Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-705/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdeh X3rşı kommersiya işi Açar söz: korporativ mübahisə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi X3rşı “növbəti ümumi yığıncağın çağırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və digər” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2306/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. xx.xx.2019-cu il tarixli Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X7 Qeydiyyatı İdarəsindan çıxarışından görünür ki, nizamnamə kapitalının miqdarı 100.000 ABŞ dolları olan "xxxx" MMC-nin hazırda iki təsisçisi var: İddiaçı QSC BOKT (payı 50 %) və “X4 LTD” Şirkəti (payı 50 %). Cəmiyyətin qanuni təmsilçisi X8.
2. "xxxx" Şirkəti (hədiyyə verən) ilə iddiaçı (hədiyyə alan) arasında bağlanmış 24 may 2019-cu il tarixli bağışlanma müqaviləsinə əsasən . "xxxx" Şirkəti "xxxx" MMC-nin nizamnamə kapitalında ona məxsus olan 100 payı (nizamnamə kapitalının 50 %, 50000 ABŞ dolları dəyərində olan pay) İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına bağışlamışdır.
3. "xxxx" MMC-nin nizamnaməsinə xx.xx.2019-cu il tarixdə edilmiş dəyişikliklərdən görünür ki, cəmiyyətin təsisçiləri sırasında dəyişiklik edilərək təsisçilər İddiaçı QSC BOKT və “X4 LTD” Şirkəti qeyd edilmişdir.
4. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 26 fevral 2024-cü il tarixli 13-7/2-3- 11/580/2024 saylı məktubdan görünür ki, 2023-cü maliyyə ilinin başa çatmasını nəzərə alaraq "xxxx" MMC-nin Nizamnaməsinin 6.3-cü bəndinə əsasən cəmiyyətin iştirakçılarının 2023-cü il üçün növbəti ümumi yığıncağının keçirilməsi tələb olunmuşdur. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehə və "xxxx" MMC-nə xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə müraciətlər edilərək ümumi yığıncağın çağırılması və bu barədə təsisçi kimi iddiaçıya məlumat verilməsi xahiş olunmuşdur.
5. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının iş materiallarına əlavə edilmiş nizamnaməsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Səhmdar X9 Bankının hüquqi varisidir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı QSC BOKT cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi Cavabdehna (Böyük Britaniya və Şimali İrlandiya birləşmiş krallığının vətəndaşı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə "xxxx" MMC-nin iştirakçılarının növbəti ümumi yığıncağının keçirilməsi öhdəliyinin qoyulması, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nizamnamə kapitalında 50 % paya malik olduğu "xxxx" MMC-nin idarə edilməsində iştirakının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, Dominikan Respublikasında qeydiyyatdan keçmiş "xxxx" şirkəti ilə iddiaçı arasında bağlanmış bağışlanma müqaviləsinə əsasən "xxxx" şirkəti Cəmiyyətin nizamnamə kapitalında ona məxsus olmuş 100 (bir yüz) payı (nizamnamə kapitalının 50%-i, 50.000 (əlli min) ABŞ dolları dəyərində olan pay) iddiaçıya bağışlamışdır. Bundan sonra Cəmiyyətin təsisçilərinin ümumi yığıncağının 12 iyun 2019cu il tarixli qərarına əsasən (protokol № 19/01) Cəmiyyətin nizamnaməsinə dəyişiklik edilməsi, həmin dəyişiklik layihəsinin təsdiq edilməsi, dəyişikliklərin dövlət qeydiyyatına alınmasının cavabdehə həvalə edilməsi qərara alınmışdır. Bu zaman cəmiyyətin digər iştirakçısı “X4 Ltd” şirkətinin adından çıxış edən cavabdehin cəmiyyətin nizamnaməsinə dəyişiklik edilməsinə heç bir etirazı olmamış və lehinə səs vermişdir. Nizamnaməyə dəyişiklik dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin X7 qeydiyyatı idarəsi tərəfindən Cəmiyyətin adına xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Hal-hazırda iddiaçı cəmiyyətin digər iştirakçısı “X4 LTD” şirkəti ilə bərabər paylarla cəmiyyətin nizamnamə kapitalında iştirak etməklə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hüquq və vəzifələrə malikdir. Təsisçilərin növbəti ümumi yığıncağları müvafiq olaraq hər növbəti ilin aprel ayının sonuna qədər keçirilməli olduğu halda, belə növbəti ümumi yığıncaqlar keçirilməmişdir. Bununla yanaşı, Cəmiyyətin iştirakçılarının sırasında edilmiş dəyişikliklərlə əlaqədar olaraq onun nizamnaməsinin yeni redaksiyada hazırlanması, idarəetmə orqanlarının formalaşdırılması, onların səlahiyyətlərinin müəyyən edilməsi, büdcəyə, ştat cədvəlinə, struktura və sair məsələlərə yenidən baxılması ilə bağlı Cəmiyyətin iştirakçılarının ümumi yığıncağının keçirilməsi zərurəti yaranmışdır. İddiaçı tərəfindən dəfələrlə yazılı formada (10 yanvar 2020-ci il, 14 fevral 2020-ci il, 04 avqust 2020-ci il və 17 avqust 2020-ci il tarixli məktublarla) cavabdehin nəzərinə çatdırılsa da məsələ bu günədək öz həllini tapmamışdır. Həmçinin, qeyd olunan məsələ ilə bağlı iddiaçı tərəfindən cavabdehə 14 iyun 2023-cü il tarixli, 13- 7/2-3- 11/1548/2023 nömrəli məktub göndərilmiş, lakin cavabdeh həmin məktuba da əhəmiyyət verməmiş və cəmiyyətin iştirakçılarının ümumi yığıncağının keçirilməsini təmin etməmişdir. Son olaraq, “26” fevral 2024-cü il tarixində iddiaçı tərəfindən cavabdehə “Təsisçiləri növbəti ümumi yığıncağının keçirilməsinə dair” yenidən məktub göndərilmişdir ki, iddiaçının bu məktubu da nəzərə alınmamış və müvafiq tədbirlərin görülməsi təmin edilməmişdir. Göründüyü kimi, iddiaçının cəmiyyətin nizamnamə kapitalında mövcud olan 50% payları üzərində hüquqları dövlət qeydiyyatına alındığı xx.xx.2019-cu il tarixindən bu günə qədər Cəmiyyətin iştirakçılarının növbəti illik ümumi yığıncağı keçirilməmiş, iddiaçının tələblərinə baxmayaraq iştirakçıların növbəti ümumi yığıncağının çağırılması təmin edilməmişdir. Bununla da, bir iştirakçı kimi iddiaçının Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hüquq və vəzifələri kobud şəkildə pozulmuşdur.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2306/2024 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia təmin edilmişdir.
9. Məhkəmə ilk olaraq bildirmişdir ki, kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, iddiaçı "xxxx" MMC-nin nizamnamə kapitalında 50 % paya malikdir. İddiaçının MMC-nin 50 faiz paya malik olan iştirakçı olması həmin MMC-nin Nizamnaməsinə edilmiş dəyişikliklə də öz təsdiqini tapır.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehə MMC-nin təsisçilərinin növbəti ümumi yığıncağının keçirilməsi tələbi ilə müraciət etmiş, lakin MMC-nin növbəti ümumi yığıncağının keçirilməsi ilə bağlı cavabdeh tərəfindən iddiaçıya hər hansı məlumat verilməmiş, iddiaçı "xxxx" MMC-nin fəaliyyətindən kənarlaşdırılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin üzərinə "xxxx" MMC-nin növbəti ümumi yığıncağının keçirilməsi və "xxxx" MMC-nin idarə edilməsində iddiaçının iştirakının təmin edilməsi öhdəliyi qoyulmalıdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətlərinin dəlilləri
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2306/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təsisçilər arasında baş vermiş mübahisələr bir tərəfdən "xxxx" Şirkəti tərəfindən qanunsuz olaraq payın İddiaçıə bağışlanmasının qəbul edilməməsi, bununla pay qoymadığından təsisçi kimi tanınmaması, digər tərəfdən kredit məbləği tam ödənildiyi halda, "xxxx" tərəfindən qanunsuz olaraq kredit məbləği tələbinin İddiaçıə ötürülməsi, ipotekanın ləğv olunmaması ilə bağlı olmuşdur. Belə ki, İddiaçıin "xxxx"ya göndərdiyi işdə olan 10 yanvar 2020-ci il tarixli məktubunda təsis hüququnun “X5 LTD” Şirkətinin İddiaçıə və "xxxx" Şirkətinə 28 yanvar 2020-ci ildə yazılı surətdə verilmişdir ki, istinad etdiyiniz təsis hüququnuz faktiki əsasa malik deyil. "xxxx"ASC (sonradan “Bank”) tərəfindən qeyri-qanuni olaraq 13 iyun 2013-cü il tarixli, S-23 saylı aktla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (sonradan "xxxx") heç bir məlumat vermədən15 avqust 2013-cü il tarixli, 7524 saylı kredit müqaviləsi üzrə konkret qalıq məbləğinin tələb hüququ İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan qeyri-kredit təşkilatına (sonradan İddiaçı) ötürülmüş, bunu bildikdən sonra bizim etdiyimiz etirazlarımız nəzərə alınmamışdır. Göstərilən qanunsuzluq azmış kimi "xxxx" şirkəti (sonradan “Alaris”) ilə İddiaçı arasında bağlanılmış 24 may 2019-cu il tarixli gizli sövdələşməyə-“Bağışlama müqaviləsi”nə əsasən “Alaris” "xxxx"-nın “nizamnamə kapitalında olan payını” İddiaçıə bağışlamağı vəd etmişdir. “Alaris” tərəfindən "xxxx"-nın nizamnamə fonduna və ya "xxxx"-ya digər formada heç bir sərmayə qoyulmadığından o, həmin sərmayəni hər hansı şəkildə özgəninkiləşdirmək haqqına sahib olmamışdır. "xxxx"nın həmin əməliyyat qabağı hər hansı qiymətləndirilməsi və ötürülən əmlakın dəyəri müəyyənləşdirilməmişdir. “Alaris” kommersiya təşkilatı olaraq bağışlama müqaviləsi əsasında sərmayəni başqasına ötürə bilməzdi. İddiaçı hüquqi şəxs kimi idarəetmə obyekti – dövlət kommersiya müəssisəsidir. İddiaçı kommersiya təşkilatı – dövlət müəssisəsi olaraq həmin bağışlama müqaviləsini bağlaya və əvəzsiz olaraq kommersiya təşkilatından belə bir hədiyyəni əldə edə bilməzdi. "xxxx" MMC-nin Nizamnaməsinin 4.12-ci bəndində müəyyən olunur ki, “Cəmiyyətin Təsisçilərinin Nizamnamə kapitalındakı paylarının özgəninkiləşdirilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 93-cü maddəsinə əsasən cəmiyyətin iştirakçıları iştirakçının payını (onun bir hissəsini) öz paylarının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna malikdirlər, Cəmiyyətin iştirakçısı öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə həmin payın (onun bir hissəsinin) satın alınmasını ilkin olaraq cəmiyyətin digər iştirakçılarına təklif etməlidir. Cəmiyyətin paylarının əlli faizini və daha çox hissəsini almaq istəyən şəxs bütün iştirakçılara rəsmi qaydada müvafiq təklif təqdim edir. “Alaris”in hərəkətləri “Alaris”lə Müdiroğlu şirkətlər qrupu arasında bağlanılmış Anlaşma memorandumunun da müddəalarına ziddir. Əgdin bağlanılması və “əmlak payı”nın ötürülməsi ilə habelə Azərbaycan Respublikası vergi qanunvericiliyinin tələbləri də pozulmuş və pozulmaqda davam edir. “Xarici investisiyanın qorunması haqqında” 15 yanvar 1992-ci il tarixli, 57 saylı Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə görə, Azərbaycan Respublikası ərazisində xarici investisiya bu qanunla, başqa qanunvericilik aktları və beynəlxalq müqavilələri ilə hüquqi cəhətdən tam və qeyd-şərtsiz müdafiə olunur. Tərəflər arasında sonrakı yazışmalar və müzakirələr mübahisələrin mahiyyətini dəyişməmiş, təsisçilər, İddiaçı və "xxxx" arasında mübahisələri aradan qaldırmamış, mübahisələrin əsasında təsisçilər arasındakı köklü mübahisə təsisçilikdə iştirak, idarəetmə və təsis payı məsələsi qalmaqda davam etmişdir. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “təsisçilərin növbədənkənar ümumi yığıncağının keçirilməsi, sənədlərin təqdim edilməsi” tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etməsini və Bakı Kommersiya Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, e-2-2(113)- 3725/2023 saylı qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “təsisiçilərin növbədənkənar ümumi yığıncağının keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və s.” tələbinə dair iddiasının "xxxx" MMC-nin üzərinə cəmiyyətin iştirakçılarınınnövbədənkənar ümumi yığıncağının keçirilməsi, keçiriləcək ümumi yığıncaqda yetərsay olmadıqda gündəlik dəyişdirilmədən ümumi yığıncağın yenidən çağırılması vəzifəsinin qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilməsini də məhkəməyə bildirməmişdir. Habelə,"xxxx" MMC ilə oxşar mübahisələr üzrə Bakı Kommersiya Məhkəməsinin icraatında e-2-2(113)-145/2024 saylı işin, həmin iş üzrə oxşar təmin etmə tədbirlərinin tətbiqi barədə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının icraatında olan 16(103)- 159/2024 saylı işin, təsis hüquqları və ümumi yığıncaq çağırılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının icraatında olan 2-2(102)- 222/2024 saylı işin olması barədə məhkəməyə məlumat verməmiş, məhkəməni aldatmışdır. İddiaçı Eran Efruz Müdüroğlunun baş müdir olmaqla "xxxx" MMC ilə əmək münasibətində olduğunu, təsisçilərin Cəmiyyətin fəaliyyətində iştirakının təmin edilməsi ilə bağlı hər hansı öhdəlik daşımadığını, təsisçilər arasında münasibətlərin onların arasında həll edilməli olduğunu, digər tərəfdən, uzun illər ərzində baş müdir vəzifəsində idarəçiliyi həyata keçirən Müdüroğlunun üzərinə belə öhdəliklərin qoyulmasının heç bir hüquqi və faktiki əsasının olmamasını anlamaqda və qəbul etməkdə çətinlik çəkir. İddiaçının qanunun ciddi tələblərinə məhəl qoymadan Mülki Məcəllənin səhmdar cəmiyyətlərinə aid olan xüsusi normalarını (106-1.3 maddəsi) məhdud məsuliyyətli cəmiyyətə münasibətdə “qanunun analogiyası” kimi tətbiq edilməsi olmasına mülahizələri, arzu və istəkləri hüquqdan bixəbər, nihilist xarakterli mövqeyin bariz nümunəsidir
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
14. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı məhkəməyə ərizə verərək iddia ərizəsinin tələb hissəsində yanlışlığa yol verildiyini, tələbin cavabdehin üzərinə cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağının çağırılması və "xxxx" MMC-nin idarə edilməsində İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının iştirakının təmin edilməsi öhdəliyinin qoyulması kimi qəbul edilməsini xahiş etmişdir.
15. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 Musa oğlu xx.xx.2024-cü il tarixli məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
16. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 87.1-ci maddə- bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. 91.1-ci maddə- məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. 91.1-1-ci maddə- məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49- 1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. 91.1-2-ci maddə- cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabatmaliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. 91-2.1-ci maddəsinə əsasən cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir. “X7 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.3-cü maddəsinə əsasən bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə X7 reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 28-ci maddə-əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar. 440.1-ci maddə- Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 440.2-ci maddə-məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçirilir.
372.7-ci maddə-apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
17. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
18. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-938/2024 nömrəli qətnaməsi dəyişdirilərək cavabdeh X10 üzərinə "xxxx" MMC-nin növbəti ümumi yığıncağının çağırılması və "xxxx" MMC-nin idarə edilməsində İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının iştirakının təmin edilməsi öhdəliyi qoyulmalıdır.
19. Məhkəmə ilk öncə iddiaçının apellyasiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsinin tələb hissəsində yol verilmiş yanlışlığa dair ərizə ilə bağlı qeyd edir ki, ərizədə qeyd edilmiş hal məhkəmə tərəfindən araşdırılaraq iddiaçı tərəfindən iddia ərizəsinin giriş hissəsi ilə tələb hissəsi arasında fərq olduğu və həqiqətən tələbin iddia ərizəsinin məzmunu ilə uyğun gəlmədiyi müəyyən edilmişdir. Belə ki, iddia ərizəsinin birinci səhifəsində və məzmununda iddiaçının tələbinin iştirakçıların ümumi yığıncağının çağırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə olduğu aydın qeyd edilsə də, ərizənin tələb hissəsində cavabdehin üzərinə iştirakçıların ümumi yığıncağının keçirilməsi öhdəliyinin qoyulması xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin giriş hissəsi, mətni və tələb hissəsi arasında uyğunsuzluğun səbəbi birinci instansiya məhkəməsində işə baxılarkən araşdırılmalı idi. Nəzərə alınmalıdır ki, MPM-nin 218.3-cü maddəsində qeyd edilmiş hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır norması yalnız iddia ərizəsinin sonuncu cümləsini deyil, ümumilikdə ərizənin məzmununda öz əksini tapmış və cavabdehə yönəlmiş iddia tələbini nəzərdə tutulur. Hazırkı halda iddia ərizəsinin tələb hissəsində “ümumi yığıncağının çağırılması” ifadəsi əvəzinə “ümumi yığıncağının keçirilməsi” ifadəsinin qeyd edilməsinin yanlışlıq olduğu açıq-aşkar aydın olduğu üçün birinci instansiya məhkəməsi tərəfindən MPM-nin 218.3-cü maddəsinə uyğun qətnamə qəbul edilmədiyi müəyyən olunur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, MPM-nin 372.7-ci maddəsinə əsasən qətnamə dəyişdirilərək cavabdeh X10 üzərinə "xxxx" MMC-nin növbəti ümumi yığıncağının çağırılması və "xxxx" MMC-nin idarə edilməsində İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının iştirakının təmin edilməsi öhdəliyi qoyulmalıdır.
20. Mübahisəyə Azərbaycan Respublikası məhkəmələri tərəfindən baxılmalı olmadığı və iş üzrə icraata xitam verilməli olduğuna dair cavabdehin apellyasiya şikayətində qeyd edilən mülahizələr məhkəmə tərəfindən əsassız hesab edilir. Belə ki, hazırkı mübahisə Azərbaycan Respublikasının hüquqi şəxsi olan "xxxx" MMC-nin təsisçilərindən biri olan iddiaçı ilə hüquqi şəxsin icra orqanının rəhbəri arasında korporativ mübahisədir. Cavabdeh tərəfindən məhkəməyə "xxxx" MMC-nin və digər iddiaçıların Azərbaycan Respublikasına qarşı X1 üzrə Beynəlxalq Mərkəzə ünvanlanmış arbitraj müraciəti təqdim edilsə də, həmin müraciətin məhkəmə tərəfindən icraata qəbul edildiyi və hazırda baxıldığı barədə sübutlar mövcud deyil.
21. İş üzrə icraata xitam verilməsinin əsasları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsində nəzərdə tutulmuşdur. MPM-nin 261.0.6-cı maddəsində nəzərdə tutulur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin arbitraj məhkəməsinin qərarının tanınmasından və ya məcburi icrasının təmin edilməsindən imtina etdiyi hallar istisna olmaqla, arbitraj məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olarsa iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda MPM-nin 452.1-ci maddəsinə qeyd edilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisələrə dair xarici dövlətin məhkəmələri tərəfindən qətnamə çıxarılıbsa, Azərbaycan Respublikasının məhkəməsi baxılmaq üçün ərizəni qəbul etməkdən imtina edir və ya iş üzrə icraata xitam verir. Hazırkı halda tərəflər arasındakı mübahisə üzrə beynəlxalq arbitraj məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olmadığından iş üzrə icraata xitam verilməsi barədə cavabdehin vəsatəti düzgün olaraq Bakı Kommersiya Məhkəməsi tərəfindən təmin edilməmişdir.
22. Məhkəmə eyni zamanda qeyd edir ki, “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən (cavabdehin apellyasiya şikayətində istinad etdiyi “Xarici investisiyanın qorunması haqqında” 15 yanvar 1992-ci il tarixli, 57 saylı Azərbaycan Respublikası qanunu qüvvədən düşmüşdür) dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları ilə investorlar arasında investisiya fəaliyyəti ilə əlaqədar mübahisələr danışıqlar yolu ilə, inzibati qaydada, tərəflərin qarşılıqlı razılaşması əsasında məhkəmədən kənar digər yollarla və ya “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərə alınmaqla, Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll edilə bilər. Tərəflər arasında hər hansı digər razılıq olmadığı halda, habelə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulan hüquqi müdafiə vasitələri bitdikdən sonra Azərbaycan Respublikası və xarici investor arasında investisiya fəaliyyəti ilə əlaqədar mübahisəni xarici investor beynəlxalq arbitraja təqdim edə bilər. Azərbaycan Respublikası və xarici dövlətlər arasında imzalanmış investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında ikitərəfli beynəlxalq sazişlərdə mübahisələrin həlli ilə bağlı bu maddədə göstərilənlərdən fərqli qaydalar nəzərdə tutulmuşdursa, beynəlxalq sazişin müəyyən etdiyi qaydalar tətbiq edilir. Göründüyü kimi, qanunda dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları ilə investorlar arasında investisiya fəaliyyəti ilə əlaqədar mübahisələrin beynəlxalq arbitraja təqdim edilməsi imkanı nəzərdə tutulmuşdur. Hazırkı mübahisə isə təsisçi ilə hüquqi şəxsin icra orqanının rəhbəri arasında yarandığından Bakı Kommersiya Məhkəməsinin bu mübahisəyə baxmağa səlahiyyətli olmadığına dair cavabdehin mövqeyi əsassızdır.
23. Mübahisənin mahiyyəti üzrə bağlı məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin nizamnaməsinə xx.xx.2019-cu il tarixdə edilmiş dəyişiklik və xx.xx.2019-cu il tarixli Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X7 Qeydiyyatı İdarəsindan çıxarışla İddiaçı QSC BOKT-nın hüquqi şəxsin təsisçilərindən biri olduğu və nizamnamə kapitalında 50 % payı olduğu müəyyən olunur.
24. MM-nin 91.1-2-ci maddəsində məhdud məsuliyyətli cəmiyyətin icra orqanının onun iştirakçılarının növbəti ümumi yığıncağını nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırmaq öhdəliyi, MM-nin 91.1-1-ci maddəsində isə məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək hüququ nəzərdə tutulmuşdur.
25. Eyni zamanda "xxxx" MMC-nin nizamnaməsinin 6.3-cü bəndinə əsasən ümumi yığıncaq zərurət yarandıqda, lakin ildə bir dəfədən az olmayaraq, növbəti maliyyə ili başa çatdıqdan sonra iki aydan gec olmayaraq keçirilir.6.7-ci bəndində qeyd edilir ki, növbəti ümumi yığıncağın keçirilmə tarixi, yeri, vaxtı və gündəliyi haqqında məlumatlr sifarişli poçtla, faks, teleks, teleqram və digər teleqraf vasitələri ilə həmin yığıncağın başlanma tarixindən ən əzı 30 gün əvvəl iştirakçıların ünvanına göndərilməlidir. Əgər növbədənkənar yığıncaq çağırılırsa pay sahiblərinə ən azı 10 gün əvvəl bildiriş göndərilməlidir.
26. Məhkəmə araşdırması zamanı işdəki sübutlara əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC-nin xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixlərdə ümumi yığıncağı keçirilsə də icra orqanının rəhbəri X12 tərəfindən təsisçi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının həmin ümumi yığıncaqlara dəvət edilməmiş, onun iştirakı təmin edilməmişdir. Bu hal cavabdeh tərəfindən mübahisələndirilmir.
27. Cavabdehin apellyasiya şikayətinin məzmunundan aydın olur ki, cavabdeh İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının "xxxx" MMC-nin təsis payını MM-nin 93-cü maddəsinin tələblərini pozmaqla qanunsuz əldə etdiyini, təsis payının əvəzsiz əldə edilməsinin qanunsuz olduğunu iddia edərək iddiaçını MMC-nin təsisçisi kimi qəbul etmir.
28. Məhkəmə cavabdehin bu mülahizəsini əsassız hesab edərək qeyd edir ki, cavabdeh tərəfindən qəbul edilib-edilməməsindən asılı olmayaraq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı kommersiya hüququ şəxslərinin dövlət reyestrinə daxil edilmiş məlumatlara əsasən "xxxx" MMC-nin 50 % paya malik təsisçisi olduğundan onun MM-nin 91.1-1-ci maddəsində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir.
29. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin təsis payını əvvəlki təsisçi "xxxx" Şirkəti ilə 24 may 2019-cu il tarixdə bağlanmış bağışlanma müqaviləsinə əsasən əvəzsiz əldə etdiyindən və həmin müqavilə cavabdeh tərəfindən mübahisələndirilmədiyindən cavabdehin iddiaçı tərəfindən təsis payının qeyri-qanuni əldə edilməsi ilə bağlı mülahizələri hazırkı icraat çərçivəsində araşdırma predmeti ola bilməz. Hüquqi şəxsin ən azı ildə bir dəfə növbəti ümumi yığıncağının çağırılması və "xxxx" MMC-nin idarə edilməsində İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının iştirakının təmin edilməsi icra orqanının rəhbəri olaraq cavabdehin həm qanundan, həm də hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilmiş vəzifəsi olduğundan iddianın təmin edilməsi barədə məhkəmənin mövqeyi qanuni və əsaslıdır.
30. İşə baxmış məhkəmənin maddi hüquq normasının tətbiqində səhvə yol verərək mübahisəyə MM-nin 106-1.3 maddəsini analogiya qaydasında tətbiq etdiyinə dair apellyasiya şikayətində qeyd edilmiş mülahizə isə ümumiyyətlə həqiqətə uyğun deyil. Belə ki, qətnamənin əsaslandırıcı hissəsində həmin normaya istinad edilməmişdir. Məhkəmə tərəfindən mübahisəyə baxılarkən maddi hüquq normalarının tətbiqində hər hansı səhvə yol verildiyi müəyyən edilməmişdir.
31. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 938/2024 nömrəli qətnaməsi dəyişdirilərək cavabdeh X10 üzərinə "xxxx" MMC-nin növbəti ümumi yığıncağının çağırılması və "xxxx" MMC-nin idarə edilməsində İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının iştirakının təmin edilməsi öhdəliyi qoyulmalıdır.
32. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh X10 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2306/2024 nömrəli qətnaməsi dəyişdirilsin. İddia təmin edilərək cavabdeh X10 üzərinə "xxxx" MMC-nin növbəti ümumi yığıncağının çağırılması və "xxxx" MMC-nin idarə edilməsində İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının iştirakının təmin edilməsi öhdəliyi qoyulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.