Məhkəmə qərarları › İş №2-2(103)-709/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-709/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-709/2025 23.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Xaliqoviçə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8nə qarşı “kredit müqaviləsi üzrə pul tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 05 may 2025-ci il tarixli, e-2-2(113)-193/2025 nömrəli qərardadından Cavabdeh8 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh8 MMC, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 15R000003186 saylı krеdit razılaşması üzrə 73926.49 ABŞ Dolları krеdit bоrcu, 110196.09 ABŞ Dolları faiz bоrcu və 14785.30 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 198907.88 ABŞ Dolları, 15R000003547 saylı krеdit razılaşması üzrə 37497.84 ABŞ Dolları krеdit bоrcu, 54875.39 ABŞ Dolları faiz bоrcu və 7500 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 99873.23 ABŞ Dolları, 15R000003615 saylı krеdit razılaşması üzrə 48824.89 ABŞ Dolları krеdit bоrcu, 57456.78 ABŞ Dolları faiz bоrcu və 9765 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 116046.67 ABŞ Dolları, 15R000004287 saylı krеdit razılaşması üzrə 40129.46 ABŞ Dolları krеdit bоrcu, 71550.36 ABŞ Dolları faiz bоrcu və 8025 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 119704.82 ABŞ Dolları, 015R********** saylı krеdit razılaşması üzrə 23500.02 ABŞ Dolları krеdit bоrcu, 50825.38 ABŞ Dolları faiz bоrcu və 4675 ABŞ Dolları cərimə olmaqla, cəmi 79000.40 ABŞ Dolları, 5 (beş) kredit razılaşması üzrə ümumilikdə cəmi 613533 ABŞ Dolları məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1312 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 75 manat rüsum və 180 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh7 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 11 saylı binanın 53 saylı mənzilinə, Cavabdeh7 məxsus Mingəçevir şəhəri 8- ci Günəşli küçəsi 13 saylı fərdi yaşayış evinə, Cavabdeh7 məxsus Mingəçevir şəhəri X6 küçəsi 110 nömrəli qeyri yaşayış binasına (Yeni qaydalarla Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 110 ünvanında 0.0912 ha torpaq sahəsi və üzərində yerləşən 135.20 m ümumi sahədən ibarət qeyri yaşayış binası), Cavabdeh4 məxsus Bakı şəhəri Yasamal rayonu, Kamal Rəhimov küçəsi 15 saylı evin 79 saylı mənzilinə, Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi 11 saylı evin 6 saylı mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 613533 ABŞ Dolları məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1312 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 75 manat rüsum və 180 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, Hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh8 MMC-dən, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi 11 nömrəli binanın 53 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh7 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması, Mingəçevir şəhəri 8-ci Günəşli küçəsi 13 saylı fərdi yaşayış evinətutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh7 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması, Mingəçevir şəhəri X6 küçəsi 110 nömrəli qeyri yaşayış binası (Yeni qaydalarla Mingəçevir şəhəri Heydər Əliyev prospekti 110 ünvanında 0.0912 ha torpaq sahəsi və üzərində yerləşən 135.20 m ümumi sahədən ibarət qeyri yaşayış binası tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri yaşayış binasının boşaldılması, Bakı şəhəri, Yasamal rayonu, Kamal Rəhimov küçəsi, 15 saylı evin, 79 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh5 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi 11 saylı evin 6 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "X2" MMC iddiaçı Accessbank ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı Cavabdeh8 ilə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 15R000003186SF nömrəli saziş üzrə xx.xx.2020-ci il tarixli 15R000003186SG saylı, xx.xx.2020-ci il tarixli 15R000003186SH saylı və xx.xx.2021-ci il tarixli 15R000003186Sİ saylı sazişlərin, xx.xx.2017-ci il tarixli 15R000003547SF nömrəli saziş üzrə xx.xx.2020-ci il tarixli 15R000003547SG saylı, xx.xx.2020-ci il tarixli 15R000003547SH saylı və xx.xx.2021-cü il tarixli 15R000003547Sİ saylı sazişlərin, xx.xx.2017-ci il tarixli 15R**********SF nömrəli saziş üzrə xx.xx.2020-ci il tarixli 15R000004287SG saylı, xx.xx.2020-ci il tarixli 15R000004287SHsaylı, xx.xx.2021- ci il tarixli 15R000004287Sİ saylı sazişlərin, xx.xx.2017-ci il tarixli 15R**********SE nömrəli saziş üzrə xx.xx.2020-ci il tarixli 015RJ511942131SFsaylı, xx.xx.2020-ci il tarixli 015RJ511942131SG saylı və xx.xx.2021ci il tarixli 015R**********SH saylı sazişlərin, xx.xx.2017-ci il tarixli 15R000003615SF nömrəli saziş üzrə xx.xx.2020-ci il tarixli 15R000003615SG saylı, xx.xx.2020-ci il tarixli 15R000003615SHsaylı, xx.xx.2021-ci il tarixli 15R000003615SH1 saylı sazişlərin etibarsız hesab edilməsi barədə məhkəmə aktı qəbul qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 05 may 2025-ci il tarixli, e-2-2(113)-193/2025 nömrəli qərardadı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Xaliqoviçə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8nə qarşı “kredit müqaviləsi üzrə pul tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair iş üzrə "X2" MMC tərəfindən verilmiş “sazişlərin etibarsız hesab edilməsi” tələbi barədə qarşlıqlı iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər "X2" MMC-yə geri qaytarılması qərara alınmışdır. Qeyd olunan qərardaddan "X2" MMC şikayət verərək şikayətin təmin edilməsini və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2- 2(113)-193/2025 saylı qərardadın ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh8 MMC, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 15R000003186 saylı krеdit razılaşması üzrə 73926.49 ABŞ Dolları krеdit bоrcu, 110196.09 ABŞ Dolları faiz bоrcu və 14785.30 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 198907.88 ABŞ Dolları, 15R000003547 saylı krеdit razılaşması üzrə 37497.84 ABŞ Dolları krеdit bоrcu, 54875.39 ABŞ Dolları faiz bоrcu və 7500 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 99873.23 ABŞ Dolları, 15R000003615 saylı krеdit razılaşması üzrə 48824.89 ABŞ Dolları krеdit bоrcu, 57456.78 ABŞ Dolları faiz bоrcu və 9765 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 116046.67 ABŞ Dolları, 15R000004287 saylı krеdit razılaşması üzrə 40129.46 ABŞ Dolları krеdit bоrcu, 71550.36 ABŞ Dolları faiz bоrcu və 8025 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 119704.82 ABŞ Dolları, 015R********** saylı krеdit razılaşması üzrə 23500.02 ABŞ Dolları krеdit bоrcu, 50825.38 ABŞ Dolları faiz bоrcu və 4675 ABŞ Dollarıcərimə olmaqla, cəmi 79000.40 ABŞ Dolları, 5 (beş) kredit razılaşması üzrə ümumilikdə cəmi 613533 ABŞ Dolları məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1312 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 75 manat rüsum və 180 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh7 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 11 saylı binanın 53 saylı mənzilinə, Cavabdeh7 məxsus Mingəçevir şəhəri 8-ci Günəşli küçəsi 13 saylı fərdi yaşayış evinə, Cavabdeh7 məxsus Mingəçevir şəhəri X6 küçəsi 110 nömrəli qeyri yaşayış binasına (Yeni qaydalarla Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 110 ünvanında 0.0912 ha torpaq sahəsi və üzərində yerləşən 135.20 m ümumi sahədən ibarət qeyri yaşayış binası), Cavabdeh4 məxsus Bakı şəhəri Yasamal rayonu, Kamal Rəhimov küçəsi 15 saylı evin 79 saylı mənzilinə, Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi 11 saylı evin 6 saylı mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 613533 ABŞ Dolları məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1312 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 75 manat rüsum və 180 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, Hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh8 MMC-dən, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi 11 nömrəli binanın 53 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh7 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması, Mingəçevir şəhəri 8-ci Günəşli küçəsi 13 saylı fərdi yaşayış evinətutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh7 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması, Mingəçevir şəhəri X6 küçəsi 110 nömrəli qeyri yaşayış binası (Yeni qaydalarla Mingəçevir şəhəri Heydər Əliyev prospekti 110 ünvanında 0.0912 ha torpaq sahəsi və üzərində yerləşən 135.20 m ümumi sahədən ibarət qeyri yaşayış binası tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri yaşayış binasının boşaldılması, Bakı şəhəri, Yasamal rayonu, Kamal Rəhimov küçəsi, 15 saylı evin, 79 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh5 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi 11 saylı evin 6 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "X2" MMC iddiaçı Accessbank ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı Cavabdeh8 ilə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətiarasında bağlanılmış xx.xx.2017-ci il tarixli 15R000003186SF nömrəli saziş üzrə xx.xx.2020-ci il tarixli 15R000003186SG saylı, xx.xx.2020-ci il tarixli 15R000003186SH saylı və xx.xx.2021-ci il tarixli 15R000003186Sİ saylı sazişlərin, xx.xx.2017-ci il tarixli 15R000003547SF nömrəli saziş üzrə xx.xx.2020-ci il tarixli 15R000003547SG saylı, xx.xx.2020-ci il tarixli 15R000003547SH saylı və xx.xx.2021-cü il tarixli 15R000003547Sİ saylısazişlərin, xx.xx.2017-ci il tarixli 15R**********SF nömrəlisaziş üzrə xx.xx.2020- ci il tarixli 15R000004287SG saylı, xx.xx.2020-ci il tarixli 15R000004287SHsaylı, xx.xx.2021-ci il tarixli 15R000004287Sİ saylı sazişlərin, xx.xx.2017-ci il tarixli 15R**********SE nömrəli saziş üzrə xx.xx.2020-ci il tarixli 015RJ511942131SFsaylı, xx.xx.2020-ci il tarixli 015RJ511942131SG saylı və xx.xx.2021- ci il tarixli 015R**********SH saylı sazişlərin, xx.xx.2017-ci il tarixli 15R000003615SF nömrəli saziş üzrə xx.xx.2020-ci il tarixli 15R000003615SG saylı, xx.xx.2020-ci il tarixli 15R000003615SHsaylı, xx.xx.2021-ci il tarixli 15R000003615SH1 saylısazişlərin etibarsız hesab edilməsi barədə məhkəmə aktı qəbul qəbuledilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsininxx.xx.2025-ci il tarixli,e-2-2(113)-193/2025 saylı qərardadı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Xaliqoviçə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8nə qarşı “kredit müqaviləsi üzrə pul tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair iş üzrə "X2" MMC tərəfindən verilmiş “sazişlərin etibarsız hesab edilməsi” tələbi barədə qarşlıqlı iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər "xxxx" MMC-yə geri qaytarılması və xx.xx.2025-ci il tarixli, **********41 saylı qəbzə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdeh "X2" MMCyə geri qaytarılması qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-193/2025 xx.xx.2025-ci il tarixli Qərardadından görünür ki, Məhkəmə tərəfindən müqavilələrin etibarsızlıq məsələsi ilə bağlı ayrıca iddia qaldırılmasına ehtiyac olmadığını və həmin məsələyə məhkəmə araşdırılması gedişində qiymət veriləcəyi bildirilərək "X2" MMC tərəfindən verilmiş “sazişlərin etibarsız hesab edilməsi” tələbi barədə qarşlıqlı iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər "X2" MMC-yə geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan RespublikasıAli Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli Qərardadının 52-ci bəndində qeyd olunmuşdur ki, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair (etibarsızlığın növündən asılı olmayaraq) verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi MPM-in 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Məhkəmə bu barədə düzgün olmayan nəticəyə gəlmiş, bununla bağlı maddi və prosessual hüququ normalarını səhv təfsir və tövsif etməklə qeyd olunan normaların tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 14 iyun 2022-ci il tarixli Qərardadının 54-cü bəndində əqdə əsaslanan tələblərin hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməli olduğu qeyd edilmişdir. Məhkəmənin iddia tələbinin baxılmamış saxlanılması ilə bağlı gəldiyi nəticə Azərbaycan RespublikasıMPM-nin məhkəmə müdafiə hüququnu təminatlandıran 4.1 -ci maddəsinin tələblərinə də ziddir. Həmçinin icraatda olmuş oxşar kommersiya mübahisəsi üzrə eyni əsaslarla Sumqayıt Kommersiya Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli e-2- 2(119)- 2014/2024 nömrəli qərardadı ilə kommersiya işinin baxılmamış saxlanılması qərara alınmış, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin 2-2(105)- 157/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli e-2- 2(119)-2014/2024 nömrəli qərardadı ləğv edilmiş və işə baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İddiaçı cavabdehin ondan asılı olmasından sui-istifadə edərək, küllü miqdarda faiz və peniya hesablamaqla girov qoyulmuş əmlakların ucuz qiymətlə satışa çıxarılacağı hədə qorxusu ilə və 2017-ci ildə bağlanılmış müqavilə şərtlərini gizlətməklə (2017-ci il sazişləri cavabdehə verilməmiş, sazişlər seyfə qoyulmaqla ikili kilidlə bağlanmışdır) yeni sazişlər imzalatdıraraq cavabdehi əsassız borclandırmışlar. Cavabdeh dəfələrlə həmin sazişlərə baxılmasını tələb etsə də, narahat olmayın bizdə kompyuterdə bütün məlumatlar vardır deyərək, cavabdehi aldatmaqla, eləcə də cavabdehin bank işlərini bilməməsi, maliyyəçi olmaması, mühasibinin işdən getməsi cavabdehi iddiaçının yalanlarına inanmağa məcbur etmişdir. İddiaçının cavabdehi aldatması, yanlış məlumat verərməsi fayda götürmək məqsədi güdmüşdür. Belə ki, həmin sazişlərin şərtlərinə əsasən faiz tutulması nəzərdə tutulmamışdır. Cavabdeh bütün öhdəliyini vaxtlı-vaxtında icra etmişdir. Lakin iddiaçı cavabdehi məlumatsız qoymaqla, aldatmaqla, yalnış məlumatlarla yeni saziş bağlatmaqla yenidən borclandırmışdır. Lakin Bakı Kommersiya Məhkəməsinin israrlı təkidindən sonra iddiaçı məcbur qalıb sazişləri məhkəməyə təqdim etmişlər. xx.xx.2017-ci il tarixli 15R000003186SF nömrəli saziş üzrə xx.xx.2020-ci il tarixli 15R000003186SG saylı, xx.xx.2020-ci il tarixli 15R000003186SH saylı və xx.xx.2021-ci il tarixli 15R000003186Sİ saylı sazişlərin, xx.xx.2017-ci il tarixli 15R000003547SF nömrəli saziş üzrə xx.xx.2020-ci il tarixli 15R000003547SG saylı, xx.xx.2020-ci il tarixli 15R000003547SH saylı və xx.xx.2021-cü il tarixli 15R000003547Sİ saylı sazişlərin, xx.xx.2017-ci il tarixli 15R**********SF nömrəli saziş üzrə xx.xx.2020-ci il tarixli 15R000004287SG saylı, xx.xx.2020-ci il tarixli 15R000004287SHsaylı, xx.xx.2021-ci il tarixli 15R000004287Sİ saylı sazişlərin, xx.xx.2017-ci il tarixli 15R**********SE nömrəli saziş üzrə xx.xx.2020-ci il tarixli 015RJ511942131SFsaylı, xx.xx.2020-ci il tarixli 015RJ511942131SG saylı və xx.xx.2021ci il tarixli 015R**********SH saylı sazişlərin, xx.xx.2017-ci il tarixli 15R000003615SF nömrəli saziş üzrə xx.xx.2020-ci il tarixli 15R000003615SG saylı, xx.xx.2020-ci il tarixli 15R000003615SHsaylı, xx.xx.2021-ci il tarixli 15R000003615SH1 saylı sazişlərin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia icraata qəbul edilərək eyni icraatda baxılmalıdır. Bakı Kommersiya Məhkəməsinin 16 may 2025-ci il tarixli, e-2-2(113)-193/2025 nömrəli qərardadı şikayət rədd edilməli və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. İş materiallarından görünür ki, ilkin iddiaçının iddiası “xx.xx.2024-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinin icraatına qəbul edilmiş, iş üzrə xx.xx.2024-cü il tarixdə məhkəmə hazırlıq iclasının keçirilməsi ilə bağlı bildiriş cavabdehə göndərilmiş, bundan sonra iş üzrə xx.xx.2024, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il,xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində məhkəmə hazırlıq iclasları keçirilmişdir. Qarşlıqlı iddia ərizəsi xx.xx.2025-ci il tarixdə elektron məhkəmə informasiya sisteminə əlavə olunmuşdur. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, cavabdeh "X2" MMC qarşılıqlı iddia ərizəsini qanunla müəyyən olunmuş 20 gün ərzində irəli sürməmiş, eləcə də həmin ərizənin qanunla müəyyən edilmiş müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Qarşılıqlı iddia ərizəsinə cavabdeh tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınmasını təsdiq edən sənədlər əlavə edilməmişdir. Bundan başqa qarşılıqlı iddia ərizəsi elektron qaydada deyil, skan edilmiş formada EMİS-ə yüklənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübutlar təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir; 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyrirezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “15” iyul 2019-cu il tarixli “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 3.1-5-ci bəndlərində əks edilmiş tələblərə əsasən: İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 noyabr tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 441-ci bəndində göstərilən tələblər nəzərə alınmaqla hazırlanır. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. Sənədə onun göndərilməsi zamanı maddi sübut qismində təqdim edilən fotoşəkil, videoyazı, audioyazı və digər maddi daşıyıcılar qoşula bilməz. Bu maddi daşıyıcılar barədə məlumat “Elektron kabinet” vasitəsilə göndərilən sənədlərdə qeyd oluna bilər. Sənəd göndərilməzdən əvvəl İnformasiya Sisteminin istifadəçisi onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) və ünvanlanmasını yoxlayır. Həmçinin məhkəmə onu da qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsinin “xahiş edirəm” hissəsindən görünür ki, cavabdeh məhz ilkin iddia üzrə borclar tələb olunan sazişlərin etibarsız hesab edilməsini xahiş edir, lakin müqavilələrin etibarsızlıq məsələsi ilə bağlı ayrıca iddia qaldırılmasına ehtiyac yoxdur və həmin məsələyə məhkəmə araşdırılması gedişində qiymət veriləcəkdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli Qərardadının 52-ci bəndində qeyd olunmuşdur ki, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair (etibarsızlığın növündən asılı olmayaraq) verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi MPM-in 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh8 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 05 may 2025-ci il tarixli, e-2-2(113)-193/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar