbəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Bakı şəhər Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər. İddiaçı LPO QSC “Bank Standard” KB şikayətlə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2848/2023 saylı qərardadının ləğv edilərək, qarşılıqlı iddianın icraata qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı LPO QSC “Bank Standard” KB həmçinin şikayətlə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2848/2023 saylı qərardadının ləğv edilərək, X3, X6, X4, X1 müstəqil tələb irəli sürən üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb olunmasından imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2848/2023 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 2848/2023 saylı qərardadından iddiaçı LPO QSC “Bank Standard” KB tərəfindən verilmiş şikayət mülki prosessual qanunvericilikdə iş üzrə qarşılıqlı iddia ərizəsinin icraata götürülməsinə dair qərardaddan şikayət verilməsi imkanı nəzərdə tutulmaması əsası ilə geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2848/2023 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 2848/2023 saylı qərardadından iddiaçı LPO QSC “Bank Standard” KB tərəfindən verilmiş şikayət mülki prosessual qanunvericilikdə iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslərin icraata cəlb olunması barədə qərardaddan şikayət verilməsi imkanı nəzərdə tutulmaması əsası ilə geri qaytarılmışdır. İddiaçı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2848/2023 saylı qərardadından şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, e-2-2(113)-2848/2023 saylı qərardadının ləğv edilərək, xx.xx.2023- cü il tarixli qərardaddan şikayətə baxılmasını, qarşılıqlı iddianın icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 2848/2023 saylı qərardadından şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, e-2-2(113)-2848/2023 saylı qərardadının ləğv edilərək, xx.xx.2023cü il tarixli qərardaddan şikayətə baxılmasını, X3, X6, X4, X2 müstəqil tələb irəli sürən üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb olunmasından imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2848/2023 saylı qərardadları ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 2848/2023 saylı qərardadınlarından verilmiş şikayətlər təmin edilməmiş, şikayətlər işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilən şikayətlərə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 267.1-ci maddəsinin tələblərinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 395.1, 395.1.1, 395.1.2 və 395.2-ci maddələrində isə təsbit olunmuşdur ki, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Qeyd olunan prosessual normalardan müəyyən olunur ki, məhkəmənin yalnız ayrıca akt şəklində qəbul etdiyi qərardadlarından şikayət verilə bilər. Həmin qərardadlarından isə iki halda şikayət verilə bilər. Birinci halda şikayət verilmə imkanı Mülki Prosessual Məcəllədə göstərilməli, ikinci halda isə məhkəmə qərardadı işin sonrakı hərəkətinə mane olmalıdır. Digər qərardadlardan şikayət verilə bilməz və işdə iştirak edən şəxslər qərardada dair etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Lakin hazırkı işdə qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi barədə və müstəqil tələb irəli sürən üçüncü şəxslərin məhkəmə icraatına cəlb edilmələri barədə qərardadlar ayrıca akt şəklində qəbul edilmiş olsa belə mülki prosessual qanunvericilikdə həmin qərardadlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda bu növ qərardadlar işin sonrakı hərəkətinə mane olmur. İddiaçı isə qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi və müstəqil tələb irəli sürən üçüncü şəxslərin məhkəmə icraatına cəlb edilmələri ilə əlaqədar qəbul edilmiş qərardadlardan şikayət vermiş və birinci instansiya məhkəməsi şikayətlərin geri qaytarması barədə qərardadlar qəbul etmişdir. Bundan sonra iddiaçı şikayətlərin geri qaytarılması barədə qərardadlardan da şikayət vermiş, birinci instansiya məhkəməsi isə şikayətlərə Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə uyğun olaraq baxmış və sonradan apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki həmin qərardaddan verilən şikayətə baxmalı deyildi. Belə ki, Mülki Prosessual Məcəllənin 363.3-cü maddəsində apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilməsi imkanı nəzərdə tutulsa da, həmin maddə şikayət verilməsi mümkün olan, lakin qanunla müəyyən olunmuş qaydaya və formaya riayət edilmədən verilmiş şikayətlərə aiddir. Şikayət verilməsi nəzərdə tutulmayan qərardaddan verilmiş şikayət geri qaytarıldığı halda isə həmin qərardaddan şikayət verilə bilməz. Əks yanaşma prosessual qanunvericiliyin şərh olunan müddəalarını əhəmiyyətsiz edir. Ona görə də, şikayət verilməsi nəzərdə tutulmayan qərardaddan verilən şikayət geri qaytarıldığı halda, həmin şikayətin geri qaytarılması barədə qərardaddan şikayət verilə bilməz. Mülki Prosessual Məcəllənin 366.1 və 366.2-ci maddələrinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, qərardadlardan verilən şikayətlərin mümkünlüyü üçün prosessual əsaslar olmadığına görə şikayətlər qeyri-mümkün hesab edilməli və şikayətlərin geri qaytarılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda yuxarıda göstərilən əsaslara görə hazırkı qərardaddan da şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 363, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2848/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19 iyun 2023-cü il qərardadlarından iddiaçı LPO QSC “Bank Standard” KB tərəfindən verilmiş şikayətlərə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-2(103)-702/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-702/2023
17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver