Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-709/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı1 MMC-nin təsisçilər şurasının sədri və prezidenti X3 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Cavabdeh1 MMC-yə qarşı əmrlərin etibarsız hesab edilməsi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-102/2016 nömrəli iş üzrə 17 fevral 2016-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 MMC-nin təsisçilər şurasının sədri və prezidenti X8 cavabdehlər Cavabdeh1 MMC-nin təsisçisi və direktoru Qanuni nümayəndə, Cavabdeh1 MMC-nin sahibi və rəhbəri X2 və Cavabdeh1 MMC-nin baş mühasibi X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "İddiaçı1" şirkətinin Prezidenti tərəfindən imza olunduqdan və möhürlə təsdiq edildikdən sonra saxtalaşdırılmış və notarial qaydada təsdiq olunmuş 11 yanvar 2007-ci il tarixli 1 saylı əmrin etibarsız hesab edilməsi, "İddiaçı1" şirkətinin Prezidenti tərəfindən imza olunduqdan və möhürlə təsdiq edildikdən sonra saxtalaşdırılmış 12 mart 2012-ci il tarixli 1 saylı əmrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini, qeyd olunan saxtalaşdırılmış əmrlər əsasında müxtəlif banklarda görülən əməliyyatların etibarsız hesab edilməsi və günahkar şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi qərardadlar çıxarılarmasını xahiş etmişdir. İddiaçı sonradan iddianın dəqiqləşdirilməsi və iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, iddianın Cavabdeh1 MMC-nə qarşı qaldırıldığını göstərmiş və əvvəlki iddia tələbləri ilə yanaşı İddiaçı1 şirkətinin prezidenti X4 imzasının saxtalaşdırılaraq və saxta yolla əldə edilmiş və "İddiaçı1" şirkətinin möhürü olan 48 saylı 12.07.2012-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi və həmin həmin etibarnamənin istifadəsindən irəli gələn bütün hərəkətlərə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 27.04.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardadla razılaşmayan iddiaçılar ondan şikayət verərək, ləğv edilib, ərizənin təmin olunmasını xahiş etmişlər. Şikayətin dəlillərinə görə, cavabdeh tərəfindən “xxxx” MTK-ya, “X6” MMC-yə və “Azərkimya İstehsal və X5” ASC-yə ötürülən elektrik enerjisinin verilişinin dayandırılması həmin müəssisələrdə istehsal fəaliyyətinin dayandırılmasına, bu isə yüzlərlə insanın işsiz qalmasına, eyni zamanda həmin müəssisələrdə maddi itkilərin baş verməsinə səbəb olacaqdır. Əgər hazırkı işə 1 il və ya uzun müddət ərzində baxılacaqsa, onda həmin müəssisələr bu müddətdə elektrik enerjisinin olmaması səbəbindən fəaliyyət göstərməyəcək və müəssisələrdə çalışan yüzlərlə insan işsiz qalacaq? Digər tərəfdən, qərardadda iddiaçı tərəfindən irəli sürülən iddia tələbi ilə iddianı təmin etmə tədbiri barədə tələbin eynilik təşkil etdiyi qeyd edilmişdir. Lakin bildirir ki, tələblər eynilik təşkil etmir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.02.2016-cı il tarixli qərardadı ilə iddia baxılmamış saxlanılmışdır. İddiaçı 18.05.2021-ci il tarixdə həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, sözügedən qərardad iddiaçıya 07.05.2021-ci il tarixdə təqdim olunmuş, 17.02.2016-cı il tarixli iclasın vaxtı və yeri barədə iddiaçı heç bir məlumat almamışdır. Bakı Kommersiya Məhkəməsinin 21.05.2021-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayətə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin qərardadının əsaslarına görə, “İş üzrə məhkəmə baxışı 17.02.2016-cı il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər.” Məhkəmə kollegiyası qərardadın əsasları ilə razılaşmır. Belə ki, iş üzrə məhkəmə iclasının 17.02.2016-cı il tarixə təyin edilməsinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.02.2016-cı il tarixli 2(81)-1796/2015 nömrəli məhkəmə bildirişinin iddiaçıya təqdim edilməsi (çatdırılması, rəsmi qaydada verilməsi) barədə iş materiallarında heç bir sübut yoxdur. Bu mənada məhkəmə kollegiyası şikayətlə razılaşır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda xxxxi qiymət verərək hesab edir ki, qərardad ləğv edilməli, iş həmin məhkəməyə göndərilməli, şikayət təmin olunmalıdır (MPM-in 398.0.2-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-102/2016 nömrəli iş üzrə 17 fevral 2016cı il tarixli qərardadı ləğv edilsin. İş həmin məhkəməyə göndərilsin. İddiaçı1 MMC-nin təsisçilər şurasının sədri və prezidenti X3 şikayəti təmin edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-709/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-709/2021
18.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver