Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-711/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçı «İddiaçı” QSC BOKT-un cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ilk iddia tələbi və Cavabdeh2 cavabdehlər «İddiaçı” QSC BOKT, Cavabdeh1 MMC və Bakı şəhər 29 saylı Notariat Kontoruna qarşı əqdlərin etibarsız sayılması barədə qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 29.10.2020-ci il tarixli 2-2(113)-2060/2020 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət ərizəsinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı «İddiaçı” QSC BOKT cavabdeh “xxxx” MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cəmi 768.019.30 avro (əsas borc 563.589,20 avro: faiz borcu 204.430,10 avro) kredit borcu və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun “İddiaçı" BOKT QSC-nin xeyrinə tutulması, borc tələbinin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında 0,7143 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 118,7 kv.m olan qeyriyaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, borcun qalan məbləğinin cavabdehə məxsus olan daşınar və daşınmaz əmlaklara (o cümlədən texnika, nəqliyyat vasitələri və avadanlıqlara) yönəldilməsi, həmin əmlaklar üzərində cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsi, “İddiaçı" BOKT QSC-nin həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması, müvafiq olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və digər səlahiyyətli orqanların üzərinə “İddiaçı" QSC-nin yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 oktyabr 2018-ci il tarixli İddiaçı QSC BOKT, etibarnamə ilə Cavabdeh2 əvəzinə və Cavabdeh1 MMC arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhər 28 saylı Notariat Kontorunda verilmiş 17.01.2018-ci il tarixli etibarnamənin ipoteka qoyulması hissəsində etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işin icraatı yekunlaşana qədər Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ağamalı oğlu küçəsi 13 A da 0,7143 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 118,7 kv.m olan qeyri-yaşayış sahəsində yerləşən başqa əlavə tikililərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ağamalı oğlu küçəsi 13 A da 0,7143 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 118,7 kv.m olan qeyri- yaşayış sahəsi barəsində ipoteka müqaviləsi bağlanmışdır. Həmin qeyriyaşayış sahəsindən əlavə həmin torpaq sahəsində digər tikililər mövcuddur. Bu səbəbdən də əlavə tikililərin cavabdeh tərəfindən hər hansı şəkildə satılmasının qarşısının alınması məqsədilə məhkəmə tərəfindən həmin əlavə tikililərin üzərinə həbs qoyulması zərurəti vardır. Bakı Kommersiya Məhkəməsinin 29.10.2020-ci il tarixli 2-2(113)-2060/2020 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh2 şikayət verərək Bakı Kommersiya Məhkəməsinin 29.10.2020-ci il tarixli qərardadının əsassız olduğundan ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2-2(113)-2060/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmənin iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 şikayətlə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 29.10.2020-ci il tarixli 2- 2(113)-2060/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qeyd edilən prosessual normanın tələbindən göründüyü kimi, iddianın təmin edilməsi yalnız qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıyan, icranı çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların qarşısının alınmasına yönələn prosessual tədbirdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarına əsasən iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2) bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Bu mənada, iddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, ərizədə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ağamalı oğlu küçəsi 13 A da 0,7143 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 118,7 kv.m olan qeyri-yaşayış sahəsində yerləşən başqa əlavə tikililərin üzərinə həbs qoyulması xahiş olunsa da göstərilən əlavə tikililər ipoteka predmetini təşkil etmir və hazırkı tələblərlə bağlılığı yoxdur. Bu səbəbdən də ərizə təmin oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının iddianı təmin etmə tədbiri görülməsi barədə ərizəsində irəli sürdüyü tələb qarşılıqlı iddianın təmin edilməsi məqsədi ilə deyil, qarşılıqlı iddia üzrə iddiaçının maraqlarının müdafiəsi məqsədi ilə verildiyindən təmin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizənin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 29.10.2020-ci il tarixli 2-2(113)-2060/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 29.10.2020-ci il tarixli 2-2(113)-2060/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-711/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-711/2021
23.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver