Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-733/2025 01.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X5, Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, İlkin iddia üzrə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh3, Cavabdeh4 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqavilə üzrə pul tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi və sair” tələbi barədə ilkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh9 cavabdeh İddiaçı ASC-yə qarşı “ipoteka müqaviləsinin bağlanmamış hesab olunması və zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh8, Cavabdeh2, Cavabdeh4,Cavabdeh11 MMC-dən, Cavabdeh7, Cavabdeh3, Cavabdeh10 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə 05R000008233 saylı krеdit razılaşması üzrə 461923.77 ABŞ Dolları krеdit bоrcu, 237235.21 ABŞ Dolları faiz bоrcu, 48249.96 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 747408.94 ABŞ Dolları, 05R000010767 saylı krеdit razılaşması üzrə 877893.95 ABŞ Dolları krеdit bоrcu, 411503.46 ABŞ Dolları faiz bоrcu, 88998.90 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 1378396.31 ABŞ Dolları, - 005R********** saylı krеdit razılaşması üzrə 11252.25 ABŞ Dolları krеdit bоrcu, 118714.81 ABŞ Dolları faiz borcu, 22826.71 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 152793.77 ABŞ Dolları, 005R********** saylı krеdit razılaşması üzrə 227577.94 ABŞ Dolları krеdit bоrcu, 135812.82 ABŞ Dolları faiz bоrcu, 35341.94 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 398732.70 ABŞ Dolları, 4 (dörd) kredit razılaşması üzrə ümumilikdə cəmi 2 677 331 (iki milyon altı yüz yetmiş yeddi min üç yüz otuz bir) ABŞ Dolları 72 sent məbləğində borcun, Bununla yanaşı cavabdеhlər Cavabdeh8, Cavabdeh1 və Cavabdeh9 müştərək qaydada 005R********** saylı krеdit razılaşması üzrə 11252.25 ABŞ Dolları krеdit bоrcu, 118714.81 ABŞ Dolları faiz borcu, 22826.71 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 152793 (yüz əlli iki min yeddi yüz doxsan üç) ABŞ Dolları 77 sent məbləğində borcun tutulması, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 2666 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 400 manat ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 180 manat rüsum və 546 manat xidmət haqqının borclulardan müştərək qaydada "xxxx" QSC-nin xeyrinə tutulması, Tələbin aşağıda qeyd olunmuş 12 ədəd ipoteka predmeti olan əmlaklara; Cavabdeh4 məxsus və "xxxx" QSC qarşısında ipoteka ilə yüklü edilmiş Lerik rayonu Hamarmeşə kəndində yerləşən 0.5 ha torpaq sahəsinə, Cavabdeh4 məxsus və "xxxx" QSC qarşısında ipoteka ilə yüklü edilmişLerik rayonu Hamarmeşə kəndində yerləşən 2.0 ha torpaq sahəsinə, Cavabdeh4 məxsus və "xxxx" QSC qarşısında ipoteka ilə yüklü edilmiş Bakışəhəri Nizami rayonu M.X.Şərifli küçəsi 2381-ci məhəllədə yerləşən 0.06 ha torpaq sahəsinə, (qeydiyyat nömrəsi **********) Cavabdeh4 məxsus və "xxxx" QSC qarşısında ipoteka ilə yüklü edilmiş Bakışəhəri Nizami rayonu M.X.Şərifli küçəsi 2381-ci məhəllədə yerləşən 0.06 ha torpaq sahəsinə, (qeydiyyat nömrəsi **********) Cavabdeh4 məxsus və"xxxx" QSC qarşısında ipoteka ilə yüklü edilmişBakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Hacı Məmmədov küçəsi 0.24 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 4 otaqlı 56 nömrəli fərdi yaşayış evinə, Cavabdeh7 məxsus və "xxxx" QSC qarşısında ipoteka ilə yüklü edilmişAbşeron rayonu Saray qəsəbəsi Ş.İ.Xətai küçəsində 0.6285 ha torpaq sahəsi və üzərində yerləşən istehsal təyinatlı 1678 m ümumisahədən ibarət 21 nömrəliəmlak kompleksi kimimüəssisəyə, Cavabdeh7 məxsus və"xxxx" QSC qarşısında ipoteka ilə yüklü edilmişBakı şəhəri Xətai rayonu Mahmud İbrahimov küçəsində 0.01849 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 292.6 m ümumisahəli 5A nömrəli fərdi yaşayış evinə, Cavabdeh1 məxsus və "xxxx" QSC qarşısında ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri Novxanı bağ massivində 0.12 ha torpaq sahəsindən ibarət 5097 saylı bağ sahəsinə, Cavabdeh1 məxsus və "xxxx" QSC qarşısında ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri Novxanı bağ massivində 0.2178 ha torpaq sahəsindən ibarət 4670 A saylı bağ sahəsinə, Cavabdeh1 məxsus və "xxxx" QSC qarşısında ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri Novxanı bağ massivində 0.118 ha torpaq sahəsindən ibarət B-3788 saylı bağ sahəsinə, Cavabdeh9 məxsus və "xxxx" QSC qarşısında ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri Novxanı bağ massivində 0.12894 ha torpaq sahəsindən ibarət 5099 saylı bağ sahəsinə Bakı şəhəriYasamal rayonu Hüseyn Cavid prospekti 520-ci məhəllədə 0.04018 ha torpaq sahəsində yerləşən 3a saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 2 677 331 (iki milyon altı yüz yetmiş yeddi min üç yüz otuz bir) ABŞ Dolları 72 sent məbləğində borcun tutulması, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 2666 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 400 manat, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 180 manat rüsum və 546 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, Hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh8, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4,Cavabdeh11 MMC-dən, Cavabdeh7, Cavabdeh3, Cavabdeh10 və Cavabdeh9 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, Lerik rayonu Hamarmeşə kəndində yerləşən 0.5 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh4 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, Lerik rayonu Hamarmeşə kəndində yerləşən 2.0 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh4 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, Bakışəhəri Nizami rayonu M.X.Şərifli küçəsi 2381-ciməhəllədə yerləşən 0.06 ha torpaq sahəsinə, (qeydiyyat nömrəsi **********) tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh4 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, Bakışəhəri Nizami rayonu M.X.Şərifli küçəsi 2381- ciməhəllədə yerləşən 0.06 ha torpaq sahəsinə, (qeydiyyat nömrəsi **********) tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh4 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Hacı Məmmədov küçəsi 0.24 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 4 otaqlı 56 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh4 və Cavabdeh2 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, Abşeron rayonu Saray qəsəbəsi Ş.İ.Xətai küçəsində 0.6285 ha torpaq sahəsi və üzərində yerləşən istehsal təyinatlı 1678 m ümumi sahədən ibarət 21 nömrəli əmlak kompleksi kimi müəssisəyə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh7 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, Bakı şəhəri Xətai rayonu Mahmud İbrahimov küçəsində 0.01849 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 292.6 m ümumi sahəli 5A nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh7, X1, Cavabdeh5 və Cavabdeh6 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, Sumqayıt şəhəri Novxanı bağ massivində 0.12 ha torpaq sahəsindən ibarət 5097 saylı bağ sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, Sumqayıt şəhəri Novxanı bağ massivində 0.2178 ha torpaq sahəsindən ibarət 4670 A saylı bağ sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, Sumqayıt şəhəri Novxanı bağ massivində 0.118 ha torpaq sahəsindən ibarət B-3788 saylı bağ sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, Sumqayıt şəhəri Novxanı bağ massivində 0.12894 ha torpaq sahəsindən ibarət 5099 saylı bağ sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh9 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 520-ci məhəllədə 0.04018 ha torpaq sahəsində yerləşən 3a saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və onlar satıldıqdan sonra 1 ay ərzində Cavabdeh9 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh9 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Bank arasında bağlanmış ipoteka müqaviləsinin bağlanmamış hesab olunması, zaminlik müqaviləsinə isə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2-2(113)-86/2025 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. Cavabdeh8 Bakı Kommersiya Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2-2(113)- 86/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh8 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmiş, işin baxılması şifahi icraat qaydasında xx.xx.2025-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən Bakı Kommersiya Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2-2(113)-86/2025 saylı qətnaməsindən Cavabdeh9 tərəfindən xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(103)-452/2025 nömrəli qərardadı ilə icraata qəbul qərardadı ləğv edilərək iş apellyasiya baxışından çıxarılmışdır. Bakı Kommersiya Məhkəməsinin 06 may 2025-ci il tarixli, e-2-2(113)-86/2025 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2- 2(113)- 86/2025 saylı qətnaməsindən Cavabdeh9 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qeyd olunan qərardaddan Cavabdeh9 şikayət verərək xx.xx.2025-ci il tarixli 2- 2(113)-86/2025-ci il tarixli Qərardadın tamamilə ləğv edilməsini, apellyasiya şikayətinin mümkün hesab olunaraq apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-86/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(103)-688/2025 nömrəli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh9 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 06 may 2025-ci il tarixli, e-2-2(113)-86/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(103)-733/2025 nömrəli qərardadı ilə Cavabdeh8 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilərək icraata qəbul edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh9 xx.xx.2025-ci il tarixində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə verərək, xx.xx.2025-ci il tarixli 2- 2(113)-86/2025-ci il tarixli qərardadın tamamilə ləğv edilməsini, apellyasiya şikayətinin mümkün hesab olunaraq apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 362, 363 və 364-cü maddələrinin mənasına görə, apellyasiya şikayəti işə baxmış birinci instansiya məhkəməsinə təqdim edilir və birinci instansiya məhkəməsi apellyasiya şikayətinin qəbul və ya qaytarılması məsələsini müzakirə edir. MPM-nin tələblərinə cavab verən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. İşdən görünür ki, Cavabdeh9 apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə də müraciət etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, ilkin iddia üzrə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh3, Cavabdeh4 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqavilə üzrə pul tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi və sair” tələbi barədə ilkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh9 cavabdeh İddiaçı ASCyə qarşı “ipoteka müqaviləsinin bağlanmamış hesab olunması və zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair kommersiya işi Cavabdeh9 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması və prossesual müddətin bərpasına dair ərizəyə münasibət bildirilməsi üçün mümkünlük qərardadı ləğv edilməklə və apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli mümkünlük qərardadı ləğv edilsin. İlkin iddia üzrə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh3, Cavabdeh4 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqavilə üzrə pul tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi və sair” tələbi barədə ilkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh9 cavabdeh İddiaçı ASC-yə qarşı “ipoteka müqaviləsinin bağlanmamış hesab olunması və zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair kommersiya mübahisəsi apellyasiya baxışından çıxarılsın. İş materialları Cavabdeh9 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması və prossesual müddətin bərpasına dair ərizəyə münasibət bildirilməsi üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-2(103)-733/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-733/2025
01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver