Məhkəmə qərarları › İş №2-2(103)-721/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-721/2023

29.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-721/2023 29.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X42 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X37 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh2 MMC-nin nümayəndələri Nümayəndə3 və Nümayəndə4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı “ümumi yığıncağın protokolunun, qərarının etibarsız hesab edilməsi, qanuni təmsilçi kimi fəaliyyətin bərpa edilməsi, mənəvi zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, e-2-2(113)-1775/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixə, saat 14:00-a və xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının keçirilməsi ilə bağlı bildirişlərin, xx.xx.2022-ci il tarixli Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının protokolunun və onun əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli Cavabdeh2 MMC-nin təsisçilərinin qərarının etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Həmin iş üzrə iddiaçı xx.xx.2022 tarixli iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixə, saat 14:00-a və xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının keçirilməsi ilə bağlı bildirişlərin, xx.xx.2022-ci il tarixli Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının protokolunun, onun əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının qərarının və həmin qərar əsasında hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin etibarsız hesab olunması, Cavabdeh2 MMC-nin (VÖEN **********) əvvəlki qanuni təmsilçisi X2 (Ş/V: AZE 02805424, FİN: 3NFY6VA) cəmiyyətin qanuni təmsilçisi qismində fəaliyyətinin bərpa edilməsi və bu barədə məlumatın kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2022 tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-nin də e-2-2(113)-5206/2022 saylı kommersiya işi üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.

4. Eyni zamanda İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixə, saat 14:00-a və xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının keçirilməsi ilə bağlı bildirişlərin, xx.xx.2022-ci il tarixli Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının qərarının və həmin qərar əsasında hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin etibarsız hesab olunması, Cavabdeh2 MMC-nin (VÖEN **********) əvvəlki qanuni təmsilçisi X2 (Ş/V: AZE 02805424, FİN: 3NFY6VA) cəmiyyətin qanuni təmsilçisi qismində fəaliyyətinin bərpa edilməsi və bu barədə məlumatın kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi, Cavabdeh1 dəymiş mənəvi ziyanın əvəzi olaraq 10.000 (on min) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Daha sonra iddiaçının nümayəndəsi və vəkili 27 mart 2023 tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-nin də (VÖEN **********) cavabdeh qismində cəlb edilməsinə dair əsaslar mövcud olduğundan, Cavabdeh2 MMC-nin e-2- 2(113)-752/2023 saylı kommersiya işi üzrə cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-752/2023-024 nömrəli xx.xx.2023 tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı “ümumi yığncağın keçirilməsi barədə bildirişin, ümumi yığıncaq qərarının etibarsız hesab edilməsi, qanuni təmsilçi kimi fəaliyyətin bərpa edilməsi, mənəvi zərərin ödənilməsi” tələbinə dair e- 2-2(113)-752/2023 nömrəli kommersiya işi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı “ümumi yığıncaq bildirişlərinin, protokolun və qərarın” etibarsız hesab edilməsi tələbinə dair e-2-2(113)-1775/2023 nömrəli kommersiya işi ilə bir icraatda birləşdirilməsi qərara alınmışdır.

7. İddia ərizələri onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC 1998-ci ildə mərhum akademik X35 tərəfindən təsis edilmiş və dövlət qeydiyyatından keçərək fəaliyyətə başlamışdır. Bu gün 105 işçisi olan Cavabdeh2 MMC X40 nəvəsi investor X19 və təsisçi İddiaçı gərgin əməyi və külli miqdarda etdiyi investisiya hesabına öz fəaliyyətini davam etdirir. Buna baxmayaraq, ünvan 1 ünvanında qeydiyyatda olan, xx.xx.2019-cu il tarixdən dövlətlərarası axtarışda olan və cəmiyyətə xüsusilə külli miqdarda borcu olan Cavabdeh2 MMC-nin təsisçisi Cavabdeh1 və Cavabdeh2 MMC-yə külli miqdarda borcu olan təsisçi Cavabdeh1 qardaşı Yaqub Şahbazov cəmiyyətə olan borclarını, xüsusilə də hazırda barələrində istintaq orqanlarında gedən cinayət təqibinə maneəçilik törətmək məqsədilə digər təsisçi X31 əsassız və həqiqətə uyğun olmayan məlumatlar verərək bir neçə etibarnamələrin verilməsinə “nail” olmuş, bundan əlavə ona mahiyyəti bildirilmədən və hüquqi nəticəsini gizlətməklə əsassız ərizələr imzalatdırmış və hüquq-mühafizə, eləcə də digər səlahiyyətli orqanlara göndərərək məsuliyyətdən yayınmağa və borclarını ödəməkdən boyun qaçırmağa çalışmışlar. Ona görə də iddiaçılar İddiaçı və X36 cavabdehlər X6, Cavabdeh1, X20, X11 və 3 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisinə və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı etibarnamələrə xitam verilməsinin etibarsız hesab edilməsi, verilmiş ərizələrin etibarsız hesab edilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X43 cavabdehlər Cavabdeh1, X20, X11, X6 və 3 saylı Bakı Asan xidmət Mərkəzi Notariat Ofisinə qarşı etibarnamələrə xitam verilməsinin etibarsız hesab edilməsi, verilmiş ərizələrin etibarsız hesab edilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 2994/2022 saylı qətnaməsi ilə iddia ərizəsi və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsi təmin olunmuşdur. Eyni zamanda müvəqqəti təminat tədbiri barədə ərizələr ilə məhkəməyə müraciət olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(010)- 85/2022 saylı qərardadı ilə ərizə təmin edilərək Bakı şəhəri 51 saylı Notariat ofisində xx.xx.2022-ci il tarixdə verilmiş və reyestrdə 7E-3048 nömrə ilə qeyd edilmiş etibarnamədən irəli gələn hərəkətlərin edilməsi cavabdeh X6 və Bakı şəhəri 51 saylı Notariat ofisində xx.xx.2022-ci il tarixdə verilmiş və reyestrdə 7E-4973 nömrə ilə qeyd edilmiş etibarnamədən irəli gələn hərəkətlərin edilməsi cavabdeh X7 qadağan edilməsi, Bakı şəhəri 51 saylı Notariat ofisində verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, 4362 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4363 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4365 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4368 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4369 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4370 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4600 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4676 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4677 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4678 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4679 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 4680 reyestr nömrəli ərizələrdən istifadə olunması cavabdehlər X6 və X7 və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli MTT(010)-96/2022 saylı qərardadı ilə ərizə qismən təmin edilərək Bakı şəhəri 51 saylı notariat ofisinin notariusu X21 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş və reyestrdə 7E-5376 nömrə ilə qeydə edilmiş, 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin notariusu X12 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş və reyestrdə 7E-5644 nömrə ilə qeyd edilmiş etibarnamələrdən irəli gələn hərəkətlərin edilməsi cavabdeh X6 qadağan edilməsi, 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin notariusu X12 tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, 18618 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18619 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18620 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18621 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18654 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18662 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18692 reyestr nömrəli, xx.xx.2022ci il qeydiyyat tarixli, 18693 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18694 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18695 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18696 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18697 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18698 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 18699 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 19455 reyestr nömrəli, xx.xx.2022ci il qeydiyyat tarixli, 19458 reyestr nömrəli ərizələrdən istifadə edilməsi cavabdehlər X6 və X7 və digər şəxslərə qadağan edilməsi, qərardad icra olunması üçün Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(103)-251/2022 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin MTT(010)-85/2022 nömrəli, 02 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli MTT(010)-123/2022 saylı qərardadı ilə iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən cavabdeh X7 məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, 933-cü məhəllədə, X29 küçəsi 16 saylı ünvanda olan 16 mərtəbəli iki girişli yaşayış binasının 1-ci blok 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 204,0 kv.m. olan qeyri-yaşayış sahəsinin və 1-ci blok 2-ci mərtəbədə yerləşən, sahəsi 227,4 kv.m. olan qeyri-yaşayış sahəsinin, ümumilikdə 431,4 kv.m. olan qeyri-yaşayış sahələrinin üzərinə həbs qoyulması, 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin notariusu X12 tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, 7E-6835 reyestr nömrəli, xx.xx.2022- ci il qeydiyyat tarixli, 7E-6836 reyestr nömrəli etibarnamələrdən, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23390 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23391 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23392 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23393 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23394 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23395 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23400 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, 23723 reyestr nömrəli ərizələrdən istifadə edilməsinin cavabdehlərə və digər şəxslərə qadağan olunması qərara alınmışdır. Uzun müddət göstərilən etimaddan, dəstəkdən suiistifadə edərək təsadüf nəticəsində əsası Aqil Əliyev tərəfindən qoyulmuş cəmiyyətlərdə 25 manatla təsisçi olmuş, bu gün barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178, 179, 308, 192, 213 və 147.2-ci maddələri ilə müxtəlif istintaq orqanlarında cinayət təqibi aparılan, axtarışda olan, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə borclu olan Cavabdeh1 və onun başçılıq etdiyi dəstə üzvləri, eləcə də hüquqdan sui-istifadə edərək onlara məsuliyyətdən boyun qaçırmalarına hüquqi yardım edən digər şəxslər X31 əsassız və həqiqətə uyğun olmayan məlumatlar verərək bir neçə etibarnamələrin verilməsinə “nail” olmuş, bundan əlavə ona mahiyyəti tam bildirilmədən, hüquqi nəticəsi gizlədilməklə əsassız ərizələri, qərarları imzalatdıraraq hüquq-mühafizə orqanlarına və digər səlahiyyətli orqanlara göndərərək çaşqınlıq yaratmışlar. Həmçinin müsavat yönümlü KİV-də vasitələrində əsassız, şər və böhtan xarakterli məlumatları və çıxışları dərc etdirərək məsuliyyətdən boyun qaçırmağa çalışmışlar. X43 bu barədə məlumat alan kimi dərhal xx.xx.2022-ci il tarixdə bütün ərizələri, etibarnamələri ləğv etmişdir. Lakin, Cavabdeh1 digər şəxslər ilə əlbir olaraq öz adamlarının adına aldıqları etibarnamə ilə müxtəlif yazılı bildirişlər və şifahi sifarişlər göndərərək şirkətin fəaliyyətinə mane olmağa çalışmışlar. Hansı ki, Cavabdeh2 MMC, külli miqdarda investisiya hesabına öz fəaliyyətini davam etdirmiş və bu gün Cavabdeh2 MMC Dövlət Vergi Xidmətində ən yaxşı fəaliyyət göstərən cəmiyyətlər sırasındadır. Lakin yalnız 50 manat pulla cəmiyyətdə təsisçi olmuş Cavabdeh1 cəmiyyətin fəaliyyət göstərməsində öz üzərinə düşən vergi, məcburi ödənişləri və digər öhdəlikləri icra etməmiş, əksinə əməllərində cinayət faktları olduğundan şikayəti əsasında Cavabdeh1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2, 192.2.2, 213.1 və 147.2-ci maddələri ilə cinayət işi açılmış və barəsində xx.xx.2019-cu il tarixdən dövlətlərarası axtarış elan edilmişdir. Cavabdeh2 MMC ilə Cavabdeh1 və onun qardaşı Yaqub Şahbazov, arvadı Arzu Şahbazova və s. arasında bir çox məhkəmələrdə mülki işlər var və həmin işləri üzrə artıq Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri vardır. Bu gün Cavabdeh2 MMC mərhum X40 davamçısı investor Riyad Əliyevin və İddiaçı külli miqdarda vəsaiti hesabına öz dayanıqlığını qoruyub saxlayır. Bu gün cəmiyyətdə 100-dən çox işçi işləyir. Lakin Cavabdeh1 bu cür addımlarla şirkətin fəaliyyətinə mane olmağa çalışır və bu da xüsusilə külli miqdarda maddi ziyanın dəyməsinə səbəb olur. Xüsusilə Cavabdeh1 Cavabdeh2 MMC-yə və onlara qarşı əsassız varlanmaq niyyəti ilə qaldırdığı bir sıra iddiaları da məhkəmələr tərəfindən rədd edilmişdir. Buna baxmayaraq, Cavabdeh1 başçılıq etdiyi dəstə məhkəmənin qərardadları ilə istifadə olunması qadağan edilmiş etibarnamə və ərizələrdən istifadə edərək Cavabdeh2 MMC-nin iddiaçı və tələbkar olduğu mülki və icra işlərinə etibar edənin adından həqiqətə uyğun olmayan ərizələr təqdim edərək qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrin icrasını ləngidərək xitam verdirmək istəyirlər. Bununla da cəmiyyətə, iddiaçıya və investora külli miqdarda maddi ziyan vurulur. Bundan əlavə, X4 adına verilmiş xx.xx.2022-ci il tarixli 3048 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli, 5376 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli 5644 reyestr nömrəli etibarnamələr əsasında Cavabdeh2 MMC-nin direktoruna müraciət deyil, birbaşa təsisçilərin ümumi yığıncağının keçirilməsi barədə bildirişlər göndərilmişdir. Halbuki, qanunverciliyin tələblərinə əsasən təsisçilərin ümumi yığıncağı çağırmaq səlahiyyəti yoxdur. Yalnız ümumi yığıncağın keçirilməsi barədə direktora müraciət edə bilərlər. Hazırda Cavabdeh2 MMC ilə təsisçi Cavabdeh1 və onun qardaşı Yaqub Şahbazov, eləcə də digər cavabdehlər arasında bir neçə məhkəmə mübahisələri var. Həmin məhkəmə mübahisələri bitdikdən sonra təsisçilərin və investorların razılığı əsasında təsisçilərin növbəti və növbədənkənar ümumi yığıncağının keçirilməsinə etirazı yoxdur. Əksinə, investor Riyad Əliyev və təsisçi İddiaçı xx.xx.2022-ci il tarixdə cəmiyyətə müraciət edərək cəmiyyətin təsisçilərinin, kreditorlara və bizə olan borclarının qaytarılması və maliyyə borclarının ödənilməsi ilə bağlı məsələlərin keçiriləcək növbəti ümumi yığıncağın gündəliyində müzakirə olunması və bununla bağlı müvafiq qərarlar qəbul olunmasını xahiş etdikdən dərhal sonra, cavabdeh əl-ayağa düşmüş, məhkəmə tərəfindən qadağalar qoyulmasına baxmayaraq öz qanunsuz əməllərini davam etdirərək öz saxta niyyətlərini həyata keçirmək istiqamətində addımlar atmışdır. Ona görə də, müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-MTT(113)- 247/2022 saylı qərardadı ilə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə təmin edilərək, Cavabdeh2 MMC-nin təsisçilərinin növbəti və növbədənkənar ümumi yığıncağının keçirilməsi üzrə bütün hərəkətlərin edilməsi, o cümlədən bu barədə bildirişlər göndərilməsinin Cavabdeh1 və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Buna baxmayaraq, Cavabdeh1, X18, X32 və X22 ilə əlbir olaraq və qanunsuz əməllərini davam etdirmiş, saxta möhürlə sənədlər tərtib edərək və xx.xx.2022-ci il tarixdə həmin sənədləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə təqdim edərək Cavabdeh2 MMC-nin qanuni təmsilçisi X2 xx.xx.2022-ci il tarixdə heç bir əsas olmadan, qanunsuz dəyişdirilməsinə nail olmuşlar. Cavabdehin digər şəxslərlə əlbir olaraq törətdiyi bu cür qanunsuz hərəkətlər nəticəsində maddi və mənəvi ziyanın vurulmasının qarşısını almaqdan ötrü müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizə ilə yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-MTT(113)-266/2022 saylı qərardadı ilə Cavabdeh2 MMC-nin (VÖEN **********) adından bütün hüquqi nəticə yarada biləcək hərəkətlərin edilməsinin, o cümlədən bütün növ sənədlərin, müqavilələrin, etibarnamələrin hazırlanması, imzalanması, təqdim edilməsi və istifadə olunması, vergi, maliyyə və bank əməliyyatlarının aparılması, Cavabdeh2 MMC-nin istifadəçi kodu, parolu və şifrəsindən, pin kodundan, asan imzasından və möhürdən istifadə olunmasının cavabdehlər X7, Cavabdeh1, X6, X20, X13, Cavabdeh2 MMC-yə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Cavabdehlər Bakı Kommersiya Məhkəməsinin e-MTT (113)-266/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından apellyasiya şikayəti versələr də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(103)-317/2022 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-MTT (113)-266/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Xüsusilə də bildirişdə ümumi yığıncağın keçirilməsi üçün göstərilmiş ünvan Cavabdeh2 MMC-nin hüquqi ünvanı deyil. Həmçinin cavabdeh tərəfindən ümumi yığıncağın keçirilməsi ilə bağlı göndərilmiş bildirişlər mülki qanunvericiliyin tələblərinə ziddir. Bundan başqa, bildirişə imza etmiş X4 isə buna ümumiyyətlə səlahiyyəti olmamışdır. Digər tərəfdən vergi orqanına təqdim edilmiş bildirişdən isə müəyyən olunur ki, guya xx.xx.2022-ci il tarixə, saat 14:00-a təyin edilmiş iclas müəssisənin direktorunun iştirak etməməsi səbəbindən xx.xx.2022-ci il tarixə təxirə salınmışdır. Lakin, xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş iclasla bağlı isə bidirişi ümumiyyətlə almamışdır. Vergi orqanına təqdim olunmuş qəbzdən isə görünür ki, bildirişi alan şəxs Mehdiyeva soyadlı başqa bir şəxsdir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən, növbədənkənar ümumi yığıncağı isə nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Cavabdeh2 MMC-nin nizamnaməsində isə növbədənkənar ümumi yığıncağın keçirilməsi halları və qaydası dəqiq və konkret göstərilməmişdir. Bundan başqa, Cavabdeh2 MMC-nin digər təsisçisi X1 Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh2 MMC-nin təsisçilərinin adından gizli iclas keçirilərək saxta möhürlə təsdiqlənmiş qərar qəbul olunmuşdur və həmin qərara əsasən X22 direktor vəzifəsinə təyin edilmişdir. Hansı ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh2 MMC-nin təsisçilərinin iclası keçirilməmiş, keçirilmişsə bundan xəbəri və məlumatı olmamış, özü şəxsən həmin iclasda iştirak etməmiş və X8 Cavabdeh2 MMCnin direktoru təyin edilməsi ilə bağlı hər hansı bir qərar verməmişdir. Ona görə də, Cavabdeh1 qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixə, saat 14:00-a və xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının keçirilməsi ilə bağlı bildirişlərin, xx.xx.2022-ci il tarixli Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının protokolunun, onun əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının qərarının və həmin qərar əsasında hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin etibarsız hesab olunması, Cavabdeh2 MMC-nin (VÖEN **********) əvvəlki qanuni təmsilçisi X2 (Ş/V:AZE 02805424, FİN: 3NFY6VA) cəmiyyətin qanuni təmsilçisi qismində fəaliyyətinin bərpa edilməsi və bu barədə məlumatın kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə aktı qəbul olunanadək Cavabdeh2 MMC-nin (VÖEN**********) əvvəlki qanuni təmsilçisi X2 (Ş/V: AZE 02805424, FİN: 3NFY6VA) cəmiyyətin qanuni təmsilçisi qismində fəaliyyətinin bərpa edilməsi, bu barədə məlumatın kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi, qanuni təmsilçi X2 dəyişdirilməsi ilə bağlı hərəkətlərin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi və qərardadın icra edilməsinin o cümlədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə həvalə edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-16(113)-36/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, iş üzrə yekun məhkəmə aktı qəbul olunanadək Cavabdeh2 MMC-nin (VÖEN**********) əvvəlki qanuni təmsilçisi X2 (Ş/V: AZE 02805424, FİN: 3NFY6VA) cəmiyyətin qanuni təmsilçisi qismində fəaliyyətinin bərpa edilməsi, bu barədə məlumatın kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi, qanuni təmsilçi X2 dəyişdirilməsi ilə bağlı hərəkətlərin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5206/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı “ümumi yığıncağın keçirilməsi ilə bağlı bildirişlərin, protokolun və qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddiasının baxılmamış saxlanılması qərara alınmışdır. Həmin qərardadda məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, Cavabdeh1 iş üzrə cavabdeh kimi qeyd etsə də həmin şəxsə qarşı iddia tələbində hər hansı tələb irəli sürülməmiş, bununla bağlı məhkəmə tərəfindən məlumat verilməsinə baxmayaraq qeyd olunan nöqsanı aradan qaldırmadığından, ərizə baxılmamış saxlanılmalıdır. xx.xx.2022-ci il tarixə, saat 14:00-a və xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının keçirilməsi ilə bağlı bildirişlər, eləcə də xx.xx.2022-ci il tarixli Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının qərarı Cavabdeh1 tərəfindən nümayəndə vasitəsilə imzalanmışdır və iddia ərizəsində həmin sənədlərin etibarsız hesab edilməsi ilə bağlı irəli sürülmüş tələb, o cümlədən Cavabdeh1 qarşı irəli sürülmüş tələbdir. Həmçinin, Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində 10.000 manat məbləğində mənəvi ziyan da dəymişdir.

8. Hər iki iş üzrə Cavabdeh1 ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək qeyd etmişdir ki, X25 50% payçı və prof.dr Cavabdeh1 25% pay qanuni təsisçilər yığıncağı keçirərək İddiaçı tərəfindən Cavabdeh2 MMC-nin əmlaklarının talanmasının qarşısının alınması, cəmiyyətin əsassız şəkildə borclandırılmasının dayandırılması, onun mənfəət və gəlirlərinin qanunsuz mənimsənilməsinin, şirkət əmlaklarının İddiaçı direktor Heydər İbrahimovla əlbir olaraq yaxın şəxslərin adına tam qeyri-qanuni keçirilməsinin qarşısını almaq üçün şirkət direktorunu dəyişib, audit yoxlamasına başlamışdı ki, əksinə ədalət mühakiməsinin əli ilə İddiaçı qanunsuz hərəkətlərini davam etdirir. Təsisçilər və müqavilə bağladığı auditor şirkət direktoru Heydər İbrahimovdan dəfələrlə MMC-nin mühasibat maliyyə hesabatlarını, MMC adından aparılmış bütün alqı-satqı müaqvilələrini tələb etsə də Heydər İbrahimov heç bir hesabat verməmişdir. Necə olur ki, bu təsisçilər yığıncağını 50% əsas təsisçi İlqar Əliyevlə keçirtmiş və direktoru dəyişmiş amma İddiaçı yalnız onu 25% təsisçi Cavabdeh1 məhkəməyə verir. İddiaçı şirkətin əmlaklarının çoxunu direktor Heydər İbrahimovla əlbir olaraq tam qeyri-qanuni saxta yollarla xəbəri olmadan başqa şəxslərə və tikinti şirkətlərinə sataraq mənfəəti tam mənimsəyiblər. İddiaçı direktor Heydər İbrahimovla Cavabdeh2 MMC-yə məsus Abşeron rayonu Bakı Sumqayıt şos. 7-ci km-də “Bizim ev” mebel şəhərciyində yerləşən mebel dükanlarından, Həsən Əliyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən ticarət obyektlərindən toplanan kirayə gəlirlərini, mənfəəti mənimsəyir və heç bir maliyyə mühasibat hesabatı nə İlqar Əliyevə, nə də ona vermir. Cavabdeh2 MMC balansında olan “Bizim ev” mebel ticarət mərkəzində yüzlərlə dükanı və ətrafındakı torpaq sahələrini qeyri-qanuni olaraq direktorun əli ilə 75% paya malik təsisçilərin xəbəri və təsisçilər yığıncağı olmadan yaxın olduğu şəxslərin adına keçirərək satıb. MMC-nin 80% səhmdarı olduğu "xxxx" ASC və "xxxx" ASC-nin bütün adında olan əmlakları İddiaçı tam saxta və qeyri qanuni yollarla özünün sonra da tikinti şirkətinə satdığı bütün faktlarla və sənədlərlə sübut olunub. Bütün faktlar və sənədlər halhazırda İddiaçı cinayət işinin davam etdiyi Dövlət Təhlükəsizlik Xidmətinə və Baş Prokurorluğa təqdim olunub. Maraqlıdır ki, İddiaçı barəsində Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci (Cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə) və 29, 178.4-cü maddəsi ilə cinayət işi başlanılmış və o, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ilk olaraq barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Verilən məlumata görə onun əsas həbs olunma səbəblərindən biri də Yunan Kipr Respublikasında adından saxta etibarnamə düzəldərək Azərbaycanda əmlakları və şirkət paylarını qeyriqanuni yolla ələ keçirməyə cəhd etmişdir. Sözügedən cinayət işi üzrə daha iki şəxs təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və cinayət işinin istintaqı davam etdirilir. Belə olan təqdirdə digər şəxsi cinayətkar adlandıraraq, barəsində yalan məlumatları məhkəməyə təqdim etmək heç bir qanuna sığmır. Bu qədər cinayət törətmiş şəxs necə olur ki, Mediasiya barışığına çağırır. Ən sonda bu hadisələrin gedişatında Türkiyənin Milli İstikbarat Təşkilatı tərəfindən İstanbulda onu öldürməyə gələn 2 rus vətəndaşı həbs olunub. Məhkəmə iddia ərizəsində Riyad Əliyevi investor olaraq göstərməyi tam absurddur. Riyad Əliyev Cavabdeh2 MMC-nin nə təsisçisidir, nə də bu şirkətə 1 manat belə investisiya qoymayıb. X51 Şahbazov 20 ildən çox ulu öndər Heydər Əiyevin qardaşı X40 şəxsi həkimi, yaxın dostu və ortağı olmuşdur. Bu şirkəti Cavabdeh2 MMC-ni rəhmətlik X26rmuşlar. İddiaçı bu açılan məhkəmə iddialarında əsas məqsədi vaxt qazanaraq direktor Heydər İbrahimovun əli ilə onun və İlqar Əliyevin yerdə qalan əmlaklarını nəyin bahasına olur olsun mənimsəməkdir.

9. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1775/2023 saylı 11 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2022-ci il tarixə, saat 14:00-a və xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının keçirilməsi ilə bağlı bildirişlərin, xx.xx.2022-ci il tarixli Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının protokolu, onun əsasında qəbul edilmş xx.xx.2022-ci il tarixli qərar və həmin qərar əsasında hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin etibarsız hesab edilməsi, Cavabdeh2 MMC-nin (VÖEN **********) əvvəlki qanuni təmsilçisi X2 (Ş/V: AZE 02805424, FİN: 3NFY6VA) cəmiyyətin qanuni təmsilçisi qismində fəaliyyətinin bərpa edilməsi və bu barədə məlumatın kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi, Cavabdeh1 dəymiş mənəvi ziyanın əvəzi olaraq 10.000 (on min) manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

10. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1775/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, dəymiş zərəri tələb etmək yalnız bu tələb hüququna malik şəxs tərəfindən irəli sürülə bilər. Bu zaman zərər özündə həm zərər vuranın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnən, sonuncunun həmin nəticələri aradan qaldırmaq üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri (real zərəri), həm də zərərçəkənin əmlakın tamamilə məhv olmasını və ya zədələnməsini, həm də bütün bunların olmayacağı təqdirdə zərərçəkənin əldə edə biləcəyi gəlirləri (əldən çıxmış fayda) əks etdirir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin məzmununda mülki hüquq və vəzifələrin əməli gəlməsi üçün məhz hərəkətlərin olmasının zəruriliyi əks olunmuşdur. Nəzərə alınmalıdır ki, zərərin vurulması hələ konkret şəxsin zərərin nəticələri ilə bağlı məsuliyyətini müəyyən etmir. Deliktin meydana gəlməsi üçün qanunverici tərəfindən üç zəruri şərt müəyyən edilmişdir: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; - ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Mövcud hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarında, habelə "xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında sərgilənmişdir. Sadalanan şərtlərdən hər hansı birinin olmaması konkret şəxsin hər hansı məbləğdə zərərin vurulmasında təqsirli bilinməsini istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2021-ci il tarixli Qərarında həmçinin qeyd edir ki, “... Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər. ...”. Məhkəmə özünün qətnaməsində mənəvi ziyanın ödənilməsinə dair iddia tələbinə münasibətdə İddiaçı mənəvi ziyana məruz qaldığını əsas gətirmişdir. Bundan başqa hər hansı əsaslandırma aparmamışdır. Məhkəmə digər təsisçilərin qanunla müəyyən edilmiş formada, öncədən İddiaçı, MMC-ni və onun direktorunu növbədənkənar ümumi yığıncağın keçirilməsi barədə iki dəfə məlumatlandırması, bunun yekununda müvafiq qanuni qərar qəbul etməsinin İddiaçı hansı mənəvi ziyana məruz qoyduğunu əsaslandıra bilməmişdir. Ümumiyyətlə təsisçinin ümumi yığıncaqda iştirak etməməsi halının ona mənəvi ziyan vurulması kimi dəyərləndirilməsi mövcud qanunvericiliyin tələbinə ziddir və ciddi mənfi presidentlərin yaranmasına yol açır. Mülki Məcəllənin müvafiq normalarının məzmunundan görünür ki, etibarsızlıq anlayışı əqdlərə münasibətdə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında göstərmişdir ki, “... Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir...”. Məhkəmə iddia tələbinin bildirişlərin etibarsızlığına dair hissəsinə münasibətdə bildirişlərin qanunvericiliyin tələbinə zidd tərtib edilməsinə istinad etmişdir. Əvvəla məhkəmə bildirişin hansı qanunda müəyyən edilmiş formasına riayət edilmədiyini ümumiyyətlə qeyd etməmişdir. MM-də etibarsızlıq anlayışı əqdlərə münasibətdə tətbiq edilir. Yuxarıda sadalanan normaların məzmunundan aydın olur ki, əqd hüquq münasibətini yaratmalı, dəyişməli və ya ona xitam verməlidir. Təsisçilərin növbədənkənar ümumi yığıncağının keçirilməsi vaxtı və ümumi yığıncağın gündəliyinə dair məlumatları özündə əks etdirən bildirişin təsisçilərə münasibətdə hansı hüquq münasibətini yaratması, dəyişməsi və xitam etməsi aydın deyildir. Məhkəmə bildirişləri etibarsız hesab edərkən, onun hansı və kimlərə münasibətdə hüquq münasibətini yaratmasını, dəyişməsini və xitam etməsini göstərməmiş və əsaslandırmamışdır. Belə olan halda əqdlərə münasibətdə tətbiq edilən etibarsızlıq anlayışının bildirişə münasibətdə tətbiq edilməsi MM-nin müvafiq normlarının məzmununa ziddir. Məhkəmə kommersiya mübahisəsinin istintaqı zamanı Cavabdeh1 münasibətdə qərəzli mövqe nümayiş etdirmiş, iddia tələbini olduğu kimi əks etdirən xx.xx.2022-ci il tarixli, e-MTT(113)-277/2022 saylı MTT qəbul etməklə iddiaya öncədən münasibət bildirmiş, maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuş, Cavabdeh1 2-2(113)-1775/2023 saylı kommersiya işi üzrə ilkin məlumatlandırsa da, kommersiya işinin baxılmamış saxlanılması haqqında qərardadın sonra məlumatlandırmamışdır. Belə ki, Cavabdeh1 2018-ci ilin fevralından Türkiyə Respublikasında daimi yaşayır, ilkin olaraq, elektron kabinet vasitəsilə iddiadan xəbərdar olsa da, daha sonra xaricdən sistemə daxil olma hissəsində sistemə məhdudiyyət tətbiq edilmişdir. Buna görə kommersiya işinin baxılmamış saxlanılmasından sonra iş üzrə hər hansı məlumat əldə edə bilməmişdir. Məhkəmə isə kağız daşıyıcıda bildiriş göndəməməklə, vətəndaşı alternativ formada məlumatlandırmasını həyata keçirməmişdir. Məhkəmənin təsisçilərin növbədənkəar ümumi yığıncaq çağırma hüququnun məhz icra orqanın iştirakı ilə həyata keçirilməsi tələbi maddi hüquq normasının məzmunu ilə ziddiyyət təşkil edir. Hazırkı halda məhkəmə növbədənkənar ümumi yığıncağın yalnız icra orqanı, yəni direktor tərəfindən çağırılmalı fikrini qeyd etməsi təsisçilərin Mülki Məcəllənin 91.1-3-cü maddəsinin məzmunundan və ümumiyyətlə hüququn ümumi prinsipləri baxımından tam əsassızdır, onların hüquqlarının məhdudlaşdırılması deməkdir. xx.xx.2022-ci il tarixli ümumi yığıcağın qərar və protokolunun, o cümlədən ümumi yığıncağın keçirilməsi barədə bildirişi etibarsız hesab etmə əsaslarından biri kimi ümumi yığıncağın keçirilməsinə dair bildirişin X27 adından imzalamış X4 bu səlahiyyəti olmaması əsasını göstərmişdir. Əvvəla iş materiallarından məlum olur ki, Cavabdeh2 MMC-nin təsisçilərinin iki - xx.xx.2022-ci il tarixli və xx.xx.2022ci il tarixli növbədənkənar ümumi yığıcağı keçirilmişdir. O.Ağalarov xx.xx.2022-ci il tarixli ümumi yığıncağa dair bildirişi İ.Əliyevin adından imzalamışdır, xx.xx.2022-ci il tarixli növbədənkənar ümumi yığıncağa dair bildiriş isə təsisçi İ.Əliyevin özü tərəfindən imzalanmışdır. Bundan başqa MM-nin 91.1-3-cü maddəsinə görə növbədənkənar ümumi yığıncaq bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırıla bilər. İşin hallarından göründüyü kimi Cavabdeh1 MMC-də 25%, bununla da ¼ hissədə pay sahibidir. Bu halda bildirişin Cavabdeh1 nümayəndəsi tərəfindən imzalanması halı kifayət edir ki, həmin bildiriş səlahiyyətli şəxs tərəfindən imzalanmış hesab edilsin. Qeyd edirik ki, xx.xx.2022-ci il tarixli ümumi yığıncağın bildirişi İ.Əliyevin nümayəndəsi tərəfindən imzalanmışdır, ümumi yığıcaqda isə İ.Əliyev özü şəxsən iştirak etmişdir. Lakin məhkəmə bu hala düzgün qiymət verməmişdir. Məhkəmə yekun fikrində iclasın keçirilməsi barədə bildirişlərin iddiaçıya göndərilməməsi halına istinad etsə də, iddiaçının özünün məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, həm iddiaçı, həm MMC, həm də MMCnin direktoru Heydər İbrahimovun şəxsi rəsmi qeydiyyatda olduqları ünvanlara növbədənkənar ümumi yığıncağın çağırılmasına dair bildirişlər göndərilmiş və həmin bildirişlər sözügedən ünvanda qəbul edilmişdir. Əlavə olaraq, ümumrespublika üzrə yayımlanan kütləvi informasiya vasitəsində buna dair elan dərc etdirilmişdir. Bundan əlavə iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş MMC-nin direktoru Heydər İbrahimovun imzası və MMC-nin möhürü ilə təsdiq edilmiş “Məlumat” adlıqlı sənədin birinci və ikinci abzasının məzmunundan görünür ki, direktor xx.xx.2022-ci il tarixə təyin edilmiş növbədənkənar ümumi yığıncağın keçirilməsinə dair bildirişi əldə etmiş və bu barədə bütün təsisçilərə xx.xx.2022-ci il tarixli, 38 saylı və xx.xx.2022-ci il tarixli 39 saylı məktub ünvanlamışdır. İşin hallarından aşkar şəkildə görünür ki, İddiaçı, habelə MMC sözügedən növbədəkənar ümumi yığıncağın keçirilməsinə dair vaxtında məlumatlandırılmışlar. MMnin 91.1-4-cü maddəsinin tələbi baxımından hər iki növbədənkənar ümumi yığıncaqda ümumi səslərin 75%-ə malik təsisçilər iştirak etdiyindən, bu səbəbdən də ümumi yığıncaq səlahiyyətli hesab edildiyindən, həmin iclasda qəbul edilmiş qərar qanuni olmuşdur. Digər təsisçi İddiaçı həmin iclaslarda iştirakı mahiyyət etibarı ilə nəticəni dəyişməyəcəyinə görə, məhkəmənin İddiaçı iştirakı olmadan ümumi yığıncağın keçirilməsinə etdiyi dolayı istinad və bununla da sözügedən yığıncağın qərar və protokollarının etibarsızlığına dair yekun fikri MM-nin həmçinin 91.1-4-cü maddəsinin tələbinə ziddir. Ümumi yığıncaq səlahiyyətli olduğundan bu hal ümumi yığıncağın qərarının etibarsızlığı üçün əsas ola bilməz. İş materiallarına əlavə edilmiş Bakı 13 saylı Mediasiya Təşkilatınınn xx.xx.2022-ci il tarixli, № MŞB/13-00050 saylı və Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-00031 saylı arayışlarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixə, saat 14:00-a və xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının keçirilməsi ilə bağlı bildirişlərin, xx.xx.2022-ci il tarixli Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının protokolunun və onun əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli Cavabdeh2 MMC-nin təsisçilərinin qərarının etibarsız hesab olunması tələblərini mediasiyadan keçirmiş, Cavabdeh1 qarşı irəli sürmüş olduğu “mənəvi ziyan” tələbi isə mediasiyadan keçilrilməmişdir. Belə olan halda iddia tələbi həmin hissədə baxılmamış saxlanılmalı olduğu halda, məhkəmə işə qərəzli yanaşdığını bir daha təsdiq edərək, iddia tələbini təmin etmişdir. Üstəlik qeyd edilməlidir ki, İddiaçı MPM-in 108.1-ci, 113-cü, habelə “Dövlət rüsumu haqqında” AR Qanununun 8 və 9-cu maddələrinin tələbindən irəli gələrək “10000 manat mənəvi ziyanın ödənilməsi” tələbinə dair qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəməli olduğu halda, bunu etməmiş, bu kəsirə məhkəmə göz yummuş, kobud pozuntuya şərait yaratmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarında göstərmişdir ki, ...˝ Konstitusiyanın 60-cımaddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Yuxarıda sadalanan apelyasiya şikayətinin dəlillərindən aydın olur ki, hazırkı məhkəmə qətnaməsi əsaslı və qanuni deyildir, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmə işə qərəzli yanaşmış, ədalətli olmamış, tərəflərin bərabərliyi, çəkişmə kimi təməl prinsipləri pozmuşdur. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Məhkəmə özünün xx.xx.2023-cü il tarixli qətnaməsində preyudisiallıq prinsipinə istinad etmiş və ondan irəli gələn halların yenidən sübut edilməsinə gərək olmadığını bildirmişdir. Lakin hazırki iddia tələbi üzrə hansı halların və konkret hansı məhkəmə qətnamələri üzrə preyudisial olmasını göstərməmişdir. Qətnamədə sadalanan bir sıra qərarların ümumən hazırkı iddia ilə bağlılığı mövcud deyildir. Digər işlər üzrə isə məhkəmə çəkişməsi davam edir. Preyudisial olması üçün tərəflərin eyni şəxslər olması və qətnamənin qanuni qüvvəyə minməsi tələb olunur. Güman olunur ki, İ.Əliyevin nümayəndəsi O.Ağalarovun xx.xx.2023cü il tarixli növbədənkənar ümumi yığıncağa dair bildirişi imzalama səlahiyyəti baxımından məhkəmə 82.3-cü maddəyə istinad edir (hərçənd tərəf olaraq, biz bu halı güman etməli deyilik, məhkəmə qətnaməsində birbaşa göstərilməli, qətnamə əks olunan fikirlər açıq, aydın sözlərlə ifadə edilməlidir), həmin iş üzrə məhkəmə çəkişməsi hələ də davam etdiyindən və qətnamə qanuni qüvvəsini almadığından O.Ağalarov səlahiyyəti məsələsinə hazırkı iş üzrə məhkəmə qiymət verə bilməz. İşin hallarından görünür ki, iddiaçı ümumi yığıncağa dair bildirişləri almamasına istinad etsə də, rəsmi ünvanına göndərilmiş sənədlər qəbul edilmişdir. Bundan əlavə MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli məktubundan da məlum olur ki, sonuncu da təsisçiləri növbədənkənar ümumi yığıncaq barədə məlumatlandırmışdır. Belə olan halda İddiaçı iddia ərizəsində irəli sürdüyü tələblərinin əsaslarını sübut edə bilməmişdir. Əksinə özünün təqdim etdiyi sübutlarla bu iddia ərizəsində göstərilmiş hallar təkzib edilmişdir. Bununla belə məhkəmə MPM-nin 77.1ci maddəsinin tələbindən irəli gələn halları düzgün tətbiq etməmişdir. Prosessual Məcəllənin tələbi və hüquqi ümumi prinsipləri baxımından iddia tələbini etiraf və qəbul edilməsi yalnız həmin tərəf üçün əhəmiyyət kəsb edə bilər. Məhkəmə hazırkı işdə Cavabdeh2 MMC-nin iddianı qəbul etməsini Cavabdeh1 münasibətdə də iddia tələblərinin təmin edilməsi əsası kimi qəbul etmişdir. Bu hal qanunun və hüququn ümumi prinsiplərinin tələbinə ziddir. Bundan başqa hazırkı mübahisə növbədənkənar ümumi yığıncağın bildiriş, qərar və protokollarının etibarsızlığı ilə bağlı olduğundan və MMC-nin hazıkı iddianı qəbul etməsi məqsədli həyata keçirildiyindən, o cümlədən MMC-nin direktoru Heydər İbrahimovun hazırkı iddiada maraqlı olmasını nəzərə alaraq, məhkəmə bu etirafı qəbul etməməli və faktların ümumi qaydada sübut edilməsini iddiaçıdan tələb etməli olduğu halda bunu etməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında deyilir ki, “... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir”. İşin hallarından göründüyü kimi məhkəmə 2-2(113)-1775/2023 saylı kommersiya işinin baxılmamış saxlanılmasına dair qərardad qəbul etdikdən sonra Cavabdeh1 işdə iştirakını təmin etməmiş, sonrakı məhkəmə prosesləri barədə kabinetə məlumat yerləşdirməklə kifayətlənmiş, buna dair kağız daşıyıcıda məlumatı Cavabdeh1 qeydiyyat ünvanına göndərməmişdir. Eyni zamandan işin hallarından görünür ki, məhkəmə iddiaçının təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməmiş, həmin sübutların iddia tələbini rədd etməyə yetərli olmasına baxmayaraq, sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, qətnamədə onların bir qismini sadəcə sadalamaqla kifayətlənmiş, üstəlik hazırkı iddia ilə əlaqəsi olmayan bir sıra məhkəmə qətnamələrini də qeyd etməklə həmin yekunda yanlış hüquqi mövqe nümayiş etdirmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, işin materiallarından da göründüyü kimi X34 Şahbaz Cavabdeh2 MMC də ikisi birlikdə 75 faiz səsə malik olmuşlar. Bununla əlaqədar, təsisçilərin ümumi yığıncağında İddiaçı iştirakı (25 faiz səsə malik olmuşdur) həmin qərarın dəyişilməsi üçün əsas deyildir. Səs hüququ çox olanlara üstünlük verilir. İclaslar barədə tərəfin əvvəlcədən məlumatı olmuşdur, çünki bu barədə digər təsisçilərə məktub ünvanlamışdır. Dövlət rüsumunun ödənilməsində yaranmış yalnışlıq aradan qaldırılmış, 10 manat dövlət rüsumu ödənilərək qəbz elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuşdur.

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, təsisçilərdən biri olan İlqar Əliyev bütün instansiyalara müraciət edərək, həmin ümumi yığıncağın qərarından məlumatsız olduğunu, onun iştirakı ilə keçirilmədiyini bildirmişdir. Bildiriş ümumiyyətlə saxta iclas barədə tərtib olunduğu üçün etibarsız hesab edilməlidir.

15. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndələri Nümayəndə3 və Nümayəndə4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Mülki Məcəllənin 49.3-cü madəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir.

18. Mülki Məcəllənin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.

19. Mülki Məcəllənin 91.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və ya təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və (və ya) təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər.

20. Mülki Məcəllənin 91.1-1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər.

21. Mülki Məcəllənin 91.1-2-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır.

22. Mülki Məcəllənin 91.1-3-cü maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır.

23. Mülki Məcəllənin 91.1-4-cü maddəsinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir.

24. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

27. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

28. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(103)-721/2023 saylı qərardadı ilə iddia tələbinə xx.xx.2022-ci il tarixə, saat 14:00-a və xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının keçirilməsi ilə bağlı bildirişlərin etibarsız hesab edilməsi hissəsində xitam verilmişdir.

31. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddia tələbinin təmin edilən (xitam verilmiş hissədən başqa) hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.

33. İş materiallarına əlavə edilmiş:

34. X43 hüquq-mühafizə orqanlarına, məhkəmələrə, idarə və təşkilatlara, icra və probasiya şöbələrinə, notariat ofislərinə, digər səlahiyyətli orqanlara ərizə ilə müraciət edərək, 3048 reyestr nömrəli xx.xx.2022 tarixli, 4973 reyestr nömrəli, xx.xx.2022 tarixli 4362 reyestr nömrəli, xx.xx.2022 tarixli 4363 reyestr nömrəli, xx.xx.2022 tarixli, 4365 reyestr nömrəli, xx.xx.2022 tarixli, 4368 reyestr nömrəli, xx.xx.2022 tarixli, 4369 reyestr nömrəli, xx.xx.2022 tarixli, 4370 reyestr nömrəli, xx.xx.2022 tarixli, 4600 reyestr nömrəli, xx.xx.2022 tarixli, 4676 reyestr nömrəli, xx.xx.2022 tarixli, 4677 reyestr nömrəli, xx.xx.2022 tarixli, 4678 reyestr nömrəli, xx.xx.2022 tarixli, 4679 reyestr nömrəli, xx.xx.2022 tarixli, 4680 reyestr nömrəli, xx.xx.2022 tarixli, 18693 reyestr nömrəli, xx.xx.2022 tarixli, 19456 reyestr nömrəli, xx.xx.2022 tarixli, 19458 reyestr nömrəli, xx.xx.2022 tarixli, 19455 reyestr nömrəli, xx.xx.2022 tarixli, 5642 reyestr nömrəli, xx.xx.2022 tarixli, 5643 reyestr nömrəli, xx.xx.2022 tarixli, 18621 reyestr nömrəli, xx.xx.2022 tarixli, 18619 reyestr nömrəli, xx.xx.2022 tarixli, 18620 reyestr nömrəli, xx.xx.2022 tarixli, 5644 reyestr nömrəli, xx.xx.2022 tarixli, 18698 reyestr nömrəli, xx.xx.2022 tarixli, 18692 reyestr nömrəli, xx.xx.2022 tarixli, 18618 reyestr nömrəli, xx.xx.2022 tarixli, 18662 reyestr nömrəli, xx.xx.2022 tarixli, 18619 reyestr nömrəli, xx.xx.2022 tarixli, 18654 reyestr nömrəli, xx.xx.2022 tarixli, 18696 reyestr nömrəli, xx.xx.2022 tarixli, 18694 reyestr nömrəli, xx.xx.2022 tarixli, 18697 reyestr nömrəli, xx.xx.2022 tarixli, 18695 reyestr nömrəli, xx.xx.2022 tarixli, 18699 reyestr nömrəli, xx.xx.2022 tarixli, 23395 reyestr nömrəli, xx.xx.2022 tarixli, 23390 reyestr nömrəli, xx.xx.2022 tarixli, 6836 reyestr nömrəli, xx.xx.2022 tarixli, 23394 reyestr nömrəli, xx.xx.2022 tarixli, 23392 reyestr nömrəli, xx.xx.2022 tarixli, 23391 reyestr nömrəli, xx.xx.2022 tarixli, 23401 reyestr nömrəli, xx.xx.2022 tarixli, 6835 reyestr nömrəli, xx.xx.2022 tarixli, 23400 reyestr nömrəli, xx.xx.2022 tarixli, 23723 reyestr nömrəli, xx.xx.2022 tarixli, 23393 reyestr nömrəli, xx.xx.2022 tarixli etibarnamə və ərizələrin ləğv edilməsini xahiş etmişdir. Ərizə 30 sentyabr 2022 tarixində Bakı şəhəri “41” saylı notariat ofisində təsdiq edilmişdir.

35. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-208/2020 saylı xx.xx.2020 tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2 MMCyə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X31, Bakı şəhəri İcra Hakimiyyətinə, Abşeron rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və həmin Xidmətin Abşeron Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna edilən müdaxilələrin aradan qaldırılması və s.” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2(006)- 64/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə dair iş üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2(006)- 64/2018 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş məhkəmə ekspertizasının xərci hesabına Cavabdeh1 50 (əlli) manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

36. Həmin qətnamədən məlum olur ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2 MMC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X31, Bakı şəhəri İcra Hakimiyyətinə, Abşeron rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və həmin Xidmətin Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanında inşa edilmiş 1 ədəd çoxmərtəbəli yaşayış binası üzrə 348 kv.m. (1-ci mərtəbədə 713 kv.m. və 2-ci mərtəbədə 680 kv.m. qeyri-yaşayış sahəsinin 25%-nin) qeyri-yaşayış sahəsinin naturada iddiaçıya təhvil verilməsi və yaxud göstərilən əmlakın naturada təhvil verilməsi mümkün olmadığı halda həmin əmlakın 696000 manat dəyərinin cavabdehlərdən müştərək qaydada tutulmaqla iddiaçıya ödənilməsi, ünvan 4 ünvanında inşa olunmuş 3 ədəd çoxmərtəbəli yaşayış binası üzrə ümumilikdə 2830 kv.m. yaşayış və 844 kv.m. qeyri-yaşayış sahəsinin naturada iddiaçıya təhvil verilməsi və yaxud göstərilən əmlakların naturada təhvil verilməsi mümkün olmadığı halda, yaşayış sahəsi üçün ******* manat və qeyri-yaşayış sahəsi üçün ******* manat, toplam ******* manat vəsaitin cavabdehlərdən müştərək qaydada tutulmaqla iddiaçıya ödənilməsi, Cavabdeh2 MMC-nin mülkiyyətində olan, Xırdalan şəhəri ərazisində yerləşən 40 hektar torpaq sahəsindəki əmlakların istifadəsindən əldə olunmuş gəlirin iddiaçının payına düşən hissəsinin 2016-cı ilin oktyabr ayı daxil olmaqla 11 ay üzrə 275000 manat vəsaitin cavabdehlərdən müştərək qaydada tutulmaqla iddiaçıya ödənilməsi, İddiaçı ilə paylı mülkiyyətdə olan Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 9 saylı yük avtomobil nəqliyyatı müəssisəsinin ərazisində fəaliyyət göstərən qeyri-yaşayış sahələrinin istifadəsindən əldə olunmuş gəlirin (o cümlədən icarə haqlarının) iddiaçının payına düşən hissəsinin 2016-cı ilin oktyabr ayı daxil olmaqla 11 ay üzrə 242000 manat vəsaitin cavabdeh İddiaçı tutulmaqla iddiaçıya ödənilməsi, Cavabdeh2 MMC-nin mülkiyyətində olan, Xırdalan şəhəri ərazisində yerləşən 40 hektar torpaq sahəsindəki əmlakların və Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 9 saylı yük avtomobil nəqliyyatı müəssisəsinin ərazisində yerləşən əmlakların iddiaçının payına düşən hissə miqdarında naturada bölünməklə iddiaçıya təhvil verilməsi, cavabdehlər İddiaçı və Cavabdeh2 MMC tərəfindən paylı mülkiyyətdə olan əmlaklar üzərindəki, eləcə də ayrılıqda iddiaçının mülkiyyətində olan əmlaklar üzərindəki hüquqların məhdudlaşdırılmasına yönəldilən və həmin əmlakların istifadəsinə edilən müdaxilə və maneələr kimi hərəkətlərin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2(006)- 64/2018 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021 tarixli 2(102)-718/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2020-ci il tarixli 2(103)-5057/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair iş üzrə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2020-ci il tarixli 2(103)- 5057/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

38. Həmin qərardan məlum olur ki, iddiaçılar Cavabdeh2 MMC-nin təsisçiləri X43 və İddiaçı cavabdehlər olan həmin MMC-nin təsisçisi Cavabdeh1, habelə X20 və X14 qarşı iddia ərizəsi, sonradan isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1 114703 manat məbləğində pul vəsaitinin müştərək qaydada alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(005)- 27/2019 nömrəli qətnaməsi ilə (hakim R.N.Quliyev) iddia qismən təmin edilərək, Cavabdeh1 ******* manat məbləğində pulun Cavabdeh2 MMC-nin təsisçiləri X27 və İddiaçı xeyrinə tutulması, iddianın qalan hissələrdə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli, 2(103)- 8633/2019 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və F.F.Babayevdən ibarət tərkibdə) Cavabdeh1 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(005)- 27/2019 nömrəli qətnaməsi “Cavabdeh1 Cavabdeh2 MMC-nin təsisçiləri X27 və İddiaçı xeyrinə ******* manat məbləğində pul tutulması” hissəsində ləğv olunmuş və iddia həmin hissədə də təmin edilməmiş, iddiaçılar X27 və İddiaçı apellyasiya şikayətləri təmin olunmamış, qətnamə onların mübahisələndirdikləri hissədə (yəni, iddianın X20 və X14 münasibətdə təmin edilmədiyi hissədə) dəyişdirilmədən saxlanılması qət edilmişdir.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021 tarixli 2(102)-5518/2021 saylı qərarı ilə iddiaçı Cavabdeh2 MMC-nin cavabdeh X20 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh1 “müqavilənin ləğv edilməsi və mənzilin qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2021-ci il tarixli, 2(103)- 743/2020 nömrəli qətnaməsindən cavabdeh X32 və üçüncü şəxs Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə cavabdeh X32 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli, 2(103)-743/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)-3755/2019 nömrəli qətnaməsi ilə (hakim S.İ.Ədilova) iddia təmin edilərək, Cavabdeh2 MMC ilə X32 arasında bağlanmış 07 may 2012-ci il tarixli, 117 saylı müqavilənin ləğv edilməsi, ünvan 5 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 kv.m və 128,8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillərin boşaldılaraq Cavabdeh2 MMC-yə geri qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2020-ci il tarixli, 2(103)-743/2020 nömrəli qətnaməsi ilə (hakimlər İ.S.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Səmədovdan və E.C.Kazımovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin olunmamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)-3755/2019 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətlərinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır.

40. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasın 2(103)-10481/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3300/2021 saylı iş üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh X23 və cavabdeh Arzu Şahbazovanın nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3300/2021 saylı iş üzrə 05 avqust 2021- ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

41. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3300/2021 saylı iş üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1, X14 və X15 qarşı “maddi ziyanın ödənilməsi tələbi”nə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3300/2021 saylı iş üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər X24 və X5 müştərək qaydada maddi zərərin əvəzi kimi 23.220 (iyirmi üç min iki yüz iyirmi) manat məbləğində pulun alınaraq iddiaçı Cavabdeh2nə verilməsi, iddia tələbinin qalan hissədə və Cavabdeh1 münasibətdə təmin edilməməsi qət edilmişdir.

42. Qanuni qüvvəyə minmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022 tarixli 2- 2(113)- 224/2022 saylı qətnaməsi ilə "xxxx" Şirkəti tərəfindən verilmiş 11 yanvar 2007-ci il tarixli 1 nömrəli əmr, 12 mart 2012-ci il tarixli 1 nömrəli əmr və 12 iyul 2012-ci il tarixli 48 nömrəli etibarnamənin etibarsız hesab edilməsi qət edilmişdir.

43. Cavabdeh2 MMC-nin 30 iyun 2022 tarixli qərarı ilə X22 30 iyun 2022 tarixdən Cavabdeh2 MMC-nin direktoru vəzifinə təyin edilmiş və nizamnaməyə uyğun olaraq maliyyə-təsərrüfatı fəaliyyəti ilə əlaqədar cari işlərin yerinə yetirilməsi üçün səlahiyyətlər verilmişdir. X16 və Cavabdeh1 (əvəzinə etibarnamə üzrə səlahiyyətli nümayəndə X32) qeyd edilməklə imzalanmış, möhürlə təsdiq edilmişdir.

44. Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizənin surətindən məlum olur ki, X8 Cavabdeh2 MMC-nin qanuni təmsilçisi kimi qeydiyyata alınması ilə bağlı müraciət edilmişdir.

45. Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamenti Kommersiya Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 20 iyun 2014 tarixində təsdiq edilmiş Cavabdeh2 nizamnaməsində (2-ci redaksiyada) 3.1 bəndində cəmiyyətin təsisçisi olaraq göstərilmişdir. X43, İddiaçı, Cavabdeh1. 6.3 bəndə əsasən təsisçinin nizamnamə kapitalında paya uyğun olaraq X43 100 manat 2 pay, İddiaçı 50 manat 1 pay, Cavabdeh1 50 manat 1 pay.

46. 9.1-ci bəndə əsasən Cəmiyyətin ali idarəetmə orqanı təsisçilərinin azı ildə bir dəfə çağırılan ümumi yığıncağıdır. 9.3-cü bəndə əsasən cəmiyyətin fəaliyyətinə cari rəhbərlik cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktorlar tərəfindən həyata keçirilir.

47. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən xx.xx.2014 tarixli **********213400 nömrəli çıxarışdan məlum olur ki, Cavabdeh2 MMC-nin təsisçiləri X44 50%, İddiaçı 25%, Cavabdeh1 25% paya malikdir.

48. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən xx.xx.2014 tarixli **********213400 nömrəli çıxarışdan məlum olur ki, X35 Cavabdeh2 MMC-nin əvvəlki, X9 hazırki qanuni təmsilçisidir.

49. X43, Cavabdeh1 (yerinə etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X32 olmaqla) tərəfindən imzalanmış İddiaçı göndərilmiş bildirişdə xx.xx.2022-ci il tarixdə Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağına dəvət edilmiş, təsisçi iştirak etmədiyindən xx.xx.2022 tarixə saat 11:00-a təxirə salınmışdır. Ümumi yığıncağın gündəliyinə Cavabdeh2 MMC-də 2019-2022-ci illər üzrə keçirilmiş auditor yoxlamalarının nəticələrinə dair rəylərin, həmin illər üzrə cəmiyyətin mənfəət və zərərinə dair hesabatların habelə göstərilən illər üzrə cəmiyyətin adından bağlanılmış müqavilələrin müzakirəsi və müvafiq qərarların qəbulu daxildir.

50. X43 (yerinə etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X18 olmaqla), Cavabdeh1 (yerinə etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X32 olmaqla) tərəfindən imzalanmış X3 göndərilmiş bildirişdə xx.xx.2022-ci il tarixdə keçiriləcək Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağı gündəliyinə 2019-2022-ci illər üzrə keçirilməli olan auditor yoxlamalarının nəticələrinin müzakirəsi və cəmiyyətin direktoru kimi fəaliyyətin yoxlanılması və bununla bağlı müvafiq qərarların qəbulu daxil edilmişdir. 2019- 2022-ci illər üzrə keçirilməli olan auditor yoxlamalarının nəticələrinə dair rəylər, sözügedən illər üzrə cəmiyyətin mənfəət və zərərinə dair hesabatların, habelə göstərilən illər üzrə cəmiyyətin adından bağlanılmış müqavilələr və onlar barədə məlumatların təqdim edilməsi zərurətin yarandığı, həmin sənədlərin təqdim edilməsi qeyd edilmişdir.

51. Cavabdeh2 MMC-nin direktoru X9 tərəfindən verilmiş məlumatda qeyd edilmişdir ki, Cavabdeh2 MMC-nin təsisçisi X43 adından etibarnamə üzrə nümayəndəsi X18 tərəfindən ünvan 6 ünvanında xx.xx.2022 tarixə saat 14:00-a təyin edilmiş Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının keçirilməsi və sənədlərin təqdim edilməsi barədə bildirişlər göndərilmişdir. xx.xx.2022 tarixli 38 nömrəli və xx.xx.2022 tarixli 39 nömrəli məktubla bütün təsisçilərə “ümumi yığıncağın keçirilməsi barədə bildirişə cavab” göndərilmişdir. Lakin xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində X43 mobil nömrəyə zəng vuraraq bildirmişdir ki, etibarnamə üzrə X18 tərəfindən Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının keçirilməsi və sənədlərin təqdim edilməsi barədə bildirişlərdən məlumatı yoxdur və bu barədə hər-hansı bir şəxsə göstəriş verməmişdir. Məlumat xx.xx.2022 tarixində imzalanmış Cavabdeh2 MMC-nin möhürü ilə təsdiq edilmişdir.

52. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022 tarixli çıxarışından məlum olur ki, Cavabdeh2 MMC-nin əvvəlki direktoru X9, X22 hazırkı təmsilçi kimi göstərilmişdir.

53. İddiaçı iddia tələbində Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının protokolunun, qərarının və həmin qərar əsasında qeydə alınmış faktların etibarsız hesab edilərək dəyişdirilməsini, eyni zamanda Cavabdeh1 vurulmuş mənəvi ziyanın əvəzinin tutulmasını tələb etmişdir.

54. İddiaçı iddia ərizəsində Cavabdeh2 MMC-nin mübahisələndirilən ümumi yığıncağının protokolunun, qərarının etibarsızlığını onunla əsaslandırmışdır ki, ümumi yığıncağın çağırılması barədə bildirişlər qanunvericiliyin tələblərinə zidd olaraq təsisçilərin tələbi ilə direktor tərəfindən yox, birbaşa təsisçi tərəfindən çağırılmışdır. Bundan başqa iclasın keçirilməsi barədə bildirişi X27 adından imzalamış X4 bu səlahiyyəti olmamış, iclasın keçirilməsi barədə bildirişlər iddiaçıya göndərilməmişdir.

55. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iş materiallarından da təsdiq olunur ki, Cavabdeh2 MMC-nin ümumi yığıncağının keçirilməsi barədə bildirişlər qanunvericiliyin tələbləri pozulmaqla çağırılmışdır. Bu baxımdan həmin ümumi yığıncağın qərarı və o qərarın nəticələri də hazırda təsisçilərdən biri tərəfindən mübahisələndirildiyindən etibarsız hesab edilməli və iddia tələbi həmin hissədə təmin edilməlidir. Qeyd edilənlərdən əlavə ümmumi yığıncağın çağırılması və onun nəticələrinin etibarlılığına hüquqi qiymət verilərkən məhkəmə tərəfindən faktın preyudisiallığı halları da nəzərə alınmalıdır.

56. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.

58. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi).

59. Birinci instansiya məhkəməsi həmçinin əsaslı olaraq qeyd edir ki, digər tərəfdən məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayənədələri də iddia tələbini qəbul etdiklərini bildirmişdir ki, qeyd edilən hallara məcmu şəkildə qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

60. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “03” noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında qeyd edilmişdir: Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X17 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar.

61. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X17 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

62. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər.

63. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işinsair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

64. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

65. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

66. Bundan başqa iddiaçı iddia tələbində eyni zamanda Cavabdeh1 dəymiş mənəvi ziyanın əvəzi olaraq 10.000 (on min) manatın da tutulmasını tələb etmişdir. Qeyd edilənləri, eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutları nəzərə alaraq kollegiya iddiaçının mənəvi zərərə məruz qaldığını əsas götürüb hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qeyd edilən hissədə də əsaslı olduğundan vurulmuş 10.000 mana mənəvi zərərin cavabdehdən tutulması barədə düzgün nəticəyə gəlmişdir.

67. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə xərclərinin tərəflərin özlərinə aid etməkdə düzgün nəticəyə gəlmişdir.

68. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən apellyator tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

69. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən “xx.xx.2022-ci il tarixli Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının protokolu, onun əsasında qəbul edilmş xx.xx.2022-ci il tarixli qərarın və həmin qərar əsasında hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin etibarsız hesab edilməsi, Cavabdeh2 MMCnin (VÖEN **********) əvvəlki qanuni təmsilçisi X2 (Ş/V: AZE 02805424, FİN: 3NFY6VA) cəmiyyətin qanuni təmsilçisi qismində fəaliyyətinin bərpa edilməsi, bu barədə məlumatın kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi, Cavabdeh1 dəymiş mənəvi ziyanın əvəzi olaraq 10.000 (on min) manat tutularaq İddiaçı ödənilməsi” hissəsində qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

70. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, e-2-2(113)-1775/2023 saylı qətnaməsi – “xx.xx.2022-ci il tarixli Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının protokolu, onun əsasında qəbul edilmş xx.xx.2022-ci il tarixli qərarın və həmin qərar əsasında hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin etibarsız hesab edilməsi, Cavabdeh2 MMC-nin (VÖEN **********) əvvəlki qanuni təmsilçisi X2 (Ş/V: AZE 02805424, FİN: 3NFY6VA) cəmiyyətin qanuni təmsilçisi qismində fəaliyyətinin bərpa edilməsi, bu barədə məlumatın kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi, Cavabdeh1 dəymiş mənəvi ziyanın əvəzi olaraq 10.000 (on min) manat tutularaq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar