Məhkəmə qərarları › İş №2-2(103)-711/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-711/2025

20.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-711/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-387/2024 saylı qərardadından Cavabdeh3 MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC, Cavabdeh3 MMC və Cavabdeh1 birgə qaydada: - K4161 saylı maliyyələşdirmə üçün ərizə üzrə 5,000,000 manat əsas borc, 72,916.11 manat faiz borcu olmaqla, cəmi 5,072,916.11 manat məbləğində borcun; - K3910 saylı maliyyələşdirmə üçün ərizə üzrə 488,750 manat əsas borc, 4,028.94 manat faiz borcu, 318.75 manat cərimə borcu olmaqla, cəmi 493,097.69 manat məbləğində borcun; - K5602 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə 323,049.02 manat əsas borc, 3,538.30 manat faiz borcu, 5,572.60 manat cərimə borcu olmaqla, cəmi 332,159.92 manat məbləğində borcun; - K3488 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə 4,270,833.31 manat əsas borc, 72,337.95 manat faiz borcu, 4,730.90 manat cərimə borcu olmaqla, cəmi 4,347,902.16 manat məbləğində borcun tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi; tutmanın Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 10.600,00 kv.m istixana kompleksinin avadanlıqları və 38,304.00 kv.m istixana kompleksinin avadanlıqları; - Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 25 adda istixana avadanlıqları; Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən girov müqaviləsinə 1 saylı əlavədə (qoşma) qeyd edilən 30 adda istixana kompleksinn avadanlıqları; Cavabdeh2 MMC-nin mülkiyyətində olan xx/xx/2017-ci il tarixdən başlayaraq 15 il müddətinə götürülmüş 55.0 ha torpaq sahəsinin icarəsinə dair Kürdəmir rayon İcra Hakimiyyəti ilə bağlanmış 03 fevral 2017-ci il tarixli 1 nömrəli torpağın icazə müqaviləsi üzrə icarə hüququ; - Cavabdeh1 mülkiyyətində olan "xxxx" MMC-nin təsis payları; - Cavabdeh1 mülkiyyətində olan Cavabdeh2 MMC-nin təsis payları; - Cavabdeh1 mülkiyyətində olan "xxxx" MMC-nin təsis payları; - Cavabdeh1 mülkiyyətində olan “X6” MMC-nin təsis paylarına yönəldilməsi, girov predmetlərinin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitlərin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi; 4. Daşınar əmlaklar satıldıqdan sonra 1 ay ərzində mülkiyyətçilərə təhvil verilməsi; 5. Girov predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASCyə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun “Geotermal Aqro" MMC-yə, Cavabdeh3 MMC və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi; 6. İddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün ödənilmiş 5.514 manat dövlət rüsumunun, mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqının, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün 15.68 manat dövlət rüsumu və 36.80 manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdehlər "xxxx" MMC, Cavabdeh3 MMC və Cavabdeh1 birgə qaydada: - K4161 saylı maliyyələşdirmə üçün ərizə üzrə 5,000,000 manat əsas borc, 147.916,09 manat faiz borcu, 5.613,43 manat cərimə borcu olmaqla, cəmi 5.153.529,52 manat məbləğində borcun; - K3910 saylı maliyyələşdirmə üçün ərizə üzrə 488,750 manat əsas borc, 16.492,06 manat faiz borcu, 4.710,41 manat cərimə borcu olmaqla, cəmi 509.952,47 manat məbləğində borcun; - K5602 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə 323,049.02 manat əsas borc, 3.538,30 manat faiz borcu, 31.739,57 manat cərimə borcu olmaqla, cəmi 358.326,89 manat borcun, K3488 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə 4,270,833.31 manat əsas borc, 136.400,45 manat faiz borcu, 30.251,73 manat cərimə borcu olmaqla, cəmi 4.437,485,49 manat məbləğində borcun tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi; tutmanın Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 10.600,00 kv.m istixana kompleksinin avadanlıqları və 38,304.00 kv.m istixana kompleksinin avadanlıqları; - Cavabdeh2 MMCnin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 25 adda istixana avadanlıqları; Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən girov müqaviləsinə 1 saylı əlavədə (qoşma) qeyd edilən 30 adda istixana kompleksin avadanlıqları; - Cavabdeh2 MMC-nin mülkiyyətində olan xx/xx/2017-ci il tarixdən başlayaraq 15 il müddətinə götürülmüş 55.0 ha torpaq sahəsinin icarəsinə dair Kürdəmir rayon İcra Hakimiyyəti ilə bağlanmış 03 fevral 2017-ci il tarixli 1 nömrəli torpağın icazə müqaviləsi üzrə icarə hüququ; - Cavabdeh1 mülkiyyətində olan "xxxx" MMC-nin təsis payları; - Cavabdeh1 mülkiyyətində olan Cavabdeh2 MMC-nin təsis payları; - Cavabdeh1 mülkiyyətində olan "xxxx" MMC-nin təsis payları; - Cavabdeh1 mülkiyyətində olan “X6” MMC-nin təsis paylarına yönəldilməsi, girov predmetlərinin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitlərin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi; 4. Daşınar əmlaklar satıldıqdan sonra 1 ay ərzində mülkiyyətçilərə təhvil verilməsi; 5. Girov predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun “Geotermal Aqro" MMC, Cavabdeh3 MMC və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi; 6. İddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün ödənilmiş 5.620 manat dövlət rüsumunun, mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqının, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün 15.68 manat dövlət rüsumu və 36.80 manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, e-2-2(113)-387/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 MMC və Cavabdeh1 birgə qaydada: K4161 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən ******* (beş milyon) manat əsas borc, 72221,69 manat (yetmiş iki min iki yüz iyirmi bir manat altmış doqquz qəpik) faiz borcu, 5613,43 (beş min altı yüz on üç manat qırx üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 5077835,12 (beş milyon yetmiş yeddi min səkkiz yüz otuz beş manat on iki qəpik) manat borc; K3910 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 488750 (dörd yüz səksən səkkiz min yeddi yüz əlli) manat əsas borc, 10545,25 manat (on min beş yüz qırx beş manat iyirmi beş qəpik) faiz borcu, 4710,41 (dörd min yeddi yüz on manat qırx bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 504005,66 manat (beş yüz dörd min beş manat altmış altı qəpik) manat borc; K5602 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 323049,02 (üç yüz iyirmi üç min qırx doqquz manat iki qəpik) manat əsas borc, 3407,07 manat (üç min dörd yüz yeddi manat yeddi qəpik) faiz borcu, 16000 (on altı min) manat cərimə borcu olmaqla, cəmi 342456,09 manat (üç yüz qırx iki min dörd yüz əlli altı manat doqquz qəpik) borc; K3488 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4270833,31 manat (dörd milyon iki yüz yetmiş min səkkiz yüz otuz üç manat otuz bir qəpik) əsas borc, 80458,9 manat (səksən min dörd yüz əlli səkkiz manat doxsan qəpik) faiz borcu, 30251,73 (otuz min iki yüz əlli bir manat yetmiş üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 4381543,94 manat (dörd milyon üç yüz otuz səkkiz min beş yüz qırx üç manat doxsan dörd qəpik) manat borc, ümumilikdə 10305840,81 manat (on milyon üç yüz beş min səkkiz yüz qırx manat səksən bir qəpik) məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 10600,00 (on min altı yüz) kv.m istixana kompleksinin avadanlıqları və 38304.00 (otuz səkkiz min üç yüz dörd) kv.m istixana kompleksinin avadanlıqlarına; Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 25 adda istixana avadanlıqlarına; Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən girov müqaviləsinə 1 saylı əlavədə (qoşma) qeyd edilən 30 adda istixana kompleksinin avadanlıqlarına; Cavabdeh2 MMC-nin mülkiyyətində olan xx/xx/2017-ci il tarixdən başlayaraq 15 il müddətinə götürülmüş 55.0 ha torpaq sahəsinin icarəsinə dair Kürdəmir rayon İcra Hakimiyyəti ilə bağlanmış 03 fevral 2017-ci il tarixli 1 nömrəli torpağın icarə müqaviləsi üzrə icarə hüququna; Cavabdeh1 mülkiyyətində olan "xxxx" MMC-nin təsis paylarına; Cavabdeh1 mülkiyyətində olan Cavabdeh2 MMC-nin təsis paylarına; Cavabdeh1 mülkiyyətində olan "xxxx" MMC-nin təsis paylarına; Cavabdeh1 mülkiyyətində olan "xxxx" MMC-nin təsis paylarına yönəldilməsi, yuxarıda qeyd edilən girov predmetlərinin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin müvafiq olaraq Cavabdeh2 MMC və Cavabdeh1 qaytarılması, Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən istixana avadanlıqlarının ilkin satış qiymətinin ******* manat müəyyən edilməsi, daşınar əmlaklar satıldıqdan sonra 1 ay ərzində mülkiyyətçilərə təhvil verilməsi, ödənilmiş tələblərə mütənasib olaraq ödənilmiş dövlət rüsumu və mediasiya xərcinə görə 5931,7 manat (beş min altı yüz iyirmi) manat, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün 15,68 (on beş manat altmış səkkiz qəpik) manat dövlət rüsumu və 36,80 (otuz altı manat səksən qəpik) manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASCnin xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pulun 98,50 manatının (doxsan səkkiz manat əlli qəpik) cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 MMC və Cavabdeh1 birgə qaydada, 1,40 manat (bir manat qırx qəpik) hissəsinin İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməsi qət edilmişdir. Qeyd edilən qətnamədən Cavabdeh3 MMC tərəfindən “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 06 mart 2025-ci il tarixdə apellyasiya şikayəti verilmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2-2(113)-387/2024 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, e-2-2(113)-387/2024 saylı qətnaməsindən Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh3 MMC tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslanıdırılmışdır ki, qərardadla cavabdehin apellyasiya şikayəti o əsasla geri qaytarılmışdır ki, “apellyasiya şikayəti həmin şikayətin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddət ötürülməklə verilmişdir”. Əslində isə Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Cavabdeh qətnamə ilə elektron məhkəmə sistemində xx.xx.2025-ci il tarixdə tanış olmuşdur (ona rəsmi təqdim edilmişdir), bir gün sonra da (xx.xx.2025) apelyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2-2(113)-387/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanmalıdır. Belə ki, MPM-in: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 135.8-ci maddəsinə görə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-387/2024 nömrəli qərardadı xx.xx.2025-ci il tarixdə Cavabdeh3 MMC-nin və onun qanuni təmsilçisi Qanuni nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə və cavabdehin qanuni təmsilçisinə həmin sistem vasitəsilə bu barədə məlumat “Elektron ünvan ” elektron poçtuna göndərilməklə rəsmi qaydada verildiyi halda Cavabdeh3 MMC tərəfindən həmin qətnamədən apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə verilmiş, bununla da sözügedən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq prosessual müddət buraxılmış (1 aylıq prosessual müddət xx.xx.2025-ci il tarixdə başlamış və xx.xx.2025-ci il tarixdə başa çatmışdır), müddətin bərpası barədə vəsatət isə şikayətə əlavə edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh3 MMCnin verdiyi apellyasiya şikayətini qaytarmaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayətinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin qərardadından Cavabdeh3 MMC tərəfindən verilmiş şikayət əsassız olmaqla həmin qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh3 MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-387/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar