Məhkəmə qərarları › İş №2-2(103)-719/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-719/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-719/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan İddiaçı1 X1 Səhmdar Cəmiyyətinin (ləğvedici "xxxx" MMC) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2850/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan "xxxx" X1 Səhmdar Cəmiyyəti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMCdən LPO "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 486998 manat əsas borc, 466575,61 manat əsas borca hesablanmış faiz borcu olmaqla, cəmi 953573,61 manat borcun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-2(82)-553/2018 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı1 X1 Səhmdar Cəmiyyəti vəsatətlə məhkəməyə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-2(82)- 553/2018 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, e-2-2(113)-2850/2024 saylı qərardadı ilə vəsatət təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-2(82)-553/2018 nömrəli qərardadının ləğv edilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, e-2- 2(113)-2850/2024 nömrəli qərardadından şikayət verilmiş və Bakı Kommersiya Məhkəməsinin 14 may 2024-cü il tarixli, e-2-2(113)-2850/2024 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, e-2-2(113)-2850/2024 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin 14 may 2024-cü il tarixli, e-2-2(113)- 2850/2024 nömrəli qərardadından cavabdeh tərəfindən şikayət verilmişdir. Məhkəmə hesab edir ki, şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir; 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. 395.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. 395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, iddianın baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsi işin sonrakı hərəkətinə maneə olmadığından və MPM-nin 260-cı maddəsində bu qərardaddan şikayəti verilməsi nəzərdə tutulmadığından, bu qərardaddan verilmiş şikayətin qaytarılması barədə qərardaddan da şikayət verilə bilməz. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2850/2024 nömrəli qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2850/2024 nömrəli qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan elektron kabinetə yerləşdirildiyi gündən 10 gün ərzində Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar