Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-703/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-51/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə RQ-484 nömrəli, xx.xx.2021-ci il tarixli Əsas Kredit Müqaviləsi çərçivəsində verilmiş kreditlərə əsasən: RQ-491 nömrəli, xx.xx.2021-ci il tarixli Əlavə Kredit Müqaviləsi üzrə ******* manat əsas, 60000 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz, 111111,11 manat manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc və 280678,38 manat cərimə borcu olmaqla, cəmi 1451789,49 manat; RQ-495 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə ******* manat əsas, 30000 manat faiz və ******* manat cərimə borcu, 109305,56 manat manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc olmaqla, cəmi 1530805,56 manat; RQ-496 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə 500000 manat əsas, 15000 manat faiz, 55277,78 manat manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc və 199000 manat cərimə borcu olmaqla, cəmi 769277,78 manat; RQ-LG-609 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə 175995.11 manat əsas, 14984,03 manat faiz və 71571,35 manat cərimə borcu olmaqla, cəmi 262550,49 manat məbləğində kredit borcunun; həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 2397,21 manat dövlət rüsumunun və 3.88 manat bank xidmət haqqının, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 322.78 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 400 manat ödənilmiş mediasiya xərcinin tutulması; tutmanın ipoteka müqavilələrinə əsasən: Cavabdeh3 MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/sahəsi, 1 ünvanında, 0.79749 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 7898.1 kv.m olan qeyri yaşayış binasına və Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 8 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlaklara ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi, həmçinin əmlaklar hərracdan satıldıqdan sonra Cavabdeh3 MMC-nin əmlaklara dair istifadə hüququna xitam verilməklə, ən geci bir ay ərzində boşaldılaraq yeni mülkiyyətçisinə təhvil verilməsi, əks təqdirdə məcburi qaydada boşaldılaraq təhvil verilməsi; Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə və üzərində yerləşən 252.7 kv.m ümumi sahədən ibarət bağ evinə yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi, həmçinin əmlak hərracdan satıldıqdan sonra cavabdehlər Cavabdeh4 və Cavabdeh2 əmlaka dair istifadə hüququna xitam verilməklə, ən geci bir ay ərzində ailə üzvləri ilə birlikdə tərk etmələri və boşaldılaraq yenimülkiyyətçisinə təhvil verilməsi,əks təqdirdə məcburi qaydada boşaldılaraq təhvil verilməsi; Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) və ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlaklara ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi, həmçinin əmlaklar hərracdan satıldıqdan sonra Cavabdeh1 Yəvər oğlunun əmlaklara dair istifadə hüququna xitam verilməklə, ən geci bir ay ərzində boşaldılaraq yeni mülkiyyətçisinə təhvil verilməsi, əks təqdirdə məcburi qaydada boşaldılaraq təhvil verilməsi, ipoteka predmetlərinin satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-51/2024 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC və Cavabdeh4 qarşı “ipoteka predmetinin boşaldılması və ipoteka predmetindən çıxarılma” tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir. İddiaçı "xxxx" ASC şikayət verərək, həmin qərardadın ləğv edilməsi və iddianın “Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23y/sahəsi, 1 ünvanında, 0.79749 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 7898.1 kv.m olan qeyri-yaşayış binasının, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 8 ha torpaq sahəsinin, ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin və ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılaraq yeni mülkiyyətçilərinə təhvil verilməsi, əks təqdirdə məcburi qaydada boşaldılaraq təhvil verilməsi” hissədə də təmin edilməsi barədə əlavə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-51/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı iddia tələbinə “Cavabdeh3 MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/sahəsi, 1 ünvanında, 0.79749 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 7898.1 kv.m olan qeyri yaşayış binası (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) və Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 8 ha torpaq sahəsi (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) hərracdan satıldıqdan sonra Cavabdeh3 MMC-nin əmlaklara dair istifadə hüququna xitam verilməklə, ən geci bir ay ərzində boşaldılaraq yeni mülkiyyətçisinə təhvil verilməsi, əks təqdirdə məcburi qaydada boşaldılaraq təhvil verilməsi” hissəsində ləğv edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-51/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı qalan hissədə dəyişdirilmədən saxlanılmış və şikayətə təmin edilməyən hissədə baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin hallarını və Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq kollegiya qeyd edir ki, ilk olaraq apellyasiya baxışının hədləri müəyyən eilməlidir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-51/2024 saylı qərardadı ilə iddia tələblərinin “ipoteka predmetinin boşaldılması və ipoteka predmetindən çıxarılma” hissəsində iş üzrə icraata xitam verilmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı "xxxx" ASC tərəfindən irəli sürülmüş iddiada tutmanın aşağıdakı ipoteka predmetlərinə yönəldilməsi xahiş edilmişdir: 1) Cavabdeh3 MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD- 23 y/sahəsi, 1 ünvanında, 0.79749 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 7898.1 kv.m olan qeyri yaşayış binasına; 2) Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 8 ha torpaq sahəsinə; 3) Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə və üzərində yerləşən 252.7 kv.m ümumi sahədən ibarət bağ evinə; 4) Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə; 5) ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə. İddiaçı "xxxx" ASC-nin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-51/2024 saylı qərardadından verdiyi şikayətdən müəyyən edilir ki, qərardad tam deyil, yalnız yuxarıda qeyd edilən 1, 2, 4, 5-ci ipoteka predmetlərinə aid hissədə mübahisələndirilmişdir. Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən həmin şikayətə baxan Bakı Kommersiya Məhkəməsi isə xx.xx.2024-cü il tarixli qərardadla şikayəti qismən təmin etmiş və xx.xx.2024-cü il tarixli qərardadı yuxarıda göstərilən 1 və 2-ci ipoteka predmetlərinə aid hissədə ləğv etmişdir. Beləliklə, hazırki apellyasiya baxışının predmeti yuxarıda göstərilən 4 və 5-ci ipoteka predmetləri, yəni Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə və ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair “ipoteka predmetinin boşaldılması və ipoteka predmetindən çıxarılma” hissəsi təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 59.4-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, qanunun imperativ göstərişinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqdan sonra ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Bu səbəbdən ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən çıxarılması ilə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual normaların tələblərini pozmuşdur. Belə ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun (59.3.1); və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar (59.3.2). Həmin Qanunun 59.4-cü maddəsində isə göstərilmişdir ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi “İpoteka haqqında” Qanunun 59.3 və 59.4-cü maddələri yalnız ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutmanın yönəldilməsi ilə bağlı məsələləri tənzimləyir. Hazırki iş üzrə ipoteka predmetləri isə yaşayış evi və ya mənzildən deyil, Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən ibarətdir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə qəbul edilmiş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 02/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadında fərqli yanaşma, yəni “İpoteka haqqında” Qanunun 59.3 və 59.4-cü maddələrinin həmçinin torpaq sahələrinə münasibətdə də tətbiq edilməsi ilə bağlı göstərişlər qeyd edilməmişdir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq kollegiya qeyd edir ki, iddiaçı "xxxx" ASC tərəfindən irəli sürülmüş Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə və ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair “ipoteka predmetinin boşaldılması və ipoteka predmetindən çıxarılma” barədə iddia tələblərinə məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə olan halda isə həmin tələblərə aid hissədə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilə bilməz. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı hazırki apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-51/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı qismən, yəni Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə və ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair “ipoteka predmetinin boşaldılması və ipoteka predmetindən çıxarılma” barədə iddia tələblərinə aid iş üzrə icraata xitam verilməsi hissəsində ləğv edilsin. Müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-703/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-703/2024
02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver