Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-718/2023 17.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Elşən Cələddin oğlu Kazımov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 (Maraqlı şəxs MMC üçüncü şəxs olmaqla) qarşı “təsisiçilərin ümumi yığıncağının çağırılması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, e-2-2(113)-3607/2023 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 (Maraqlı şəxs MMC üçüncü şəxs olmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs MMC-nin təsisçilərinin ümumi yığıncağının çağırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3607/2023 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçılar şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3607/2023 saylı qərardadının ləğv edilməsi və iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin hüquqi əsaslandırması tam əsassızdır. Belə ki, elektron kabinet vasitəsilə yüklənmiş sənədlərin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə cavabdehlərə 3-cü şəxs Maraqlı şəxs MMC-nin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə pretenziya, xx.xx.2013-cü il tarixdə isə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər yüklənilmişdir (çatdırılmışdır). Nəzərə alınmalıdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmiş, eləcə də heç biri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə malik deyillər. Belə olan halda məcbur olaraq onlara göndərilməli olan pretenziya və iddia ərizəsi (ona əlavə edilmiş sənədlər) cavabdehlərin təsisçisi və direktoru olduqları, eyni zamanda hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs MMC-nin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilmişdir (əgər hər hansı digər bir üsulla həmin sənədlərin elektron kabinet vasitəsilə çatdırılması mümkündürsə, məhkəmə qərardadda həmin halı tövsiyə kimi qeyd etməlidir). Beləliklə, heç bir halda məhkəmənin qərardadını əsaslandırdığı kimi pretenziya (nəzərə alınmalıdır ki, hazırkı iş üzrə tərəflər arasında müqavilə olmadığından, mübahisə təsisçilər arasında olduğundan əslində, heç pretenziya göndərilməsinə zərurət yoxdur) və iddia ərizəsi cavabdehlərə poçt vasitəsilə göndərilməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3607/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və kommersiya işinin materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3607/2023 nömrəli qərardadı ləğv edilməli, müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması əsası kimi pretenziya qaydasına riayət edilməməsinə, həmçinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin mülki prosessual qanunvericiliyə uyğun olaraq elektron qaydada çatdırılmamasına istinad etmişdir. Mülki Prosessual Məcəllənin 150.1.4 və 150.1.6-cı maddələrinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Həmin məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Həmin məcəllənin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə; 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edərkən iddia ərizəsi və pretenziyanın tərəflərə poçt vasitəsilə çatdırıldığına istinad etmişdir. Daha sonra şikayətin təmin edilməməsi barədə qərardadda isə tamamilə başqa mövqe ortaya qoymuş və Maraqlı şəxs MMC-nin elektron kabinetinə sənədlərin çatdırılmasının cavabdehlərə çatıdırılması kimi qəbul edilə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarından da göründüyü kimi iddia ərizəsinin işdə iştirak edən digər şəxslər tərəfindən alınmasına dair sübut iş materiallarına əlavə edilməlidir. İşdə iştirak edən şəxslər isə MPM-in 46-cı maddəsində qeyd açıq göstərilmişdir. Hazırkı iş üzrə cavabdehlər və üçüncü şəxs ayrı-ayrı şəxslərdir və hər birinə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətləri çatdırılmalıdır. Pretenziya qaydasına isə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda nəzərdə tutulduğu hallarda riayət edilməlidir ki, ərizənin icraata qəbul məsələsinə yenidən baxarkən birinci instansiya məhkəməsi hazırkı iş üzrə pretenziya qaydasına riayət edilib-edilməməli olmasına da diqqət yetirməli, bundan sonra iddia ərizəsi geri qaytarılmalı olduğu halda həmin əsasları düzgün müəyyən etməlidir ki, MPM-in 152.4-cü maddəsinə uyğun olaraq iddiaçılar müəyyən edilmiş nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilsinlər. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3607/2023 saylı qərardadı ləğv edilsin. Müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Elşən Kazımov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-718/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-718/2023
17.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver