Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-734/2020 10.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, İlkin iddia üzrə İddiaçı-nin cavabdehlər Cavabdeh2na və Cavabdeh1-yə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı-yə (müstəqil tələb irəli sürməyən 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi) qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi” tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-578/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə izah verilməsinə dair Bakı Kommersiya Məhkəməsinin 2- 2(81)-578/2017 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərardadından icra sənədi üzrə borclu Cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-578/2017 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Cəmil Tağıyevin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-578/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək izah verilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 578/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi - ipoteka ilə yüklü edilmiş yaşayış sahələrinin açıq hərracda satıldıqdan sonra sonra 1 ay ərzində ipoteka qoyan X1 tərəfindən çıxarılaraq boşaldılması hissəsində ləğv edilməmişdir. İcra sənədi üzrə borclu Cavabdeh2 həmin qərardaddan şikayət verərək qərardadının ləğv edilməsi və ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə onun şikayəti təmin edilməmiş iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı qanunsuz və əsassızdır. Belə ki, işin hallardından göründüyü kimi, birinci instansiya məhkəməsinin xx xxxxxx 2017ci il tarixli qətnaməsi yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilərək iddia qismən ləğv edilmiş, daha sonra isə apellyasiya məhkəməsinin qətnaməsi kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilərək yeni qərar əsasında iddia tələbi təmin edilmişdir. məhkəməsinin qətnaməsini dəyişərək yeni qərar qəbul edən kassasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilə bilərdi. Belə ki, Mülki Prosessual Məcəllənin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Lakin, işdən də göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edildiyi halda səlahiyyət hədlərindən kənara çıxaraq qətnaməyə özü izah vermişdir. Bundan başqa, hesab edirəm ki, ümumiyyətlə adıçəkilən qətnaməyə izah verilə bilməz. Çünki məhkəmə qərarlarının nəticə hissəsi aydın və dəqiq yazılmış və hər hansı qeyri-müəyyənlik mövcud deyildir. Qərardaddan da görünür ki, məhkəmə ərizəni təmin edərkən qətnaməyə izah verilməsi barədə ərizənin nə dərəcədə əsaslı olmasına, qətnaməyə izah verilməsinə əsasların olubolmamasına hüquqi qiymət verməmiş və bu barədə öz mövqeyini əsaslandırmamışdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının 14-cü bəndinə göstərilmişdir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş icra şöbəsi, tələbkar, borclu və üçüncü şəxs (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, MPM-in 135.8, 230.4-cü maddələrinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İcra sənədi üzrə E.Cabbarlının şikaytinin qeyd olunan dəlilərindən göründüyü kimi, ilk öncə birinci instansiya məhkəməsinin qətnaməyə izah vermək səlahiyyəti olmadığı mübahisləndirilmişdir. Məhkəmə kollegiyası şikayətin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 578/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi (hakim X2): -cavabdehlərdən tutulmalı olan məbləğin X1 ilə Bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli 113875-3-185 saylı, “Dövriyyədəki malların girov müqaviləsi” nə əsasən E.R.Cabbarlı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 41 A, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 33 və Keşlə qəsəbəsi, Köndələn küçəsi 4/4 ünvanında yerləşən girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, bu müqavilənin 1 saylı Əlavəsində göstərilən dövriyyədə olan mebellərə yönəldilməsi, həmin mallar açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçı “İddiaçı-yə ödənilməsi; -ipoteka ilə yüklü edilmiş yaşayış sahələrinin açıq hərracda satıldıqdan sonra sonra 1 ay ərzində ipoteka qoyan X1 tərəfindən çıxarılaraq boşaldılması – hissələrində yuxarı məhkəmə instansiya məhkəmələri tərəfindən ləğv edilməmiş, dəyişdirilməmiş və həmin hissələrdə yeni qətnamə çıxarılmamışdır. Göründüyü kimi, icra məmurunun məşhkəmədən qətnamədən izah verilməsini xahiş etdiyi – «ipoteka ilə yüklü edilmiş yaşayış sahələrinin açıq hərracda satıldıqdan sonra sonra 1 ay ərzində ipoteka qoyan X1 tərəfindən çıxarılaraq boşaldılması» hissəsi də həmçinin dəyişdirilmədən qüvvədə qalmışdır. Bu baxımdan, birinci instansiya məhkəməsinin işə baxan hakimi (İ.B.Əhmədov) tərəfindən həmin hissədə öz qətnaməsinə izah verməsi MPM-in qeyd olunan 230.1-230.2-ci maddələri ilə ziddiyyət təşkil etməsindən söhbət cedə bilməz. Borclunun şikayətinin ikinci bir dəlilində məhkəmə qərarlarının nəticə hissəsi aydın və dəqiq yazılmış və hər hansı qeyri-müəyyənlik mövcud olmağını bildirərək, qətnaməyə izah verilməsini əsassız sayır. Məhkəmə kollegiyası borclunun həmin dəlilləri ilə də razılaşmır. Çünki, icra sənədinin – «ipoteka ilə yüklü edilmiş yaşayış sahələrinin açıq hərracda satıldıqdan sonra sonra 1 ay ərzində ipoteka qoyan X1 tərəfindən çıxarılaraq boşaldılsın.» - hissəsi tutmanın ipoteka ilə yüklü edilmiş yaşayış sahələrinə (mənzillərə) yönəldilməsi hisəsinin bilavasitə ardını təşkil etmir, həmin hissə qətnamədə tutmanın girov pretmetlərinə yönəldilməsinə dair bəndlərindən sonrakı mövqedə yer almaqla, bir növ ipoteka predmetiləri ilə bağlılığını məntiqi ardıcıllıq baxımından itirmişdir. Həm də burada çaşdırıcı məqam ondan da ibarətdir ki, qətnamə tutmanın ipotoka pretməetlərinə yönəldilməsi hissəsində ləğv apellyasiya qapydasında ləğv olunub həmin hissədə ilkin iddia rədd olunmuş, lakin kassasiya instansiya məhkəməsi tərəfindən apellyasiya instansiya məhkəməsinin qətnaməsi həmin hissədə yenidən ləğv olunub, ilkin iddia təkrarən təmin olunmuş və hər iki halda, birinci instansiya məhkəməsinin qətnaməsinə ipotoka predmetləri olan yaşayış sahələrinin boşaldılması hisəsinə toxunulmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası şikayətçinin “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının 14-cü bəndinə istinadən qətnamənin aydın olmayan məqamlaranın mövcud olmadığını vurğulayn dəlilləri ilə razılaşmır. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansyia məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli qərardadı ilə qətnaməyə izah verilməsini mahiyyət etibarı ilə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də icra sənədi üzrə borclu Cavabdeh2 şikayətinin həmin qərardadın əsaslandırılmadığını, qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-578/2017 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsindən isə göründüyü kimi, izah barədə məhkəmə qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrini rəhbər tutaraq, kollegiya qərara a l d ı: İcra sənədi üzrə borclu Cavabdeh2 şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2- 2(81)-578/2017 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov İlqar Murquzov
Məhkəmə qərarları › İş №2-2(103)-734/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-734/2020
10.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver