Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-716/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X19 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil1, Cavabdeh2, cavabdehlərin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1964/2023 saylı, 25 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 ünvanda yerləşən “White Rabbit” adlı restoranın təmiri və yaxşılaşdırılmasına çəkdiyi xərclərin 86.715 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 400 manat məbləğində pulun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 28 noyabr 2012-ci il və 13 oktyabr 2017ci il tarixli icarə müqvilələrinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 ünvanda yerləşən ümumi sahəsi 277,3 kv/m olan qeyri-yaşayış sahəsi İcarəyə verənlər (cavabdehlər) Cavabdeh1 və Cavabdeh2 tərəfindən 13 oktyabr 2027-ci ilə qədər icarəçi (iddiaçı) İddiaçı icarəyə verilmişdir. Həmin müqavilənin şərtlərinə və aralarında olan razılığa görə qeyri-yaşayış sahəsində İcarəçinin oğlu və etibarnamə ilə nümayəndəsi Xəyyam Səlimov tərəfindən əvvəlcə “Philomena”, sonra isə “White Rabbit” adlı restoran açılaraq işlədilmiş və hər ay icarə haqqı olaraq 3-4 min manat icarəyə verənlərə ödənilmişdir. Covid-19 pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayından Bakı şəhərində tətbiq edilən məhdudiyyətlərlə bağlı 2021-ci ilin iyun ayına kimi restoran işləməmişdir. Həmin dövrdə İcarəyə verən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə İcarəçi İddiaçı və onun adından etibarnamə ilə çıxış edən Xəyyam Səlimov arasında əldə edilmiş şifahi razılığa əsasən, sonuncu 2020-ci ilin mart-aprel aylarından 2021-ci ilin may ayına kimi şəxsi vəsaitləri hesabına restoranda təmir işləri aparmışdır. Ümumi razılıq əsasında restoran təmirdən sonra 2021-ci ilin iyun, iyul, avqust aylarında əvvəlki qaydada işləmiş, sentyabr ayından başlayaraq icarə haqqının 4.000 manat ödənilməsi nəzərdə tutulmuşdur. Lakin 27 avqust 2021-ci ildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ataları Baxış Babayev heç bir əsas göstərmədən və buna hüququ olmadan restoranı bağlayaraq açarları Xəyyam Səlimovdan alıb işi dayandırmışdır. Beləliklə iddiaçı Arif Qarayevin hüquqları pozulmuş, ona maddi ziyan vurulmuşdur. İcarəyə verənlə İcarəçi arasında olan razılığa əsasən restoranda İddiaçı və onun oğlu Xəyyam Səlimov tərəfindən göstərilən materiallar alınmaqla təmir-abadlıq işləri aparılmışdır: Dekorasiya işləri üçün 7.700 manat, Daş dövrü mağazasından alınmış metlax və digər materiallar 7.000 manat, Divar kağızları və aksesuarları 9.800 manat, Mebel və aksesuarlar 21.700 manat, Şüşə və aksesuarlar 2.500 manat, Havalandırma sistemləri 6.500 manat, Təmir işlərini aparan ustalara əmək haqqı 9.600 manat, Elektrik işləri 950 manat, Yaşıllıq-dekor işləri 4.500 manat, Şkaf-mebel 1.000 manat, Çilçıraq-spotlar 3.500 manat, Rəsmlər 3.500 manat manat, Xırda işlər 500 manat, Sanitar qovşaq 2.000 manat, Aksesuarlar 800 manat, Masalar 4.400 manat, Mərmər masalar 1.680 manat, Yumşaq mebel 15.000 manat, “Santemaxs”dan materiallar 1.385 manat, Kamera sistemi 1.000 manat, Təmizlik işləri 1.500 manat, Nəzarətçiyə əmək haqqı 7.000 manat, Çöl pilləkən mərməri 3.700 manat təşkil etməklə, cəmi 103.715 manat xərclənmişdir. Bundan başqa, restoran heç bir xəbərdarlıq edilmədən, qəflətən bağlandığı üçün İddiaçı vəsaiti ilə əvvəlcədən alınmış 10.000 manat dəyərində ərzaq məhsulları korlanmış və vurulmuş maddi ziyan cəmi 113.715 manat təşkil etmişdir. Cavabdehlər tərəfindən vurulmuş 113.715 manat maddi ziyanın 27.000 manatı onlar tərəfindən qaytarılsa da, qalan maddi ziyan 86.715 manat təşkil edir və hazıra kimi qaytarılmamışdır. Aparılmış təmirlə bağlı araşdırılma aparmaqla əldə edilmiş sənəd və qəbzlərdən görünür ki, 20 iyul 2020-ci il tarixli 2.590 nömrəli "xxxx" MMC-nin müştəri satış qaiməsindən görünür ki, satıcı Lalə Həsənova tərəfindən alıcı Xəyyam Səlimova müxtəlif adda ümumi dəyəri 1.385 manat olan dekor aksessuarları satılmışdır. Satış qaiməsi satıcı və alıcı tərəfindən imzalanmışdır. X7 tərəfindən imzalanmış A4 formatlı sənəddən (kağızdan) görünür ki, S.Mehdiyev fərdi qaydada havalandırma sisteminin satışı və quraşdırılması ilə məşğul olur, Səlimov Xəyyamı uzun müddətdir tanıyır, 2020-ci ilin may ayında Xəyyam ona Bülbül küçəsində yerləşən restoran üçün havalandırma sisteminin yenidənqurma və təmir işlərini sifariş vermiş, sifarişin dəyəri 6.500 manat təşkil edir, sifariş tam icra edilərək təhvil verildi və işin dəyəri olan 6.500 manat ona ödənilmişdir. X10 tərəfindən imzalanmış A4 formatlı sənəddən (kağızdan) görünür ki, o, Ziya Bünyadov prospekti 7 ünvanında yerləşən Dəmir Dekorasiya müəssisəsinin təsisçisidir, Səlimov Xəyyamı 2 ildən artıq müddətdir ki, tanıyır, 2020-ci ilin may-iyun aylarında Xəyyam ona 28 may ərazisində işlətdiyi restoran üçün təxminən 8.000 manat dəyərində dəmir dekor işləri sifariş vermişdir, həmin işin dəyəri 7.700 manat təşkil etmiş, tərəfindən həmin sifariş tam hazırlanaraq təhvil verilmiş və onun iştirakı ilə ustaları montaj etmiş, 7.700 manat tam ödənilmişdir. Şahin Kərimov tərəfindən imzalanmış A4 formatlı sənəddən (kağızdan) görünür ki, o, Şüvəlan qəsəbəsi, Füzuli 8 ünvanında yaşayır, fərdi qaydada dekor-bəzək işləri ilə məşğuldur, 2021-ci ildən Səlimov Xəyyamı tanıyır, onun sifarişi ilə “White Rabbit” adlı restoranda bəzək-dekor işlərini görmüş, gördüyü işlərin təxmini dəyəri 4.500-5.000 manat məbləğində olmuşdur və sifarişin dəyəri ona tam ödənilmişdir. X14 tərəfindən imzalanmış A4 formatlı sənəddən (kağızdan) görünür ki, oboy (divar kağızı) sifarişi ilə məşğul olur, X21 küçəsində yerləşən restoranın təmiri ilə əlaqədar olaraq 2020-ci ilin avqust ayında ona müxtəlif qiymətlərdə divar kağızı sifariş etmişdir, sifarişin ümumi dəyəri 7.000 manat idi, sifariş tərəflərindən Bülbül küçəsində olan restorana çatdırlımış və məbləğ tam ödənilmişdir. Seyagi Seymur tərəfindən imzalanmış A4 formatlı sənəddən (kağızdan) görünür ki, Xəyyam üçün 28 may metrosunun yaxınlığında mebel işləri vermişlər, restoranın girişini taxta ilə təmir etmişlər – 4.500 manat, restoranın içini taxta ilə təmir etmişlər – 5.200 manat, divanları təmir etmişlər – 8.500 manat, qapıları təmir etmişlər – 3.500 manat, bu günki günə Xəyyamın onlara borcu yoxdur, gördükləri sifarişlər “White Rabbit” adlı restoranında Bülbül küçəsi 58 ünvanında olmuşdur. X11 tərəfindən imzalanmış A4 formatlı qəbzdən (kağızdan) görünür ki, 2020-ci ilin avqust ayı ərəfəsində “Daş Dünyası” mağazasından Səlimov Xəyyam 7.000 manat dəyərində tikinti materialları (metlax, kabancik, pillələr) almış, alınan materialların dəyəri tam ödənilmişdir və Bülbül 58 ünvanında yerləşən restorana təmir üçün göndərilmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1964/2023 saylı, 25 may 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2-2(113)-1964/2023 saylı qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş iddia qanuni və əsaslıdır. Belə ki, həm cavabdehlər və həm də iddiaçının nümayəndəsi restoranın təmir olunmasını qəbul etmiş, həmin işlərin görülməsi şahid izahatları ilə təsdiqini tapmışdır. Bundan başqa, iddiaçının məhkəməyə təqdim etdiyi etibarnamədən də göründüyü kimi İddiaçı Xəyyam Səlimov hər bir vəziyyətdə təmsil etmək hüququna malikdir. Cavabdehlər tərəfində 27.000 manat pulun ödənilməsi də işlərin iddiaçı və onun nümayəndəsi tərəfindən aparıldığını təsdiq edir. Bundan başqa, sübutetmə yükü də iddiaçının nümayəndəsi və şahidlər tərəfindən lazımı qaydada həyata keçirilmişdir. Lakin qeyd olunanlardan fərqli olaraq məhkəmə icarə müqavilələrinin Abutalıb və Cavabdeh2 qardaşları tərəfindən bağlandığına baxmayaraq həmin müqavilə və biznesə heç bir aidiyyatı olmayan Baxış Babayev tərəfindən işin dayandırılması və restoranın bağlanması faktına heç bir münasibət bildirməmişdir. Məhkəməyə təqdim olunmuş sübutlardan göründüyü kimi 20 iyul 2020-ci il tarixli 2590 nömrəli "xxxx" MMC-nin müştəri satış qaiməsindən görünür ki, satıcı Lalə Həsənova tərəfindən alıcı Xəyyam Səlimova müxtəlif adda ümumi dəyəri (ƏDV daxil) 1385 manat olan dekor aksessuarları satılmışdır. Satış qaiməsi satıcı və alıcı tərəfindən imzalanmamışdır. X7 tərəfindən imzalanmış A4 formatlı sənəddən (kağızdan) görünür ki, S.Mehdiyev fərdi qaydada havalandırma sisteminin satışı və quraşdırılması ilə məşğul olur, Səlimov Xəyyamı uzun müddətdir ki, tanıyır, 2020-ci ilin may ayında Xəyyam ona Bülbül küçəsində yerləşən restoran üçün havalandırma sisteminin yenidənqurma və təmir işlərini sifariş vermiş, sifarişin dəyəri 6500 manat təşkil edir, sifariş tam icra edilərək təhvil verildi və işin dəyəri olan 6500 manat ona ödənilmişdir. X10 tərəfindən imzalanmış A4 formatlı sənəddən (kağızdan) görünür ki, o, Ziya Bünyadov 7 ünvanında yerləşən Dəmir Dekorasiya müəssisəsinin təsisçisidir, Səlimov Xəyyamı 2 ildən artıq müddətdir ki, tanıyır, 2020-ci ilin may-iyun aylarında Xəyyam ona 28 may ərazisində işlətdiyi restoran üçün təxminən 8000 manat dəyərində dəmir dekor işləri sifariş vermişdir, həmin işin dəyəri 7700 manat təşkil etdi, tərəfindən həmin sifariş tam hazırlanaraq təhvil verilmiş və onun iştirakı ilə ustaları montaj etmişdir. 7700 manat tam ödənilmişdir. X8 tərəfindən imzalanmış A4 formatlı sənəddən (kağızdan) görünür ki, o Şüvəlan qəsəbəsi, Füzuli 8 ünvanında yaşayır, fərdi qaydada dekor-bəzək işləri ilə məşğuldur, 2021-ci ildən Səlimov Xəyyamı tanıyır, onun sifarişi ilə “White Rabbit” adlı restoranda bəzək-dekor işlərini görmüş, gördüyü işlərin təxmini dəyəri 4500-5000 manat məbləğində olmuşdur və sifarişin dəyəri ona tam ödənilmişdir. X14 tərəfindən imzalanmış A4 formatlı sənəddən (kağızdan) görünür ki, oboy (divar kağızı) sifarişi ilə məşğul olur, X21 küçəsində yerləşən restoranının təmiri ilə əlaqədar olaraq 2020-ci ilin avqust ayında ona müxtəlif qiymətlərdə divar kağızı sifariş etmişdir, sifarişin ümumi dəyəri 7000 manat idi, sifariş tərəflərindən Bülbül küçəsində olan restorana çatdırlımış və məbləğ tam ödənilmişdir. Seyagi Seymur tərəfindən imzalanmış A4 formatlı sənəddən (kağızdan) görünür ki, Xəyyam üçün 28 may metrosunun yaxınlığında mebel işləri vermişlər, restoranın girişini taxta ilə təmir etmişlər -4500 manat, restoranın içini taxtailə təmir etmişlər -5200 manat, divanları təmir etmişlər -8500 manat, qapıları təmir etmişlər -3500 manat, bu günki günə Xəyyamın onlara borcu yoxdur, gördükləri sifarişlər “White Rabbit” adlı restoranında Bülbül küçəsi 58 ünvanında olmuşdur. X11 tərəfindən imzalanmış A4 formatlı qəbzdən (kağızdan) görünür ki, 2020-ci ilin avqust ayı ərəfəsində “Daş Dünyası” mağazasından Səlimov Xəyyam 7000 manat dəyərində tikinti materialları (metlax, kabancik, pillələr) almış, alınan materialların dəyəri tam ödənilmişdir və Bülbül 58 ünvanında yerləşən restorana təmir üçün göndərilmişdir. Adları qeyd olunan şəxslər tərəfindən həmin sənədlərin şəxsən və əl ilə yazıb imzalamalarına məhkəmə prosesində öz imzalarını və yazdıqlarını təsdiq etmələrinə baxmayaraq, məhkəmə təqdim edilmiş sözügedən sənədlərin mötəbərliyinin şübhə doğurduğunu qeyd edərək sübut kimi qəbul etməmişdir. Lakin cavabdehlər tərəfindən şahid kimi məhkəməyə dəvət olunaraq izahat vermiş cabdehlərin yaxın qohumu X4 izahatı əsas və sübut kimi qəbul olunmuşdur. Göründüyü kimi, məhkəmə sübutlara düzgün qiymət verməməklə, iddianı rədd etməklə, düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmənin gəldiyi nəticəyə görə iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun deyildir. Çünki, iddiaçı cavabdehlərdən obyektin təmirinə çəkilmiş xərcə görə pul tələb edir. Bu tələblərə dair iddiaçının nümayəndələrinin və vəkilinin izahatlarından başqa iş materiallarında hər hansı bir mötəbər sübut mövcud deyildir. İddiaçının nümayəndələrinin və vəkilinin izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübutlar da iddiaçı tərəfindən təqdim edilməmişdir. Qətnamədə göstərilənlərin əksinə olaraq məhkəməyə yazılı sənədlər təqdim edilmiş və məhkəmə prosesində həmin şəxslər yazdıqları sənədləri təsdiq etməklə yanaşı qeyd olunanlardan artıq məbləğdə iddiaçının nümayəndəsi tərəfindən onlara pul verildiyini təsdiq etmişlər. Bunula məhkəmə qanunun tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, məhkəməyə təqdim edilmiş 5 aprel 2021-ci tarixli AR- İİ№282282 saylı etibarnamə ilə Xəyyam Səlimov atası İddiaçı hər bir halda təmsil etmək hüququna malikliyini də nəzərə almamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı həmin hissədə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən həmin hissədə də iddia əsassız olmaqla rədd edilməlidir. Məhkəmə bu hissədə də qanunun tələblərini düzgün tətbiq etməmişdir, belə ki, "xxxx" müştəri satış qaiməsi, X2, X5, X3, X6, Seymur Seyaqinin, X9 tərəfindən özəlləri ilə yazaraq imzaladıqları arayışlardan görünür ki, onlar tərəfində iddiaçının nümayəndəsi Xəyyam Səlimova təmirə lazım olan materiallar verilmiş və onun sifarişi ilə müəyyən işlər görülmüş, ödənişlər də onun tərəfindən olmuşdur. Yəni həm cavabdehlərin həm də adları qeyd olunan şəxslərin izahatlarında göründüyü kimi restoranı iddiaçının oğlu Xəyyam Səlimov işlətmiş və onun tərəfindən təmir işləri aparılmaqla qeyd olunan vəsait xərclənmişdir. Hakim həmçinin şahidlərin çağırılmasını təmin etməməklə qanunun tələblərini pozmuşdur.
6. Daha sonra, iddiaçı ərizə ilə müraciət edərək, apellyasiya şikayətində qeyri dəqiqliyə yol verilərək İcarəyə verənlə İcarəçi arasında olan razılığa əsasən restoranda iddiaçının nümayəndəsi Xəyyam Səlimov tərəfindən materiallar alınaraq təmir-abadlıq işləri aparılması ilə bağlı 18-ci bənddə Yumşaq mebel 15.000 manat hissəsində texniki səhv olaraq 1.500 manat əvəzinə 15.000 manat qeyd olunmuşdur. Yumşaq mebel alınmasına 1.500 manat xərclənmişdir. Nəzərə alınmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, iddia tələbində qeyd olunan bütün işlər tərəflərindən görülmüşdür, bunu şahid ifadələri ilə birinci instansiya məhkəməsində təsdiq etmişlər, 103000 manat sırf təmir üçün xərclənən vəsaitdir. 27000 manat cavabdeh tərəf ödəmişdir. Buna görə də dəymiş ziyanın həcmi 86715 manat təşkil edir. İddiaçının nümayəndəsi suallara cavab olaraq bildirdi ki, Səlimov Xəyyamı həmin obyektdən Cavabdeh1lə yaranmış problem nəticəsində çıxarıblar. Birinci instansiya məhkəməsində şahid ifadələri təqdim etmişlər, orada da hamısı qeyd etmişdir ki, onlara ödəniş Xəyyam tərəfindən edilmişdir, qarşı tərəfin şahidi bacısıoğlu idi və bildirmişdir ki, babası ona 22000 manat vermiş o da aparıb Səlimov Xəyyama vermişdir, iş prosesindən məlumatlı olmamışdır.
9. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, təmir işlərinin maliyyələşdirilməsi tərəfindən həyata keçirilmiş, işlərin aparılmasına nəzarəti Səlimov Xəyyam etmişdir. Təmir işləri yekunlaşdıqdan sonra obyektə lazım olan qab-qacaqları alması üçün də vəsait vermişdir. Təmir təxminən pandemiya dövrünün sonlarına doğru aparılmışdır. Daha sonra gördü ki, Səlimov Xəyyam obyektin işlədilməsində çətinlik çəkir, icarə haqqını vaxtında ödəyə bilmir, razılaşdılar, gəldi halallıq (onun tərəfindən görülən hər hansı işin dəyərinin ödənilməsini) verilməsini istədi, etiraz etmədi, 22.000 manat verdi, bir müddət sonra yenə yaxınlaşdı ki, orada içkiləri, məhsulları qalıb, 5000 manat da əlavə verdi, sagollaşdılar, getdi, sonradan qardaşı Cavabdeh1 zəng edərək ondan da ödəniş edilməsini istəmişdir, lakin o belə vəsaiti olmadığını bildirmişdir, bu hadisədən bir il keçdikdən sonra isə məhkəməyə vermişdir. Suala cavab olaraq bildirdi ki, qeyd olunan qeyri-yaşayış sahəsinə tərəfindən 60-70000 manat pul qoyulmuşdur. 10 ildir ki, Səlimov Xəyyamla birlikdə işləyirlər, ona verdiyi vəsaitin qeydiyyatını heç vaxt aparmamışdır. Ona barışıq üçün görüşmək təklif etməmişdir.
10. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, təmir aparılması ilə əlaqədar çəkdikləri xərcləri özlərində qeydiyyatını aparmamışlar. Hissə-hissə vəsaitlər sərf etmişlər.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
12. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır.
18. Cavabdeh1 və Cavabdeh2 (icarəyə verən) ilə İddiaçı (icarəçi) arasında 13 oktyabr 2017-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır.
19. Həmin müqavilənin 1-ci bəndinə görə icarəyə verən birgə mülkiyyət üzrə onlara məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 ünvanında yerləşən ümumi sahəsi 277.3 kv/m təşkil edən qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verir.
20. Həmin müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2027-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir.
21. Həmin müqavilənin 4-cü bəndinə görə icarəyə götürən İddiaçı icarəyə verən Cavabdeh1 və Cavabdeh2 aylıq 300 manat icarə haqqı ödəyir. 8-ci bəndinə əsasən icarəçilər icarəyə verən(lər)in razılığı olmadan icarəçilərə götürülən sahədə təmir-tikinti işləri apara bilməz.
22. Müqavilə icarəyə verənlər və icarəçinin imzası və notariat qaydasında təsdiq edilmişdir.
23. 20 iyul 2020-ci il tarixli 2590 nömrəli "xxxx" MMC-nin müştəri satış qaiməsindən görünür ki, satıcı Lalə Həsənova tərəfindən alıcı Xəyyam Səlimova müxtəlif adda ümumi dəyəri (ƏDV daxil) 1385 manat olan dekor aksessuarları satılmışdır. Satış qaiməsi satıcı və alıcı tərəfindən imzalanmamışdır.
24. X7 tərəfindən imzalanmış A4 formatlı sənəddən (kağızdan) görünür ki, S.Mehdiyev fərdi qaydada havalandırma sisteminin satışı və quraşdırılması ilə məşğul olur, Səlimov Xəyyamı uzun müddətdir ki, tanıyır, 2020-ci ilin may ayında Xəyyam ona Bülbül küçəsində yerləşən restoran üçün havalandırma sisteminin yenidənqurma və təmir işlərini sifariş verdi, sifarişin dəyəri 6500 manat təşkil edir, sifariş tam icra edilərək təhvil verildi və işin dəyəri olan 6500 manat ona ödənilmişdir.
25. X10 tərəfindən imzalanmış A4 formatlı sənəddən (kağızdan) görünür ki, o, Ziya Bünyadov 7 ünvanında yerləşən Dəmir Dekorasiya müəssisəsinin təsisçisidir, Səlimov Xəyyamı 2 ildən artıq müddətdir ki, tanıyır, 2020-ci ilin may-iyun aylarında Xəyyam ona 28 may ərazisində işlətdiyi restoran üçün təxminən 8000 manat dəyərində dəmir dekor işləri sifariş vermişdir, həmin işin dəyəri 7700 manat təşkil etdi, tərəfindən həmin sifariş tam hazırlanaraq təhvil verilmiş və onun iştirakı ilə ustaları montaj etmişdir. 7700 manat tam ödənilmişdir.
26. X8 tərəfindən imzalanmış A4 formatlı sənəddən (kağızdan) görünür ki, o Şüvəlan qəsəbəsi, Füzuli 8 ünvanında yaşayır, fərdi qaydada dekor-bəzək işləri ilə məşğuldur, 2021-ci ildən Səlimov Xəyyamı tanıyır, onun sifarişi ilə “White Rabbit” adlı restoranda bəzək-dekor işlərini görmüş, gördüyü işlərin təxmini dəyəri 4500-5000 manat məbləğində olmuşdur və sifarişin dəyəri ona tam ödənilmişdir.
27. X14 tərəfindən imzalanmış A4 formatlı sənəddən (kağızdan) görünür ki, oboy (divar kağızı) sifarişi ilə məşğul olur, X21 küçəsində yerləşən restoranının təmiri ilə əlaqədar olaraq 2020-ci ilin avqust ayında ona müxtəlif qiymətlərdə divar kağızı sifariş etmişdir, sifarişin ümumi dəyəri 7000 manat idi, sifariş tərəflərindən Bülbül küçəsində olan restorana çatdırlımış və məbləğ tam ödənilmişdir.
28. Seyagi Seymur tərəfindən imzalanmış A4 formatlı sənəddən (kağızdan) görünür ki, Xəyyam üçün 28 may metrosunun yaxınlığında mebel işləri vermişlər, restoranın girişini taxta ilə təmir etmişlər - 4500 manat, restoranın içini taxta ilə təmir etmişlər - 5200 manat, divanları təmir etmişlər - 8500 manat, qapıları təmir etmişlər - 3500 manat, bu günki günə Xəyyamın onlara borcu yoxdur, gördükləri sifarişlər "White Rabbit” adlı restoranında Bülbül küçəsi 58 ünvanında olmuşdur.
29. X11 tərəfindən imzalanmış A4 formatlı qəbzdən (kağızdan) görünür ki, 2020-ci ilin avqust ayı ərəfəsində “Daş Dünyası” mağazasından Səlimov Xəyyam 7000 manat dəyərində tikinti materialları (metlax, kabancik, pillələr) almış, alınan materialların dəyəri tam ödənilmişdir və Bülbül 58 ünvanında yerləşən restorana təmir üçün göndərilmişdir.
30. Birinci instansiya məhkəməsində icraat zamanı şahid X7 ifadəsində bildirmişdir ki, İddiaçı tanımır, iddiaçının nümayəndəsi X12 tanıyır, münasibətləri yaxşı olmuşdur, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tanımır. Şəhərdə yerləşən restoranda iş görmüşdür. Orada havalandırma kondisoner işləri görmüşdür. Ona sifarişi Xəyyam vermişdir. İşi 6500 manata danışmışlar və pulu Xəyyam ona vermişdir.
31. X28 ifadəsində bildirmişdir ki, ona mebellər sifariş verilmişdi, o da danışıb, razılaşıb, işi görmüşdür. Girişdə taxtalardan reklam, tavanda dekor, 13 ədəd qapı düzəltmiş, kabinetlərdə olan divanları bərpa etmişdir. Sifarişi Xəyyam vermişdir. Ona 23000-24000 manat cəmi pul verilib, əvvəl 6000 manat verilmişdi, daha sonra işlərə uyğun olaraq digər pullar ödənilib. Pulları Xəyyam ödəmişdir.
32. X1 ifadəsində bildirmişdir ki, obyektdə dəmir işləri görmüş, tavanın setkaları, barın dekorları olan işləri görmüşdür. Xəyyam sifariş vermişdir. İşlərə görə 7000 manat məbləğ verilmişdir. Pulu ona Xəyyam ödəmişdir. Məhkəmə iclasında şahid X13 ifadəsində bildirdi ki, 2-3 il əvvəl babası ilə ora gəlib, Xəyyamın orda yır-yığış etdiyini görmüş, babası ona 22000 manat pul vermiş, həmin pulu Xəyyama vermişdir, orada yüngül mübahisə olmuşdu.
33. Kollegiya qeyd edir ki, iddiaçı cavabdehlər tərəfindən ona icarəyə verilmiş obyektin təmirinə xərcin onun tərəfindən çəkilməsini iddia etsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.
34. Birinci instansiya məhkəməsində bəzi şahidlər ifadələrində pulların Xəyyam tərəfindən ödənildiyini qeyd etsələr də, məhz iddiaçının öz vəsaiti hesabına ödənilməsi iş materialları ilə müəyyən edilmir.
35. Cavabdeh2 apellyasiya baxışı zamanı izahatında təmir işlərinin maliyyələşdirilməsinin tərəfindən həyata keçirildiyini, işlərin aparılmasına nəzarətin Səlimov Xəyyam tərəfindən həyata keçirildiyini bildirmiş, iddiaçı bunun əksini təsdiq edən sübutlar təqdim etməmişdir.
36. 20 iyul 2020-ci il tarixli 2590 nömrəli "xxxx" MMC-nin müştəri satış qaiməsi ilə bağlı kollegiya qeyd edir ki, satılan malların məhz həmin obyektə istifadə edilməsinə dair iddiaçı tərəfindən sübut təqdim edilməmişdir.
37. İddiaçı özünün qeyd etdiyi təmiri əhatə edən dövr ərzində hər hansı materialların və ya avadanlığın alınmasını təsdiq edən mötəbər sübut təqdim etməmişdir.
38. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində materiallar alınaraq təmir-abadlıq işləri aparılması ilə bağlı 18-ci bənddə yumşaq mebel 15.000 manat hissəsində texniki səhv olaraq 1.500 manat əvəzinə 15.000 manat qeyd olunduğunu, yumşaq mebel alınmasına 1.500 manat xərclədiyini qeyd etsə də, 1500 manat məbləğdə xərc çəkməsini təsdiq edəcək hər hansı sənəd (çek, qəbz və s.) təqdim etməmişdir.
39. Bundan əlavə, iddiaçı tərəfindən öz vəsaiti hesabına yaxşılaşdırılmalar edildiyi halda, iddiaçı tərəfindən iddia tələbinin əsaslandırılmasında ümumi razılıq əsasında restoranın təmirdən sonra 2021-ci ilin iyun, iyul, avqust aylarında əvvəlki qaydada işləməsi (müqaviləyə əsasən icarə haqqı 300 manat müəyyən edilmişdir), sentyabr ayından başlayaraq icarə haqqının 4.000 manat ödənilməsinin nəzərdə tutulmasının qeyd etməsi anlaşılan deyil.
40. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 ünvanda yerləşən “White Rabbit” adlı restoranın təmiri və yaxşılaşdırılmasına çəkdiyi 86715 manat xərcin ödənilməsini tələb etsə də, həmin məbləğin hansı sənədlər əsasında müəyyən etdiyini açıqlaya bilməmiş, xərcin tərkibinə təmir və yaxşılaşdırma ilə bağlı olmayan xərclər də (nəzarətçiyə əmək haqqı və s.) göstərmişdir.
41. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
42. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1964/2023 saylı, 25 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova