Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-704/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1nə, Sabunçu Rayon İcra Şöbəsinə və Cavabdeh3nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC, X12 və X7) “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X8 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X4, cavabdeh "xxxx" MMC-nin qanuni nümayəndəsi X5 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-875/2024 saylı qətnaməsindən Cavabdeh3 və üçüncü şəxs "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. "xxxx" MMC-nin İddiaçı MMC-yə qarşı pul tələbi, həmçinin İddiaçı MMC-nin "xxxx" MMC-yə qarşı pul tələbi barədə iddia ərizələri üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-384/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin İddiaçı MMC-yə qarşı iddiası qismən təmin edilmiş, 59.510 manat məbləğində əsas borc, 2.*** manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 61.510 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-dən "xxxx" MMC-nin xeyrinə tutulması, "xxxx" MMC-nin iddiasının qalan hissədə rədd edilməsi, dövlət rüsumunun əvəzi olaraq 6 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi, İddiaçı MMC-nin "xxxx" MMC-yə qarşı pul tələbi barədə iddiasının rədd ediməsi və həmin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-yə aid edilməsi qət edilmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-384/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir.
3. Borclu İddiaçınə məxsus avtomobillərin üzərinə həbs qoyulması haqqında Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Bəydulla Sadıqzadənin təqdimatına əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-526/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC-nin mülkiyyətində Man TGA 33.360 BB 6X4 yük özüboşaldan **-JT-*** dövlət qeydiyyat nişanlı, Cement Carrıer yarımqoşqu **-ZF-*** dövlət qeydiyyat nişanlı, Ford Cargo yük yəhərli dartıcı **-JA-*** dövlət qeydiyyat nişanlı, İsuzu Boğdan avtobus sement daşıyan **-JG-*** dövlət qeydiyyat nişanlı, Nursan yarımqoşqu sement daşıyan **-ZF-*** dövlət qeydiyyat nişanlı, Man yük özüboşaldan **-JX-*** dövlət qeydiyyat nişanlı, Güven sement daşıyan yarımqoşqu çən **-ZF-*** dövlət qeydiyyat nişanlı, Man 33.360 yük özüboşaldan 90JF-948 dövlət qeydiyyat nişanlı, Carrıer yarımqoşqu **-ZF-*** dövlət qeydiyyat nişanlı, Man TGA 33 350 yük özüboşaldan **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır.
4. Ağstafa Rayon Məhkəməsinin 3(015)-6 saylı, xx.xx.2019-cu il tarixli və 3(015)-346 saylı, xx.xx.2021-ci il tarixli və Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-384/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2-2(113)-2957/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2- 2(113)-793 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu İddiaçınə məxsus avtomobillərin üzərinə həbs qoyulmasına dair Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyev tərəfindən verilmiş təqdimata əsasən Qazax Rayon Məhkəməsinin 8(023)-56/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Ağstafa Rayon Məhkəməsinin 3(015)-6 saylı, xx.xx.2019-cu il tarixli, Ağstafa Rayon Məhkəməsinin 3(015)-346 saylı, xx.xx.2021-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-384/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2957/2021 saylı, xx.xx.2021-ci il tarixli və Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-793 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu İddiaçı mülkiyyətində olan **-JC-*** Ağ 1999 Fort Transit, MAN **-JX-*** narıncı 2008, **-AM-*** ağ 2007 MAN və **-JX-*** narıncı 2008 MAN dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4428/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İsuzu Boğdan markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı, Man 33.360 yük markalı, 90JF-948 dövlət qeydiyyat nişanlı, Man yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı, Man TGA 33.360 BB 6X4 yük markalı, 90-JT573 dövlət qeydiyyat nişanlı, Man TGA 33360 yük markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı, Man 330350 6x4 BB WW yük özüboşaldan markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı, Man TGA 33 360 yük özüboşaldan markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı, Ford Transit 100 L EAL mikroavtobus markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı, Man TGA 33 350 6x4 BB WW yük özüboşaldan markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin real bazar və likvid dəyərinin nə qədər təşkil etdiyinin müəyən olunması məqsədi ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, ekspertizanın aparılması "xxxx" MMC-nin ekspertinə həvalə edilmişdir.
6. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 05 saylı məktubuna əsasən İsuzu Boğdan markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı, Man 33.360 yük markalı, 90JF-948 dövlət qeydiyyat nişanlı, Man yü markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı, Man TGA 33.360 BB 6X4 yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı və Man TGA 33360 yük markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri yerində aşkar olunmadığı üçün qiymətləndirilməsi mümkün olmamışdır.
7. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 33 nömrəli hesabatına əsasən Man TGA 33 350 6x4 BB WW yük özüboşaldan markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 32.*** manat, likvid dəyəri 30.*** manat, 33/1 nömrəli hesabatına əsasən Man 330350 6x4 BB WW yük özüboşaldan markalı, **- JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 32.*** manat, likvid dəyəri 30.*** manat, 33/2 nömrəli hesabata əsasən Man TGA 33 360 yük özüboşaldan markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 33.*** manat, likvid dəyəri 31.*** manat, 33/3 nömrəli hesabatına əsasən Ford Transit 100 L EAL mikroavtobusun bazar dəyəri 11.*** manat, likvid dəyəri 9.800 manat müəyyən edilmişdir.
8. X18 Zavodu tərəfindən Qazax rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən MAN yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 13.035 manat, MAN TGA 33360 BB6x4 yük markalı, **-JT- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 12.947 manat olmaqıa, xx.xx.2016-cı il tarixli müqavilə, MAN TGA 33360 yük markalı, 90- AM-613 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 13.365,63 manat, MAN 33360 yük markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 14.638,54 manat olmaqla, xx.xx.2016-cı il tarixli müqavilə və İsuzu Boğdan markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 6.994,99 manat olmaqla, xx.xx.2016-cı il tarixli müqavilə əsasında “X19” MMC-yə satılmışdır.
9. Qazax rayon İcra və Probasiya Şöbəsinin 60 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubu və Sabunçu RM-nin 8(008)-526/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Man yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 6.500 manat, Man TGA 33360 yük markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 6.500 manat, Man TGA 33.360 BB 6X4 yük markalı, 90-JT573 dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 2.*** manat, Man 33.360 yük markalı, 90JF-948 dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 7.*** manat, İsuzu Boğdan markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 2.500 manat olmaqla mövcud qanunvericiliyə əsasən xx.xx.2023-cü il tarixdə “Birja yenilikləri” qəzetində elanı çıxmış və xx.xx.2023-cü il tarixə, Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 156, (20A) 1933-cü məhəllə (1-ci mərtəbə) saat 11:00-17:00-dək (növbəlilik əsasında) hərracı təyin edilmişdir.
10. Qazax rayon İcra və Probasiya Şöbəsinin 60 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubu və Sabunçu RM-nin 8(008)-526/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Man yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Man TGA 33360 yük markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Man TGA 33.360 BB 6X4 yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Man 33.360 yük markalı, 90JF948 dövlət qeydiyyat nişanlı avtomobilin, İsuzu Boğdan markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilin satış qiymətindən 10% aşağı olmaqla, 5.850 manat, 5.850 manat, 1.800 manat, 6.300 manat, 2.250 manat olmaqla mövcud qanunvericiliyə əsasən xx.xx.2023-cü il tarixdə “Birja yenilikləri” qəzetində elanı çıxmış və xx.xx.2023-cü il tarixə, Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 156, (20A) 1933-cü məhəllə (1-ci mərtəbə) saat 11:00-17:00dək (növbəlilik əsasında) hərracı təyin edilmişdir.
11. Qazax rayon İcra və Probasiya Şöbəsinin 60 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubu və Sabunçu RM-nin 8(008)-526/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Man yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Man TGA 33360 yük markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Man TGA 33.360 BB 6X4 yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Man 33.360 yük markalı, 90JF948 dövlət qeydiyyat nişanlı avtomobilin, İsuzu Boğdan markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilin satış qiymətindən 20% aşağı olmaqla, 5.200 manat, 5.200 manat, 1.600 manat, 5.600 manat, 2.*** manat olmaqla mövcud qanunvericiliyə əsasən xx.xx.2023-cü il tarixdə “Birja yenilikləri” qəzetində elanı çıxmış və xx.xx.2023-cü il tarixə, Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 156, (20A) 1933-cü məhəllə (1-ci mərtəbə) saat 11:00-17:00-dək (növbəlilik əsasında) hərracı təyin edilmişdir.
12. Qazax rayon İcra və Probasiya Şöbəsinin 60 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubu və Sabunçu RM-nin 8(008)-526/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Man yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Man TGA 33360 yük markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Man TGA 33.360 BB 6X4 yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Man 33.360 yük markalı, 90JF948 dövlət qeydiyyat nişanlı avtomobilin, İsuzu Boğdan markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilin satış qiymətindən 30% aşağı olmaqla, 4.550 manat, 4.550 manat, 1.400 manat, 4.900 manat, 1.750 manat olmaqla mövcud qanunvericiliyə əsasən xx.xx.2023-cü il tarixdə “Birja yenilikləri” qəzetində elanı çıxmış və xx.xx.2023-cü il tarixə, Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 156, (20A) 1933-cü məhəllə (1-ci mərtəbə) saat 11:00-17:00dək (növbəlilik əsasında) hərracı təyin edilmişdir.
13. 24 may 2023-cü il tarixli, 24/01 saylı hərrac təşkilatının hərracın yekunları barədə protokoluna əsasən “X19” MMC-yə məxsus Man yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobil Qazax rayon İcra və Probasiya Şöbəsinin 60 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubu və Sabunçu RM-nin 8(008)-526/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 4.550 manata X2.
14. 24 may 2023-cü il tarixli, 24/02 saylı hərrac təşkilatının hərracın yekunları barədə protokoluna əsasən “X19” MMC-yə məxsus Man 33.360 yük markalı, 90JF-948 dövlət qeydiyyat nişanlı avtomobil Qazax rayon İcra və Probasiya Şöbəsinin 60 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubu və Sabunçu RM-nin 8(008)-526/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 4.900 manata X2.
15. 24 may 2023-cü il tarixli, 24/03 saylı hərrac təşkilatının hərracın yekunları barədə protokoluna əsasən “X19” MMC-yə məxsus Man TGA 33.360 BB 6X4 yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobil Qazax rayon İcra və Probasiya Şöbəsinin 60 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubu və Sabunçu RM-nin 8(008)-526/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 1.400 manata X2.
16. 24 may 2023-cü il tarixli, 24/04 saylı hərrac təşkilatının hərracın yekunları barədə protokoluna əsasən “X19” MMC-yə məxsus Man TGA 33360 yük markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobil Qazax rayon İcra və Probasiya Şöbəsinin 60 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubu və Sabunçu RM-nin 8(008)-526/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 4.550 manata X2.
17. 24 may 2023-cü il tarixli, 24/05 saylı hərrac təşkilatının hərracın yekunları barədə protokoluna əsasən “X19” MMC-yə məxsus İsuzu Boğdan markalı, 90-JG259 dövlət qeydiyyat nişanlı avtomobil Qazax rayon İcra Və Probasiya Şöbəsinin 60 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubu və Sabunçu RM-nin 8(008)-526/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 1.750 manata X1.
Birinci instansiya məhkəməsindəki icraat
18. İddiaçı MMC cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1nə, Sabunçu Rayon İcra Şöbəsinə və Cavabdeh3nə qarşı iddia və iddianın dəyişləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh3 icra məmurlarının qeyri-qanuni hərəkətləri nəticəsində ”Külək” MMC tərəfindən 24 may 2023-cü il tarixdə 2008-ci il buraxılışlı, İsuzu Boğdan markalı, **- JG-*** dövlət qeydiyyat nişanlı avtobusun, 2008-ci il buraxılışlı, Man 33360 yük markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, 2008-ci il buraxılışlı, Man yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, 2008-ci il buraxılışlı, Man TGA 33360 BB 6x4 yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, 2008-ci il buraxılışlı, Man TGA 33360 yük markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, 2008-ci il buraxılışlı, Man 33 350 6x4 BB WW yük özüboşaldan markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, 2007-ci il buraxılışlı, Man TGA 33360 yük özüboşaldan markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, 1999-cu il buraxılışlı, Ford Transit 100L EAL MikroAvtobus markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, 2008-ci il buraxılışlı, Man TGA 33350 6x4 BB WW yük özüboşaldan markalı, **-JX- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin satışına dair hərrac nəticələri ləğv edilməsi, Cavabdeh3 icra məmuru Tural və digər bu saxtakarlıqda iştirakı olan vəzifəli şəxslər barədə faktla bağlı xüsusi qərardad çıxarılaraq cinayət işinin başlanması üçün Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verilməsi; icra məmurunun hərəkətlərində dönüş təmin edilərək təmir ərazisindən aparılmış nəqliyyat vasitələri geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İddiaçı bildirir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-526/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı icrası naməlum səbəblərdən Qazax rayon İcra Şöbəsinə daxil olmuşdur. 25 may 2023-cü il tarixdə Qazax rayonu ərazisində müvəqqəti təmir yeri olan nəqliyyat qarajında təmir işləri gedərkən Cavabdeh3 əməkdaşları əraziyə gələrək 4 ədəd Man yük özüboşaldan nəqliyyat vasitələrini və 1 ədəd İsuzu Boğdan avtobusunu ərazidən aparmışlar. İcra məmurlarının qanunsuz hərəkətlərinin qarşısını almaq cəhdləri və nəqliyyat vasitələrinin aparılmasına qarşı etirazları dövlət qulluqçusu ilə mübahisəyə səbəb olacağından nəticəsiz qalmışdır. Daha sonra Tural adlı icra məmuru sözügedən nəqliyyat vasitələrinin qiymətləndirildiyini və 24 may 2023-cü il tarixdə "xxxx" MMC-nin təşkil etdiyi hərrac vasitəsilə hər birinin aşağıda göstərilən qiymətlərə satıldığını bildirmişdir. Onlar hərracın nəticələrinə dair sənədlərin surətini ötəri olaraq gördükdə məlum oldu ki, ”CPS Construction” MMC-yə məxsus 2008-ci il buraxılışlı, İsuzu Boğdan markalı, **- JG-*** dövlət qeydiyyat nişanlı avtobusu 1500 manata hərrac yolu ilə X6; 2008-ci il buraxılışlı, Man 33360 yük markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 1500 manata; 2008-ci il buraxılışlı, Man yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 1500 manata; 2008-ci il buraxılışlı, Man TGA 33360 BB6x4 yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 1500 manata; 2008-ci il buraxılışlı, Man TGA 33360 yük markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 1500 manata hərrac yolu ilə X3 hərrac nəticələri rəsmiləşdirilmişdir. Yuxarıda göstərilən qiymətlərdən açıq-aşkar görünür ki, Qazax rayon İcra Şöbəsinin icra məmurları nəqliyyat vasitələrinin dəyərini naməlum qiymətləndirici şirkətlər vasitəsilə simvolik dəyərləndirərək dəyərindən daha artıq qiymətə satmış, dəyərindən on dəfələrlə aşağı qiymətə isə hərrac nəticələrini rəsmiləşdirmişdir. "xxxx" MMC-nin əməkdaşları da qanunvericiliyə uyğun qaydada qiymətləndirmə keçirmədən və xüsusilə İddiaçı MMC-yə hər hansı bir məlumat vermədən hərrac keçirmişdir. Qeyd olunan nəqliyyat vasitələrinin qiymətləndirilməsinə dair ekspertiza keçirilmədən hərrac mərkəzində açıq hərracda satışa çıxarılması qanunvericiliyin tələblərinə ziddir.
20. Üçüncü şəxs "xxxx" MMC iddiaya etiraz edir.
21. İşdə iştirak edən digər şəxslər birinci instansiya məhkəməsində iştirak etməmişlər.
22. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-875/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İsuzu Boğdan markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtobusun, MAN 33360 yük markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, MAN yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, MAN TGA 33360 BB6x4 yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, MAN TGA 33360 yük markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışına dair 24 may 2023-cü il tarixli, 24/01, 24/02, 24/03, 24/04, 24/05 nömrəli protokollar üzrə "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
23. Cavabdeh3 və üçüncü şəxs "xxxx" MMC apellyasiya şikayətləri verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişlər.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
24. Cavabdeh3 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Qazax rayon İcra və Probasiya şöbəsi arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “Hərracların təşkili haqqında” müqavilədə (müqaviləyə 1 saylı əlavənin 1.15.4-cü bəndində) bu qaydada keçirilən təkrar hərracların sayı (3 dəfədən artıq ola bilməz) və satış qiymətinin endirilməsi ilə bağlı faiz dərəcəsi (1 dəfə 10 faiz, 2-ci dəfə 20 faiz, 3 dəfə 30 faiz, yəni hər dəfə cəmi 10 faiz) razılaşdırılmış və müəyyən edilmişdir. Bu da öz növbəsində hərracların keçirilməsində sui-istifadə hallarına yol verilməsini, o cümlədən əmlakın dəyərinin əsasız olaraq aşağı salınmasının qarşısını alır. Hazırki hərracın keçirilməsi zamanı həmin müqavilənin şərtləri də pozulmamışdır.
25. Üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icra icraatı çərçivəsində 3 aylıq müddətdə ilkin hərracda əmlakın müəyyən edilmiş qiymətinə satılmaması sonrakı keçirilən hərraclarda əmlakın dəyərinin müəyyən dərəcədə aşağı düşməsi halı tamamilə məqsədəuyğundur, çünki ilk hərracda əmlakın realizasiyası mümkün olmamış və bu səbəbdən qanunvericiliyin qaydalarına əsasən təkrar hərrac təyin edilərkən eyni zamanda əmlakın müəyyən edilmiş qiyməti də azalmış, müvafiq olaraq növbəti, yəni üçüncü hərrac təyin edilərkən eyni qaydada əmlakın qiyməti təkrar aşağı düşmüş və nəticədə hərracın əsl məqsədi yerinə yetirilmişdir. Həmçinin, iddiaçının özü həmin avtomobilləri hələ 2016-cı ildə, yəni 7 il bundan öncə 6***-14*** manat aralığı olmaqla qat-qat aşağı qiymətə əldə etmişdir. Eyni zamanda, əlavə edilmiş fotoşəkillərdən də görünür ki, nəqliyyat vasitələri ümumiyyətlə istifadəyə yararsızdır, bəzilərinin motorları çıxarılmış, bəzilərinin təkərləri, hətta diskləri və s. hissələri belə yoxdur. Bu tip nəqliyyat vasitələrinin təmiri 4**** manatdan artıq vəsait tələb edir ki, bu da həmin avtomobillərin rentabelliyini 0-a bərabər olmasını bildirir. İddiaçı özü də o avtomobilləri ehtiyat hissələri kimi istifadə etmiş və istifadəsində olan avtomobillərin təmirə ehtiyacı olan hissələrini həmin avtomobillərdən sökərək təmin etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə iclasında üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə6 və cavabdeh "xxxx" MMC-nin qanuni nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə etdilər, iddiaçının nümayəndəsi X11 isə apellyasiya şikayətlərinə etiraz etdi.
28. Digər cavabdehlərin nümayəndələri və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
29. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
30. Həmin Məcəllənin 415.6-cı maddəsinə əsasən əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar.
31. Həmin Məcəllənin 416.1 və 416.2-ci maddələrinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
32. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 33.Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 34.Həmin Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. 35.Həmin Qanunun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 36.Həmin Qanunun 53.3-cü maddəsinə əsasən əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 37.Həmin Qanunun 61.1-ci maddəsinə əsasən vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 38.Həmin Qanunun 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. 39.Həmin Qanunun 62.1-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. 40.Həmin Qanunun 62.2-ci maddəsinə əsasən hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
41. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərnin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir.
43. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 416.1 və 416.2-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
44. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 416.1-ci maddəsində göstərilən “Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac” ifadəsi geniş mənada təfsir edilməli və hərracın keçirilməsi qaydaları kimi təkcə Mülki Məcəllədə deyil, hərracın keçirilməsi üçün əsas olan digər, məsələn “İpoteka haqqında” və “İcra haqqında” Qanunlarda nəzərdə tutulmuş qaydaların tələbləri də nəzərə alınmalıdır. Əks yanaşma həmin qanunlara əsasən keçirilmiş hərracların nəticələrinin maraqlı şəxsin iddiası üzrə mübahisələndirilməsini qeyri-mümkün edir. Çünki qeyd olunan qanunlarda bununla bağlı müddəalar nəzərdə tutulmamışdır.
45. “İcra haqqında” Qanunun tələbləri nəzərə alındıqda isə müəyyən edilir ki, mübahisələndirilən hərraclar qanunvericiliklə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilmişdir.
46. Belə ki, iddiaçıya məxsus nəqliyyat vasitələrinə dair hərraclar 4 müxtəlif tarixlərdə, yəni xx.xx.2023-cü il (birinci), xx.xx.2023-cü il (təkrar), xx.xx.2023-cü il (təkrar), xx.xx.2023-cü il (təkrar) tarixlərdə keçirilmiş və onların satış qiyməti müvafiq olaraq 10 faiz, 20 faiz və 30 faiz aşağı salınmışdır.
47. Halbuki, mülki qanunvericilikdə və icra haqqında qanunvericilikdə icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması zamanı əmlakın qiymətinin hər növbəti hərrac üçün aşağı salınması qaydası (10 faiz, 20 faiz və 30 faiz) və faktiki olaraq likvid qiymətlə satılması nəzərdə tutulmamışdır.
48. “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 24 noyabr 2021-ci il tarixli qərardadında da izah olunmuşdur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, icra sənədi üzrə tələbin borclunun əmlakına yönəldilməsi icra məmuru tərəfindən bu məqsədlə keçirilməli olan qiymətləndirmənin qanunvericiliyə uyğun təşkil edilməklə, həmin əmlakın hərraca qanunla nəzərdə tutulmuş satış qiyməti ilə çıxarılmasını tələb edir. İpoteka predmetinə və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlakın ipoteka haqqında qanunvericiliyə və ya digər qanunvericilik aktlarına analoji qaydada hərracdan bazar dəyərindən fərqlənən likvid qiymətlə satılması borclunun əmlak vəziyyətinin əsassız olaraq pisləşməsinə səbəb olur. Belə ki, həyata keçirilən məcburi icra tədbirləri borclunun mülkiyyət hüquqlarına ədalətsiz, qeyri-mütənasib müdaxiləyə rəvac verməməli, tələbkarın qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı ədalətli məhkəmə araşdırması hüququ ilə borclunun mülkiyyət hüquqlarının tarazlığı gözlənilməlidir. “İcra haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Lakin “İpoteka haqqında” Qanundan fərqli olaraq, “İcra haqqında” Qanunda hərraca qoyulan əmlakın ilkin satış qiymətinin hansı meyarla müəyyən olunması qeyd olunmamışdır. Yalnız Qanunun 51.1-ci maddəsinin birinci cümləsində təsbit olunmuşdur ki, borclunun əmlakının “İpoteka haqqında” Qanuna əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirildiyi qeyd edilir. Eyni zamanda, istinad edilən qanunda qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin müəyyən olunmasından bəhs edilir. Qeyd olunanları ümumiləşdirilərək belə nəticəyə gəlmək olar ki, əmlakın hərracdan ilkin satış qiymətinin onun likvid dəyəri ilə müəyyən olunması “İpoteka haqqında” Qanunla ipoteka predmetlərinə münasibətdə təsbit edildiyindən, icra icraatı çərçivəsində borclunun ipoteka predmeti olmayan əmlakı hərracdan satılarkən onun ilkin satış qiyməti likvid deyil, bazar dəyəri ilə müəyyən olunmalıdır. Girov predmeti olan qiymətli kağızlara münasibətdə də Mülki Məcəllənin 1078-23-cü maddəsi və maliyyə bazarlarına nəzarət orqanının qəbul etdiyi “Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi Qaydası”nda əmlakın girov müqaviləsində göstərilən qiymətlə, müqavilədə qiymət müəyyən edilmədikdə isə qiymətli kağızların nominal dəyər ilə satışa çıxarılması nəzərdə tutulduğu nəzərə alınmalıdır.
49. Qeyd olunan Qərardadda ifadə olunmuş hüquqi mövqeydən aydın olur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması zamanı əmlaklar bazar dəyərindən fərqlənən likvid qiymətə satıla bilməz və satış qiyməti likvid deyil, bazar dəyəri ilə müəyyən olunmalıdır.
50. Bu baxımdan, kollegiya hesab edir ki, mübahisələndirilən hərracların qanunla müəyyən edilmiş qaydaya uyğun keçirilmədiyi müəyyən edildiyinə görə iddiaçı “İsuzu Boğdan markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtobusun, MAN 33360 yük markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, MAN yük markalı, **- JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, MAN TGA 33360 BB6x4 yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, MAN TGA 33360 yük markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışına dair 24 may 2023-cü il tarixli, 24/01, 24/02, 24/03, 24/04, 24/05 nömrəli protokollar üzrə “Külək" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin ləğv edilməsini tələb etməkdə haqlıdır.
51. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
52. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh3 və üçüncü şəxs "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-875/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumları apellyasiya şikayəti vermiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov