Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-729/2025 18.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin Cavabdehnə qarşı “borcun tutulması və tələbin girov predmetlərinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər:kredit borcunun tutulması Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X10 Əliyevanın sədrliyi və məruzəsi ilə, X3 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, iddiaçının nümayəndəsi X5, cavabdehin nümayəndəsi Nümayəndə4 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-130/2025 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, RB/KM- 1192 saylı kredit müqailəsinə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana əsas vəsaitlərinin artırılması məqsədilə ******* manat məbləğdə kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onunayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə uyğun olaraq borc verənə qaytarmğı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: 2.2-ci bəndinə əsasən kredit 24 ay müddətinə verilir. 2.3-cü bəndinə əsasən kreditə görə illik 7% hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 8% təşkil edir. 2.13.1-ci borc alan tərəfindən öhdəliklər vaxtında və lazımınca icra edilmədikdə borc verən tərəfindən ödənilməmiş məbləğin 1 faizi gecikmənin birinci günündən başlayaraq cərimə hesablanır. 4.1-ci maddəsinə əsasən borc alanla borc verən arasında imzalanmış Baş Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsidir və bu müqavilə üzrə Borc alanın öhdəliklərinin icrasının təminatı Baş kredit müqaviləsi üzrə təminat qismində rəsmiləşdirilmiş təminatlardan ibarətdir. 6.2-ci bəndinə əsasə borc alan kreditin ödəniş cədvəlinə əsasən ödənşi gecikdirirsə, hər gecikdirilmiş günə görə hazırkı müqavilənin 2.13-cü bəndinə əsasən dəbbə pulu ödəməlidir.
2. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, RB/KM-1192 saylı kredit verilməsinə dair razılaşmaya əsasən X11 və X14 borc verənin qarşısında borc alanın öz öhdəlikərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borc alan zaminlik təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borc alan borc verən qarşısında birgə məsuliyyət daşıyırlar.
3. xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin müddətinin uzadılması haqqında Əlavə Razılaşmaya əsasən, xx.xx.2018-ci il tarixli, RB/KM-1192 saylı Kredit Müqaviləsinin müddəti digər şərtlər qalmaqla xx.xx.2022-ci il tarixinə qədər uzadılmışdır.
4. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin müddətinin uzadılması haqqında Əlavə Razılaşmaya əsasən, xx.xx.2018-ci il tarixli, RB/KM-1192 saylı Kredit Müqaviləsinin müddəti digər şərtlər qalmaqla xx.xx.2024-cü il tarixinə qədər uzadılmışdır.
5. Tərəflər arasında imzalanmış 27 noyabr 2020-ci il tarixli rb/km 1192 saylı Daşınar Əmlakın Girov Müqaviləsinə əsasən yüklülük verən bu müqavilənin 2-ci bəndində göstərilən girov predmetini Rabitəbank ASC və Cavabdeh MMC arasında Bakı şəhərində bağlanmış 02 avqust 2018-ci il tarixli rb/km1192 saylı kredit xətti müqaviləsi üzrə yaranış öhdəliklərinin təminatı olaraq, mülkiyyət hüququ ilə ona məxsus olan və girov kimi çıxış edən, bu müqaviləyə 1 saylıəlavədə əlavə edilmiş və onun ayrılmaz hissəsini təşkil edən "xxxx" QSC və Cavabdeh MMC arasında imzalanmış 18 noyabr 2020-ci il tarixli, 01/05- 17/423 saylı müqavilə üzrə tələb və hüquqlarını yüklülük sahibinin xeyrinə girov qoyulur. Həmin müqavilənin:1.4-cü bəndinə əsasən bu müqavilə ilə aşağıdakı öhdəliklər təmin edilir: 1.4.1-ci bəndinə əsasən ******* manat təşkil edən kredit məbləği. Qeyd olunan məbləğ girovla təmin edilmiş öhdəliyin yuxarı həddini ifadə edir. 1.4.2-ci bəndinə əsasən 24 ay təşkil edən kreditin qaytarılma müddəti
6. Daşınar əmlakın xx.xx.2021-ci il tarixli, rb/km1192 saylı girov müqaviləsinə əsasən yüklülük verən bu müqavilənin 2-ci bəndində göstərilən girov predmetini İddiaçı ASC və Cavabdeh MMC arasında Bakı şəhərində bağlanmış 02 avqust 2018-ci il tarixli rb/km1192 saylı kredit xətti müqaviləsi üzrə yaranış öhdəliklərinin təminatı olaraq, mülkiyyət hüququ ilə ona məxsus olan və girovkimi çıxış edən, bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz hissəsini təşkil edən siyahıda göstərilən yüklülük verənə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş yolu, SOCAR-ın X1 yerləşən daşınar əmlak, qazma Şlamı emalı qurğusunun, sənaye və yağış suları tullantıları üçün kompleks su təmizləyici sistem (Xam neft məhsullarının təmizlənməsi avadanlıqları) yüklülük sahibinin xeyrinə girov qoyulur. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən yüklülük verən tərəfindən təqdim edilmiş sənədlərə və bu müqaviləyə əlavə edilmiş qoyulan əmlakın siyahılarına əsasən girov qoyulmuş predmetlərin dəyəri 12750000 manat təşkil edir.
7. Girov predmetinin dəyişdirilməsi barədə xx.xx.2021-ci il tarixli əlavə razılaşmaya əsasən tərəflər razılıq əldə etdilər ki, xx.xx.2018-ci il tarixli, rb/km1192 nömrəli kredit müqaviləsi üzrə 12750000 manat olan daşınar əmlak (xam neft məhsullarının təmizlənəsi avadanlıqları) girov götürülsün və X12 şəxsinə məxsus ******* USD məbləğində əmanətlər girovdan azad olunsun.
8. Daşınar əmlakın xx.xx.2022-ci il tarixli, rb/km1192 saylı girov müqaviləsinə əsasən yüklülük verən bu müqavilənin 2-ci bəndində göstərilən girov predmetini Rabitəbank ASC və Cavabdeh MMC arasında Bakı şəhərində bağlanmış 02 avqust 2018-ci il tarixli rb/km1192 saylı kredit xətti müqaviləsi üzrə yaranış öhdəliklərinin təminatı olaraq, mülkiyyət hüququ ilə ona məxsus olan və girov kimi çıxış edən, bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz hissəsini təşkil edən siyahıda göstərilən yüklülük verənə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş yolu, SOCAR-ın X1 yerləşən daşınar əmlak, qazma Şlamı emalı qurğusunun, sənaye və yağış suları tullantıları üçün kompleks su təmizləyici sistem (Xam neft məhsullarının təmizlənməsi avadanlıqları) yüklülük sahibinin xeyrinə girov qoyulur. Müqavilənin 2.1-ci bəndinə əsasən yüklülük verən tərəfindən təqdim edilmiş sənədlərə və bu müqaviləyə əlavə edilmiş qoyulan əmlakın siyahılarına əsasən girov qoyulmuş predmetlərin dəyəri 12750000 manat təşkil edir.
9. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RB/KM-1230 saylı kredit xətti müqaviləsinə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana əsas vəsaitlərinin artırılması məqsədilə 100000 ABŞ məbləğdə kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə uyğun olaraq borc verənə qaytarmğı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: 2.2-ci bəndinə əsasən kredit 24 ay müddətinə verilir. 2.3-cü bəndinə əsasən kreditə görə illik 5% hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 8% təşkil edir. 2.13.1-ci borc alan tərəfindən öhdəliklər vaxtında və lazımınca icra edilmədikdə borc verən tərəfindən ödənilməmiş məbləğin 1 faizi gecikmənin birinci günündən başlayaraq cərimə hesablanır. 4.1-ci maddəsinə əsasən borc alanın vəzifələri: 4.1.3-cü bəndinə əsasən müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında vəlazımi qaydada yerinə yetirmək. 6.2-ci bəndinə əsasə borc alan kreditin ödəniş cədvəlinə əsasən ödənşi gecikdirirsə, hər gecikdirilmiş günə görə hazırkı müqavilənin 2.13-cü bəndinə əsasən dəbbə pulu ödəməlidir.
10. Tərəflər arasında imzalanmış 27 noyabr 2020-ci il tarixli rb/km 1230 saylı Daşınar Əmlakın Girov Müqaviləsinə əsasən yüklülük verən bu müqavilənin 2-ci bəndində göstərilən girov predmetini Rabitəbank ASC və Cavabdeh MMC arasında Bakı şəhərində bağlanmış 11 aprel 2019-cu il tarixli rb/km1230 saylı kredit xətti müqaviləsi üzrə yaranmış öhdəliklərinin təminatı olaraq, mülkiyyət hüququ ilə ona məxsus olan və girov kimi çıxış edən, bu müqaviləyə 1 saylı əlavədə əlavə edilmiş və onun ayrılmaz hissəsini təşkil edən "xxxx" QSC və Cavabdeh MMC arasında imzalanmış 18 noyabr 2020-ci il tarixli, 01/05- 17/423 saylı müqavilə üzrə tələb və hüquqlarını yüklülük sahibinin xeyrinə girov qoyulur. Həmin müqavilənin: 1.4-cü bəndinə əsasən bu müqavilə ilə aşağıdakı öhdəliklər təmin edilir: 1.4.1-ci bəndinə əsasən 100000 manat təşkil edən kredit məbləği. Qeyd olunan məbləğ girovla təmin edilmiş öhdəliyin yuxarı həddini ifadə edir. 1.4.2-ci bəndinə əsasən 24 ay təşkil edən kreditin qaytarılma müddəti
11. xx.xx.2019-cu il tarixli, RB/KM-1230 saylı kredit xətti müqaviləsinin müddətinin uzadılması haqqında əlavə razılaşma olan xx.xx.2021-ci il tarixli 1 saylı əlavəyə əsasən müqavilənin müddəti digər şərtlər qüvvədə qalmaqla xx.xx.2023-cü il tarixinə kimi uzadılır.
12. xx.xx.2019-cu il tarixli, RB/KM-1230 saylı kredit xətti müqaviləsinə xx.xx.2023-cü il tarixli əlavə sazişə əsasən kredit xətti müqaviləsinin digər şərtləri qalmaqla kreditin müddəti 6 ay uzadılır.
13. xx.xx.2019-cu il tarixli, RB/KM-1230 saylı kredit xətti müqaviləsinə xx.xx.2023-cü il tarixli 2 saylı əlavə sazişə əsasən xx.xx.2020-ci il tarixli, RB/KM-1230 nömrəli daşınar əmlakın girov müqaviləsinin müddəti digər şərtlər qalmaqla kreditin müddəti 6 ay uzadılmışdır.
14. Daşınar əmlakın xx.xx.2021-ci il tarixli, rb/km1230 saylı girov müqaviləsinə əsasən yüklülük verən bu müqavilənin 2-ci bəndində göstərilən girov predmetini Rabitəbank ASC və Cavabdeh MMC arasında Bakı şəhərində bağlanmış 11 aprel 2019-cu il tarixli rb/km1230 saylı kredit xətti müqaviləsi üzrə yaranış öhdəliklərinin təminatı olaraq, mülkiyyət hüququ ilə ona məxsus olan və girov kimi çıxış edən, bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz hissəsini təşkil edən siyahıda göstərilən yüklülük verənə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş yolu, SOCAR-ın X1 yerləşən daşınar əmlak, qazma Şlamı emalı qurğusunun, sənaye və yağış suları tullantıları üçün kompleks su təmizləyici sistem (Xam neft məhsullarının təmizlənməsi avadanlıqları) yüklülük sahibinin xeyrinə girov qoyulur. Müqavilənin 2.1-ci bəndinə əsasən yüklülük verən tərəfindən təqdim edilmiş sənədlərə və bu müqaviləyə əlavə edilmiş qoyulan əmlakın siyahılarına əsasən girov qoyulmuş predmetlərin dəyəri 12.750.000 manat təşkil edir.
15. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RB/KM-1237 saylı kredit xətti müqaviləsinə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana əsas vəsaitlərinin artırılması məqsədilə ******* manat məbləğdə kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə uyğun olaraq borc verənə qaytarmğı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: 2.2-ci bəndinə əsasən kredit 24 ay müddətinə verilir. 2.3-cü bəndinə əsasən kreditə görə illik 5% hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 8% təşkil edir. 2.13.1-ci borc alan tərəfindən öhdəliklər vaxtında və lazımınca icra edilmədikdə borc verən tərəfindən ödənilməmiş məbləğin 1 faizi gecikmənin birinci günündən başlayaraq cərimə hesablanır. 4.1-ci maddəsinə əsasən borc alanın vəzifələri: 4.1.3-cü bəndinə əsasən müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında vəlazımi qaydada yerinə yetirmək. 6.2-ci bəndinə əsasə borc alan kreditin ödəniş cədvəlinə əsasən ödənşi gecikdirirsə, hər gecikdirilmiş günə görə hazırkı müqavilənin 2.13-cü bəndinə əsasən dəbbə pulu ödəməlidir.
16. xx.xx.2019-cu il tarixli, RB/KM-1237 saylı kredit xətti müqaviləsinin müddətinin uzadılması haqqında əlavə razılaşma olan xx.xx.2021-ci il tarixli 1 saylı əlavəyə əsasən müqavilənin müddəti digər şərtlər qüvvədə qalmaqla xx.xx.2023-cü il tarixinə kimi uzadılır.
17. xx.xx.2019-cu il tarixli, RB/KM-1237 saylı kredit xətti müqaviləsinin xx.xx.2023- cü il tarixli əlavə sazişə əsasən kredit xətti müqaviləsinin digər şərtləri qalmaqla kreditin müddəti 12 ay uzadılır.
18. Daşınar əmlakın xx.xx.2020-ci il tarixli, rb/km1237 saylı girov müqaviləsinə əsasən yüklülük verən bu müqavilənin 2-ci bəndində göstərilən girov predmetini Rabitəbank ASC və Cavabdeh MMC arasında Bakı şəhərində bağlanmış 17 may 2019-cu il tarixli rb/km1237 saylı kredit xətti müqaviləsi üzrə yaranış öhdəliklərinin təminatı olaraq, mülkiyyət hüququ ilə ona məxsus olan və girov kimi çıxış edən, bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz hissəsini təşkil edən siyahıda göstərilən yüklülük verənə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş yolu, SOCAR-ın X1 yerləşən daşınar əmlak, qazma Şlamı emalı qurğusunun, sənaye və yağış suları tullantıları üçün kompleks su təmizləyici sistem (Xam neft məhsullarının təmizlənməsi avadanlıqları) yüklülük sahibinin xeyrinə girov qoyulur. Müqavilənin 2.1-ci bəndinə əsasən yüklülük verən tərəfindən təqdim edilmiş sənədlərə və bu müqaviləyə əlavə edilmiş qoyulan 1 saylı əlavəyə əsasən yüklülük verənə məxsus olan tələblər və hüuquqların tam dəyərindən ibarətdir.
19. Tərəflər arasında imzalanmış 30 iyul 2021-ci il tarixli rb/km 1237 saylı Daşınar Əmlakın Girov Müqaviləsinə əsasən yüklülük verən bu müqavilənin 2-ci bəndində göstərilən girov predmetini Rabitəbank ASC və Cavabdeh MMC arasında Bakı şəhərində bağlanmış 17 may 2019-cu il tarixli rb/km1237 saylı kredit xətti müqaviləsi üzrə yaranmış öhdəliklərinin təminatı olaraq, mülkiyyət hüququ ilə ona məxsus olan və girov kimi çıxış edən, bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz hissəsini təşkil edən siyahıda göstərilən yüklülük verənə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş yolu, SOCAR-ın X1 yerləşən daşınar əmlak, qazma Şlamı emalı qurğusunun, sənaye və yağış suları tullantıları üçün kompleks su təmizləyici sistem (Xam neft məhsullarının təmizlənməsi avadanlıqları) yüklülük sahibinin xeyrinə girov qoyulur. Müqavilənin 2.1-ci bəndinə əsasən yüklülük verən tərəfindən təqdim edilmiş sənədlərə və bu müqaviləyə əlavə edilmiş qoyulan əmlakın siyahılarına əsasən girov qoyulmuş predmetlərin dəyəri 12750000 manat təşkil edir. 65. Daşınar əmlakın xx.xx.2020-ci il tarixli, rb/km1237 saylı girov müqaviləsinə xx.xx.2021-ci il tarixli 1 saylı əlavə sazişinə əsasən müqavilə müddəti və digər şərtlər qalmaqla kreditin müddəti xx.xx.2023-cü il tarixinədək uzadılsın. xx.xx.2020-ci il tarixli, RB/KM-1237 saylı kredit xətti müqaviləsinə xx.xx.2023-cü il tarixli 2 saylı əlavə sazişə əsasən xx.xx.2020-ci il tarixli, RB/KM-1237 nömrəli daşınar əmlakın girov müqaviləsinin müddəti digər şərtlər qalmaqla kreditin müddəti 12 ay uzadılmışdır.
20. Girov predmetinin dəyişdirilməsi barədə xx.xx.2021-ci il tarixli əlavə razılaşmaya əsasən tərəflər razılıq əldə etdilər ki, xx.xx.2019-cu il tarixli, rb/km1237 nömrəli kredit müqaviləsi üzrə 12750000 manat olan daşınar əmlak (xam neft məhsullarının təmizlənəsi avadanlıqları) girov götürülsün və X7 şəxsinə məxsus ******* USD məbləğində əmanətlər girovdan azad olunsun.
21. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli RB-02/PK-526 saylı arayışına əsasən Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli rb/km1192 saylı kredit müqaviləsi və ona əlavələr üzrə xx.xx.2024-cü il tarixə ******* manat əsas borc, 213620,93 manat faiz borcu, 32746,89 manat cərimə borcu olmaqla, cəmi 3506367,82 manat qeyd olunmuşdur.
22. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli RB-02/PK-524 saylı arayışına əsasən Cavabdeh MMC-nin 11 aprel 2019-cü il tarixli rb/km1230 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 99999,7 ABŞ dolları əsas borc, 3208,22 ABŞ dolları faiz borcu, 3188,2 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 106396,12 ABŞ dolları qeyd olunmuşdur.
23. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli RB-02/PK-525 saylı arayışına əsasən Cavabdeh MMC-nin 17 may 2019-cü il tarixli rb/km1237 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə ******* manat əsas borc, 203778,36 manat faiz borcu, 31522,15 manat cərimə borcu olmaqla, cəmi 4235300,51 manat qeyd olunmuşdur.
24. İddiaçı ASC-nin cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli RB/KM-1192 saylı kredit müqaviləsi üzrə ******* manat məbləğində əsas borcu, 213620,93 manat faiz borcu və 32746,89 manat cərimə borcu olmaqla cəmi 3506367,82 manat, xx.xx.2019-cu il tarixli RB/KM-1230 saylı kredit xətti müqaviləsi üzrə 99999,7 ABŞ dolları məbləğində əsas borcu, 3208,22 ABŞ dolları faiz borcu və 3188,2 ABŞ dolları cərimə borcu olmaqla cəmi 106396,12 ABŞ dolları və xx.xx.2019-cu il tarixli RB/KM-1237 saylı kredit xətti müqaviləsi üzrə ******* manat məbləğində əsas borcu, 203778,36 manat faiz borcu və 31522,15 manat cərimə borcu olmaqla cəmi 4235600,51 manat kredit borcunun olduğu, 3 gün müddətində Banka olan borcun ödənilməsinin təmin edilməsini, əks halda borcun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
25. MEM-in xx.xx.2024-cü il tarixli, 9/3616 saylı rəyində 02 avqust 2018-ci il tarixli, rb/km1192 saylı müqavilə üzrə əsas borc 3257664,5 manat, faiz borcu 213426,5 manat, 11 aprel 2019-cu il tarixli, rb/km1230 saylı müqavilə üzrə əsas borc 100000 ABŞ dolları vəfaiz borcu 10820,21 ABŞ dolları və 17 may 2019-cu il tarixli, rb/km1237 müqavilə üzrə əsas borc məbləği ******* manat, faiz borcu 203777,78 manat müəyyən edilmişdir.
26. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən ümumilikdə MMC tərəfindən banka manat ekvivalentində xx.xx.2024-cü il vəziyyətinə 13743227,74 manat (421554,55 manat + 5604513,64 USD) vəsait ödənilmişdir.
27. MEM-in xx.xx.2025-ci il tarixli, 9/8955 saylı rəyində 02 avqust 2018-ci il tarixli, rb/km1192 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixə əsas borc 3257664,5 manat, faiz borcu 213426,5 manat, 11 aprel 2019-cu il tarixli, rb/km1230 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixə əsas borc 100000 ABŞ dolları və faiz borcu 9264,59 ABŞ dolları, xx.xx.2024-cü il tarixə əsas borc 100000 ABŞ dolları və faiz borcu 10486,81 ABŞ dolları və 17 may 2019-cu il tarixli, rb/km1237 müqavilə üzrə xx.xx.2024-cü il tarixə əsas borc məbləği ******* manat, faiz borcu 203777,78 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat
28. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC-dən xx.xx.2018-ci il tarixli, RB/KM-1192 saylı kredit müqaviləsi və ona əlavələr üzrə kreditə görə ******* manat, faiz borcuna görə 213620,93 manat, dəbbə borcuna görə 32746,89 manat, cəmi 3506367,82 manat, xx.xx.2019-cu il tarixli, RB/KM-1237 saylı kredit müqaviləsi üzrə kreditə görə ******* manat, faiz borcuna görə 203778,36 manat, dəbbə borcuna görə 31522,15 manat, cəmi 4235300,51 manat, xx.xx.2019-cu il tarixli, RB/KM-1230 kredit müqaviləsi üzrə kreditə görə 99999,7 ABŞ dolları, faiz borcuna görə 3208,22 ABŞ dolları, dəbbə borcuna görə 3188,2 ABŞ dolları, cəmi 106396,12 ABŞ dolları məbləğində pul, ödənilmiş mediasiya xərcinin əvəzi 410 manat və 4305 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, bütün tələblərin tam mülkiyyət hüququ ilə Cavabdeh MMC-yə məxsus və Daşınar Əmlakın Girov müqavilələrinin 2.1. bəndində öz əksini tapmış Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş yolu, SOCAR-ın X2 yerləşən daşınar əmlaka yönəldilməsi, həmin girov predmetlərinin açıq hərracdan satılması və əldə edilmiş vəsait hesabına cəmi 3506367,82 manat, cəmi 4235300,51 manat,cəmi 106396,12 ABŞ dolları pulun, mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş cəmi 4715 manat pulun ödənilməsi, girov predmetləri açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqavilələri üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada Cavabdeh MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, RB/KM-1192 saylı kredit müqaviləsinə əsasən, ödənişlərin aparılması məqsədilə illik 7 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə ******* manat məbləğində Bank vəsaiti vasitəsilə cavabdehə kredit kimi verilmişdir (kredit müqaviləsinin 2.1., 2.2. və 2.3. maddələri). Həmin kreditin verilməsinəCavabdeh MMC o zamankı təsisçilərin ümumi yığıncağının xx.xx.2018-ci il tarixli qərarı ilə razılıq verilmişdir. Həmin müqavilə üzrə öhdəliklər əsas və faiz məbləğlərinin ödənilməsinə dair Əlavə-1-ə əsasən hər ayın 2-dən gec olmayaraq 23333,33 manat olmaqla hər ay faiz borcundan ödənilməli və müqavilə müddətinin sonunda 24-cü ayda verilmiş kredit tam qaytarılmalı idi. Lakin bu öhdəliklərin icra müddəti cavabdehin təşəbbüsü ilə bir neçə dəfə artırılmışdır. Belə ki, xx.xx.2020-ci il tarixdə xx.xx.2018-ci il tarixli, RB/KM-1192 saylı kredit müqaviləsinin müddəti müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılmaqla 24 ay müddətinə xx.xx.2022-ci il tarixinə kimi tərəflər arasında bağlanmış əlavə razılaşma əsasında uzadılmışdır. Daha sonra Cavabdeh MMC-nin təsisçisi "xxxx" QSC-nin xx.xx.2022- ci il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixli, RB/KM-1192 saylımüqavilənin müddəti daha 2 il müddətinə uzadılması qərara alınmış və bunun əsasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinin müddətinin uzadılması haqqında əlavə razılaşmaya əsasən müqavilənin digər şərtləri dəyişdirilmədən müddəti xx.xx.2024-cü ilə qədər uzadılmışdır. xx.xx.2018-ci il tarixli, RB/KM-1192 saylı kredit müqaviləsindən və ona əlavə razılaşmalardan irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh MMC-yə məxsus olan və Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş yolu, SOCAR-ın X2 yerləşən (Screwconveyor – Almaniya - 2019 - ədəd – 2, Preheating Container – Almaniya - 2019 - ədəd – 2, Pumpstation Lagune – Almaniya - 2019 - ədəd – 1, Shaker – Almaniya - 2019 - ədəd – 1, Centrifuge Container with 2 phase decanter – Almaniya - 2019 - ədəd – 1, Heatexchanger Container - Almaniya - 2019 - ədəd – 1, Centrifuge Container with 3 phase decanter – Almaniya - 2019 - ədəd – 1, Separator Container with 2 pieces separators – Almaniya - 2019 - ədəd – 1, X8 Polymer Systems – Almaniya - 2019 - ədəd – 1, Tool and Storage Box (Container) – Almaniya - 2019 - ədəd – 1, X9 – Almaniya - 2019 - ədəd – 1, Screw Hopper – Almaniya - 2019 - ədəd – 1, G: MAX BSeries - Almaniya - 2019 - ədəd – 1, Conveyors - Almaniya - 2019 - ədəd – 3, Hydro Flo – Almaniya - 2019 - ədəd – 1, Attrition Cells – Almaniya - 2019 - ədəd – 1, G: MAX CSeries – Almaniya - 2019 - ədəd – 1, Sənaye və yağış suları tullantıları üçün kompleks su təmızliyici sistem – Almaniya - 2019 - ədəd – 1) daşınar əmlak İddiaçı ASC qarşısında xx.xx.2021-ci il tarixli, RB/KM-1192 saylı Daşınar Əmlakın Girov Müqaviləsinə əsasən yüklü edilmiş və xx.xx.2022-ci il tarixdə bir daha yenilənmişdir. Həmçinin bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının Daşınar Əmlakın Yüklülüyünün Dövlət reyestrindən Çıxarış da əldə edilmişdir. Həmin avadanlıqların təsviri Daşınar Əmlakın Girov Müqaviləsinin 2.1. bəndindən sonra cədvəldə öz əksini tapmışdır. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RB/KM-1237 saylı kredit müqaviləsinə əsasən, ödənişlərin aparılması məqsədilə illik 7 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə ******* (dörd milyon) manat məbləğində Bank vəsaiti vasitəsilə cavabdehə kredit kimi verilmişdir (kredit müqaviləsinin 2.1., 2.2. və 2.3. maddələri). Həmin kreditin verilməsinə Cavabdeh MMC o zamankı təsisçilərin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli qərarı ilə razılıq verilmişdir. Həmin müqavilə üzrə öhdəliklər əsas və faiz məbləğlərinin ödənilməsinə dair Əlavə-1-ə əsasən hər ayın 2-dən gec olmayaraq 23333,33 manat olmaqla hər ay faiz borcundan ödənilməli və müqavilə müddətinin sonunda 24-cü ayda verilmiş kredit tam qaytarılmalı idi. Lakin bu öhdəliklərin icra müddəti cavabdehin təşəbbüsü ilə bir neçə dəfə artırılmışdır. Belə ki, xx.xx.2021-ci il tarixdə xx.xx.2019-cu il tarixli, RB/KM-1237 saylı kredit müqaviləsinin müddəti müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılmaqla 24 ay müddətinə xx.xx.2023-cü il tarixinə kimi tərəflər arasında bağlanmış əlavə razılaşma əsasında uzadılmışdır. Daha sonra xx.xx.2019-cu il tarixli, RB/KM-1237 saylı müqavilənin müddəti daha 1 il müddətinə uzadılması qərara alınmış və bunun əsasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinin müddətinin uzadılması haqqında əlavə razılaşmaya əsasən müqavilənin digər şərtləri dəyişdirilmədən müddəti xx.xx.2024-cü ilə qədər uzadılmışdır. xx.xx.2019-cu il tarixli, RB/KM-1237 saylı kredit müqaviləsindən və ona əlavə razılaşmalardan irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh MMC-yə məxsus olan və Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş yolu, SOCAR-ın X2 yerləşən daşınar əmlak İddiaçı ASC qarşısında xx.xx.2021ci il tarixli, RB/KM-1237 saylı Daşınar Əmlakın Girov Müqaviləsinə əsasən yüklü edilmişdir. Həmçinin bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının Daşınar Əmlakın Yüklülüyünün Dövlət reyestrindən Çıxarış da əldə edilmişdir. Həmin avadanlıqların təsviri Daşınar Əmlakın Girov Müqaviləsinin 2.1. bəndindən sonra cədvəldə öz əksini tapmışdır. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RB/KM-1230 saylı kredit müqaviləsinə əsasən, ödənişlərin aparılması məqsədilə illik 5 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 100000 (yüz min) ABŞ dolları məbləğində Bank vəsaiti vasitəsilə cavabdehə kredit kimi verilmişdir (kredit müqaviləsinin 2.1., 2.2. və 2.3. maddələri). Həmin kreditin verilməsinə Cavabdeh MMC o zamankı təsisçilərin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli qərarı ilə razılıq verilmişdir. Həmin müqavilə üzrə öhdəliklər müqavilə müddətinin sonunda 24-cü ayda tam icra edilməli idi. Lakin bu öhdəliklərin icra müddəti cavabdehin təşəbbüsü ilə bir neçə dəfə artırılmışdır. Belə ki, xx.xx.2021-ci il tarixdə xx.xx.2019-cu il tarixli, RB/KM-1230 saylı kredit müqaviləsinin müddəti müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılmaqla 24 ay müddətinə xx.xx.2023-cü il tarixinə kimi tərəflər arasında bağlanmış əlavə razılaşma əsasında uzadılmışdır. Daha sonra xx.xx.2019-cu il tarixli, RB/KM-1230 saylı müqavilənin müddəti daha 6 ay müddətinə uzadılması qərara alınmış və bunun əsasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinin müddətinin uzadılması haqqında əlavə razılaşmaya əsasən müqavilənin digər şərtləri dəyişdirilmədən müddəti xx.xx.2023-cü ilə qədər uzadılmışdır. xx.xx.2019-cu il tarixli, RB/KM-1230 saylı kredit müqaviləsindən və ona əlavə razılaşmalardan irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh MMC-yə məxsus olan və Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş yolu, SOCAR-ın X2 yerləşən daşınar əmlak İddiaçı ASC qarşısında xx.xx.2021-ci il tarixli, RB/KM-1230 saylı Daşınar Əmlakın Girov Müqaviləsinə əsasən yüklü edilmişdir. Həmçinin bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının Daşınar Əmlakın Yüklülüyünün Dövlət reyestrindən Çıxarış da əldə edilmişdir. Həmin avadanlıqların təsviri Daşınar Əmlakın Girov Müqaviləsinin 2.1. bəndindən sonra cədvəldə öz əksini tapmışdır. Kredit müqavilələrinin şərtlərinə görə cavabdeh kreditlər üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə Cavabdeh MMC-yə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışlar. xx.xx.2023-cü il tarixli X6 Barədə Təklif məktubuna əsasən cavabdehə mübahisənin məhkəmədən kənar qaydada mediasiya vasitəsilə həll edilməsi təklif edilmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasına dəvət edilsə də iştirak etməmiş və bu barədə 9 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli, MŞB\9\2023-02298 nömrəli Arayış təqdim edilmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehin xx.xx.2024-cü il tarixinə xx.xx.2018-ci il tarixli, RB/KM-1192 saylıkredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə ******* manat, faiz borcuna görə 213620,93 manat, dəbbə borcuna görə 32746,89 manat, borcun cəmi məbləği 3506367,82 manat təşkiledir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehin xx.xx.2024-cü il tarixinə xx.xx.2019-cu il tarixli, RB/KM1237 saylıkredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə ******* manat, faiz borcuna görə 203778,36 manat, dəbbə borcuna görə 32522,15 manat, borcun cəmi məbləği 4235300,51 manat təşkiledir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehin xx.xx.2024-cü il tarixinə xx.xx.2019-cu il tarixli, RB/KM-1230 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 99999,7 ABŞ dolları, faiz borcuna görə 3208,22 ABŞ dolları, dəbbə borcuna görə 3188,2 ABŞ dolları, borcun cərimə məbləği 106,396,12 ABŞ dolları təşkil edir.
30. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli, RB/KM- 1192saylı kredit müqaviləsi və ona əlavələr üzrə kreditə görə ******* manat, faiz borcuna görə 213620,93 manat, dəbbə borcuna görə 32746,89 manat, cəmi 3506367,82 manat, xx.xx.2019-cu il tarixli, RB/KM-1237 saylı kredit müqaviləsi üzrə kreditə görə ******* manat, faiz borcuna görə 203778,36 manat, dəbbə borcuna görə 31522,15 manat, cəmi 4235300,51 manat, xx.xx.2019-cu il tarixli, Bütün tələblərin tam mülkiyyət hüququ ilə Cavabdeh MMC-yə məxsus və Daşınar Əmlakın Girov müqavilələrinin 2.1. bəndində öz əksini tapmış Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş yolu, SOCAR-m X2 yerləşən daşınar əmlaka yönəldilməsi, həmin girov predmetlərinin açıq hərracdan satılması və əldə edilmiş vəsait hesabına cəmi 3506367,82 manat, cəmi 4235300,51 manat, cəmi 106396,12 ABŞ dolları pulun, mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş cəmi 4715 manat pulun ödənilməsi və girov predmetləri açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqavilələri üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada Cavabdeh MMC-dən tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
31. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 130/2025 saylı qətnaməsi ilə iddia qismən qismən edilmiş, Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli, RB/KM- 1192 saylı kredit müqaviləsi və ona əlavələr üzrə kreditə görə 3.257.664,5 manat əsas borc, faiz borcuna görə 213.426,5 manat, dəbbə borcuna görə 32.746,89 manat, xx.xx.2019-cu il tarixli, RB/KM-1237 saylı kredit müqaviləsi üzrə kreditə görə 4.000.000 manat əsas borc, faiz borcuna görə 203.777,78 manat, dəbbə borcuna görə 31.522,15 manat, xx.xx.2019- cu il tarixli RB/KM-1230 saylı kredit müqaviləsi üzrə kreditə görə 99.999,7 ABŞ dolları əsas borc, faiz borcuna görə 3.208,22 ABŞ dolları, dəbbə borcuna görə 3.188,2 ABŞ dolları, mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 4.715 manat tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Borcun ödənilməsi üçün tutma xx.xx.2021-ci il tarixli RB/KM-1237 saylı Girov Müqaviləsinin 2.1 bəndində göstərilən (Screwconveyor – Almaniya - 2019 - ədəd – 2, Preheating Container – Almaniya - 2019 - ədəd – 2, Pumpstation Lagune – Almaniya - 2019 - ədəd – 1, Shaker – Almaniya - 2019 - ədəd – 1, Centrifuge Container with 2 phase decanter – Almaniya - 2019 - ədəd – 1, Heatexchanger Container - Almaniya - 2019 - ədəd – 1, Centrifuge Container with 3 phase decanter – Almaniya - 2019 - ədəd – 1, Separator Container with 2 pieces separators – Almaniya - 2019 - ədəd – 1, X8 Polymer Systems – Almaniya - 2019 - ədəd – 1, Tool and Storage Box (Container) – Almaniya - 2019 - ədəd – 1, X9 – Almaniya - 2019 - ədəd – 1, Screw Hopper – Almaniya - 2019 - ədəd – 1, G: MAX B- Series - Almaniya - 2019 - ədəd – 1, Conveyors - Almaniya - 2019 - ədəd – 3, Hydro Flo – Almaniya - 2019 - ədəd – 1, Attrition Cells – Almaniya - 2019 - ədəd – 1, G: MAX C- Series – Almaniya - 2019 - ədəd – 1, Sənaye və yağış suları tullantıları üçün kompleks su təmızliyici sistem – Almaniya - 2019 - ədəd – 1) daşınar əmlaklara yönəldilsin, həmin əmlaklar açıq hərracda satılsın. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh MMC-yə qaytarılması, Girov predmetlərinin satışından əldə edilmiş vəsait qeyd olunan kredit müqavilələri üzrə iddiaçıya borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borc ümumi qaydada Cavabdeh MMC-dən tutulması müəyyən edilmişdir. Qalan hissədə iddia rədd edilmişdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X4, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilməsi qərara alınmışdır.
32. Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddiaçının RB/KM-1192 və RB/KM- 1237 saylı kredit xətti müqaviləsi üzrə tələb etdiyi əsas borc məbləği və faiz məbləğləri ekspert rəyindən göstərilən məbləğdən yuxarı tələb edildiyindən məhkəmə hesab etmişdir ki, əsas borc və faiz borcu ekspert rəyinə müəyyən edilən məbləğdə, RBKM- 1230 saylı kredit xətti müqaviləsi üzrə tələb edilən əsas və faiz borcu məbləği ekspert rəyində müəyyən edilən məbəğdən daha aşağı həddə olduğundan iddia tələbində qeyd olunan məbləğlərdə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan məhkəmə hesab etmişdir ki, dəbbə pulu əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə məbəğlər iddia tələbində qeyd olunan məbləğdə tutulmalıdır. Girov tələbi ilə bağlı məhkəmə müəyyən etmişdir ki, Cavabdeh MMC kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə “Daşınar əmlakın yüklülüyü haqqında” qanuna əsasən girov saxlayanın girov predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, girov predmetlərinə tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma xx.xx.2021-ci il tarixli RB/KM1237 saylı Girov Müqaviləsinin 2.1 bəndində göstərilən (Screwconveyor – Almaniya - 2019 - ədəd – 2, Preheating Container – Almaniya - 2019 - ədəd – 2, Pumpstation Lagune – Almaniya - 2019 - ədəd – 1, Shaker – Almaniya - 2019 - ədəd – 1, Centrifuge Container with 2 phase decanter – Almaniya - 2019 - ədəd – 1, Heatexchanger Container - Almaniya - 2019 - ədəd – 1, Centrifuge Container with 3 phase decanter – Almaniya - 2019 - ədəd – 1, Separator Container with 2 pieces separators – Almaniya - 2019 - ədəd – 1, X8 Polymer Systems – Almaniya - 2019 - ədəd – 1, Tool and Storage Box (Container) – Almaniya - 2019 - ədəd – 1, X9 – Almaniya - 2019 - ədəd – 1, Screw Hopper – Almaniya - 2019 - ədəd – 1, G: MAX BSeries - Almaniya - 2019 - ədəd – 1, Conveyors - Almaniya - 2019 - ədəd – 3, Hydro Flo – Almaniya - 2019 - ədəd – 1, Attrition Cells – Almaniya - 2019 - ədəd – 1, G: MAX CSeries – Almaniya - 2019 - ədəd – 1, Sənaye və yağış suları tullantıları üçün kompleks su təmızliyici sistem – Almaniya - 2019 - ədəd – 1) daşınar əmlaklara yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh MMC-yə qaytarılmalıdır. Satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehdən tutulmalıdır. Qətnamə ilə iddia qismən təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 4715 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulması və məhkəmə– mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qərara alınmışdır.
33. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən Azərbaycan Respublikası Banklar haqqında Qanunun 1.0.9, 36.6-cı maddələrinə, Mülki Məcəlləsinin 385.1, 386, 442, 443.1, 448.1, 739, 743, 462.1, 269, 270.1, 295, 296.1, 297-ci maddələrinə, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1, 13.1-ci maddələrinə, məhkəmə xərcləri hissəsində Mediasiya haqqında Qanunun 36.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etmişdir.
34. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermiş və qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
35. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm əsas borcun, həm faiz borcunun, həm də dəbbə pulunun tutulması hissəsində məhkəmə səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə həm ilkin verilmiş, həm də sonradan vəsatətə əsasən təyin olunmuş məhkəmə ekspertizalarının səhv, qeyri-obyektiv rəylərinə istinad etmişdir. Bundan əlavə məhkəmə iddia ərizəsində tələb olunan məbləğdə dəbbə pulunu olduğu kimi qətnaməyə köçürmüş və bu hissədə tələb olunan pulun tənasübsüz şəkildə yüksək olmadığını qeyd etmişdir. Məhkəmə dəbbə pulu hissəsində ümumiyyətlə azaltmamışdır. Halbuki MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
36. Apelyator pozulmuş maddi və prosessual hüquq normaları kimi MM-in 467-ci maddəsini və MPM-in 88-ci maddəsini göstərmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
37. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
38. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və şikayətin formal olaraq verildiyini bildirdi.
39. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Bildirdi ki, qətnamə faiz və dəbbə pulu hissəsində dəyişdirilməlidir, əsas borc hissədə mübahisə yoxdur.
Tətbiq edilən hüquq:
40. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
41. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
Apellyasiya baxışının hədləri:
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
45. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş və həmin qətnamədən verdiyi apellyasiya şikayətində cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərində qətnamənin əsaslılığını kredit müqavilələri üzrə əsas, faiz və dəbbə pulu borcunun məbləği hissəsində mübahisələndirmiş, məhkəmə iclasında cavabdehin nüamyəndəsi apellyasiyanın hədlərini dəqiqləşdirərək yalnız qətnamənin faiz və dəbbə pulunun tutulması hissəsindən narazı olduğunu, əsas borcla isə razılaşdığını bildirmişdir. Odur ki, MPM-in 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddianın kredit müqavilələri üzrə faiz və dəbbə pulu borclarının məbləği hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında üç kredit müqaviləsi bağlanmışdır: xx.xx.2018-ci il tarixli, RB/KM-1192 saylı kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə ödənişlərin aparılması məqsədilə illik 7 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə ******* manat məbləğində bank vəsaiti vasitəsilə kredit verilmişdir. Həmin müqaviləyə əlavə razılaşmalara əsasən kredit müqaviləsinin müddəti xx.xx.2024-cü ilə qədər uzadılmışdır. xx.xx.2019-cu il tarixli, RB/KM-1237 saylı kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə ödənişlərin aparılması məqsədilə illik 7 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə ******* manat məbləğində bank vəsaiti vasitəsilə kredit verilmişdir. Həmin müqaviləyə əlavə razılaşmalara əsasən kredit müqaviləsinin müddəti xx.xx.2024-cü ilə qədər uzadılmışdır. xx.xx.2019-cu il tarixli, RB/KM-1230 saylı kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə ödənişlərin aparılması məqsədilə illik 5 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 100000 ABŞ dolları məbləğində bank vəsaiti vasitəsilə kredit verilmişdir Həmin müqaviləyə əlavə razılaşmalara əsasən kredit müqaviləsinin müddəti xx.xx.2023-cü ilə qədər uzadılmışdır.
48. Hazırda İddiaçı ASC cavabdehin mübahisəli kredit müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyini əsas göstərərək həmin müqavilə üzrə əsas kredit borcu, kreditdən istifadəyə görə faiz borcu, dəbbə pulunun tutulmasını və tələb üzrə tutmanın girov predmetlərinə yönəldilməsini tələb edir.
49. Kredit müqavilələri üzrə tutulması qət edilmiş faiz və dəbbə pulu məbləğləri ilə bağlı kollegiya qeyd edir ki, iş birinci instansiya məhkəməsində baxılarkən cavabdehin kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və 02 avqust 2018-ci il tarixli, rb/km1192 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixə əsas borc 3257664,5 manat, faiz borcu 213426,5 manat, 11 aprel 2019-cu il tarixli, rb/km1230 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixə əsas borc 100000 ABŞ dolları və faiz borcu 9264,59 ABŞ dolları, xx.xx.2024-cü il tarixə əsas borc 100000 ABŞ dolları və faiz borcu 10486,81 ABŞ dolları və 17 may 2019-cu il tarixli, rb/km1237 müqavilə üzrə xx.xx.2024-cü il tarixə əsas borc məbləği ******* manat, faiz borcu 203777,78 manat olması müəyyən edilmişdir.
50. Məhkəmə kollegiyası MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin sözügedən ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil.
51. Mübahisəli müqavilələr üzrə kredit borcundan istifadəyə görə faiz borclarının hesablanmalı olduğu tarixə münasibətdə isə kollegiya qeyd edir ki, 02 avqust 2018-ci il tarixli, rb/km1192 saylı 17 may 2019-cu il tarixli, rb/km1237 müqavilə üzrə kreditin verilmə müddət başa çatanadək xx.xx.2024-cü il tarixdə bildiriş göndərərək xx.xx.2024-cü il tarixə olan kredit borcunun vaxtından əvvəl ödənilməsini cavabdehdən tələb etməklə müqavilələrin ləğv edilməsi barədə iradəsini ifadə etmiş, bununla da sözügedən müqavilələrə xitam verilmişdir. Odur ki, iddiaçı həmin müqavilələrə əsasən yalnız həmin tarixədək olan müddət üçün hesablanmış faiz borcunu tələb etməkdə haqlıdır. Belə olan halda birinci instansiya məhkəməsi iddia ərizəsində sözügedən müqavilələr üzrə məhz xx.xx.2024-cü il tarixə olan əsas və faiz borcların tutulmasının tələb edildiyini nəzərə alaraq cavabdehdən sözügedən müqavilələr üzrə tutulmalı olan faiz borcunu ekspert rəyində xx.xx.2024-cü il tarixə hesablanmış faiz borcu məbləği əsas götürməklə müəyyənləşdirməkdə haqlı olmuşdur.
52. 11 aprel 2019-cu il tarixli, rb/km1230 saylı müqavilə üzrə əsas və faiz borcuna münasibətdə isə kollegiya qeyd edir ki, həmin müqavilə üzrə kreditin verilmə müddəti xx.xx.2023-cü il tarixdə bitmiş və həmin müddət başa çatanadək iddiaçı tərəfindən cavabdehə müqavilənin vaxtından əvvəl ləğv edilməsi barədə bildiriş göndərilməmişdir. Odur ki, həmin müqavilə üzrə faiz borcu xx.xx.2023-cü il tarixədək olan müddət üçün, yəni kreditin verilməsi müddəti başa çatanadək olan müddət üçün hesablanmalıdır. İş materiallarından isə görünür li, 11 aprel 2019-cu il tarixli, rb/km1230 saylı müqavilə üzrə kredit ilkin olaraq 24 ay müddətinə, yəni 11 aprel 2021-ci il tarixədək verilmiş, xx.xx.2021-ci il tarixli əlavə razılaşmaya əsaəsn kreditin verilməsi müddəti 11 aprel 2023-ci il tarixədək müddətə və xx.xx.2023-cü il tarixli sazişlə 6 ay müddətinə, yəni 11 aprel 2023-ci il tarixdən 11 oktyabr 2023-cü il tarixədək olan müddətə uzadılmışdır. Müqavilə üzrə kreditin verilmə müddətinin məhz xx.xx.2023-cü il başa çatması iddiaçı tərəfindən iddia ərizəsində də təsdiq edilmişdir. Məhkəmə tərəfindən ekspert qarşısında kreditin veirlmə müddətinin bitdiyi tarixə olan faiz borcunun hesablanması ilə bağlı sual qoyulsa da, ekspert tərəfindən mübahisəli müqavilə üzrə faiz borcu 11 oktyabr 2023-cü il tarixə deyil, 11 noyabr 2023-cü il tarixədək hesablanmışdır. Kollegiya qeyd edir ki, ekspert rəyindəki cədvəl məlumatları nəzərə alınmaqla mübahisəli müqavilə üzrə 11 oktyabr 2023-cü il tarixə faiz borcu aşağıdakı qaydada hesablana bilər. Həmin cədvəldə xx.xx.2023-cü il tarixə əsas borc 100.000 ABŞ dolları və faiz borcu 9264,59 ABŞ dolları, 100.000 ABŞ dolları məbləğinə əsas borca hesablanmalı olan gündəlik faiz borcu 13,89 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Həmin məlumatlara əsasən adi riyazi hesablama ilə xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arası dövr üçün hesablanmış faiz borcunun 13,89x30 gün=416,7 ABŞ dolları təşkil etməsini hesablamaq mümkündür. Odur ki, xx.xx.2023-cü il tarixə hesablanmış faiz borcu məbləğindən xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arası dövr üçün hesablanmış 416,7 ABŞ dolları məbləğində faizləri çıxmaqla xx.xx.2023-cü il tarixə faiz borcunun 8847,89 (9264,59-416,7) ABŞ dolları olması barədə qənaətə gəlinir.
53. Kollegiya ekspert rəyinə əsasən 11 aprel 2019-cu il tarixli, rb/km1230 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixə faiz borcunun 8847,89 ABŞ dolları olmasını, eləcə də həmin müqavilə üzrə iddia tələbinin faiz borcu üzrə 3208,22 ABŞ dolları həddində olmasını nəzərə alır və hesab edir ki, birinci instansiya məhkəməsi işə iddia tələbi həddində baxaraq müvafiq hissədə iddianı tam təmin edərək sözügedən müqavilə üzrə cavabdehdən tutulacaq faiz bocunu 3208,22 ABŞ dolları məbləğində müəyyən etməklə də iş üzrə düzgün nəticəyə gəlmişdir.
54. Dəbbə puluna münasibətdə kollegiya qeyd edir ki, məhkəmənin mübahisəli kredit müqavilələri üzrə müəyyənləşdirdiyi dəbbə pulu məbləğləri kreditorun və borclunun əsaslı mənafeyi baxımından, eləcə də icrası gecikdirilmiş əsas öhdəliyin həcminə nəzərən tənasübsüz surətdə yüksək deyildir. Odur ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən həmin məbləğlərin azaldılması üçün əsas yoxdur.
55. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
56. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-130/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov