Məhkəmə qərarları › İş №2-2(103)-729/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-729/2020

07.12.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-729/2020 07.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə borclu “xxxx” istehsalat birliyinin Cavabdehnə qarşı qərarın ləğv edilməsi və icranın dayandırılması tələblərinə dair şikayətlə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 1328/2019 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Borclu cavabdehə qarşı (üçüncü şəxs “Zeynalabdin” ATSC) məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, tərəfin onun vərəsəsi və ya hüquqi varisi ilə əvəz edilməsi haqqında cavabdehin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və icranın dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi KK-nın 2-2(103)-514/2020 nömrəli iş üzrə xx.xx.2020ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş, prosessual hərəkətlərin həyata keçirilməsi üçün iş materialları həmin məhkəməyə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə xx.xx.2020-ci il tarixli qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlillərinə görə, qərardad maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Belə ki, 2 saylı Yerli İqtisad Məhkəməsinin 864/8-119 nömrəli xx.xx.1998-ci il tarixil icra sənədinə əsasən Mingəçevir Qaz istismar idarəsindən “Zeynalabdin” ATSC-nin xeyrinə 33.681,87 manat və dövlət büdcəsinə 3.368,18 manat tutulmalıdır. Lakin cavabdeh Mingəçevir icra və probasiya şöbəsi tərəfindən həmin icra sənədi icra edilməmişdir. Belə ki, cavabdeh xx.xx.2002-ci il tarixli qərarla icraata başlanmış Azərbaycan Respublikası İqtisad Məhkəməsi tərəfindən verilmiş 864/8-119 nömrəli xx.xx.1997-ci il tarixli icra sənədi üzrə icraatda borclu tərəf Mingəçevir Qİİ-nin onun vərəsəsi (hüquqi varisi) ilə əvəz edilməsi məsələsinə baxaraq “xxxx” İstehsalat Birliyinə göndərmişdir. Halbuki, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı X1 cavabdehin 14/2002-3-11 saylı icra ilə bağlı sorğusuna əsasən Mingəçevir Qİİ ********** VÖEN ilə xx.xx.2005-ci il tarixdə uçota alınmış, xx.xx.2008-ci il tarixdə isə ləğv edilmişdir. Buradan görünür ki, cavabdeh 2005 və 2008-ci illərdə həmin borcun vərəsəsi (hüquqi varisi) olmuş Mingəçevir Qİİ-dən tutmamış, 2019-cu ildə icra olunması üçün “xxxx” İB-yə göndərmişdir. Eyni zamanda, ARDNŞ “xxxx” İB Azərbaycan Pespublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 366 nömrəli “Neft və qaz sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdırilməsi haqqında” sərəncamı ilə “xxxx” QSC-nin maddi texniki bazası əsasında yaradılmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq, cavabdehin hazırda “xxxx” İB-dən həmin borcu istəməsi əsassızdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə kollegiyası bildirir ki, icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra məmurunun vəzifəsidir (“İcra məmurları haqqında” AR Qanununun 7-ci maddəsi), 2 saylı Yerli İqtisadi Məhkəməsinin 864/8-119 nömrəli iş üzrə xx.xx.1998-ci il tarixli qətnaməsinin icrası barədə icra şöbəsi tərəfindən görülmüş tədbirlər onun vəzifələrindən irəli gəlir, “xxxx” İB-nin “xxxx” QSC-nin maddi texniki bazası əsasında yaradıldığını iddiaçı özü qəbul edir, Mingəçevir Qİİ də “xxxx” QSCnin müstəqil olmayan ərazi qurumu olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54-cü maddəsinə əsasən, hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Bu mənada məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin şikayətin təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, qərardadın ləğvi üçün əsaslar müəyyən edilmir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir (MPM-398.0.1). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1328/2019 nömrəli iş üzrə xx xxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. “xxxx” İB-nin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar