Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-732/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 22 may 2024-cü il tarixli e-2-2(113)-2013/2024 nömrəli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh Qaəzənfər oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı MMC-nə göndərilmiş xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 665616 nömrəli elektron qaimənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının istinad etdiyi hallar ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən mallar (mebel əşyaları) dəyəri ödənilmədən İddiaçı MMC-nə satılmışdır. Həmin müqavilənin 4-cü maddəsinə əsasən bu müqavilə üzrə mallar əsas məbləği (qiyməti) ödənilmədən alıcıya təhvil verilir. Müqavilənin 4.3-cü bəndinə əsasən Alıcı yalnız malların təqdim edilməsi ilə bağlı Satıcının çəkdiyi və ya çəkməli olduğu xərcləri, vergi və digər məcburi ödənişləri ödəyir. xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh tərəfindən İddiaçı MMC-nə xx.xx.2020-ci il tarixdə ƏDV daxil 198.240 manat məbləğində elektron qaimə vurulmuşdur. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin 1-ci və 4-cü bəndlərinə zidd olaraq, faktiki iddiaçıya verilməyən mebel əşyalarının dəyəri tələb olunur. Əgər elektron qaimədə qeyd edilən mebel əşyaları iddiaçıya verilsəydi bu barədə alqı-satqı müqaviləsinin 3.1.1-ci bəndinə uyğun olaraq müvafiq təhvil təslim aktı tərtib olunardı, mallar iddiaçıya verilsəydi belə, həmin müqavilənin 4.3-cü bəndinə əsasən yalnız malların təqdim edilməsi ilə bağlı Satıcının çəkdiyi və ya çəkməli olduğu xərcləri, vergi və digər məcburi ödənişləri ödəyərdi. Dəfələrlə Cavabdeh elektron qaimə ilə bağlı müraciət olunsa da, o bildirmişdir ki, narahat olmayın bu formal bir qaimədir. Cavabdeh tərəfindən iddiaçıya vurululmuş elektron qaimənin geri götürülməsi barədə pretenziya məktubu ilə cavabdehə müraciət olunsa da, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli elektron qaimə geri götürülməmişdir. Yuxarı göstərilənləri nəzərə alaraq, xx.xx.2020-ci tarixli alqı-satqı müqaviləsinə zidd olduğundan, Cavabdeh tərəfindən İddiaçı MMC-nə vurulmuş xx.xx.2020-ci il tarixli elektron qaimə etibarsız hesab edilməsi zəruridir. Bakı Kommersiya Məhkəməsinin 22 may 2024-cü il tarixli e-2-2(113)-2013/2024 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı MMC həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, materiallardan görünür ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə 017 saylı alqı-satqı müqaviləsi bağlanmış və Cavabdeh tərəfindən İddiaçı MMC-yə dəyəri 198.240 manat təşkil edən EBAQ 665616 saylı elektron qaimə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-433/2022 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı MMC-yə qarşı iddiası qismən təmin edilmiş və İddiaçı MMC-dən ƏDV daxil 198.240 manat, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 200 manat, 290 manat dövlət rüsumu olmaqla, ümumilikdə 198.730 manat məbləğində pulun Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-5/2024 saylı 28 mart 2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat, Bakı Kommersiya Məhkəməsinin icraatında olan hazırkı iş üzrə qəbul ediləcək yekun qərar qanuni qüvvəyə minənədək dayandırılmışdır. Göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 017 saylı alqı-satqı müqaviləsi üzrə verilmiş mallara görə pulun tələb edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin icraartında olan 2-2(104)-5/2024 saylı işin predmetidir və qeyd olunan elektron qaimə də, qeyd edilən işdə sübutlardan biridir. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədən irəli gələn mübahisə üzrə hər hansı sübutun ayrıca müstəqil şəklində mübahisələndirilməsi yolverilməzdir. Çünki mülki iş və ya kommersiya mübahisəsi üzrə təqdim edilmiş sübutun mübahisələndirilməsi ayrıca icraatda deyil, həmin mülki iş və ya kommersiya mübahisəsinə baxılan icraatda (hazırki halda Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2-2(104)-5/2024 saylı işə baxılanda) həyata keçirilir. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrində isə təsbit edilmişdir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Ona görə də kollegiya hesab edir ki, iş üzrə icraata xitam verilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri isə formal mülahizələrə əsaslandığı üçün əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 22 may 2024-cü il tarixli e-2-2(113)-2013/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-732/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-732/2024
09.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver