Məhkəmə qərarları › İş №2-2(103)-717/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-717/2023

17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-717/2023 17.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə (Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu müstəqil tələb irəli sürməyən 3-cü şəxs olmaqla) qarşı “kreditlər üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2-2(113)-73/2023 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 DCS00254666-02 saylı kredit müqaviləsinə əsasən 19,900 (on doqquz min doqquz yüz) manat əsas borc, 2,240.77 (iki min iki yüz qırx manat yetmiş yeddi qəpik) manat faiz borcu, 762.30 (yeddi yüz altmış iki manat otuz qəpik) manat cərimə borcu olmaqla, cəmi 22,903.07 (iyirmi iki min doqquz yüz üç manat yeddi qəpik) manat məbləğində borcun birgə qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, mediasiya prosesi üzrə ödənilmiş 210 (iki yüz on) manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırlmasına dair ərizə verərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 DCS00254666-02 saylı kredit müqaviləsinə əsasən 19,900 (on doqquz min doqquz yüz) manat əsas borc, 2,768.69 (iki min yeddi yüz altmış səkkiz manat altmış doqquz qəpik) manat faiz borcu, 2,474,46 (iki min dörd yüz yetmiş dörd manat qırx altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 25,143.15 (iyirmi beş min bir yüz qırx üç manat on beş qəpik) manat məbləğində borcun birgə qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, mediasiya prosesi üzrə ödənilmiş 210 (iki yüz on) manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, e-2-2(113)-73/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 MMC-dən və Cavabdeh1 DCS00254666-02 saylı kredit müqaviləsinə əsasən 19,900 (on doqquz min doqquz yüz) manat əsas borc, 2768.69 (iki min yeddi yüz altmış səkkiz manat altmış doqquz qəpik) manat faiz borcu, 1990 (bir min doqquz yüz doxsan) manat cərimə, 210 manat ödənilmiş mediasiya xərcinin İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh2 MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(103)-535/2023 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-73/2023 saylı qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş, iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-73/2023 saylı qərardadı ilə qətnamədən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh2 MMC yenidən həmin qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-73/2023 saylı qərardadı ilə qətnamədən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş prosessual müddətin bərpasına dair ərizə geri qaytarılmışdır. Cavabdeh2 MMC yenidən həmin qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda şikayətə müddətin bərpası barədə ərizə əlavə edərək, qeyd olunan iş üzrə Bakı Kommersiya Məhkəməsinin çıxardığı 30 yanvar 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin üzrlü səbəbdən buraxıldığını nəzərə alaraq prosessual müddətin bərpa edilməsi və işə mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 30 yanvar 2023cü il tarixli qətnaməsinin surəti xx.xx.2023-cü il tarixində elektron məhkəmə portalına yüklənilsə də, elektron məhkəmə portalına vaxtında baxmadıqlarından məhkəmə qətnaməsini görməmişlər. Belə ki, həmin məhkəmə qətnaməsi tərəflərindən xx.xx.2023-cü il tarixində oxunmuş və xx.xx.2023-cü il tarixində apellyasiya şikayəti barədə müraciət etmişlər. Qeyd olunan səbəblərdən apellyasiya verilmə müddəti üzrlü səbəbdən gecikdirilmişdir. Bu səbəbdən də həmin qətnamədən apellyasiya şikayəti vermə müddəti Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən həmin gündən hesablanmalıdır. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-73/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-73/2023 saylı qətnaməsindən şikayət verilməsi ilə əlaqədar buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilmişdir. Həmin qərardaddan iddiaçı şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-73/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-73/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə Cavabdeh2 MMC-yə məxsus elektron kabinetdə yerləşdirilmiş və ona bu barədə məlumat avtomatik olaraq həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır. Lakin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Apelyasiya şikayətinin verilməsi müddəti xx.xx.2022-ci il tarixdə (qeyri-iş günləri nəzərə alınmaqla) bitdiyi halda, cavabdehin apelyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, xx.xx.2022-ci il tarixdə verilmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh2 MMC tərəfindən apelyasiya şikayəti verilməsi üçün müddətin buraxılmasının səbəbini üzürlü hesab etsə də, bunun hansı səbəbdən edilməsini və üzürlü hesab edilən halların nədən ibarət olmasını qərardadda qeyd etməmişdir. Birinci instansiya məhkəməsi apellyasiya şikayəti verilməsi üçün müddətin buraxılmasının səbəbini üzürlü hesab edərək ərizəni təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-73/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-73/2023 saylı qərardadı ləğv edilməli, cavabdehin tərəfindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin kollegiya hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə ki, ərizədə prosessual müddətin buraxılmasının üzrlü səbəbi kimi xx.xx.2023-cü il tarixində elektron məhkəmə portalına yüklənilsə də, elektron məhkəmə portalına vaxtında baxmadıqlarından məhkəmə qətnaməsini görməmişlər. Belə ki, həmin məhkəmə qətnaməsi tərəflərindən xx.xx.2023-cü il tarixində oxunmuş və xx.xx.2023-cü il tarixində apellyasiya şikayəti verilmişdir. Birinci instansiya məhkəməsi isə prosessual müddəti bərpa edərkən qərardadını belə əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdeh qismində Cavabdeh2 MMC və Cavabdeh1 çıxış edir. Nümayəndə1 isə Cavabdeh2 MMC-nin nümayəndəsi kimi məhkəmə iclaslarında iştirak etmişdir. İş materiallarından məlum olur ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e2-2(113)-73/2023 saylı qətnaməsi Cavabdeh2 MMC-nin elektron kabinetinə yerləşdirilmiş, lakin digər Cavabdeh1 “elektron kabinet”i olmadığından poçt vasitəsilə göndərilmişdir. Həmin qətnamə isə xx.xx.2023 tarixində cavabdehə çatdırılmışdır. Yenə iş materiallarından məlum olur ki, Cavabdeh1 və Nümayəndə1 hər ikisi eyni ünvanda ünvan 1yyatdadır. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iki Cavabdeh2 MMC və Cavabdeh1 müəyyən edilmişdir. Hər iki cavabdeh müstəqil şəxslər olmaqla dispozitivlik prinsipinə uyğun olaraq məhkəmə aktlarından şikayət vermək istəklərini də özləri müəyyən etməlidirlər. Hazırkı iş üzrə apellyasiya şikayəti cavabdehlərdən biri olan hüquqi şəxs Cavabdeh2 MMC tərəfindən verilmişdir. Cavabdeh müddəti ötürməsinin üzrlü səbəbi kimi isə elektron kabinetdə qətnaməni gec gördüklərini və bu səbəbdən apellaysiya şikayətini də gec verdiklərini bildirmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi müddətin bərpası barədə ərizəyə heç bir aidiyyəti olmadığı halda digər cavabdehin elektron kabinetinin olmadığını, qətnamənin ona poçt vasitəsilə göndərildiyini, nümayəndə ilə cavabdeh fiziki şəxsin eyni ünvanda qeydiyyatda olduqlarını bildirir və ərizənin təmin edilməsi barədə qərardad qəbul edir. Kollegiya hesab edir ki, prosessual müddətin bərpası barədə ərizədə göstərilən hal kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsə münasibətdə heç bir halda apellyasiya şikayətinin üzrlü səbəblərdən ötürülməsi kimi qəbul edilə bilməz. Çünki şikayəti verən şəxs Cavabdeh2 MMC-dir. Elektron kabinetə nəzarət olunması isə hüquqi şəxsin daxili məsələsidir və elektron kabinetə nəzarət olunmaması riskini də hüquqi şəxs özü daşıyır. Bu baxımdan kollegiya hesab edir ki, İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və Cavabdeh2 MMC tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizə rədd edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-73/2023 saylı qərardadı ləğv edilsin. Cavabdeh2 MMC tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar