Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-719/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçı “xxxx” ASC-nin Cavabdeh MMC-yə qarşı əmlakların təhvil verilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2- 2(113)-1493/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünü Bakı Apelyasiya Məhkəməsinin binasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı Kommersiya Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-2(113)-1493/2021 saylı qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin Cavabdeh MMC-yə qarşı əmlakların təhvil verilməsi tələbinə dair iddiası təmin edilmişdir. Qeyd edilən qətnamədən Cavabdeh MMC tərəfindən apelyasiya şikayəti verilmişdir. Məhkəmə apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin maddənin məzmunundan göründüyü kimi kommersiya mübahisələri üzrə bütün sənədlər, o cümlədən şikayət ərizələri yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayəti prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada-“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərilmədiyindən qanunun tələblərinə uyğun formada verilmiş hesab oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-2(113)-1493/2021 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Bakı Kommersiya Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-2(113)-1493/2021 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-719/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-719/2021
08.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver