Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-726/2025 17.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh2 qarşı kredit borcun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və s. tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 19 mart 2025-ci il tarixli e-2-2(113)-226/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh1 (Cavabdeh1 MMC), Qanuni nümayəndə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 76819,25 manat əsas borc, 2546,34 manat faiz, 93,86 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 79459,45 manat kredit borcunun; xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli birinci tranş üzrə 113533,09 manat əsas borc, 9405,13 manat faiz, 56,72 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 122994,94 manat kredit borcunun, xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli ikinci tranş üzrə 138762,67 manat əsas borc, 10075,82 manat faiz, 82,07 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 148920,56 manat kredit borcunun, 641,37 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 72 manat xidmət haqqının tutulması; tutmanın Qanuni nümayəndə mülkiyyətindəki ünvan 1 ünvanında ümumi sahəsi 0,04 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 156.2 kv.m, yaşayış sahəsi 98.4 kv.m, yardımçı sahəsi 57.8 kv.m, yaşayış otaqlarının sayı 4 olan fərdi yaşayış evinə və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 112.4 kv.m, yaşayış sahəsi 81.2 kv.m, yaşayış otaqlarının sayı 6 olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19 mart 2025-ci il tarixli, e-2-2(113)-226/2025 saylı qətnaməsi ilə İddia qismən təmin edilməsi,cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 75095,65 manat (yetmiş beş min doxsan beş manat altmış beş qəpik) əsas borc, 1280,49 manat (min iki yüz səksən manat qırx doqquz qəpik) faiz borcu, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli birinci tranş üzrə 113533,09 manat (yüz on üç min beş yüz otuz üç manat doqquz qəpik) əsas borc, 8474,53 manat (səkkiz min dörd yüz yetmiş dörd manat əlli üç qəpik) faiz borcu, 56,72 manat (əlli altı manat yetmiş iki qəpik) cərimə, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli ikinci tranş üzrə 138762,67 manat (yüz otuz səkkiz min yeddi yüz altmış iki manat altmış yeddi qəpik) əsas borc, 8590,24 manat (səkkiz min beş yüz doxsan manat iyirmi dörd qəpik) faiz borcu, 82,07 manat (səksən iki manat yedd. qəpik) cərimə, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 30 (otuz) manat rüsum və 72 (yetmiş iki) manat xidmət haqqı, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 631,33 manat (altı yüz otuz bir manat otuz üç qəpik) olmaqla, cəmi 346608,79 manat (üç yüz qıx altı min altı yüz səkkiz manat yetmiş doqquz qəpik) məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Tutmanın Qanuni nümayəndə məxsus olan ünvan 3 ünvanında ümumi sahəsi 0,04 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 156.2 kv.m olan, yaşayış sahəsi 98.4 kv.m olan, yardımçı sahəsi 57.8 kv.m olan yaşayış otaqlarının sayı 4 olan fərdi yaşayış evinə və Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 112.4 kv.m, yaşayış sahəsi 81.2 kv.m, yaşayış otaqlarının sayı 6 olan fərdi yaşayış evinə yönəldilsin, həmin əmlaklar açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ müvafiq olaraq Qanuni nümayəndə və Cavabdeh2 qaytarılması,ipoteka predmetləri olan, ünvan 3 ünvanında ümumi sahəsi 0,04 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 156.2 kv.m olan, yaşayış sahəsi 98.4 kv.m olan, yardımçı sahəsi 57.8 kv.m olan yaşayış otaqlarının sayı 4 olan fərdi yaşayış evinin ilkin satış qiyməti 288000 (iki yüz səksən səkkiz min) manat, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 112.4 kv.m, yaşayış sahəsi 81.2 kv.m, yaşayış otaqlarının sayı 6 olan fərdi yaşayış evinin ilkin satış qiyməti 195000 (yüz doxsan beş min) manat məbləğində müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsi,iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 98,40 manat hissəsi cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh2 müştərək qaydada, 1,60 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi,iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 600 (altı yüz) manat pulun 590,60 manat hissəsi cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh2 müştərək qaydada, 9,40 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh1 Bakı Kommersiya Məhkəməsinin 19 mart 2025-ci il tarixli, e-2-2(113)- 226/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmiş, işin baxılması şifahi icraat qaydasında xx.xx.2025-ci il tarixə, saat 11:20-ə təyin edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən Bakı Kommersiya Məhkəməsinin 19 mart 2025-ci il tarixli, e-2-2(113)-226/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti daxil olmuşdur. Kollegiya hesab edir ki, iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 362, 363 və 364-cü maddələrinin mənasına görə, apellyasiya şikayəti işə baxmış birinci instansiya məhkəməsinə təqdim edilir və birinci instansiya məhkəməsi apellyasiya şikayətinin qəbul və ya qaytarılması məsələsini müzakirə edir. MPM-nin tələblərinə cavab verən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. İşdən görünür ki, Cavabdeh2 apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə də müraciət etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh2 qarşı kredit borcun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və s” tələbinə dair kommersiya işi Cavabdeh2 apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mümkünlük qərardadı ləğv edilməklə və apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli mümkünlük qərardadı ləğv edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh2 qarşı kredit borcun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və s. tələbinə dair kommersiya mübahisəsi apellyasiya baxışından çıxarılsın. İş materialları Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-2(103)-726/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-726/2025
17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver