Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-721/2024 16.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2, İddiaçı4 Cavabdeh BOKT ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçıların nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2644/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh BOKT ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2, İddiaçı4 Cavabdeh BOKT ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh BOKT ASC-dən İddiaçı2 xeyrinə 2021-ci ilin İİİ və İV rübü, 2022-ci ilin İ, İİ, İİİ və İV rübü, 2023-cü ilin İ rübü üzrə cəmi 525.000 manat, İddiaçı3 xeyrinə 2021-ci ilin İİİ və İV rübü, 2022-ci ilin İ, İİ, İİİ və İV rübü, 2023-cü ilin İ rübü üzrə cəmi 525.000 manat, İddiaçı4 xeyrinə 2021-ci ilin İİİ və İV rübü, 2022-ci ilin İ, İİ, İİİ və İV rübü, 2023-cü ilin İ rübü üzrə cəmi 157.500 manat, İddiaçı1 xeyrinə 2021-ci ilin İİİ və İV rübü, 2022-ci ilin İ, İİ, İİİ və İV rübü, 2023-cü ilin İ rübü üzrə cəmi 157.500 manat, ümumilikdə 1.365.000 və ödənilmiş 1323 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 1.366.323 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı bildirir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (hal-hazırda hüquqi varisi olan Cavabdeh BOKT ASC-ti) ilə İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı1 arasında bağlanmış 10 dekabr 2014-cü il tarixli sənədsiz imtiyazlı adlı səhm müqaviləsi və 10 dekabr 2014-cü il tarixli sənədsiz imtiyazlı adlı səhm müqaviləsi, 15 yanvar 2010-cu il tarixli sənədsiz imtiyazlı adlı səhm müqaviləsi və 15 yanvar 2010-cu il tarixli sənədsiz imtiyazlı adlı səhm müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən investorlar tərəfindən "xxxx" ASC-nin səhmlərinə 6.500 000 manat məbləğində pul vəsaiti yerləşdirilir və müqavilə müddəti 84 ay müəyyənləşdirilir. Bu müqavilələrin şərtlərinə görə səhmlərin gəlirlik nominalın 12 % miqdarında hesablanması və hər 3 (üç) aydan bir ödənilmək şərtilə müəyyən olunmuşdur. 21 iyul 2016-cı il tarixdən "xxxx" ASC-ti tərəfindən öhdəliklərin icrası dayandırılmış və müqavilələrin 1-ci bəndinin 1.1-ci yarımbəndlərinin şərtləri pozulmuşdur, yəni müqavilənin predmetinə əsasən investorlar özlərinə məxsus pul vəsaitini bankın səhmlərinə yerləşdirir və səhmlərə görə gəlirlilik nominalının 12 % miqdarında gəlir əldə edir. Mətbuatdan əldə olunmuş məlumatlara görə 2017-ci il tarixli Bakı İnzibati-İqtisadi məhkəməsinin qərarına görə "xxxx" ASC-ti bank kimi fəaliyyətini dayandırmış və Cavabdeh BOKT ASC-ti hüquqi varisi kimi müəyyən olunmuşdur. 26 may 2023-cü il tarixdə öhdəliyin icra edilməməsi nəticəsində yaranmış borc məbləğlərinin qaytarılması haqqında pritenziya irəli sürülsə də borc məbləği bu günə kimi ödənilməmiş qalmaqdadır.
3. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, İddiaçı3 xeyrinə - 675.000 manat, İddiaçı2 xeyrinə - 656.000 manat, İddiaçı4 xeyrinə - 202.500 manat və İddiaçı1 xeyrinə - 155.000 manat, ümumilikdə 1.688.500 manat məbləğində dividend borcunun və ödənilmiş 1325 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə ******* manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçılar cavabdeh ASC-nin imtiyazlı səhm sahibləridir, iddia ərizəsində göstərilən ümumilikdə 1.688.500 manat məbləğində dividend borcu iddiaçılara ödənilməlidir. Lakin cavabdehin hazırda maliyyə vəziyyəti həmin dividendlərin ödənilməsinə imkan vermir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2644/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Cavabdeh Para” BOKT ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəsinin əsasını təşkil edən pul isə imtiyazlı səhmlərə görə hesablanmalı olan dividentdən yaranan puldur. Lakin, məhkəmə məbləğlərin tutulması qənaitinə gələn zaman bu məbləğlərin düzgün hesablanıb-hesablanmamasını müəyyən etməmişdir. Odur ki, bu halda mühasibatlıq ekspertizası təyin edilməli və məbləğlərin düzgün hesablanması dəqiqləşdirilməli idi. Eyni zamanda, Cəmiyyətin fəaliyyəti nəticəsində heç bir gəlir əldə edilmədiyindən 2022 və 2023-cü illər üzrə divident hesablanmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçıların nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Mülki Məcəllənin 106.2-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin adi və imtiyazlı səhmlər buraxmaq hüququ vardır. Səhmdar cəmiyyətinin nizamnamə kapitalının ümumi həcmində imtiyazlı səhmlərin payı iyirmi beş faizdən çox ola bilməz. İmtiyazlı səhm öz mülkiyyətçilərinə səhmdar cəmiyyətinin ləğvindən sonra qalan əmlak hissəsini almaqda başqa səhmdarlara nisbətən üstünlük hüququ və bu cür səhmlərin buraxılması şərtlərində nəzərdə tutulan digər hüquqları verir. Bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş hallar istisna olunmaqla, imtiyazlı səhmlər öz mülkiyyətçilərinə cəmiyyətin işlərinin idarə olunmasında iştirak etmək hüququ vermir.
11. Həmin Məcəllənin 106-3.4-cü maddəsinə əsasən imtiyazlı səhm üzrə dividend səhmdar cəmiyyətinin təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq, imtiyazlı səhm mülkiyyətçilərinə, bir qayda olaraq, səhmin nominal dəyərinin sabit faizi şəklində ödənilən vəsaitdir. Həmin vəsaitin ödənilməsini təmin etmək üçün səhmdar cəmiyyəti öz vəsaitləri hesabına xüsusi fondlar yarada bilər.
12. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 13.Həmin Məcəllənin 209.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir. 14.Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
17. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcllənin 106-3.4-cü maddəsi təşkil edir.
18. Həmin maddənin tələblərinə görə imtiyazlı səhm üzrə dividend səhmdar cəmiyyətinin təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq, imtiyazlı səhm mülkiyyətçilərinə, bir qayda olaraq, səhmin nominal dəyərinin sabit faizi şəklində ödənilən vəsaitdir. Həmin vəsaitin ödənilməsini təmin etmək üçün səhmdar cəmiyyəti öz vəsaitləri hesabına xüsusi fondlar yarada bilər.
19. Hazırki işdə də iddiaçıların həmin maddəyə əsasən dividentlərin ödənilməsini tələb etmək hüquqları var.
20. Belə ki, cavabdehin Nizamnaməsinin 4.1-ci bəndinə əsasən Cəmiyyətin nizamnamə kapitalı 38887000 manat təşkil edir və hər birinin nominal dəyəri 200 manat olmaqla,146332 ədəd adlı səhm, 48103 ədəd imtiyazlı səhmlərdən ibarətdir.
21. Qiymətli kağız sahiblərinin reyestrinə əsasən cavabdeh nominal dəyəri 200 manat olan ümumilikdə 11520 ədəd imtiyazlı adlı səhm yerləşdirmişdir. İddiaçı1 ümumilikdə 3750 ədəd, İddiaçı3 12500 ədəd, İddiaçı2 12500 ədəd, İddiaçı4 3750 ədəd imtiyazlı səhmə malikdir.
22. Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş cavabdehin səhmlərinin emissiya prospektinə əsasən cavabdeh ASC-nin imtiyazlı səhm sahibi olan səhmdarları emitentin maliyyə fəaliyyətinin nəticəsindən asılı olmayaraq səhmlərin nominal dəyərinin illik 12 faizi həcmində dividend almaq hüququna malikdir.
23. Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrindən çıxarışdan görünür ki, İddiaçı1 malik olduğu imtiyazlı səhmlərin ümumi miqdarı 3750 ədəd, İddiaçı3 12500 ədəd, İddiaçı2 12500 ədəd, İddiaçı4 3750 ədəddir.
24. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 0544/PB saylı arayışa əsasən, İddiaçı3 2021-ci ilin 3 və 4 rüb üzrə, 2022-ci il üzrə tam və 2023-cü ilin 1 rüb üzrə 75.000, cəmi 525.000 manat; İddiaçı2 2021-ci ilin 3 rüb üzrə 56.000 manat və 4 rüb tam, 2022-ci il tam və 2023-cü ilin 1 rüb üzrə 75.000, cəmi 506.000 manat; İddiaçı4 2021-ci ilin 3 və 4 rüb üzrə, 2022-ci il üzrə tam və 2023-cü ilin 1 rüb üzrə 22.500, cəmi 157.500 manat; İddiaçı1 2022-ci ilin 1 rüb üzrə 20.000 manat, 2, 3, 4 rüblər üzrə tam və 2023-cü ili 1 rüb üzrə 22.500, cəmi 110.000 manat dividend ödənilməlidir.
25. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 0619/PB saylı arayışa əsasən, 2023-cü ilin 2-ci rüb üzrə İddiaçı3 75.000 manat, İddiaçı2 75.000 manat, İddiaçı4 22.500 manat, İddiaçı1 22.500 manat dividend ödənilməlidir.
26. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 0891/PB saylı arayışa əsasən, 2023-cü ilin 3-cü rüb üzrə İddiaçı3 75.000 manat, İddiaçı2 75.000 manat, İddiaçı4 22.500 manat, İddiaçı1 22.500 manat dividend ödənilməlidir.
27. Qeyd olunan sübutlara əsasən müəyyən edilir ki, iddiaçılar cavabdeh ASC-nin imtiyazlı səhm sahibləridir və İddiaçı3 12500, İddiaçı2 12500, İddiaçı4 3750, İddiaçı1 3750 ədəd imtiyazlı səhmə malikdir.
28. İddiaçı2 2021-ci ilin İİİ və İV rübü, 2022-ci ilin İ, İİ, İİİ, İV rübləri, 2023-cü ilin İ, İİ, İİİ rübləri üzrə ümumilikdə 656.000 manat, İddiaçı3 2021-ci ilin İİİ və İV rübü, 2022-ci ilin İ, İİ, İİİ, İV rübləri, 2023-cü ilin İ, İİ, İİİ rübləri üzrə ümumilikdə 675.000 manat, İddiaçı4 2021-ci ilin İİİ və İV rübü, 2022-ci ilin İ, İİ, İİİ, İV rübləri, 2023-cü ilin İ, İİ, İİİ rübləri üzrə ümumilikdə 202.500 manat, İddiaçı1 2022-ci ilin İ, İİ, İİİ, İV rübləri, 2023-cü ilin İ, İİ, İİİ rübləri üzrə ümumilikdə 155.000 manat dividend ödənilməlidir.
29. Cavabdeh isə ASC-nin maliyyə vəziyyətinə görə həmin dividendləri ödəməyə maddi imkanının olmadığını bildirir.
30. Məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir.
31. Belə ki, Mülki Məcllənin 106-3.4-cü maddəsindən göründüyü kimi imtiyazlı səhm mülkiyyətçiləri ASC-nin təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq, malik olduqları imtiyazlı səhmlərə görə dividend almaq hüququna malikdirlər.
32. Bu baxımdan kollegiya hesab edir ki, İddiaçı2 656.000 manat, İddiaçı3 675.000 manat, İddiaçı4 202.500 manat, İddiaçı1 155.000 manat məbləğində dividend ödənilməsini tələb etməkdə haqlıdırlar.
33. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, yuxarıda göstərildiyi kimi imtiyazlı səhm üzrə dividentlərin ödənilməsi cəmiyyətin təsərrüfat fəaliyyətinin nəticəsindən asılı deyi (Mülki Məcəllənin 106-3.4-cü maddəsi). İş üzrə məhkəmə ekspertiazsının təyin edilməməsi ilə bağlı dəlillərə dair qeyd edilir ki, birinci instansiya məhkəməsində cavabdeh iddiaçılara ödənilməli olan məbləğləri mübahisələndirməmişdir. Hazırda isə həmin halların mübahisələndirməsi Mülki Prosessual Məcəllənin 209.3 və 372.2-ci maddələrinin tələblərinə ziddir. Eyni zamanda, iddiaçılara ödənilməli olan dividentlərin məbləği cavabdehin özü tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 0544/PB saylı, xx.xx.2023-cü il tarixli, 0619/PB saylı və xx.xx.2023-cü il tarixli, 0891/PB saylı arayışlara əsasən müəyyən edilir.
34. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunanlara əsasən əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh BOKT ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2644/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov