Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-703/2021 30.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh fermer təsərrüfatına qarşı borcun tutulması barədə ilk, Cavabdeh fermer təsərrüfatının İddiaçınə qarşı borcun silinməsi və vurulmuş ziyanın ödənilməsinə dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 19.02.2021-ci il tarixli e-2- 2(113)-77/2021 saylı qətnaməsindən (hakim Zeynəb Axundova) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh fermer təsərrüfatına qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 68060,60 manat borc və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh fermer təsərrüfatı İddiaçınə qarşı qarşılıqlı iddia qaldıraraq, sonradan iddia tələbinin həcmini azaldaraq, İddiaçı İB tərəfindən əsassız hesablanmış 212013,20 manat borcun silinməsi, 790.400 manat dəymiş maddi ziyanın İddiaçı İB-dən tutularaq Cavabdeh fermer təsərrüfatının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19.02.2021-ci il tarixli e-2-2(113)-77/2021 saylı qətnaməsi ilə ilk iddia təmin edilərək Cavabdeh fermer təsərrüfatından 68060,60 manat məbləğində təbii qazdan istifadəyə görə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı tərəfindən Cavabdeh fermer təsərrüfatına hesablanmış 90448,60 manat məbləğində borcun silinməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı İB apelyasiya şikayəti verərək qətnamənin qismən qarşılıqlı iddianın təmin edildiyi hissədə ləğv edilməsini və həmin hissədə rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh fermer təsərrüfatına məxsus istixanaya verilən təbii qazın dəyəri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sayğac göstəricilərinə əsasən müəyyən edilmişdir. Abonent saldosundan da göründüyü kimi qarşılıqlı iddia üzrə silinməsi qət edilmiş 90448,60 manat məbləğində təbii qazın dəyəri istehlakçının istismarında olan Elster G-650 TRZ EK-220 tipli, 83045281 nömrəli qaz sayğacının elektron tablosunun göstəricilərinə əsasən müəyyən edilmişdir. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Birliyə ünvanlanmış məktubda da qeyd edilir ki, sənaye qaz sayğacları vasitəsi ilə qazın həcminin hesabatı dövlət reyestrinə düşmüş bütün tip elektron korrektorlu qaz sayğaclarında elektron tablonun göstəricilərinə əsasən aparılır. Göründüyü kimi Dövlət Komitəsi tərəfindən də təsdiq edilmişdir ki, sənaye sayğacları vasitəsi ilə sərf edilən qazın dəyəri elektron tablonun göstəricilərinə əsasən müəyyən edilir. Hazırki vəziyyətdə elektron hissə işləmədiyi üçün istifadə edilmiş qazın dəyəri mexaniki tabloya əsasən müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qaydanın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə qətnaməsindən də göründüyü kimi məhkəmə heç bir qanuna, normativ akta əsaslanmadan qaz sayğacının göstəricilərinə əsasən istifadə edilmiş təbii qazın dəyərinin silinməsini qət etmişdir. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 30.08.2021-ci il tarixə təyin edilmiş, iddiaçı məhkəmə iclasının vaxtı barədə lazımı qaydada xəbərdar edilsə də məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 19.02.2021-ci il tarixli e-2-2(113)-77/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə qarşılıqlı iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən məhkəmə baxışının predmetini həmin hissə təşkil edir. İş materiallarından görünür ki, "Azəriqaz" İB ilə istehlakçı Cavabdeh fermer təsərrüfatı arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə 17.11.2018-ci il tarixli, AKX-1/3364 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Qarşılıqlı iddia tələbinin təmin olunan hissəsi İddiaçı İB tərəfindən “qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktlar əsasında hesablanmış 90448,60 manat borcun silinməsi ilə bağlı hissədir. İddiaçı tərəfindən tərtib edilmiş “qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 30.12.2019-cu il tarixli ******* saylı akta əsasən Cavabdeh fermer təsərrüfatına gündəlik 3717 m3 olmaqla, 1 aylıq 22302,20 manat əlavə sərfiyyat hesablanmışdır. - İddiaçı tərəfindən tərtib edilmiş “qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 31.01.2020-ci il tarixli ******* saylı akta əsasən Cavabdeh fermer təsərrüfatına gündəlik 3807,8 m3 olmaqla, 1 aylıq 22846,8 manat əlavə sərfiyyat hesablanmışdır. - İddiaçı tərəfindən tərtib edilmiş “qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 28.02.2020-ci il tarixli 000361 saylı akta əsasən Cavabdeh fermer təsərrüfatına gündəlik 3713,28 m3 olmaqla, 1 aylıq 21537 manat əlavə sərfiyyat hesablanmışdır. - İddiaçı tərəfindən tərtib edilmiş “qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 31.03.2020-ci il tarixli ******* saylı akta əsasən Cavabdeh fermer təsərrüfatına gündəlik 124,77 m3 olmaqla, 1 aylıq 748,6 manat əlavə sərfiyyat hesablanmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh fermer təsərrüfatının qaz sayğacının elektron göstəricisi 2019-cu ilin dekabr ayından 2020-ci ilin aprel ayınadək işləmədiyindən istifadə edilmiş qazın dəyəri mexaniki göstəriciyə əsasən müəyyən edilmiş, eyni zamanda aylar üzrə əlavə sərfiyyat hesablanmışdır. Aktlar əsasında hesablanmış əlavə sərfiyyatın məbləği 2019-cu ilin dekabr ayında 22302,20 manat, 2020-ci ilin yanvar ayında 22846,80 manat, 2020-ci ilin fevral ayında 3537 manat, 2020-ci ilin mart ayında 18748,60 manat, 2020-ci ilin aprel ayında 23014 manat olmaqla, ümumilikdə 90448,60 manat təşkil edir. Apelyasiya şikayətində İddiaçı İB sayğacda yaranan qüsurla əlaqədar 90448,60 manat məbləğində əlavə borcun hesablanmasının hüquqi əsaslarını izah edə bilməmişdir. Sayğacın elektron göstəricisinin işləməməsi səbəbindən istehlakçıya əlavə sərfiyyat hesablanması qaydası və əsası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmamışdır. 2019-cu ilin dekabr ayından sayğacın elektron göstəricinin işləmədiyi saldodan görünsə də bu qüsurun Cavabdeh fermer təsərrüfatının təqsirindən yarandığı məhkəmə araşdırması zamanı təsdiq olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi, Qaydalarda istehlakçının təqsiri olmadan sayğacda yaranmış qüsurlara görə əlavə sərfiyyat hesablanması nəzərdə tutulmamış, bu halda yalnız qüsurlu sayğacın çıxarılaraq yenisi ilə əvəz edilməsi, sayğacın olmadığı dövr üçün isə əvvəlki ayın orta gündəlik sərfinə uyğun sərfiyyat hesablanmalı olduğu təsbit edilmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, Cavabdeh fermer təsərrüfatına hesablanmış 90448,60 manat borcun qanuni əsası olmadığından qarşılıqlı iddianın təmin edildiyi hissədə qətnamə qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 19.02.2021-ci il tarixli e-2-2(113)-77/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 19.02.2021-ci il tarixli e-2-2(113)-77/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetlərinə yerləşdirildiyi) gündən 2 ay ərzində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-703/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-703/2021
30.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver