Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-710/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Yusifov Cahangir Afər oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçı “Hika Maden ve Kimya Sanayi Ticaret Limited” şirkətinin Cavabdehkətinə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, e-2-2 (113)-1870/2021 saylı qətnaməsindən (hakim Leyla Əliyeva) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Türkiyə Respublikasının hüquqi şəxsi olan “Hika Maden ve Kimya Sanayi Ticaret Limited” şirkəti Cavabdehkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 189.119 ABŞ dolları məbləğində əsas borcun və əldən çıxmış fayda kimi 208.030 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında kommersiya münasibətləri mövcud olmuşdur. İddiaçı “Akdeniz Kimya” şirkətindən cavabdeh tərəfindən alınan malların Azərbaycan Respublikasına göndərilməsini və dəyərinin ödənilməsini həyata keçirirdi, cavabdeh isə aldığı xammalın dəyərini şirkətə hissə-hissə ödəyirdi. 2009-cu ilin əvvəllərinə tərəflər arasındakı hesablaşmaya əsasən cavabdehin 199.619 ABŞ dolları miqdarında borcu qamışdır. Bundan sonra cavabdeh şirkət aldığı xammalı istehsal edib müxtəlif MTK-lara satsa da, pulunu ala bilmədiyini əsas gətirib həmin borcu ödəməkdə bir müddət çətinlik çəkdiyini bildirmişdir. Sonradan isə cavabdeh şirkətin rəhbərliyi borcun əvəzində "xxxx" şirkətindən ucuz qiymətə mənzil alıb verə biləcəyini demiş, həmçinin bunun əvəzində cavabdeh şirkətin borcunu ödəməyə bir qədər vaxt verilməsini xahiş etmişdir. Cavabdehin rəhbərliyinin təklifi ilə "xxxx" şirkətinin Bakı şəhəri, F.Bayramov küçəsi,1156 ünvanında inşa etdiyi, 4 saylı yaşayış binasındakı mənzillərə baxıb, 21-ci mərtəbədəki, sahəsi 157,6 kv.m olan 3 otaqlı mənzili bəyəndiyi üçün həmin mənzili almaq istədiyini bildirmiş və "xxxx" şirkəti ilə mənzilin alqı-satqısına dair 14 aprel 2008-ci il tarixli, 211 saylı müqavilə bağlanmışdır.Həmin müqaviləyə əsasən mənzilin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Sonradan isə məlum oldu ki, həmin mənzil "xxxx" şirkəti tərəfindən deyil, başqa MTK tərəfindən inşa olunmuş və tamam başqa şəxsə də satılmışdır. Bununla bağlı 2017-ci ilin mart ayınadək mülki mübahisə qaydasında məhkəmələr davam etmişdir. Həmin mülki mübahisələr məhkəmələrdə davam edən müddətdə, yəni 2015-ci ilin ortalarından başlayaraq, 2017ci ilin yanvar ayından 2018-ci ilin iyul ayının 14-dək olan müddətdə cavabdeh 199.619 ABŞ dolları borcundan 10.500 ABŞ dollarını iddiaçıya ödəmiş, qalan 189.119 ABŞ dollarını isə bu günədək ödəməmişdir. 18 iyun 2019-cu il tarixdə cavabdeh şirkətə pretenziya qaydasında rəsmi məlumat göndərərək qalan borcun ödənilməsini təklif etsə də, bu günədək cavabdeh tərəfindən pretenziyaya cavab verilməmiş, cavabdeh yalnız 500 ABŞ dolları məbləğində pulu ödəməklə kifayətlənmişlər. Cavabdehkətinin bu günə ödənilməmiş qalan 189.119 ABŞ dolları borca bank uçot dərəcəsi illik 10% olmaqla(189.619 x 10:100=18.911,9) hesablanmış faizlər 18.911,9 ABŞ dolları təşkil edir və ötən on bir il müddəti üçün həmin məbləğ 208.030,9 ABŞ dolları təşkil edir. 208.030 ABŞ dolları məbləğində pul vəsaiti şirkətin kommersiya fəaliyyətinə vaxtında yönəldilsəydi, şirkət qat-qat çox gəlir əldə edilərdi. Ona görə də iddiaçının məhrum olunduğu 208.030 ABŞ dolları məbləğində real gəlirin Cavabdehkətindən tutularaq ödənilməsini də xahiş edir. Bakı Kommersiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, e-2-2 (113)- 1870/2021 saylı qətnaməsi ilə iddia rədd olunmuşdur. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesində iddiaçının nümayəndəsi iddia müddətinin bərpa edilməsinin zəruriliyinin təqdim etdiyi ərizədə əsaslandırıldığını qeyd etmiş və nəzərə alınmasını xahiş etmişdir. Ərizədə bildirilmişdir ki, cavabdeh bütün müddət ərzində iddiaçıya öz öhdəliyini yerinə yetirmiş kimi təqdim etsə də 2017-2018-ci ildə iddiaçı şirkəti aldatdığı məlum olmuşdur. Yəni, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə hüquqi nəticə etibarı ilə hazırki iddia tələbinin “Hika Maden” LTD şirkətinin adından qaldırılması və bu zaman mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməli olması zəruriliyi vacib hesab edilmişdir. Bu əsasla hazırki iddia ilə məhkəməyə aidiyyət qaydalarına əməl olunmaqla “Hika Maden” LTD şirkətinin adından iddia qaldırılmışdır. Bu iddia tələbi hüquqi şəxsin mülahizələri ilə deyil, məhkəmə qənaəti və sübutlar əsasında irəli sürülmüşdür. Hesab edirik ki, həmin məhkəmə qətnaməsinin 2018-ci il tarixdə qəbul edilməsini nəzərə alaraq iddia müddətinin keçməsi ilə bağlı ərizə əsassız hesab olunmalıdır. Çünki hüquqi şəxs öz hüququnun pozulmasını 2017-2018-ci illərdəki məhkəmə aktları ilə müəyyən etmişdir. Məlumdur ki, MM-in 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. "Hika Maden” LTD şirkəti ABŞ 'Northwest İnternational LLC" Şirkətinə 199.119 ABŞ dolları məbləğində mal göndərmiş, lakin cavabdehin öz öhdəliyini düzgün yerinə yetirməməsi nəticəsində iddiaçıya ziyan dəymiş və bu ziyanın dəydiyi iddiaçıya rəsmi məlum olduqdan 1 il sonra (2018-ci ildə) cavabdeh əsas məbləğin yalnız 10.500 ABŞ dollarını iddiaçıya qaytarmışdır. Sözügedən öhdəlik üzrə ödənişin qismən edilməsi borcun da qismən etirafı hesab olunur. Eyni zamanda cavabdeh tərəf öz izahatlarında öz borcunun qismən etiraf etməsini göstərən izah vermişdir. Məlumdur ki, MM-nin 380.1-ci maddəsində qeyd olunur ki, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Lakin məhkəmə bu mühüm hüquqi amilləri nəzərə almamışdır. İş materiallarında rəsmi qaydada təsdiq edilmiş, apostil edilmiş çoxsaylı mötəbər sübutlar, müvafiq sənədlərin kserosurətləri vardır, həmin sübutlar məhkəməyə təqdim edilmişdir, lakin məhkəmə bu sübutları araşdırmamış və istifadə etməmiş, bununla da MPM-in 14.2-ci maddəsinin tələbi pozulmuşdur. Bunun əksinə məhkəmə qətnamənin 3-cü səhifəsinin sonuncu abzasında qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi 2008-2009-cu illərdə Türkiyə Respublikasından malların göndərilməsini təsdiq edən gömrük bəyannamələrinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin bəyannamələr tərəflər arasında 2008-2009-cu illərdə ticarət əlaqələrinin mövcud olmasını və bəyannamələrdə göstərilmiş malların iddiaçı tərəfindən cavabdehə göndərilməsini təsdiq etsə də, həmin malların cavabdeh “Northwest İnternational LLC“ Şirkətinin Azərbaycan Respublikası Nümayəndəliyinə çatdırılması və sonuncu tərəfindən təhvil alınması faktlarının məhkəmə tərəfindən müəyyən edilməsi üçün kifayət etmir. Halbuki, bu sübutlarla bağlı məhkəməyə zəruri hesab edilən əlavə halların araşdırılmasında köməkliyin göstərilməsi iddiaçı tərəfindən məhkəməyə təqdim olunan yuxarıda sözügedən ərizədə xahiş olunmuşdur. İşə apelyasiya qaydasında baxılması 27.08.2021-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, e-2-2 (113)-1870/2021 saylı qətnaməsi dəyişdirilməli, iddiaçı “Hika Maden ve Kimya Sanayi Ticaret Limited” şirkətinin Cavabdehkətinə qarşı 189.119 ABŞ dolları məbləğində əsas borcun və 208.030 ABŞ dolları əldən çıxmış faydanın tutulması barədə iddiası rədd edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər hər ikisi xarici hüquqi şəxs olsa da Azərbaycan Respublikası MPM-nin 443.0.1-ci maddəsinə əsasən (iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda) Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır. İddiaçı hazırkı iddia ərizəsində cavabdehin ona 2008-2009-cu illərdə satılmış mallara görə 189.119 ABŞ dolları məbləğində borcu qaldığını iddia edərək həmin məbləğin və ödənişin gecikdirilməsinə görə əldən çıxmış faydanın tutulmasını xahiş etmişdir. Tərəflər arasında yazılı alqı-satqı müqaviləsi bağlanmadığından aralarında yaranan mübahisələrə hansı tərəfin ölkəsinin hüququnun tətbiqi barədə yazılı saziş yoxdur. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası qanunvericiliyinə istinad etdiyindən və cavabdeh tərəf iddiaya etirazını Azərbaycan Respublikası qanunvericiliyi ilə əsaslandırdığından məhkəmə mübahisəyə Azərbaycan Respublikası qanunvericiliyinin normaları əsasında baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İstinad edilə normalara əsasən hüquqi şəxs olmayan nümayəndəlik və filiallar iş üzrə cavabdeh ola bilməz. Hazırkı halda iddia Cavabdehkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı qaldırılmış, birinci instansiya məhkəməsi hüquqi şəxsin nümayəndəliyinin iş üzrə cavabdeh ola bilməyəcəyinə dair prosessual normanın tələbini nəzərə almamış, cavabdehi hüquqi şəxsin özü ilə əvəz etməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 27 avqust 2021-ci il tarixli məhkəmə iclasında iddiaçının razılığı ilə Cavabdehkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh “Northwest İnternational LLC“ Şirkəti ilə əvəz edilməsi barədə qərardad qəbul olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə cavabdeh dəyişdiyindən mübahisələndirilən qətnamə dəyişdirilməlidir. İddia tələbi ilə bağlı aşağıdakı sübutlar təqdim edilmişdir: 12.05.2008-ci il tarixli,08350300EX092799 saylı gömrük bəyannaməsindən görünür ki, 76.205 ABŞ dolları dəyərində olan mal “X1.ÜR.GİD.ve Deri San.Tic.LTD.ŞTİ” tərəfindən Türkiyə Respublikasından Cavabdehkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə göndərilmişdir. 09.10.2008-ci il tarixli,08350300EX193322 saylı gömrük bəyannaməsindən görünür ki, 59.705,00 ABŞ dolları dəyərində olan mal “X1.ÜR.GİD.ve Deri San.Tic.LTD.ŞTİ” tərəfindən Türkiyə Respublikasından Cavabdehkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə göndərilmişdir. 09.01.2009-cu il tarixli,09350300EX015029 saylı gömrük bəyannaməsindən görünür ki, 49.748,00 ABŞ dolları dəyərində olan mal “X1.ÜR.GİD.ve Deri San.Tic.LTD.ŞTİ” tərəfindən Türkiyə Respulikasından Cavabdehkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə göndərilmişdir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 21, 385, 567-ci maddələri təşkil etmişdir. Cavabdehkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi işə birinci instansiya qaydasında baxılarkən iddia müddətinin ötürülməsi və iddianın əsassız olduğunun tərəflər arasında əvvəlki məhkəmə mübahisələri ilə təsdiq edilməsi əsası ilə rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddianın rədd edilməli olduğuna dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı, apelyasiya şikayətini əsassız hesab edir. Azərbaycan Respubikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Qeyd edilən normaların tələblərinə əsasən cavabdehin 2008-2009-cu illərdə yaranmış borcunun məhkəmə qaydasında tələb edilməsi üçün üç illik iddia müddəti və on illik tələb etmə müddəti bitdiyindən, iddia və tələbetmə müddətinin axımının kəsilməsinə əsas olan hallar baş vermədiyindən iddia təmin edilə bilməz. İddiaçı iddia ərizəsində və apelyasiya şikayətində qeyd edir ki, hüquqi şəxs öz hüququnun pozulmasını 2017-2018-ci illərdə, iddiaçının rəhbərinə "xxxx" şirkəti tərəfindən borcun və əvəzinə təqdim edilmiş mənzil məhkəmə mübahisələrindən sonra geri alındıqdan sonra bilmişdir. Məhkəmə iddiaçının bu mülahizəsini əsassız hesab edir. İddia ərizəsində iddiaçının rəhbərinə cavabdeh tərəfindən borcun əvəzinə mənzil təqdim edildiyi qeyd edilsə də, ərizənin mətnində həmin mənzilin dəyərinin hissə-hissə ödənildiyi də qeyd edilmişdir. Belə olan halda mənzilin hüquqi şəxsə olan borcun əvəzinə təqdim edildiyi müəyyən olunmur. Bundan əlavə mülki qanunvericiliyin tələblərinə əsasən hüquqi şəxsə olan öhdəliyə onun rəhbərinə əmlak təqdim edilməklə xitam verilməsi mümkün olmadığından məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb üzrə iddia müddətinin axımı 2009-cu ildə başlayaraq 2012-ci ildə bitmiş və tələbetmə müddətinin keçməsi ilə öhdəlik xitam olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, e-2-2 (113)- 1870/2021 saylı qətnaməsi dəyişdirilməli, iddiaçı “Hika Maden ve Kimya Sanayi Ticaret Limited” şirkətinin Cavabdehkətinə qarşı 189.119 ABŞ dolları məbləğində əsas borcun və 208.030 ABŞ dolları əldən çıxmış faydanın tutulması barədə iddiası rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı “Hika Maden ve Kimya Sanayi Ticaret Limited” şirkətinin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, e-2-2 (113)- 1870/2021 saylı qətnaməsi dəyişdirilsin. İddiaçı “Hika Maden ve Kimya Sanayi Ticaret Limited” şirkətinin Cavabdehkətinə qarşı 189.119 ABŞ dolları məbləğində əsas borcun və 208.030 ABŞ dolları əldən çıxmış faydanın tutulması barədə iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-710/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-710/2021
27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver