Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-720/2025 11.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 813/2025 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları
1. xx.xx.2023-cü il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Nugga Clinic MMC-yə İddiaçı ASC-dən 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmışdır.
2. xx.xx.2023-cü il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2023-cü il tarixdə Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır.
3. xx.xx.2023-cü il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Nugga MMCyəİddiaçı ASC-dən illik 20% olmaqla 24 ay müddətinə 50000 manat məbləğində kredit götürmüşdür.
4. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Nugga MMC-nin əsas borc məbləği 32434,81 manat və faiz borcu 2126,17 manat, cərimə borcu 3145,67 manat olmaqla cəmi borc məbləği 37706,65 manat müəyyən edilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2025-ci il tarixli, 9/335 saylı ekspert rəyinə əsasən Nugga MMC-nin xx.xx.2024-cü il tarixdə banka olan əsas və faiz borcu 34014,51 manat məbləğində (əsas borc üzrə-32434,84 manat və faiz borcu üzrə 1579,67 manat), xx.xx.2024-cü il tarixə banka olan əsas və faiz borcu 34573,11 manat məbləğində (əsas borcu 32434,84 manat, faiz borcu 2138,27 manat) müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
6. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Nugga MMC, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 33529.07 manat əsas borc, 2934.98 manat faiz borcu və 243.34 manat cərimə borcu olmaqla cəmi 36707.39 manat borcun, 200.12 manat ödənilmiş dövlət rüsumunun tutulmas barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Nugga Clinic MMC-yə İddiaçı ASC-dən 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2023-cü il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2023-cü il tarixdə Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2023-cü il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Nugga MMC-yə İddiaçı ASC-dən illik 20% olmaqla 24 ay müddətinə 50000 manat məbləğində kredit götürmüşdür. 2024-cü ilin iyulun 30-dək Nugga MMC-nin banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 33529.07 manat əsas borc, 2934.98 manat faiz borcu və 973.36 manat cərimə borcu olmaqla cəmi 37437.41 manat borcu vardır. Nugga MMC-nin xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 973.36 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 243,34 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 813/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 MMC-dən müştərək qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 32434,81 manat əsas borc məbləği, 1579,67 manat faiz borcu, 243,34 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 193 manat tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə rədd edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasıların keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilməli olduğu müəyyən edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının kredit müqaviləsi üzrə tələb etdiyi əsas və faiz borcu məbləğləri ekspert rəyində göstərilən məbləğlərlə eynilik təşkil etmir, ekspert rəyində göstərilən məbləğlər iddia tələbində göstərilən əsas və faiz borcu məbləğindən aşağı həddə müəyyən edilmişdir. Bundan əlavə məhkəmə onu da qeyd etmişdir ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda maliyyə arayışında göstərilən məbləği əsas götürülməsini xahiş etmişdir. Beləliklə məhkəmə hesab etmişdir ki, əsas borc məbləği Bankın maliyyə arayışında daha az olduğu üçün, maliyyə arayışında göstərilən məbləğdə, faiz borcu isə ekspert rəyində göstərilən məbləğdə müəyyən edilməklə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlir. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən tutulacaq dəbbə pulu kredit müqaviləsi üzrə 243,34 manat məbləğində müəyyən edilməlidir.
10. Birinci instasniya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 385.1, 399.1, 442, 462.1, 470.1, 472, 739.1, 739.2, 741-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
11. Cavabdeh4 apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunmasını və ya dəyişdirilməklə məhkəmə tərəfindən hesablanmış cərimə məbləğinin tamamilə ləğv edilməsi və dəbbə pulunun azaldılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən Mülki Məcəllənin 422-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, xx.xx.2023cü il tarixində İddiaçı ASC ilə kredit müqaviləsi bağlamış və buna əsasən alınmış 50.000 manat borc məbləği hər ay müqavilədə müyyənlənləşdirilmiş müddətlərdə ödənilmişdir. Lakin müqavilənin bağlandığı zaman, yəni xx.xx.2023-cü il tarixində mövcud olan şərait sonradan dəyişmiş və bu səbəbdən hələ məhkəmə iddiası qaldırılmamışdan öncə, kreditləri ödəmək iqtidarında olmadıqlarından İddiaçı-a müraciət edərək maliyyə vəziyyətlərinin ağırlaşmasını və bununla əlaqədar olaraq ödənişlərin həyata keçirilməsini çətinləşdiyini bildirmişdirlər. Bütün bunları nəzərə alaraq ödəniş etmələrinin mümkün olması üçün aylıq ödənişlərin məbləğinin azaldılmasını xahiş etmişlər və qeyd etmişdirlər ki, borcu hissə-hissə belə olsa mütləq geri qaytaracaqlar. Hazırki vəziyyət kredit məbləğinin alındığı dövürdə mövcud olsaydı ümumiyyətlə kredit müqaviləsi bağlamazdı. Lakin İddiaçı mövcud şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini və müqavilə şərtlərinin dəyişdirildiyi təqdirdə ödəniş edəcəklərini bildirmələrinə rəğmən bu təklifə müsbət yanaşmayaraq, ödənişlərdə heç bir güzəşt etməmişdir. Həmçinin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ödənişlərini maddi vəziyyətin pisləşməsi səbəbindən gecikdirdiyini, ödəməkdən boyun qaçırtmadığını, ödənişlərin məbləğinin azaldıldığı təqdirdə ödəyəciyini bir daha vurğulasaq da, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bundan başqa qərarda maliyyə çətinlikləri, iqtisadi risklər kimi hallar nəzərə alınmadan yalnız bankın tələbləri əsasında qətnamə çıxarılmışdır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Dəbbə pulu tənzimlənərkən kreditorun əmlak maraqları ilə yanaşı borclunun real maliyyə vəziyyəti və icra qabiliyyəti də nəzərə alınmalıdır. Dəbbə pulu borclunun borcunu qəsdən ödəməməsi, süründürməsi və ya vicdansız davranışı nəticəsində tətbiq olunan mexanizmdir. Lakin Cavabdeh6 MMC tərəfindən bu vəziyyət borcun ödənilməməsi deyil, məcburiyyət qarşısında və maliyyə imkanlarının məhdudluğu səbəbilə yaranmışdır. Bundan başqa, MMC əvvəlcədən İddiaçı ilə əlaqə saxlayaraq borcun qaytarılması ilə əlaqədar alternativ həll yolu təklif etsə də bank buna müsbət yanaşmamışdır. MMC-nin cari maliyyə vəziyyəti və borcun ümumi məbləği nəzərə alınaraq, bu məbləğin də MMC üçün əlavə yük olduğu nəzərə alınmalıdır. Bundan əlavə 422-ci maddəyə əsasən, məhkəmənin bu dəbbə pulu məbləğini azalda və ya ləğv edə biləcəyi nəzərə alınaraq, həmin cərimənin tətbiq edilməsi məqsədəuyğun hesab edilmir. Lakin Bakı Kommersiya məhkəməsinin e-2-2(113)-813/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsində yalnız iddiaçının mövqeini nəzərə almış, müqavilədə zamin kimi iştirak edən şəxslər prosesə cəlb edilməmiş, onların hüquqları, mövqeiləri və maddi vəziyyətləri nəzərə alınmamışdır. Bakı Kommersiya Məhkəməsi tərəfindən iş üzrə bütün hallar nəzərə alınmamış və yalnız iddiaçının manfeinə uyğun qərar qəbul edilmiş, həmin an Nugga MMC-nin pisləşən maliyyət vəziyyəti nəzərə alınmamışdır. İddiaçı, Cavabdeh6 MMC-nin kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməkdən və borcu ödəməkdən qəsdən boyun qaçırtdığını iddia edərək, borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, qəsdən boyun qaçırtmağımızı təsdiq edən hər hansı sübut təqdim etməmiş, ödənişlərin məbləğinin azaldılması barədəki təklifimizə müsbət yanaşmamışdır. Həmçinin iddia ərizəsində İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışlarında əsas borc məbləğinin daha aşağı və faizlərin məbləği daha artıq olduğu halda, 24 fevral 2025-ci il tarixli 9/335 nömrəli ekspert rəyində bu məbləğ (əsas borc üzrə 32.434,84, faiz borcu üzrə 2.138,27) faiz borcu üzrə daha aşağı müəyyən edimiş, məhkəmə tərəfindən qəbul edilmiş qətnamədə əsas borc məbləği üzrə maliyyə arayışlarına, faiz borcu üzrə ekspert rəyində göstərilən məbləğə istinad edilmişdir. Lakin Bakı Kommersiya Məhkəməsi tərəfindən iddia ərizəsindəki və ekspert rəyindəki məbləğ fərqinin nədən yaranması araşdırılmamış, Yelo Bank tərəfindən bu məbləğ fərqi ilə əlaqədar heç bir sübut təqdim olunmamış, həmçinin məhkəmə öz qərarında bu məsələni əsaslandırmamışdır. Bakı Kommersiya Məhkəməsi məhkəməyə gəlir sənədləri, borcun qismən ödənildiyini göstərən sübutlar təqdim etsək də və hətta xx.xx.2025-ci il tarixli məhkəmə iclasında maliyyə vəziyyətimizin pisləşməsi ilə əlaqədar ödənişləri gecikdirdiyimizi bildirsək də, bunlar nəzərə alınmamış, təqdim edilmiş sübutlar düzgün qiymətləndirilməmiş, yalnız iddiaçının mövqeyini əsas götürərək qərar vermişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
13. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
14. Mülki Məcəllənin: -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739 və 741-ci maddələrinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -119.6-cı maddəsinə görə yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Apellyasiya baxışının hədləri:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh X4 tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdeh4 şikayətində qətnamənin dəbbə pulunun tutulması hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlillərindən biri də əsas və faiz borcunun müəyyən edilməsi üçün əsas olmuş məhkəməmühasibatlıq ekspertizasının rəyinin əsassız olmasından ibarət olmuşdur. Odur ki, qətnamənin əsaslılığı apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsas, faiz və dəbbə pulu borcunun tutulmasına dair iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
19. Belə ki, iş üzrə təqdim edilmiş sübutlar tədqiq edilərək müəyyən edilmişdir ki, İddiaçı ASC ilə cavabdeh “Nugga Clinic MMC arasında xx.xx.2023-cü il tarixli kredit limitinin ayrılmasına dair razılaşma çərçivəsində bağlanmış kredit verilməsinə dair razılaşmaya əsasən cavabdehə Yelo Bank” ASC-dən illik 20% olmaqla 24 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. Kredit limitinin ayırılmasına dair müqavilənin təminatı kimi iddiaçı ilə digər cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələrinə əsasən sonuncular “Nugga Clinic MMC-nin bank qarşısında öhdəliklərinə zamin durmuşlar. Cavabdeh “Nugga Clinic MMC kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə banka əsas və faiz borcu yaranmışdır.
20. Apellyasiya şikayətində mübahisələndirilən hallar kontekstində mübahisəyə hüquqi qiymət verilərək qeyd edilir ki, apellyasiya şikayətində cavabdeh birinci instansiya məhkəməsi tərəfindən hesablanmış dəbbə pulunun tənasübsüz surətdə yüksək olduğunu bildirir, eləcə də məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyinin əsaslılığını mübahisələndirir.
21. İrəli sürülən birinci arqument ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəli kredit müqaviləsi üzrə kreditin qaytarılması öhdəliyinin gecikdirilməsinə görə cavabdehlərdən tutulacaq dəbbə pulu məbləğini 243,34 məbləğində müəyyənləşdirərkən həm kreditorun, həm də borclunun əmlak mənafeləri və digər əsaslı mənafelərini, eləcə də əsas borcun məbləğini nəzərə almışdır. Odur ki, həmin hissədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır.
22. İrəli sürülən ikinci arqument ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh mübahisəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun müəyyən edilməsinə dair ekspert rəyinin mötəbərliyini mübahisələndirsə də, həmin rəyi şübhə altına ala biləcək konkret faktiki hallara istinad etməmişdir.
23. Bununla yanaşı o da qeyd edilməlidir ki, birinci intansiyası məhkəməsi cavabdehlərdən tutulacaq borclarının məbləğini müəyyən edərkən ekspert rəyinə əsasən xx.xx.2024-cü il tarixə olan əsas və faiz borc məbləğlərini əsas götürmüşdür.
24. Halbuki xx.xx.2024-cü il tarixdə mübahisəli kredit müqaviləsi üzrə cavabdehə xəbərdarlıq məktubu ünvanlayaraq borcalan tərəfindən müqavilə şərtlərinin pozulması, əsas və faiz borcunun ödənilməsinin təmin edilməməsi göstərilmiş, kreditorun kredit müqaviləsinə vaxtından əvvəl xitam vermək və verdiyi kredit məbləğini bu müddətədək faizlərlə birlikdə qaytarılmasını tələb etmək hüququna istinadla borcun xəbərdarlıq məktubunun alındığı vaxtdan etibarən 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. Göründüyü kimi iddiaçı xəbərdarlıq məktubunda mübahisəli kredit müqaviləsinin ləğv edilməsinə dair iradəsini qarşı tərəfə bildirmiş, bununla da mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. Odur ki, iddiaçı yalnız müqaviləyə xitam verildiyi tarixədək, yəni hazırkı halda xx.xx.2024-cü il tarixədək olan müqavilə üzrə faizlərin ödənilməsini tələb etmək hüququna malikdir.
25. Odur ki, kollegiya hesab edir ki, tutulacaq borc məbləği ekspert rəyinin tədqiqat hissəsindəki cədvəldə əks olunmuş məlumatlar əsas götürülməklə müqavilənin ləğv edilməsi tarixə, yəni xx.xx.2024-cü il tarixə olan əsas və faiz borcundan həmin tarixdən sonra edilmiş ödənişlər çıxılmaqla müəyyən edilməlidir. Sözügedən cədvəldə xx.xx.2024cü il tarixə əsas borc 33529,10 manat, faiz borcu isə 654,71 manat məbləğində, 33529,10 manat məbləğində əsas borca müqavilə şərtlərinə əsasən hər günə hesablanmalı olan faiz məbləği 18,63 manat məbləğində müəyyən edilmişdir. Həmin məlumatlara əsasən adi riyazi hesablama ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət üçün hesablanmalı olan faiz borcunun 18,63x125 gün=2328,75 təşkil etməsini hesablamaq mümkündür. Belə olan halda xx.xx.2024-cü il tarixə hesablanmış faiz borcunun 654,71 manat təşkil etməsi və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində cavabdeh tərəfindən ödəniş edilməməsi də nəzərə alınmaqla xx.xx.2024-cü il tarixə faiz borcu 2983,46(2328,75+654,71) manat təşkil etmişdir.
26. Beləliklə,müqavilənin xitam tarixinə, yəni xx.xx.2024-cü il tarixə olan 33529,10 manat əsas borc və 2983,46 manat məbləğində faiz borcundan xx.xx.2024-cü il tarixdə edilmiş 4000 manat məbləğində ödəniş ekspert rəyində müəyyən edilmiş qaydada, yəni 1094,26 manat hissəsi əsas borcdan, 2905,74 manat hissəsi isə faiz borcundan çıxılmaqla əsas borc 32.434,84 manat (33529,10-1094,26) və faiz borcu (2983,46-2905,74)=77,72 manat məbləğində müəyyən edilməlidir.
27. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehlərdən tutulacaq faiz borcu 77,72 manat məbləğində müəyyən edilməli, qalan mübahisələndirən hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
28. Buna müvafiq olaraq birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində də dəyişdirilməli, dövlət rüsumunun əvəzi olaraq cavabdehlərdən iddiaçının xeyrinə tutulacaq məbləğ 186 manat məbləğində müəyyən edilməlidir.
29. Məhkəmə kollegiyası apellyasiya instansiyasında məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Cavabdeh4 ödənilməli, dövlət rüsumunun qalan hissəsi cavabdehə aid edilməlidir.
30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 813/2025 nömrəli qətnaməsi kredit müqaviləsi üzrə faiz borcunun və dövlət rüsumunun əvəzi olaraq tutulacaq məbləğ hissəsində dəyişdirilsin, cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulacaq faiz borcu 77,72 manat məbləğində, dövlət rüsumunu əvəzi olaraq tutulacaq pul vəsaiti isə 186 manat məbləğində müəyyən edilsin, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Cavabdeh4 ödənilsin, dövlət rüsumunun qalan hissəsi cavabdehə aid edilsin. Cavabdeh4 qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Elnur Həsənov
Təranə Mahmudova