Məhkəmə qərarları › İş №2-2(103)-725/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-725/2024

18.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-725/2024 18.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh LPO ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-26/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı "xxxx" ASC Cavabdeh LPO ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 61.880,96 ABŞ dolları və 111.206.77 manat pulun, 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-26/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş. 61.880 (altmış bir min səkkiz yüz səksən) ABŞ dolları, 96 (doxsan altı) sent məbləğində pul ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla "Yunayted Kredit Bank” LPO ASC-dən tutularaq "xxxx" ASCyə verilməsi, 111.206 (bir yüz on bir min iki yüz altı) manat, 77 (yetmiş yeddi) qəpik məbləğində pul "Yunayted Kredit Bank” LPO ASC-dən tutularaq "xxxx" ASC-yə verilməsi, Dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul "Yunayted Kredit Bank” LPO ASC-dən tutularaq "xxxx" ASC-yə verilməsi qət edilmişdir.

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-26/2024 nömrəli qətnaməsini ləğv edərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi qərar qəbul edərkən “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 82.1-ci maddəsinin tələblərini nəzərə almamış və iddia tələbində qeyd olunan maddəsinin tələblərini nəzərə almamış və iddia tələbində qeyd olunanlara formal olaraq istinad etməklə yekun məhkəmə aktı qəbul etmişdir. Belə ki, qanunun normasının tələbindən də göründüyü kimi müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında müəyyən olunmuş ardıcıllıqla bölüşdürülərək ödənilir. Həmin növbəlilikdə son növbədə təminatsız kreditorların tələbləri ödənilir. İş materiallarındadan da görünür ki, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli, 2-2(82)-2481/2015 saylı qiyabi qətnaməsi icra olunması üçün Xətai rayon İcra şöbəsinə yönəldilmişdir. Cavabdeh ASC-nə məxsus olan əmlakların üzərinə həbs qoyulması ilə bağlı Xətai rayon İcra şöbəsininin icra məmuru X5 tərəfindən verilmiş təqdimat Xətai rayon Məhkəməsinin 05 oktyabr 2016-cı il tarixli, 8(011)999/2016 saylı qərardadı ilə qismən təmin edilərək Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən 3 saylı evin 39 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində yerləşən 11 saylı evin 54 saylı mənzilin, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi və Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən 0.39 ha torpaq sahəsinin üzərinə tələb həcmində həbs qoyulmuşdur. Bundan sonra Xətai rayon İcra şöbəsinin sifariş məktubuna əsasən Cavabdeh ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən 3 saylı evin 39 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində yerləşən 11 saylı evin ümumi sahəsi 41.27 kv.m olan 2 otaqlı 54 saylı mənzili, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi və Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən torpaq sahəsi ixtisaslaşdırılmış hərrac mərkəzi “X3” MMC tərəfindən hərraca çıxarılaraq satılmışdır. Qeyd olunan əmlakların satılması üçün keçirilən hərracların nəticəsində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin14 dekabr 2015-ci il tarixli, 2-2(82)-2481/2015 saylı qiyabi qətnaməsində qət olunan 61.880,96 ABŞ dolları və 111.206.77 manat pul tələbləri həmin əmlakların hərracdan alındığı məbləğ həddində azaldılmışdır. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 25 yanvar 2018-ci il tarixli 2-1(103)-342/2018 saylı qərardadı ilə LPO "xxxx" ASC-nin kreditorlarının qəbul edilmiş tələblərinin təsdiq edilmiş və etiraz edilmiş siyahısı təsdiq edilmişdir. Həmin reyestrdə 7-ci növbədə olan kreditorların siyahısında 5-ci sırada kreditor reyestr nömrəsi 00006 (kreditor tələbinin qeydə alınma tarixi 8 may 2017-ci il) "xxxx" ASC--nin kreditor tələbi qeydə alınaraq təsdiq edilmişdir. Tələbin məbləği 233.737 AZN və 61.881 USD məbləğində məhkəmə tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 25 yanvar 2018-ci il tarixli 2-1(103)- 342/2018 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh LPO Cavabdeh ASC-yə qarşı “pul tələbi” qeydə alınmış və ödəniş qaydası müəyyən edilmişdir. Göründüyü kimi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli, 2-2(82)-2481/2015 saylı qiyabi qətnaməsində və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-26/2024 saylı qətnaməsində qət olunan məbləğlər də Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 25 yanvar 2018-ci il tarixli 2-1(103)-342/2018 saylı qərardadı əsasında qeydə alınan məbləğləri əhatə etmişdir. Xüsusilə qeyd edilməlidir ki, kreditor tələbləri ilə bağlı iflas proseduru çərçivəsində ləğvedicinin həyata keçirdiyi növbəti ləğvetmə tədbirləri və öhdəlikləri “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 87-ci maddəsində nəzərdə tutulmuşdur. Bu maddəyə görə, təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda, ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. Tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir. Məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz. Ödənişlərin aparılması qrafiki məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğvedici dərhal həmin qrafikdə nəzərdə tutulan ödənişləri icra edir. Ödənişlərin aparılması qrafikinə daxil edilmiş məbləğləri kreditorlara ödəmək üçün onlarla əlaqə yaratmaq mümkün olmadığı halda ödənilməmiş məbləğlər Mərkəzi Bankda xüsusi hesabda depozitə qoyulur. Ləğvedici kütləvi informasiya vasitələrində bildiriş dərc etdirərək, göstərilən kreditorlara vəsaiti almaq üçün müraciət etməyi təklif edir. Bu qaydada depozitə qoyulmuş vəsait göstərilən kreditorlar və ya onların hüquq varisləri tərəfindən həmin tələblər üzrə iddia müddəti bitənədək alına bilər. İddia müddəti bitdikdən sonra ödənilməmiş məbləğlər dövlət büdcəsinə köçürülür. Qeyd etmək lazımdır ki, qanunverici, ləğv edilən bankın vəsaitləri onun kreditorlarının tələblərinin ödənilməsi üçün yetərli olmadığı təqdirdə mövcud vəsaitlərin bankın kreditorları arasında bölüşdürülməsinin ədalətli tarazlığına nail olunmasını təmin etmək məqsədilə növbə daxilində ödənişlərin tələblərə proporsional faizlə bölüşdürülməsinin qaydasını nəzərdə tutmuşdur. Qeyd olunan halların birinci instansiya məhkəməsində bildirilməsinə baxmayaraq, bunlara əhəmiyyət verilməmiş və işə mahiyyəti üzrə baxılan ilk məhkəmə iclasında yekun məhkəmə aktı qəbul olunmuşdur. Həmçinin qeyd olunan hallara məhkəmə qərarında da toxunulmamışdır. Qeyd olunanları nəzərə alaraq hesab edirik ki, hazırki mübahisə üzrə “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 82.1-ci və 87-ci maddələrinin tələbləri birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmalı və banka qarşı olan pul tələbi təmin olunarkən iddiaçının banka qarşı tələbin qeydə alınması ilə bağlı dəlillər və iddiaçıya qaytarılmış pul məbləğləri nəzər alınmalı idi. Yəni hazırki iddia ərizəsi üzrə tələb olunan məbləğlər iddiaçı tərəfindən kreditor kimi tələbləri qeydə alındığına görə iddia tələbi təmin olunmamalı idi. Lakin qeyd olunan hallar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. şə baxanbirinci instansiya məhkəməsi bütün yuxarıda sadalanan normaların tələblərini pozmuşdur. Qanunvericiliyin tələblərinə əsasən Məhkəmə son nəticəyə gəlməzdənəvvəl tərəflərin təqdim etdiyi dəlilləri bərabər əsaslarla, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmalı və hüquqi qiymət verməlidir. Göründüyü kimi məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyintələbləri ciddi şəkildə pozulmuşdur. Eyni zamanda “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında göstərilir ki, “məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

4. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

7. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 72. Bankın müflis elan olunmasının nəticələri 72.1. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından: 72.1.2. banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; 72.1.3. bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür; ”Maddə 73. Ödəniş sistemlərində hesablaşmaların qətiliyi 73.1. Bu Qanunun 72.1-ci maddəsinin müddəalarından asılı olmayaraq: 73.1.1. ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə geri götürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək geri götürülməz olsun; 73.1.2. bu Qanunun 73.1.1-ci maddəsində göstərilən köçürmələr bu şərtlə hüquqi qüvvəyə malik olmur və üçüncü tərəf üçün məcburi olmur ki, ləğvedici sistemin operatorunun bankın müflis elan olunmasına dair qərar çıxarıldığından ödəniş tapşırıqları köçürmələri həyata keçirən sistemin qaydalarına görə geri götürülməz olanadək xəbər tutduğunu sübut edə bilsin.

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.

9. Həmin Məcəllənin 954.2-ci maddəsinə əsasən bank hesabda olan pul vəsaitinə dair müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə, bu vəsaitdən istifadə edə bilər.

10. Həmin Məcəllənin 954.3-cü maddəsinə əsasən bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində qanunla və bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz.

11. Həmin Məcəllənin 956.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır.

12. Həmin Məcəllənin 959.2-ci maddəsinə əsasən müştərinin sərəncamı ilə bank müştərinin pul vəsaitini müvafiq ödəniş sərəncamının banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq verməli və ya hesabdan köçürməlidir, bu şərtlə ki, qanunla, qanuna uyğun qəbul edilmiş bank qaydaları ilə və ya bank hesabı müqaviləsi ilə ayrı müddətlər nəzərdə tutulmasın.

13. Həmin Məcəllənin 968-ci maddəsinə əsasən müştərinin hesabdakı pul vəsaitinə dair sərəncam vermək hüquqlarının məhdudlaşdırılmasına yol verilmir, amma qanunda nəzərdə tutulan hallarda məhkəmənin qərarı ilə hesabdakı pul vəsaiti üzərinə həbs qoyulduğu və ya hesab əməliyyatlarının dayandırıldığı, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir.

14. Həmin Məcəllənin 973.1-ci maddəsinə əsasən ödəniş tapşırığı ilə hesablaşma zamanı bank ödəyicinin tapşırığı ilə onun hesabında olan vəsait hesabına müəyyən pul vəsaitini bu və ya başqa bankda ödəyicinin göstərdiyi şəxsin hesabına qanunla nəzərdə tutulmuş və ya qanuna uyğun təyin edilmiş müddətdə köçürməyi öhdəsinə götürür, bu şərtlə ki, bank hesabı müqaviləsində daha qısa müddət nəzərdə tutulmasın və ya bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə daha qısa müddət müəyyənləşdirilməsin.

15. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

18. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

19. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

26. İşin halları ondan ibarətdir ki, iddiaçı "xxxx" ASC tərəfindən 61.880,96 ABŞ dolları və 111.206.77 manat pulun, 30 manat dövlət rüsumunun Cavabdeh LPO ASC-dən tutulması barədə iddia tələbi ilə ilk dəfə Azərbaycan Respublikası 2 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunmuş, 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(82)-2481/2015 saylı qiyabi qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, Cavabdeh LPO ASC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə 61.880,96 ABŞ dolları və 111.206.77 manat pulun tutulması qət olunmuş, daha sonra 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(82)-2481/2015 saylı qərardadı ilə 2 saylı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(82)-2481/2015 saylı qiyabi qətnaməsində aşkar edilmiş yanlışlığın aradan qaldırılması, qətnamənin nəticə hissəsində “tutulmalıdır” sözünün “tutulsun” kimi oxunması qərara alınmışdır.

27. Qətnamə xx.xx.2016-cı il tarixdə qanuni qüvvəyə mindikdən sonra xx.xx.2016-cı il tarixdə icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə icraya yönəldilmiş, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2016-cı il tarixli “icraata başlamaq haqqında” qərarı ilə qətnamənin icrasına başlanmışdır.

28. İş materiallarına əlavə olunmuş 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 21(81)-1494/2016 saylı qərarı ilə Cavabdeh ASC-nin müflis elan edilməsi və iflas proseduruna başlanılması, “X1 Company” MMC-nin Cavabdeh ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmış, daha sonra 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 2-1(81)- 1494/2016 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə Cavabdeh ASC-yə ləğvedicisi qismində təyin olunmuş “X1 Company” MMC-nin fəaliyyətinə xitam verilməsi və Cavabdeh ASC-yə ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun təyin olunması qərara alınmışdır.

29. Daha sonra, LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qiyabi qətnamənin ləğv edilməsinə dair ərizə ilə xx.xx.2022-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsini xahiş etmişdir.

30. Daha sonra, LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qiyabi qətnamənin ləğv edilməsinə dair ərizə ilə xx.xx.2022-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsini xahiş etmişdir.

31. Daha sonra, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3676/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" ASC-nin Cavabdeh LPO ASC-yə qarşı “pul” tələbi barədə iş üzrə icraata xitam verilmişdir.

32. "xxxx" ASC Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3676/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından şikayət və buraxılmış müddətin bərpası barədə ərizə verərək buraxılmış müddətin üzrlü hesab edilməsi və Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-3676/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3676/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3676/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından "xxxx" ASC tərəfindən şikayət verilməsi ilə əlaqədar buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilmişdir.

33. Daha sonra, LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə şikayət ilə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 3676/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin olunmaması barədə yeni qərardad qəbul edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3676/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)3676/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin 7 gün müddətində işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

34. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-576/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh LPO Cavabdeh ASC-nin şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3676/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, iddiaçının buraxılmış müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-3676/2022 saylı qərardadından iddiaçı tərəfindən şikayət verilməsi üçün müddətin buraxılmamış hesab edilməsi qərara alınmışdır.

35. Daha sonra, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3676/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-3676/2022 saylı qərardadından iddiaçı tərəfindən şikayətin təmin edilməməsi, şikayətin 7 gün müddətində işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

36. Bakı Apellyasiya Məhəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-684/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 2(113)3676/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

37. "xxxx" ASC daha sonra Bakı Apellyasiya Məhkəməsinə kassasiya şikayəti ilə müraciət edərək Bakı Apellyasiya Məhəməsinin Kommersiya Kollegiyasının 22(103)- 684/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-3676/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(102)-532/2023 saylı qərarı ilə iddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhəməsinin Kommersiya Kollegiyasının 2- 2(103)-684/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və işin növbəti prosessual hərəkətlərin həyata keçirilməsi üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

39. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-1020/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-3676/2022 saylı qərardadının ləğv olunması və işin növbəti prosessual hərəkətlərin həyata keçirilməsi üçün həmin (birinci instansiya məhkəməsi) məhkəməyə göndərilməsi qərara alınmışdır.

40. Bakı Apellyasiya Məhkəməsi tərəfindən göndərilən iş xx.xx.2023-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinə daxil olmuşdur.

41. İş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli ərizəyə əsasən "xxxx" ASC-nin xahişi ilə ona Cavabdeh ASC-də ABŞ dolları ilə cari hesab açılmışdır.

42. İş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli ərizəyə və ona aid bank qeydlərinə əsasən "xxxx" ASC-nin xahişi ilə ona Cavabdeh ASC-də ABŞ dolları ilə depozit hesabı açılmışdır.

43. İşdə olan "xxxx" ASC-nin Cavabdeh ASC-yə təqdim etdiyi ödəniş tapşırıqlarına əsasən "xxxx" ASC tərəfindən xx.xx.2015-ci il tarixli, 73 nömrəli ödəniş tapşırığı ilə 4.900 manat, xx.xx.2015-ci il tarixli, 87 nömrəli ödəniş tapşırığı ilə 105.000 manat, xx.xx.2015-ci il tarixli, 88 nömrəli ödəniş tapşırığı ilə 61.000 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, 92 saylı ödəniş tapşırığı ilə 105.000 manat, xx.xx.2015-ci il tarixli, 93 nömrəli ödəniş tapşırığı ilə 61.000 ABŞ dolları məbləğində pul vəsaitinin "xxxx" ASC-nin 2 saylı filialına köçürülməsi barədə müraciət olunmuşdur.

44. İş materiallarından görünür ki, "xxxx" ASC-nin Cavabdeh ASC-nin cari hesabında olan 61.880 ABŞ dolları və 111.206,77 manat məbləğində pul vəsaitlərinin "xxxx" ASC-nin 2 saylı filialına köçürülməsi Cavabdeh ASC tərəfindən icra olunmamışdır.

45. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh LPO ASC-nin nümayəndəsi və vəkili X7 banka "xxxx" ASC tərəfindən 61.880,96 ABŞ dolları və 111.206.77 manat məbləğində pulun köçürüldüyünün mübahisəsiz hal olduğunu və iddiaçının tələbində qeyd etdiyi məbləğlər bank bağlandıqdan sonra qeydə alındığı üçün növbəlilik əsasında iddiaçıya təqdim olunacağını bildirmişdi.

46. İşin halları ondan ibarətdir ki, iddiaçı cavabdeh bankda özünə məxsus hesabda pul qoymuş, daha sonra həmin pulun başqa banka köçürülməsinə dair müraciət etmiş, lakin bank bu istəyi yerinə yetirməmiş, daha sonra cavabdeh bank müflis elan edilmişdir. Cavabdeh müflis elan olunduqdan sonra “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tətbiq edilməli olmasına istinad edərək iddiaya etiraz etmişdir.

47. Göründüyü kimi, iddiaçı məlum ödəmə tapşırıqlarını verərkən (2015-ci ilin aprelmay ayları) Cavabdeh ASC hələ müflis elan olunmamışdı. Bu baxımdan, iddiaçının həmin vəsaitin geri qaytarılmasına dair tələbinin qanuni əsasını “Banklar haqqında” Qanunun 73.1 və 73.1.1-ci maddələri təşkil edir.

48. Apellyasiya şikayətində qeyd edildiyi kimi mübahisəyə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsi tətbiq edilə bilməz.

49. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 73.1 və 73.1.1-ci maddələrinin (bax yuxarıda § 7) məzmunundan aydın olur ki, bu Qanunun 72.1ci maddəsinin (bankın müflis elan olunmasının nəticələri) müddəalarından asılı olmayaraq, ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə geri götürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək geri götürülməz olsun.

50. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

51. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

52. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh LPO ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-26/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar