Məhkəmə qərarları › İş №2-2(103)-724/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-724/2022

05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-724/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-162/2022 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər "xxxx" QSC, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 12 aprel 2019-cu il tarixli, RB/KM-1231 saylı kredit müqaviləsi üzrə kreditə görə 170490,77 ABŞ dolları, faiz borcuna görə 3536,22 ABŞ dolları, dəbbə borcuna görə 64000 ABŞ dolları, cəmi 238026,99 ABŞ dollarının, xx.xx.2020-ci il tarixli, RB/KM-1314 saylı kredit müqaviləsi üzrə kreditə görə 200000 ABŞ dolları, faiz borcuna görə 7348,38 ABŞ dolları, dəbbə borcuna görə 40000 ABŞ dolları, cəmi 247348,38 ABŞ dollarının, xx.xx.2020-ci il tarixli, RB/KM-1319 saylı Kredit müqaviləsi üzrə kreditə görə 600000 ABŞ dolları, faiz borcuna görə 22500,14 ABŞ dolları, dəbbə borcuna görə 12103,32 ABŞ dolları, cəmi 634603,46 ABŞ dollarının və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı ASC iddianın təmin etmək üçün tədbir görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-yə məxsus 2019-cu il buraxılışlı, ağ rəngli, ** PB *** qeydiyyat nişanlı, RENAULT Dokker minik, 2012-ci il buraxılışlı, qara rəngli, ** AD *** qeydiyyat nişanlı, MİTSUBİSHİ L 200 minik, 2011-ci il buraxılışlı, boz rəngli, ** PH *** qeydiyyat nişanlı, MİTSUBİSHİ L 200 minik, 2011-ci il buraxılışlı, ağ rəngli, ** AK *** qeydiyyat nişanlı, MERCEDES E200 minik, 2016-ci il buraxılışlı, ağ rəngli, ** PD *** qeydiyyat nişanlı, RENAULT DOKKER minik, Cavabdeh3 məxsus 2010-cu il buraxılışlı, ağ rəngli, ** HN *** qeydiyyat nişanlı, PORSCHE CAYENNE minik, 2004-cü il buraxılışlı, tünd göy metallik rəngli, ** OV *** qeydiyyat nişanlı, MERCEDES BENZ E240 minik markalı nəqliyyat vasitələrinin üzərinə həbsin qoyulması və cərimə meydançasına yerləşdirilməsi və həmin qərardadın icrasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə və Azərbaycan Respublikasının müvafiq İcra və Probasiya Şöbəsinə həvalə edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-2883/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı ASC həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-162/2022 saylı qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin 7 gün müddətində işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(103)-274/2022 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2883/2021 nömrəli iş üzrə 28 dekabr 2021-ci il tarixli qərardadının ləğv edilməsi, İddiaçı ASC-nin müvəqqəti təminat tədbiri barədə ərizəsinin qismən təmin edilməsi, "xxxx" QSC-yə məxsus 2019-cu il buraxılışlı, ağ rəngli, **-PB-*** qeydiyyat nişanlı RENAULT Dokker minik, 2012-ci il buraxılışlı, qara rəngli, **-AD-*** qeydiyyat nişanlı MİTSUBİSHİ L 200 minik, 2011-ci il buraxılışlı, boz rəngli, **-PH-*** qeydiyyat nişanlı MİTSUBİSHİ L 200 minik, 2011-ci il buraxılışlı, ağ rəngli, **-AK-*** qeydiyyat nişanlı MERCEDES E200 minik, 2016-cı il buraxılışlı, ağ rəngli, **-PD-*** qeydiyyat nişanlı RENAULT DOKKER minik, Cavabdeh3 məxsus 2010-cu il buraxılışlı, ağ rəngli, **-HN-*** qeydiyyat nişanlı PORSCHE CAYENNE minik, 2004-cü il buraxılışlı, tünd göy metallik rəngli, **-OV-*** qeydiyyat nişanlı, MERCEDES BENZ E240 minik markalı nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinin qadağan edilməsi, İddiaçı ASC-nin şikayətinin qismən təmin edilməsi qərara alınmışdır. İş üzrə tərəf olmayan "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC cavabdeh "xxxx" QSC-yə qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 158.930 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 158.960 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3723/2021 saylı 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh "xxxx" QSC-dən 158.930 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Daha sonra 2-2(113)-3723/2021 saylı iş icra olunması məqsədi ilə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə daxil olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-50/2022 saylı, 22 fevral 2022-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş və icra sənədi üzrə borclu "xxxx" QSC-nin mülkiyyətində olan "MİTSUBİSHİ L200" minik markalı, ** AD *** dövlət qeydiyyat nişanlı, "MİTSUBİSHİ L200" minik markalı, 10 Pİİ 757 dövlət qeydiyyat nişanlı, “RENAULT DOKKER” minik markalı, ** PB *** dövlət qeydiyyat nişanlı və “RENAULT DOKKER" minik markalı, ** PD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması qərara alınmışıdır. Belə ki, “Sərraf-M" MMC-nin 131/22 saylı 05 may 2022-ci il tarixli ekspert rəyinə əsasən "xxxx" QSC-nin mülkiyyətində olan "MİTSUBİSHİ L200" minik markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobil 17.000 manat, "MİTSUBİSHİ L200" minik markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobil 15.000 manat, “RENAULT DOKKER" minik markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobil 18.000 manat və “RENAULT DOKKER" minik markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobil 16.000 manat olmaqla nəqliyyat vasitələrinin real bazar dəyəri ümumilikdə 66.000 manat qiymətləndirilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi tərəfindən 06 may 2022-ci il tarixdə "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 53.1-ci maddəsini rəhbər tutaraq göstərilən daşınar əmlakların borc əvəzi qəbul edilməsi "xxxx" MMC-yə təklif olunmuşdur. Həmin təklif "xxxx" MMC tərəfindən qəbul edilmişdir. Göstərilən avtomobilləri təhvil almaq məqsədi ilə "xxxx" QSC-nin fəaliyyət göstərdiyi ünvana gedərək, həmin nəqliyyat vasitələrinin təhvil verilməsi "xxxx" MMC tərəfindən "xxxx" QSC-nin rəhbəri X4 tələb olunmuşdur. Bu zaman İddiaçı ASC-nin nümayəndələri X2 və X1 əmlakların "xxxx" MMC-yə təhvil verilməsinin qanunsuz olduğunu bildirmişlər. Belə ki, İddiaçı ASC-nin nümayəndələri tərəfindən təqdim olunan Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-274/2022 saylı, 15 fevral 2022-ci il tarixli qərardadı ilə iddiaçı “Rabitəbank" ASC-nin müvəqqəti təminat tədbiri barədə ərizəsi qismən təmin edilmiş və "xxxx" QSC-nin mülkiyyətində olan "MİTSUBİSHİ L200" minik markalı, ** AD *** dövlət qeydiyyat nişanlı, MİTSUBİSHİ L200” minik markalı, ** PH *** dövlət qeydiyyat nişanlı “RENAULT DOKKER" minik markalı ** PB *** dövlət qeydiyyat nişanlı, “RENAULT DOKKER" minik markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Hazırda Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-3723/2021 saylı, 15 oktyabr 2021-ci il tarixli qətnaməsinin icra olunmasına əsassız maneələr yaradılır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-162/2022 saylı qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsinin qismən təmin edilməsi, müvəqqəti təminat tədbirinin qismən, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 2019cu il buraxılışlı, ağ rəngli, ** PB *** qeydiyyat nişanlı, RENAULT Dokker minik, 2012-ci il buraxılışlı, qara rəngli, ** AD *** qeydiyyat nişanlı, MİTSUBİSHİ L 200 minik, 2011-ci il buraxılışlı, boz rəngli, ** PH *** qeydiyyat nişanlı, MİTSUBİSHİ L 200 minik, 2016-ci il buraxılışlı, ağ rəngli, ** PD *** qeydiyyat nişanlı, RENAULT DOKKER minik markalı nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinin qadağan edilməsi hissələrində ləğv edilməsi qərara alınmışdır. İddiaçı ASC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 162.1-ci maddəsinin tələblərinə görə müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Kollegiya hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və "xxxx" QSCyə məxsus 2019-cu il buraxılışlı, ağ rəngli, ** PB *** qeydiyyat nişanlı, RENAULT Dokker minik, 2012-ci il buraxılışlı, qara rəngli, ** AD *** qeydiyyat nişanlı, MİTSUBİSHİ L 200 minik, 2011-ci il buraxılışlı, boz rəngli, ** PH *** qeydiyyat nişanlı, MİTSUBİSHİ L 200 minik, 2016-cı il buraxılışlı, ağ rəngli, ** PD *** qeydiyyat nişanlı, RENAULT DOKKER minik markalı nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə müvəqqəti təminat tədbirinin ləğv edilməsi üçün əsaslar mövcuddur. Belə ki, ərizənin məzmunundan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3723/2021 saylı 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" QSC-dən 158.930 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə göndərilmiş, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin təqdimatı əsasında Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 8(006)-50/2022 saylı, 22 fevral 2022-ci il tarixli qərardadı ilə icra sənədi üzrə borclu "xxxx" QSC-nin mülkiyyətində olan "MİTSUBİSHİ L200" minik markalı, ** AD *** dövlət qeydiyyat nişanlı, "MİTSUBİSHİ L200" minik markalı, ** PH *** dövlət qeydiyyat nişanlı, “RENAULT DOKKER” minik markalı, ** PB *** dövlət qeydiyyat nişanlı və “RENAULT DOKKER" minik markalı, ** PD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması qərara alınmışıdır. Nəqliyyat vasitələri qiymətləndirilərək Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi tərəfindən 06 may 2022-ci il tarixdə borc əvəzi qəbul edilməsi "xxxx" MMC-yə təklif olunmuş və həmin təklif "xxxx" MMC tərəfindən qəbul edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(103)-274/2022 saylı qərardadı ilə həmin nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinin qadağan edildiyi üçün Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3723/2021 saylı, 15 oktyabr 2021-ci il tarixli icra vərəqəsini icra etmək mümkün olmur. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırki iş üzrə yekun məhkəmə qərarı qəbul edilməyib və qeyd olunan nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinin qadağan edilməsi təminat tədbiri kimi seçilmişdir. Bakı Kommersiya Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 2-2(113)-3723/2021 saylı qətnaməsi isə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, qətnamənin icrası mərhələsində həmin nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuş və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 53.1-ci maddəsinə uyğun olaraq tələbkara təklif olunmuş, tələbkar da həmin təklifi qəbul etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, ərizə əsaslıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-162/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar