Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-73/2025 03.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC və Cavabdeh4 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-51/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC və Cavabdeh4 (bundan sonra – cavabdehlər) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə RQ-484 nömrəli, xx.xx.2021- ci il tarixli Əsas Kredit Müqaviləsi çərçivəsində verilmiş kreditlərə əsasən: RQ-491 nömrəli, xx.xx.2021-ci il tarixli Əlavə Kredit Müqaviləsi üzrə ******* manat əsas, 60000 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz, 34444.44 manat manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc və 107376.48 manat cərimə borcu olmaqla, cəmi 1201820.92 manat; RQ-495 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə ******* manat əsas, 152500 manat faiz və 122500 manat cərimə borcu olmaqla, cəmi ******* manat; RQ-496 nömrəli, xx.xx.2021- ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə 500000 manat əsas, 79250 manat faiz və 64250 manat cərimə borcu olmaqla, cəmi 643500 manat; RQ-LG-609 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə 175995.11 manat əsas, 8330.44 manat faiz və 8330.44 manat cərimə borcu olmaqla, cəmi 192655.99 manat məbləğində kredit borcunun; Həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 2046.49 manat dövlət rüsumunun və 3.35 manat bank xidmət haqqının, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 322.78 manat məbləğində rüsumun və xidmət haqqının, eynizamanda 400 manat ödənilmiş mediasiya xərcinin tutulması; tutmanın ipoteka müqavilələrinə əsasən: - Cavabdeh3 MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/sahəsi, 1 ünvanında, 0.79749 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 7898.1 kv.m olan qeyri yaşayış binasına və Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 8 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlaklara ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi, həmçinin əmlaklar hərracdan satıldıqdan sonra Cavabdeh3 MMC-nin əmlaklara dair istifadə hüququna xitam verilməklə, ən geci bir ay ərzində boşaldılaraq yeni mülkiyyətçisinə təhvil verilməsi, əks təqdirdə məcburi qaydada boşaldılaraq təhvil verilməsi; Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə və üzərində yerləşən 252.7 kv.m ümumi sahədən ibarət bağ evinə yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi, həmçinin əmlak hərracdan satıldıqdan sonra cavabdehlər Cavabdeh4 və Cavabdeh2 əmlaka dair istifadə hüququna xitam verilməklə, ən geci bir ay ərzində ailə üzvləri ilə birlikdə tərk etmələri və boşaldılaraq yenimülkiyyətçisinə təhvil verilməsi,əks təqdirdə məcburi qaydada boşaldılaraq təhvil verilməsi; - Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) və ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlaklara ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi, həmçinin əmlaklar hərracdan satıldıqdan sonra Cavabdeh1 Yəvər oğlunun əmlaklara dair istifadə hüququna xitam verilməklə, ən geci bir ay ərzində boşaldılaraq yeni mülkiyyətçisinə təhvil verilməsi, əks təqdirdə məcburi qaydada boşaldılaraq təhvil verilməsi, ipoteka predmetlərinin satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə RQ-484 nömrəli, xx.xx.2021-ci il tarixli Əsas Kredit Müqaviləsi çərçivəsində verilmiş kreditlərə əsasən: RQ-491 nömrəli, xx.xx.2021-ci il tarixli Əlavə Kredit Müqaviləsi üzrə ******* manat əsas, 60000 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz, 111111,11 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc və 280678,38 manat cərimə borcu olmaqla, cəmi 1451789,49 manat; RQ-495 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə ******* manat əsas, 30000 manat faiz və ******* manat cərimə borcu, 109305,56 manat manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc olmaqla, cəmi 1530805,56 manat; RQ-496 nömrəli, xx.xx.2021ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə 500000 manat əsas, 15000 manat faiz, 55277,78 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc və 199000 manat cərimə borcu olmaqla, cəmi 769277,78 manat; RQ-LG-609 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə 175995.11 manat əsas, 14984,03 manat faiz və 71571,35 manat cərimə borcu olmaqla, cəmi 262550,49 manat məbləğində kredit borcunun; həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 2397,21 manat dövlət rüsumunun və 3.88 manat bank xidmət haqqının, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 322.78 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 400 manat ödənilmiş mediasiya xərcinin tutulması; tutmanın ipoteka müqavilələrinə əsasən: - Cavabdeh3 MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/sahəsi, 1 ünvanında, 0.79749 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 7898.1 kv.m olan qeyri yaşayış binasına və Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 8 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlaklara ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi, həmçinin əmlaklar hərracdan satıldıqdan sonra Cavabdeh3 MMC-nin əmlaklara dair istifadə hüququna xitam verilməklə, ən geci bir ay ərzində boşaldılaraq yeni mülkiyyətçisinə təhvil verilməsi, əks təqdirdə məcburi qaydada boşaldılaraq təhvil verilməsi; Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə və üzərində yerləşən 252.7 kv.m ümumi sahədən ibarət bağ evinə yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi, həmçinin əmlak hərracdan satıldıqdan sonra cavabdehlər Cavabdeh4 və Cavabdeh2 əmlaka dair istifadə hüququna xitam verilməklə, ən geci bir ay ərzində ailə üzvləri ilə birlikdə tərk etmələri və boşaldılaraq yeni mülkiyyətçisinə təhvil verilməsi, əks təqdirdə məcburi qaydada boşaldılaraq təhvil verilməsi; - Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) və ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlaklara ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi, həmçinin əmlaklar hərracdan satıldıqdan sonra Cavabdeh1 Yəvər oğlunun əmlaklara dair istifadə hüququna xitam verilməklə, ən geci bir ay ərzində boşaldılaraq yeni mülkiyyətçisinə təhvil verilməsi, əks təqdirdə məcburi qaydada boşaldılaraq təhvil verilməsi, ipoteka predmetlərinin satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-51/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh4 birgə (müştərək) qaydada RQ-491 nömrəli, xx.xx.2021-ci il tarixli Əlavə Kredit Müqaviləsi üzrə ******* manat əsas, 60000 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz, 111111,11 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc və 50000 manat cərimə borcu; RQ-495 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə ******* manat əsas, 30000 manat faiz, 109305,56 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc, 50000 manat dəbbə pulu; RQ-496 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə 500000 manat əsas, 15000 manat faiz, 55277,78 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc, 25000 manat dəbbə pulu, 2397,21 manat dövlət rüsumu, ümumilikdə 3.008.091,66 (üç milyon səkkiz min doxsan bir manat altmış altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tələb ipoteka predmeti olan Cavabdeh3 MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/sahəsi, 1 ünvanında, 0.79749 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 7898.1 kv.m olan qeyri yaşayış binasına (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) – ilkin satış qiyməti 5.800.000 (beş milyon səkkiz yüz min) manat müəyyən edilməklə, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 8 ha torpaq sahəsinə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) – ilkin satış qiyməti 235000 (iki yüz otuz beş min) manat müəyyən edilməklə, Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə və üzərində yerləşən 252.7 kv.m ümumi sahədən ibarət bağ evinə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) – ilkin satış qiyməti 480000 (dörd yüz səksən min) manat müəyyən edilməklə, Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) – ilkin satış qiyməti 204000 (iki yüz dörd min) manat müəyyən edilməklə, ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) – ilkin satış qiyməti 264000 (iki yüz altmış dörd min) manat müəyyən edilməklə yönəldilməsi, göstərilən əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına RQ491 nömrəli, xx.xx.2021-ci il tarixli Əlavə Kredit Müqaviləsi üzrə ******* manat əsas, 60000 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz, 111111,11 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc və 50000 manat cərimə borcu; RQ-495 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə ******* manat əsas, 30000 manat faiz, 109305,56 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc, 50000 manat dəbbə pulu; RQ-496 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə 500000 manat əsas, 15000 manat faiz, 55277,78 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc, 25000 manat dəbbə pulu, 2397,21 manat dövlət rüsumu, ümumilikdə 3.008.091,66 (üç milyon səkkiz min doxsan bir manat altmış altı qəpik) manat məbləğində borc tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, satışdan artıq qalan vəsaitin ipoteka predmetlərinin mülkiyyətçilərinə qaytarılması, çəkilmiş məhkəmə xərcləri - 3,88 manat bank xidmət haqqı, ipoteka predmetlərinə tutma yönəldilməsi barədə bildirişlərin qeydə alınmasına ödənilmiş 322,78 manat xidmət haqqı, 400 manat mediasiya xərci iddiaçı "xxxx" ASC-nin özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatları ilə bağlı ümumilikdə 500 (beş yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh4 birgə (müştərək) qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-51/2024 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC və Cavabdeh4 qarşı “ipoteka predmetinin boşaldılması və ipoteka predmetindən çıxarılma” tələbinə dair iddiası üzrə iş üzrə icraata xitam verilmişdir.
5. İddiaçı həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-51/2024 saylı, xx.xx.2024-cü il tarixli iddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh3 MMC-yə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı iddianın “ipoteka predmetinin boşaldılması və ipoteka predmetindən çıxarılma” tələbinə dair hissəsi üzrə icraata xitam verilməsinə dair qərardadının ləğv edilməsini və iddianın “Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/sahəsi, 1 ünvanında, 0.79749 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 7898.1 kv.m olan qeyri yaşayış binasının, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 8 ha torpaq sahəsinin, ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin və ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılaraq yeni mülkiyyətçilərinə təhvil verilməsi, əks təqdirdə məcburi qaydada boşaldılaraq təhvil verilməsi” hissədə də təmin edilməsi barədə əlavə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-51/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət qismən edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-51/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı iddia tələbinə “Cavabdeh3 MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/sahəsi, 1 ünvanında, 0.79749 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 7898.1 kv.m olan qeyri yaşayış binası (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) və Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 8 ha torpaq sahəsi (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) hərracdan satıldıqdan sonra Cavabdeh3 MMC-nin əmlaklara dair istifadə hüququna xitam verilməklə, ən geci bir ay ərzində boşaldılaraq yeni mülkiyyətçisinə təhvil verilməsi, əks təqdirdə məcburi qaydada boşaldılaraq təhvil verilməsi” hissəsində ləğv edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-51/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı qalan hissədə dəyişdirilmədən saxlanılmış, şikayət təmin edilməyən hissədə baxılması üçün 07 (yeddi) gün müddətində işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 2(103)-703/2024 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 51/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-51/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı qismən, yəni Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə və ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair “ipoteka predmetinin boşaldılması və ipoteka predmetindən çıxarılma” barədə iddia tələblərinə aid iş üzrə icraata xitam verilməsi hissəsində ləğv edilmiş, müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, e-2-2(113)-51/2024 nömrəli əlavə qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin “əmlakın boşaldılması, əmlakdan çıxarılma və istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh3 MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/sahəsi, 1 ünvanında, 0.79749 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 7898.1 kv.m olan qeyri-yaşayış binası və Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 8 ha torpaq sahəsi (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) hərracdan satıldıqdan sonra Cavabdeh3 MMC tərəfindən ən geci bir ay ərzində boşaldılaraq yeni mülkiyyətçisinə təhvil verilsin, əks təqdirdə məcburi qaydada boşaldılaraq təhvil verilməsi, Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 252.7 kv.m ümumi sahədən ibarət bağ evi hərracdan satıldıqdan sonra cavabdehlər Cavabdeh4 və Cavabdeh2 ən geci bir ay ərzində ailə üzvləri ilə birlikdə çıxarılsın və boşaldılaraq yeni mülkiyyətçisinə təhvil verilməsi, əks təqdirdə məcburi qaydada boşaldılaraq təhvil verilməsi, Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) və ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi hərracdan satıldıqdan sonra Cavabdeh1 Yəvər oğlu tərəfindən ən geci bir ay ərzində boşaldılaraq yeni mülkiyyətçisinə təhvil verilməsi, əks təqdirdə məcburi qaydada boşaldılması, iddiaçı "xxxx" ASC-nin “əmlakın boşaldılması, əmlakdan çıxarılma və istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-51/2024 nömrəli qətnaməsinin dəyişdirilərək, iddianı RQ-LG-609 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə 175995.11 manat əsas, 14984.03 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc və 71571.35 manat cərimə borcu olmaqla, cəmi 262550.49 (iki yüz altmış iki min beş yüz əlli manat 49 qəpik) manat məbləğində kredit borcunun cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh4 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, həmçinin 3.88 manat bank xidmət haqqının, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 322.78 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 400 manat ödənilmiş mediasiya xərcinin tutulması hissədə də təmin edilməsi, eyni zamanda Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/sahəsi, 1 ünvanında, 0.79749 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 7898.1 kv.m olan qeyri yaşayış binasının ilkin satış qiymətinin (likvid qiymət) yenidən müəyyən edərək, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, sözügedən qətnamə ilə iddianın predmetini təşkil edən kredit müqavilələrindən xx.xx.2021-ci il tarixli RQ-LG-609 nömrəli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə tələb təmin edilməmiş, ipoteka predmeti olan daşınmaz əmlaklardan Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/sahəsi, 1 ünvanında, 0.79749 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 7898.1 kv.m olan qeyri yaşayış binasının ilkin satış qiyməti (likvid qiyməti) dəyərindən yüksək, yəni ******* manat müəyyən edilmişdir. Hesab edilir ki, qətnamə yuxarıda göstərilən hissələrdə əsassız olduğundan, qətnamənin dəyişdirilməsinə dair yeni qətnamə qəbul edilərək, iddia tam təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə verilmiş ilkin və təkrar məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərini əsas götürərək, hesab etmişdir ki, xx.xx.2021-ci il tarixli RQ-LG-609 nömrəli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə cavabdehlərin hər hansı ödənilməli əsas və faiz borcu yoxdur. Lakin məhkəmə nəzərə almamışdır ki, rəy verərkən hər iki ekspert ödənilmiş məbləğlərin silinməsində səhvə yol verərək yekunda yanlış nəticəyə gəlmişlər. Bununla yanaşı, ekspertlərə iş materialları daxilində maliyyə arayışları və əlavə olaraq hesabdan çıxarışlar təqdim edilməsinə baxmayaraq, hər iki rəydə ekspertlər yanlış olaraq qeyd etmişlər ki, Bank tərəfindən cərimə hesablanmamışdır. Eyni zamanda ekspertlər nəzərə almamışlar ki, RQ-LG-609 nömrəli xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Sazişin 3.9-cu bəndində qeyd edilmişdir ki, Prinsipal tərəfindən kredit məbləğinin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, Prinsipal Qaranta ödənilməsi gecikdirilmiş məbləğə gecikdirmənin hər günü üçün bu Sazişin 3.7-ci bəndində müəyyən olunmuş illik faiz dərəcəsinin (24%) 2 (iki) misli miqdarında illik faiz dərəcəsi ilə hesablanan penya ödənilməlidir. Həmçinin, həmin Sazişin 3.11.2-ci bəndi ilə müəyyən edilmişdir ki, kredit üzrə həyata keçirilən ödənişlər ikinci növbədən penyaların ödənilməsinə yönəldilir. İddiaçı Bank isə Sazişin qeyd edilən müddəalarına istinadən ödənilmiş məbləğlərdən cəriməyə silinmələr etmiş, lakin ekspertlər tərəfindən cəriməyə silinmələr nəzərə alınmayaraq, ödənilmiş məbləğlərin faiz və əsas kredit borcunun silinməsinə yönəldərək yekunda səhv yol vermişlər. Cərimə borcunun hesablanması həm ilkin məhkəmə-mühasibatlıq ekspertizanın rəyində, həm də ki, təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəyində öz əksinin tapmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin cərimə borcuna dair müstəqil rəy verə bilməmələrini əsas gətirərək, RQ-LG-609 nömrəli xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə rəyin verilməsində Azərbaycan Respublikası Mərkəzi Bankının mütəxəssisləri də cəlb olunmaqla təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi üçün vəsatət verilsə də, vəsatət birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Beləliklə məhkəmə xx.xx.2021-ci il tarixli RQ-LG-609 nömrəli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə borca yalnız ekspert rəylərinə əsaslanaq qiymət verdiyindən, yekunda səhv nəticəyə gələrək, həmin hissəni təmin etməmişdir. Bundan başqa, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/sahəsi,1 ünvanında, 0.79749 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 7898.1 kv.m olan qeyri yaşayış binasının ilkin satış qiyməti düzgün müəyyən edilməyərək, əmlaka real dəyərindən artıq qiymət qoyulmuşdur. Belə ki, məhkəmə sözügedən ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən məhkəmə-tikinti-texniki ekspertizası üzrə "xxxx" MMC-nin rəyinə əsaslanmışdır. "xxxx" MMC Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/sahəsi, 1ünvanında, 0.79749 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 7898.1 kv.m olan qeyri yaşayış binasının bazar dəyərini ******* manat, likvid dəyərinin isə ******* manat təşkil etməsinə dair qiymətləndirilmə hesabatını məhkəməyə təqdim etmişdir. Qiymətləndirmə rəyində fotoşəkillər əlavə olunmaqla qeyd edilmişdir ki, qiymətləndirmə keçirilərkən zavodun tam işlək vəziyyətdə olması və digər texniki göstəricilər nəzərə alınmışdır. Lakin iş materiallarında olan RQ-484/İP-001 nömrəli, xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsindən də göründüyü kimi, Cavabdeh3 MMC-nin mülkiyyətində olan sözügedən ipoteka predmeti yalnız qeyriyaşayış sahəsi kimi kredit borclarının təminatı qismində çıxış etmişdir. Həmin ipoteka müqaviləsində əlavə texniki avadanlıqlar və sair göstəricilər qeyd edilməmişdir və dolayısı ilə ipotekayla da yüklü edilməmişdir. Bundan başqa, iş materiallarında olan RQ-484/İP-001 nömrəli, xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsindən də göründüyü kimi, 2021-ci ildə ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/sahəsi, 1 ünvanında, 0.79749 hatorpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 7898.1 kv.m olan qeyri yaşayaış binasının bazar dəyəri ******* manat, likvid dəyəri ******* manat olaraq müəyyən edilmişdir. Bu halda ipoteka predmeti olan əmlakın bu müddət ərzində müvafiq olaraq bazar dəyərinin ******* manat, likvid dəyərinin isə ******* manat artması reallığı əks etdirmədiyindən, ekspert tərəfindən müəyyən olunmuş qiymətlərin həqiqətə uyğun olmadığına əsas verir. Habelə ipoteka predmetinin yerləşdiyi ərazidə ona uyğun göstəricilərdə olan qeyriyaşayış sahələrinin qiyməti hazırda ipoteka predmeti üçün verilən ekspert rəyində göstərilən qiymətlərdən daha aşağıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/sahəsi, 1 ünvanında, 0.79749 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 7898.1 kv.m olan qeyri yaşayış binasına dair təkrarən məhkəmə-tikinti-texniki ekspertizasının təyin edilməsi və ekspertizanın keçirilməsinin başqa ixtisaslaşdırılmış təşkilata həvalə edilməlisi barədə məhkəməyə vəsatət verilsə də, vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi şikayət verilən hər iki hissə üzrə əsassız olan ekspert rəylərinə istinad etməklə, yekunda həmin hissələrə dair səhv nəticəyə gələrək qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
13. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Həmin Məcəllənin 478-ci maddəsinə əsasən qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir.
17. Həmin Məcəllənin 489.1-ci maddəsinə əsasən qarantın qarantiya üzrə benefisiara ödənilmiş məbləğlərin əvəzinin ödənilməsini prinsipaldan reqres qaydasında tələb etmək hüququ qarantla prinsipialın icrası üçün qarantiya verilmiş razılaşması ilə müəyyənləşdirilir.
18. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
19. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
20. Həmin Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
21. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
22. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
23. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
24. Həmin Qanunun 34.1-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
25. Həmin Qanunun 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur.
26. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
27. Həmin Qanunun 38.2-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır.
28. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: .. 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
29. Həmin Qanunun 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.
30. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddianın təmin edilməyən hissəsində (RQ-LG-609 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə əsas, illik 5 faiz və borcu və Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/sahəsi, 1 ünvanında, 0.79749 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 7898.1 kv.m olan qeyri yaşayış binasının ilkin satış qiyməti) yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
34. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh3 MMC arasında RQ-484 nömrəli, xx.xx.2021-ci il tarixli Əsas Kredit Müqaviləsi bağlanmış, Əsas Kredit Müqaviləsinin təminatı kimi Bankla Cavabdeh4 arasında RQ-484/Z-001 nömrəli, xx.xx.2021-ci il tarixli Zaminlik Müqaviləsi, Bankla Cavabdeh3 MMC arasında RQ-484/İP- 001 nömrəli, xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi, RQ-484/İP-002 nömrəli, xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi, Bankla Cavabdeh3 MMC və Cavabdeh4 arasında RQ-484/İP-003 nömrəli, xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi, Bankla Cavabdeh3 MMC və Cavabdeh1 arasında RQ-484/İP-004 nömrəli, xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi, RQ-484/İP-005 nömrəli, xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Sözügedən Əsas Kredit Müqaviləsi çərçivəsində "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış RQ-491 nömrəli, xx.xx.2021-ci tarixli Əlavə Kredit Müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə, illik 12 faiz ödəmək şərtilə ******* (bir milyon) manat məbləğində, Əsas Kredit Müqaviləsi çərçivəsində "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanılmış RQ-495 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Sazişə əsasən Bank Cavabdeh3 MMC-nin müraciəti əsasında, onun “Holcim (Azərbaycan)” ASC qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədilə sonuncuya xx.xx.2021-ci il tarixinədək ******* (bir milyon) manat məbləğində ödəniş qarantiyası, Əsas Kredit Müqaviləsi çərçivəsində "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanılmış RQ-496 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Sazişə əsasən Bank Cavabdeh3 MMC-nin müraciəti əsasında, onun "xxxx" ASC qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədilə sonuncuya xx.xx.2021-ci il tarixinədək 500000 (beş yüz min) manat məbləğində ödəniş qarantiyası, Əsas Kredit Müqaviləsi çərçivəsində "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanılmış RQ-LG- 609 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Sazişə əsasən Bank Cavabdeh3 MMC-nin müraciəti əsasında, onun "xxxx" MMC qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədilə sonuncuya xx.xx.2021-ci il tarixinədək 433566 (dörd yüz otuz üç min beş yüz altmış altı) manat məbləğində ödəniş qarantiyası verilmişdir. Cavabdehlər kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişlər.
35. Qeyd edilənlər işdə olan müqavilələr, rəylər və digər sübutlarla təsdiqlənir.
36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 13 noyabr 2023-cü il tarixli 9/6265 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh3 MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 18 fevral 2021-ci il tarixliŞ, RQ-491 saylı əlavə kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla və müqavilə dövründə illik 12%-lə, müqavilə dövründən sonra illik 5%lə faizlər hesablanmaqla Cavabdeh3 MMC-nin xx.xx.2022-ci il tarixə (müqavilənin son tarixi) banka olan əsas və faiz borcu 1.100.000,00 manat (əsas borc üzrə 1.000.000,00 manat, faiz borcu üzrə 100.000,00 manat (12%-lə)) məbləğində və xx.xx.2022-ci il tarixə (sualda və maliyyə arayışında göstərilən tarix) banka olan əsas, faiz və əldən çıxmış fayda borcu 1.134.444,44 manat (əsas borc üzrə 1.000.000,00 manat, faiz borcu üzrə 100.000,00 manat (12%-lə), əldən çıxmış fayda borcu üzrə - 34.444,44 manat (5%-lə) məbləğində müəyyən edilir. "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 18 fevral 2021-ci il tarixliŞ, RQ-491 saylı əlavə kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən bank tərəfindən cərimə hesablanmamışdır. "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 23 fevral 2021-ci il tarixli RQ-495 nömrəli 1.000.000,00 manat məbləğində Qarantiya verilməsi şərtləri barədə Saziş və 23 fevral 2021-ci il tarixli RQ-496 nömrəli 500.000,00 manat məbləğində Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə Cavabdeh3 MMC-nin hesabdan çıxarış məlumatlarında Qarantiya məbləğlərinin kreditə çevrilməsi öz əksini tapmadığına görə 23 fevral 2021-ci il tarixli RQ-495 nömrəli və 23 fevral 2021-ci il tarixli RQ-496 nömrəli Qarantiya verilməsi şərtləri barədə Sazişlər üzrə borc qalığını müəyyən etmək mümkün olmadı. Cavabdeh3 MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 22 aprel 2021-ci il tarixli, RQLG-609 nömrəli Qarantiya verilməsi şərtləri barədə Sazin şərtləri nəzərə alınmaqla və müqavilə dövrünədək illik 24%-lə faizlər hesablanmaqla Cavabdeh3 MMC-nin xx.xx.2022-ci il tarixə (müqavilənin son tarixi) banka olan əsas və faiz borcu 442.237,32 manat (əsas borc üzrə 433.566,00 manat, faiz borcu üzrə 8.671,32 manat) məbləğində, xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix) və xx.xx.2022-ci il tarixə (maliyyə arayışında göstərilən tarix) banka olan əsas və faiz borcu tam ödənilmiş və 13.617,75 manat məbləğində artıq ödəniş müəyyən edilir. "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış, 22 aprel 2021-ci il tarixli, RQ-LG-609 nömrəli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən bank tərəfindən cərimə hesablanmamışdır.
37. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 09 aprel 2024-cü il tarixli 9/1504 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Cavabdeh3 MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 18 fevral 2021-ci il tarixli,RO-491 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla və müqavilə dövründən sonra illik 5%-lə faizlər hesablanmaqla “Bakinşaat xx.xx.2022-ci il tarixədək (müqavilənin son tarixi), xx.xx.2022-ci il tarixədək (sualda və maliyyə arayışında göstərilən tarix) və 09 aprel 2024-cü il tarixədək (rəy verilən tarix) banka olan borcu aşağıdakı kimi müəyyən edilir. O cümlədən: əsas borc üzrə 1.000.000,00 manat, faiz borcu üzrə 60.000,00 manat (12%lə), xx.xx.2022-ci il tarixə 1000.000,00 manat, faiz borcu üzrə 60.000,00 manat (12%-lə), əldən çıxmış fayda borcu üzrə - 34.444,44 manat (5%-lə), xx.xx.2024-cü il tarixə 1000.000,00 manat, faiz borcu üzrə 60.000,00 manat (12%-lə), əldən çıxmış fayda borcu üzrə - 107083,33 manat (5%-lə). Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iddiaçı "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 23 fevral 2021-ci il tarixli RQ-495 nömrəli Qarantiya verilməsi şərtləri barədə Saziş və ona əlavələr üzrə nəzərə alınmaqla və müqavilə dövründə illik 18%-lə, müqavilə dövründən sonra illik 5%- lə faizlə hesablanmaqla Cavabdeh3 MMC-nin xx.xx.2022-ci il tarixədək (müqavilənin son tarixi), xx.xx.2022- ci il tarixədək (sualda və maliyyə arayışında göstərilən tarix) və 09 aprel 2024-cü il tarixədək (rəy verilən tarix) banka olan borcu aşağıdakı kimi müəyyən edilir. "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 23 fevral 2021 -ci il tarixli RQ-496 nömrəli Qarantiya verilməsi şərtləri barədə Saziş və ona əlavələr üzrə nəzərə alınmaqla və müqavilə dövründə illik 18%-lə, müqavilə dövründən sonra illik 5%-lə faizlə hesablanmaqla Cavabdeh3 MMC-nin xx.xx.2022-ci il tarixədək (müqavilənin son tarixi), xx.xx.2022-ci il tarixədək (sualda və maliyyə arayışında göstərilən tarix) və 09 aprel 2024-cü il tarixədək (rəy verilən tarix) banka olan borcu aşağıdakı kimi müəyyən edilir. Cavabdeh3 MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 22 aprel 2021-ci il tarixli, RQ-LG-609 nömrəli Qarantiya verilməsi şərtləri barədə Sazin şərtləri nəzərə alınmaqla və müqavilə dövrünədək illik 24%-lə faizlər hesablanmaqla Cavabdeh3 MMC-nin xx.xx.2021-ci il tarixə (müqavilənin son tarixi) banka olan əsas və faiz borcu 442.237,32 manat məbləğində, xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix) və xx.xx.2024-cü il tarixədək (rəy verilən tarix) banka olan əsas və faiz borcu tam ödənilmiş və 13.617,75 manat məbləğində artıq ödəniş müəyyən edilir.
38. Məhkəmə qeyd edilən ekspert rəylərinə əsaslanaraq iddia ərizəsinin RQ-LG-609 nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə əsas, faiz və dəbbə pulunun tələb edilməsi hissəsində əsassız hesab edərək rədd etmişdir.
39. Belə ki, Məhkəmə Ekpsertizası Mərkəzi tərəfindən hazırkı iş üzrə verilmiş ilkin və təkrar məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərində həmin müqavilə üzrə cavabdehlərin hər hansı ödənilməli əsas və faiz borcunun olmadığı, 13617,75 manat artıq ödənişin olduğu göstərilmişdir. Rəylərdə dəbbə pulu hesabdan çıxarış təqdim edilmədiyi üçün hesablanmamışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, həmin müqavilə üzrə cavabdehlərdən əsas, faiz və dəbbə pulunun tutulmalı olması barədə iddia tələbi təmin edilməməlidir.
40. İddiaçı apellyasiya şikayətində həmin rəyləri mübahisələndirmiş və həmin müqavilə üzrə təkrar mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Belə ki, iddiaçı tələbdə illik 5 faiz məbləği istədə də, məhkəmə ekspertiza qərardadında kapital faizi barədə sual qoymuş və tələbin bu hissəsi ekspertlər tərəfindən aydınlaşdırılmamış qalmışdır. Ona görə kollegiya şikayətin dəlillərini yoxlamaq məqsədilə vəsatəti təmin etmiş və təkrar məhkəmə mühasibatlıq ekspertizası keçirmişdir.
41. Məhkəməyə daxil olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2025-ci il tarixli, 9/413/2025 saylı ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh3 MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 22 aprel 2021-ci il tarixli, RQ-LG-609 nömrəli Qarantiya verilməsi şərtləri barədə Saziş şərtləri nəzərə alınmaqla müqavilə dövründə illik 24%-iə, müqavilə müddəti bitdiyi tarixdən sonra isə dövrün faiz borcu 5%-lə hesablanmaqla Cavabdeh3 MMC-nin xx.xx.2021-ci il tarixə (müqavilənin son tarixi) banka olan əsas və faiz borcu 442.237,32 manat məbləğində, xx.xx.2024-cü il tarixədək (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu tam ödənilmiş və 13.617,75 manat məbləğində artıq ödəniş müəyyən edilir. Həmçinin cavabdehə 19.553,87 manat məbləğində əldən çıxmış fayda borcu (5%lə) hesablanmışdır. xx.xx.2021-ci il tarixə: əsas borc üzrə 433.566,00 manat, faiz borcu üzrə 8.671,32 manat. xx.xx.2024-cü ii tarixə: əsas borc üzrə 0,00, faiz borcu üzrə 0,00, artıq ödəniş 13.617,75 manat, əldən çıxmış fayda 5%-lə 19.553,87 manat müəyyən edilmişdir. Hesabdan çıxarış təqdim edilmədiyi üçün cərimə hesablanmamışdır.
42. Məhkəmə kollegiyası qeyd edilən rəyə əsaslanaraq hesab edir ki, məhkəmə faiz borcu hissəsində yoxlama aparsa da, tələbin illik 5 faiz hissəsini araşdırmamaqla həmin tələbə hüquqi qiymət verməmişdir. Ona görə bu hissədə gəldiyi nəticə qanunaziddir.
43. Məhkəmənin əldə etdiyi rəylərdə əsas və faiz borcunun və cərimənin olmaması müəyyən edilmiş və bu hissə apellyasiya icraatı zamanı keçirilmiş ekspert tədqiqatında əldə edilmiş nəticə ilə təsdiqlənmişdir. Həmin müqavilə üzrə cüzi borc olduğuna görə tələbin cərimə hissəsi də tutula bilməz. Qətnamənin bu hissələri qanuni və əsaslıdır.
44. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”
45. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
46. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz bankın əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması bankın gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.
47. Beləliklə kollegiya belə qənaətə gəlir ki, qətnamə qismən ləğv edilməli, 22 aprel 2021-ci il tarixli, RQ-LG-609 nömrəli Qarantiya verilməsi şərtləri barədə saziş üzrə Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 1366,28 manat (14984,03- 13617,75=1366,28) illik 5 faiz borcu tutulmalıdır.
48. İddiaçı borc üzrə tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/s 1 ünvanında 0.79749 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 7898.1 kv.m olan qeyri-yaşayış binasına yönəlməsi tələbini də irəli sürmüşdür.
49. Belə ki, həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış 15 fevral 2021-ci il tarixli RP-484/İP-001 nömrəli ipoteka müqaviləsinə əsasən bu müqavilənin predmeti 1.2-ci bəndində göstərilən əsas kredit müqaviləsinə, o cümlədən həmin müqavilə çərçivəsində bağlanan və bu müqavilənin 2.2-ci bəndində göstərilmiş müqavilələrə əsasən ipoteka qoyanın ipoteka saxlayan qarşısında götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsəilə ipoteka qoyana mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/sahəsi 1 ünvanında 0,79749 ha torpaq sahəsi üzərində yerləşən əmlakını ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilməsi təşkil edir. 25. Müqavilənin 1.6-cı bəndinə əsasən tərəflərin qarşılıqlı razılığına əsasən ipoteka predmetinin bazar qiyməti 2.000.000 manat, likvid dəyəri isə 1.400.000 manat məbləğində müəyyən edilir. Azərabycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsi, MD-23 y/sahəsi, 1/qeyri-yaşayış binası iddiaçının xeyrinə yüklü edilmişdir.
50. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh4 məxsus ünvan 8 ünvanında yerləşən torpaq sahəsinin orta bazar dəyəri təqribən 170000 manat, likvid qiyməti 153000 manat, ünvan 9 ünvanında yerləşən torpaq sahəsinin orta bazar dəyəri təqribən 170000 manat, likvid qiyməti 153000 manat təşkil edir. Ekspertiza qarşısında qoyulmuş digər suallar üzrə (hazırkı iş üzrə digər ipoteka predmetlərinin orta bazar və likvid qiymətlərinin müəyyən edilməsi ilə bağlı) tədqiqat aparılmamışdır.
51. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş mətəxəssis rəylərindən görünür ki, Cavabdeh4 məxsus ünvan 2nin bazar dəyəri 500000 manat, likvid qiyməti 480000 manat, Cavabdeh3 MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/sahəsi 1 ünvanında yerləşən qeyri-yaşayış binasının bazar dəyəri ******* manat, likvid qiyməti ******* manat, Cavabdeh3 MMC-yə məxsus Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinin bazar dəyəri 255000 manat, likvid qiyməti 235000 manat, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin bazar dəyəri 210000 manat, likvid qiyməti 204000 manat, ünvan 4 ünvanında yerləşən Cavabdeh4 məxsus 0,12 ha torpaq sahəsinin (yarımtikili nəzərə alınmaqla) bazar dəyəri 270000 manat, likvid qiyməti 264000 manat müəyyən edilir.
52. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
53. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyini vaxtında icra etmədiyi üçün “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.
54. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
55. Məhkəmə həmin tələblə bağlı hesab etmişdir ki, işin araşdırılan hallarından cavabdehlərin iddiaçıya ümumilikdə 3.005.694,45 manat borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməli, göstərilən borcun ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetlərinin açıq hərracda satışı həyata keçirilməli, ilkin satış qiyməti "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi mütəxəssis rəylərində göstərilmiş likvid qiymətlərə uyğun müyyən edilməlidir. (Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/sahəsi 1 ünvanında yerləşən qeyri-yaşayış binasının bazar dəyəri ******* manat, likvid qiyməti 5.800.000 manat)
56. Apellyator məhkəmənin bu mövqeyi ilə razılaşmamış və mütəxəssis rəyini mübahisələndirdiyindən məhkəmə kollegiyası ziddiyyətli məqamların aydınlaşdırılması məqsədilə iddiaçının vəsatətini təmin edərək təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası keçirmiş və müvafiq rəy alınmışdır.
57. Belə ki, məhkəməyə daxil olan "xxxx" MMC-nin 05 dekabr 2024-cü il tarixli, MB17/1196 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/sahəsi 1 ünvanında yerləşən qeyri-yaşayış binasının likvid qiyməti 3.300.000 (üç milyon üç yüz min) manat dəyərində müəyyən edilmişdir.
58. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.
59. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
60. Məhkəmə Ekspertiza Mərkəzinin rəyində mübahisəli əmlakın ilkin satış qiymət imüəyyən edilməmişdir. Göründüyü kimi apellyasiya icraatı zamanı müəyyən edilən ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilən və birinci instansiya məhkməsi tərəfindən müəyyən edilən qiymətlərin ortasında qərarlaşdığına görə və sonuncu rəy tarix baxımından daha real və obyektiv rəy olduğuna görə kollegiya hesab edir ki, sonuncu rəydə müəyyən edilən məbləğ ipoteka predmetinin ilkin satış qiyməti kimi əsas götürülməlidir.
61. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, tutma yönəldilərkən, yəni hərrac keçirilərkən Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/sahəsi 1 ünvanında yerləşən qeyri-yaşayış binasının likvid qiyməti isə 3.300.000 manat dəyərində müəyyən edilməlidir.
62. Kollegiya hesab edir ki, qətnamə mübahisələndirilən hissədə qismən ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməli və ipoteka predmetinin ilkin satış qiyməti (likvid) məhkəmə araşdırmaları nəticəsində əldə edilən sonuncu ekspert rəyində qeyd olunan qiymət müəyyən edilməlidir.
63. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
64. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
65. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 385.1.3, 389, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-51/2024 nömrəli qətnaməsi qismən, iddianın 22 aprel 2021-ci il tarixli, RQ-LG-609 nömrəli Qarantiya verilməsi şərtləri barədə saziş üzrə illik 5 faiz borcu hissəsində ləğv edilsin, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. 22 aprel 2021-ci il tarixli, RQ-LG-609 nömrəli Qarantiya verilməsi şərtləri barədə saziş üzrə Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 1366,28 manat (14984,03-13617,75=1366,28) illik 5 faiz borcu tutulsun. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-51/2024 nömrəli qətnaməsi ipoteka predmetinin (Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/s 1 ünvanında 0.79749 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 7898.1 kv.m olan qeyri-yaşayış binasının) ilkin satış qiyməti hissəsində dəyişdirilsin. İpoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/s 1 ünvanında 0.79749 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 7898.1 kv.m olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 3.300.000 (üç milyon üç yüz min) manat müəyyən edilsin. 100 manat ekspertiza xərci iddiaçı "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. 850 manat ekspertiza xərci cavabdehlər Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilsin. İddiaçının apellyasiya şikayətinə görə ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.