Məhkəmə qərarları › İş №2-2(103)-729/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-729/2021

13.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-729/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Həsən Hüseyn oğlu Əhmədov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-267/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 12.03.2021-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 12.03.2021-ci il tarixli e-2-2(113)-267/2021 saylı qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin Cavabdeh MTK-ya qarşı borcun tutulması tələbinə dair ilk iddia və iddiaçı Cavabdeh MTK-nın cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddia qismən təmin edilmişdir. İddiaçı “xxxx” ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən Bakı Kommersiya Məhkəməsinin 04 iyun 2021-ci il tarixli məktubu daxil olmuşdur. Həmin məktubda hazırki iş üzrə Bakı Kommersiya Məhkəməsinin 12.03.2021-ci il tarixli e-2-2(113)-267/2021 saylı qətnaməsindən Cavabdeh MTK tərəfindən də apellyasiya şikayətinin verildiyi bildirilmiş və həmin apellyasiya şikayətinin qəbul edilməsi məsələsinin müzakirə edilməsi üçün işin həmin Məhkəməyə göndərilməsi xahiş edilmişdir. Kollegiya hesab edir ki, iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 362, 363 və 364-cü maddələrinin mənasına görə, apellyasiya şikayəti işə baxmış birinci instansiya məhkəməsinə təqdim edilir və birinci instansiya məhkəməsi apellyasiya şikayətinin qəbul və ya qaytarılması məsələsini müzakirə edir. MPM-nin tələblərinə cavab verən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “xxxx” ASC-nin Cavabdeh MTK-ya qarşı borcun tutulması tələbinə dair ilk iddia və iddiaçı Cavabdeh MTK-nın cavabdeh “xxxx”ASC-yə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddia üzrə iş apellyasiya baxışından çıxarılsın. İş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Həsən Əhmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar