Məhkəmə qərarları › İş №2-2(103)-734/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-734/2023

28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-734/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X9 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyəti) qarşı “kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1555/2023 saylı, 18 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “öhdəliyin keçməsi haqqında” 06 sentyabr 2014-cü il tarixli, 55ÖM/F20-14 nömrəli müqaviləyə əsasən xx.xx.2013-ü il tarixli 55 AV/F20-13 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Maraqlı şəxs ASC-nin etibarnaməsi əsasında çıxış edən 20 saylı filialın rəhbəri X8 və Cavabdeh arasında 06 sentyabr 2014-cü il tarixdə “Öhdəliyin keçməsi haqqında” 55 ÖM/F20-14 nömrəli müqavilə bağlanmış, müqavilə imzalarla təsdiq edilmişdir. Qeyd olunan müqavilənin 1.1ci bəndinə əsasən borc verən və borc alan arasında xx.xx.2013-cü il tarixli 55 AV/F20-13 saylı təminatlı kredit müqaviləsinə əsasən borc alanın borc verənə bu müqavilənin bağlanması tarixinə kimi əsas borc üzrə ödənilməmiş 278207 manat əsas borc və müqaviləyə əsasən bundan sonra hesablanacaq faizlərin qrafiki üzrə ödənilməsini yeni borclu öz üzərinə götürür, borc verən isə bu borcun yeni borclu tərəfindən ödənilməsinə razılıq verərək borcun ondan qəbul edəcəyini öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən borc verən ilə borc alan arasında bağlanmış xx.xx.2013-cü il tarixli 55 AV/F20-13 saylı kredit müqaviləsinin təminatı olaraq xx.xx.2013-cü il tarixli 55İP/F20-13 saylı girov müqaviləsi üzrə girov qoyulmuş 4 ədəd DAEWOO (BS090) markalı avtobusların istifadə hüququ cavabdehə - “yeni borclu”-ya keçmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən müqavilə bağlandığı andan borc verən ilə borc alan arasında olan öhdəlik hüquq münasibətlərinə xitam verilmiş və borc verən ilə yeni borclu arasında yeni öhdəlik hüquq-münasibətləri meydana gəlmişdir. 2020-ci ilin əvvəlinə qədər olan müddətdə Cavabdeh bağlanmış müqavilənin şərtini pozaraq, 278207 manat borcu tam ödəməmişdir. Bu səbəbdən də, ləğv prosesində olan Maraqlı şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddiaçıya qarşı iddia ərizəsi ilə borc pulun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir.

3. Cavabdeh nümayəndəsi Vəkil Nürəddin oğlu iddia ərizəsinə etiraz vermiş və etirazında bildirmişdir ki, məhkəmənin nəzərinə çatdırılır ki, “Öhdəliyin keçməsi haqqında” 06 sentyabr 2014-cü il tarixli 55ÖM/F20-14 nömrəli müqaviləyə əsasən “Borc verən” – Maraqlı şəxs ASC-dir, “Borc alan” – İddiaçıdur, “Yeni borclu” – Cavabdehdur. Həmin öhdəliyin keçməsi haqqında 06 sentyabr 2014-cü il tarixli 55ÖM/F20-14 nömrəli müqavilənin bağlanmasına səbəb 27 may 2013-cü il tarixli, 55AV/F20-13 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə əsasən bağlanılmış 27 may 2013-cü il tarixli, 55 İP/F20- 13 nömrəli girov müqaviləsi olmuşdur. Belə ki, 27 may 2013-cü il tarixli 55AV/F20-13 nömrəli təminatlı kredit müqaviləsinə əsasən Maraqlı şəxs ASC tərəfindən 5 ədəd “DAEWOO” markalı sərnişin daşıma avtobusunun alınması məqsədi ilə İddiaçı 48 ay müddətinə illik 20% hesablanmaqla, 348.500 manat məbləğində kredit verilmişdir. 27 may 2013-cü il tarixli 55İP/F20-13 nömrəli girov müqaviləsinə əsasən, 27 may 2013-cü il tarixli, 55AV/F20-13 nömrəli təminatlı kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün İddiaçı mülkiyyətində olan və kredit vəsaiti hesabına alınan şassi № KL5UK42HEDU005723, buraxılış ili 2012-ci il, **-VS-*** nömrə nişanlı; şassi № KL5UK42HEDU005854, buraxılış ili 2012-ci il, **-VS-*** nömrə nişanlı; şassi № KL5UK42HEDU005847, buraxılış ili 2012- ci il, **-VS-*** nömrə nişanlı; şassi № KL5UK42HEDU005875, buraxılış ili 2012-ci il, 90- VS-438 nömrə nişanlı; şassi № KL5UK42HEDU005859, buraxılış ili 2012-ci il, **-VS-*** nömrə nişanlı avtobuslar banka girov qoyulmuşdur. Bildirilir ki, Lpo Maraqlı şəxs ASC iddia ərizəsi ilə kommersiya məhkəməsinə müraciət etməklə məqsədi ondan ibarət olmuşdur ki, İddiaçı Maraqlı şəxs ASC ilə 25 may 2012-ci il tarixli 17AV/F20-12 №-li kredit müqaviləsi və həmin müqaviləyə əsasən 25 may 2012-ci il tarixli 17 İP/F20-12 nömrəli girov müqaviləsi, 27 may 2013-cü il tarixli 55AV/F20-13 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə əsasən 27 may 2013cü il tarixli 55 İP/F20- 13 nömrəli girov müqaviləsi, 19 iyul 2013-cü il tarixli 63AV/F20-13 №-li kredit müqaviləsi və həmin müqaviləyə əsasən 19 iyul 2013-cü il tarixli 63 İP/F20-13 nömrəli girov müqaviləsi bağlamışdır. Göstərilən müqavilələrə əsasən lpo Maraqlı şəxs ASC tərəfindən İddiaçı kredit borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi tələb edilmişdir. Göründüyü kimi İddiaçı lpo Maraqlı şəxs ASC ilə müxtəlif tarixlərdə kredit müqavilələri və həmin müqavilələrə əsasən girov müqavilələri bağlamışdır. Yuxarıda adı çəkilən kredit müqavilələrindən və həmin müqavilələrə əsasən bağlanılmış girov müqavilələrindən isə ancaq Cavabdeh 55AV/F20-13 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə əsasən bağlanılmış 27 may 2013-cü il tarixli, 55 İP/F20- 13 nömrəli girov müqaviləsi üzrə “Öhdəliyin keçməsi haqqında” 06 sentyabr 2014-cü il tarixli 55ÖM/F20-14 nömrəli müqaviləyə əsasən 278207 manat əsas borc, xx.xx.2014-cü il tarixdə bağlanmış 2 saylı əlavəyə uyğun olaraq qrafikə əsasən 45 ay olmaqla hər ay 8837 manat ödəməyi öz üzərinə götürmüş, girov predmeti olaraq 4 ədəd Daewoo (BS090) markalı avtobusların istifadə hüququ Cavabdeh keçmişdir. 27 may 2013-cü il tarixli, 55İP/F20-13 nömrəli girov müqaviləsi üzrə göstərilən şassi № KL5UK42HEDU005854, buraxılış ili 2012-ci il, **-VS-*** nömrə nişanlı avtobusun istifadə hüququ Cavabdeh keçməmişdir. Bildirilir ki, hazırda İddiaçı Cavabdeh qarşı iddia tələbi qaldıra bilməz. Ona görə ki, həmin “Öhdəliyin keçməsi haqqında” 06 sentyabr 2014-cü il tarixli 55ÖM/F20-14 nömrəli müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilə bağlandığı andan “Borc verən” ilə “Borc alan” arasında öhdəlik hüquq münasibətlərinə xitam verilir və “Borc verən” ilə “Yeni borclu” arasında yeni öhdəlik hüquq münasibətləri meydana gəlir. Yəni 06 sentyabr 2014-cü il tarixində bağlanılmış “Öhdəliyin keçməsi haqqında” müqaviləyə əsasən Maraqlı şəxs ASC ilə İddiaçı arasında olan öhdəlik hüquq münasibətlərinə xitam verilərək, Maraqlı şəxs ASC ilə Cavabdeh arasında yeni öhdəlik hüquq münasibətləri meydana gəlmişdir. Bir sözlə “Öhdəliyin keçməsi haqqında” müqaviləyə əsasən iddiaçı ilə cavabdeh arasında hüquq münasibətləri yaranmamış, öhdəlik hüquq münasibətləri Bank ilə cavabdeh arasında yaranmışdır. Bu halda ona dəlalət edir ki, “Öhdəliyin keçməsi haqqında” müqaviləyə əsasən Bank iddia tələbi ilə Cavabdeh qarşı iddia qaldırmalı idi. İddiaçı Cavabdeh qarşı iddia irəli sürə bilməz. Belə ki, Maraqlı şəxs ASC kommersiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən, “Öhdəliyin keçməsi haqqında” müqaviləni mübahisələndirmədən, iddia ərizəsində göstərmədən, 55AV/F20-13 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə əsasən bağlanılmış 27 may 2013-cü il tarixli 55 İP/F20-13 nömrəli girov müqaviləsi üzrə İddiaçı kredit borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsini tələb etmiş, cavabdeh İddiaçı məhkəmə iclasında həmin borcun üçüncü şəxs tərəfindən ödənildiyini bildirsə də cavabdehin izahatı məhkəmə qətnaməsindən görünür ki, nəzərə alınmamışdır. Bank tərəfindən məhkəmə iclasında 55AV/F20-13 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə əsasən bağlanılmış 27 may 2013-cü il tarixli 55 İP/F20- 13 nömrəli girov müqaviləsi üzrə 06 sentyabr 2014-cü il tarixində “Öhdəliyin keçməsi haqqında” müqavilənin bağlanıldığı, həmin müqaviləyə əsasən öhdəliyin “Yeni borclu” Cavabdeh keçdiyi, cavabdeh İddiaçı əsl Cavabdeh ilə əvəz edilməsi bildirilməmiş və bu səbəbdən kommersiya məhkəməsi, apelyasiya instansiyası məhkəməsi və kassasiya instansiyası məhkəməsi 55AV/F20-13 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə əsasən bağlanılmış 27 may 2013-cü il tarixli 55 İP/F20-13 nömrəli girov müqaviləsi üzrə aktlar qəbul etmişlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)- 386/2020 nömrəli qətnaməsi ilə 27 may 2013-cü il tarixli 55AV/F20-13 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə əsasən bağlanılmış 27 may 2013-cü il tarixli 55 İP/F20- 13 nömrəli girov müqaviləsi hissəsində cavabdeh İddiaçı 27 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 184.790,16 manat, faiz borcu üzrə 40.243,19 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5 faiz hesablanmaqla məhkəməyə müraciət olunan tarixədək ümumilikdə 242.511,41 manat və 50 manat cərimə olmaqla cəmi 242.561,41 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, tutmanın girov predmeti olan, İddiaçı mülkiyyətində olan və kredit vəsaiti hesabına alınmış şassi KL5UK42HEDU005723, buraxılış ili 2012-ci il, dövlət qeydiyyat nömrəli **-VS-***, şassi KL5UK42HEDU005854, buraxılış ili 2012-ci il, dövlət qeydiyyat nömrəli **-VS-***, şassi KL5UK42HEDU005847, buraxılış ili 2012-ci il, dövlət qeydiyyat nömrəli **-VS-***, şassi KL5UK42HEDU005859, buraxılış ili 2012-ci il, dövlət qeydiyyat nömrəli**-VS-*** olan sərnişin daşıma avtobuslarına yönəldilməsi, həmin avtobusların açıq hərracda satılmaqla satışdan əldə edilən pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 19 noyabr 2020-ci il tarixli 2-2(103)-540/2020 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, birinci istansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 mart 2021-ci il tarixli 2- 2(102)-103/2021 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, cavabdeh İddiaçı 27 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən “cəmi 242.561,41 manat məbləğində” ifadəsi “cəmi 282.804,60 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması ifadələrinə dəyişdirilməsi qərara alınmışdır. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi məhkəmə tərəfindən “Öhdəliyin keçməsi haqqında” müqavilənin mübahisələndirilməməsi, bank tərəfindən məhkəməyə hər hansı məlumatın bildirilməməsi nəticəsində kredit borcu əsl Cavabdeh deyil, cavabdeh İddiaçı tutulmuşdur. “Öhdəliyin keçməsi haqqında” müqaviləyə əsasən isə iddiaçı ilə cavabdeh arasında hüquq münasibətləri yaranmadığına görə hazırda İddiaçı “Öhdəliyin keçməsi haqqında” 06 sentyabr 2014-cü il tarixli 55ÖM/F20-14 nömrəli müqaviləyə görə xx.xx.2013-cü il tarixli 55AV/F20-13 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulmasını məhkəmədən tələb edə bilməz və göstərilən hal həmin iddia tələbinin rədd edilməsi üçün əsasdır. Eyni zamanda məhkəmənin nəzərinə çatdırırıq ki, Maraqlı şəxs ASC, İddiaçı və Cavabdeh arasında bağlanmış 06 sentyabr 2014-cü il tarixli 55ÖM/F20-14 nömrəli öhdəliyin keçməsi haqqında müqavilə üzrə xx.xx.2014-cü il tarixli 02 nömrəli qəbzə əsasən Cavabdeh İddiaçı 90-VS432, **-VS-***, **-VS-***, **-VS-*** qeydiyyat nişanlı 4 ədəd DAEWOO BS 090 markalı avtobusların 60000 manat dəyərindən 30000 manat ödəniş etmiş və hər iki tərəf qəbzi öz imzaları ilə təsdiq etmişlər. Bundan sonra Cavabdeh tərəfindən İddiaçı xx.xx.2014-cü il tarixində 29500 manat, xx.xx.2014-cü il tarixində 8837 manat, xx.xx.2014-cü il tarixində 8837 manat, xx.xx.2014-cü il tarixində 8837 manat, xx.xx.2015-ci il tarixində 8837 manat, xx.xx.2015-ci il tarixində 8837, xx.xx.2015-ci il tarixində 8837 manat, xx.xx.2015-ci il tarixində 8837 manat, xx.xx.2015-ci il tarixində 8837 manat, xx.xx.2015-ci il tarixində 8837 manat, xx.xx.2015-ci il tarixində 8837 manat, xx.xx.2015-ci il tarixində 8837 manat, xx.xx.2015-ci il tarixində 8837 manat, xx.xx.2015-ci il tarixində 8837 manat, xx.xx.2015-ci il tarixində 8837 manat, xx.xx.2015-ci il tarixində 5000 manat, xx.xx.2015-ci il tarixində 3837 manat, xx.xx.2016-cı il tarixində 5000 manat, xx.xx.2016-cı il tarixində 3837 manat, xx.xx.2016-cı il tarixində 10000 manat, xx.xx.2016cı il tarixində 10000 manat məbləğində ödənişlər edilmişdir. Göründüyü kimi Cavabdeh tərəfindən 06 sentyabr 2014-cü il tarixli 55ÖM/F20-14 nömrəli “öhdəliyin keçməsi haqqında müqavilə” üzrə yuxarıda göstərilən qəbzlərə əsasən İddiaçı ümumilikdə 220.892 manat məbləğində ödəniş edilmişdir. Bildiririk ki, Cavabdeh 2016-cı il tarixində ölkədə yaranan devolvasiya və dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması nəticəsində qalan məbləği ödəməkdə çətinlik çəkmiş və cavabdehin sonuncu ödəniş tarixi xx.xx.2016- cı il tarixində olmuşdur. Nəzərinizə çatdırılır ki, cavabdeh tərəfindən ödənişin çox hissəsi ödənilsə də həmin 4 ədəd DAEWOO (BS090) markalı avtobusların mülkiyyət hüququ Cavabdeh keçməmiş, lpo Maraqlı şəxs ASC tərəfindən həmin 4 ədəd DAEWOO (BS090) markalı avtobuslar açıq hərracda satılması məqsədilə cavabdehdən alınmışdır. Bir sözlə hazırda həmin avtobuslar cavabdehdə deyildir. Qeyd edirik ki, hazırda iddiaçının cavabdehə qarşı olan tələbi əsassız və qanunsuzdur. Ona görə ki, həmin nəqliyyat vasitələri cavabdehdə olmadığı halda iddiaçının cavabdehə qarşı heç bir öhdəliyinin olmadığı halda belə iddia qaldırmışdır.

4. Cavabdeh nümayəndəsi Vəkil Nürəddin oğlu həmçinin sistemə iddia müddətinin tətbiqinə dair ərizə yükləmiş və ərizədə qeyd etmişdir ki, lizensiya əsasında fəaliyyət göstərən Maraqlı şəxs ASC fərdi sahibkar fiziki şəxs İddiaçı, (vöen **********) və fərdi sahibkar fiziki şəxs Cavabdeh (vöen **********) (bundan sonra “Yeni borclu”) arasında “Öhdəliyin keçməsi haqqında” 06 sentyabr 2014-cü il tarixli 55ÖM/F20-14 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən “Yeni borclu” “Borc verən” ilə “Borc alan” arasında 27 may 2013-cü il tarixli 55AV/F20-13 saylı Təminatlı kredit müqaviləsinə əsasən “Borc alanın” “Borc verənə” bu müqavilənin bağlanması tarixinə kimi əsas borc üzrə ödənilməmiş 278207 manat əsas borc və müqaviləyə əsasən bundan sonra hesablanacaq faizlərin qrafik üzrə ödənilməsini öz üzərinə götürür, “Borc verən” isə borcun “Yeni Borclu” tərəfindən ödənilməsinə razılıq verərək borcun ondan qəbul edəcəyini öhdəsinə götürür. “Borc verən” ilə “Borc alan” arasında bağlanmış 27 may 2013-cü il tarixli 55AV/F20-13 saylı kredit müqaviləsinin təminatı olaraq xx.xx.2013-cü il tarixli 55İP/F20-13 saylı girov müqaviləsi üzrə girov qoyulmuş 4 (dörd) ədəd Daewoo (BS090) markalı avtobusların istifadə hüququ “Yeni borclu”-ya keçir. Müqavilənin 2.1-ci bəndinə əsasən “Yeni borclu” tərəfindən borc məbləği “Borc verən” ilə “Borc alan” arasında bağlanmış 27 may 2013-cü il tarixli 55AV/F20-13 saylı təminatlı kredit müqaviləsinin şərtlərinə xx.xx.2014-cü il tarixdə bağlanmış 2 saylı əlavəyə uyğun olaraq qrafikə əsasən göstərilmiş müddət və məbləğlərdə ödəniləcəkdir (45 ay olmaqla hər ay 8837 manat). Məhkəmənin nəzərinə çatdırılır ki, yuxarıda qeyd olunan müqavilə çoxtərəfli əqdir və həmin müqavilə hüquqi şəxs Maraqlı şəxs ASC ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər İddiaçı və Cavabdeh arasında 06 sentyabr 2014-cü il tarixində bağlanılmışdır, belə ki, müqavilədən görünür ki, müqavilənin bağlanılmasında niyyət həmin girov qoyulmuş 4 ədəd Daewoo (BS090) markalı avtobuslardan sərnişin daşınması kimi istifadə etməkdir və müqavilənin 2.1-ci bəndinə əsasən ödənişin müddəti 45 ay olmaqla nəzərə alınmışdır. Yəni ödəmə planına əsasən sonuncu ödəniş müddəti xx.xx.2018-ci il tarix olaraq müəyyən edilmişdir. Cavabdeh tərəfindən isə sonuncu ödəniş xx.xx.2016-cı il tarixində həyata keçirilmişdir. Bildiririk ki, iddiaçı tərəf müqavilə üzrə öhdəliklərdən irəli gələn borcun ödənilmədiyini qeyd edərək, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etdiyindən hesab edirik ki, qanunvericiliyin tələbi və işin faktiki halları nəzərə alınmaqla, həmin iş üzrə iddia müddəti tətbiq olunmalıdır. Ona görə ki, 06 sentyabr 2014-cü il tarixli 55ÖM/F20-14 nömrəli müqavilədən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət 45 ay olmaqla, ödəmə planına əsasən xx.xx.2018-ci il tarixə qədər ödənişlərin edilməsi göstərilmişdir. Belə ki, cavabdeh tərəfdən Maraqlı şəxs ASC-yə sonuncu ödəniş xx.xx.2016-cı il tarixində həyata keçirilmişdir və belə olan halda iddiaçı tərəfdən hər iki halda iddia müddətləri bitmişdir. Həm cavabdeh tərəfin Banka sonuncu ödəniş etdiyi xx.xx.2016-cı il tarixindən, həm də ödəmə planına əsasən sonuncu ödəniş ediləcək xx.xx.2018-ci il tarixindən 3 illik iddia müddətləri bitmişdir. Qeyd edirik ki, hazırki vəziyyətdə həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətlərinin axımı cavabdeh tərəfin Banka sonuncu ödəniş etdiyi xx.xx.2016-cı il tarixindən və ödəmə planına əsasən xx.xx.2018-ci il tarixindən başlanmasına baxmayaraq, İddiaçı iddia tələbini iddia müddətləri bitdikdən sonra irəli sürmüşdür.

5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1555/2023 saylı, 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

6. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1555/2023 saylı, 18 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 5 dekabr 2011-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün mülki məhkəmə icraatına dair qanunvericiliyin mühüm və əsas mənbəyi olan Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü də müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Bununla bağlı qeyd etmək istəyir ki, faktiki olaraq o, cavabdeh və üçüncü şəxs olan bank arasında açıq aşkar öhdəliyin hazırki iş üzrə cavabdehə keçməsi haqqında müqavilə olduğu halda, məhkəmə cavabdehin vəkilinin etiraz və izahatlarına əsasən məhkəmə qətnaməsi qəbul etmişdir. Məhkəmənin gəldiyi qərara görü mənim cavabdehə qarşı iddia qaldırmaq kimi subyektim hüququm yoxdur. Əgər mən sözügedən öhdəliyin keçirilmısinə dair müqavilə üzrə mənə pul ödənilməsini tələb etsəydim, bu zaman cavabdehin və məhkəmənin fikri ilə razılaşmaq olardı. Lakin hazırki iş üzrə göründüyü kimi, o cavabdehin müqavilə üzrə üçüncü şəxs qarşısında olan öhdəliyinin qətnamə əsasında ona ödənilməsini tələb edir. Müqavilədən də, göründüyü kimi, bank qarşısında öhdəlik artıq ona yox, hazırki iş üzrə cavabdehə məxsusdur. Məhkəmə qətnaməsini əsaslandırarkən sanki onun borcludan pul tələb etdiyini əsas tutaraq qətnamə elan etmişdir. Lakin göründüyü kimi, o, cavabdeh və üçüncü şəxs arasında bağlanmış və hazırda etibarlı olan qətnamənin icra olunaraq, onun da Azərbaycan Respublikasının bütün qanunvericilikləri ilə qorunan hüquqlarının qorunmasını tələb edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, “Öhdəliyin keçməsi haqqında” 06 sentyabr 2014-cü il tarixli 55ÖM/F20-14 nömrəli müqaviləyə əsasən “Borc verən” -Maraqlı şəxs ASC-dir, “Borc alan” - İddiaçıdur, “Yeni borclu”- Cavabdehdur. Həmin öhdəliyin keçməsi haqqında 06 sentyabr 2014-cü il tarixli 55ÖM/F20-14 nömrəli müqavilənin bağlanmasına səbəb 27 may 2013-cü il tarixli, 55AV/F20-13 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə əsasən bağlanılmış 27 may 2013-cü il tarixli, 55İP/F20-13 saylı girov müqaviləsi olmuşdur. Belə ki, 27 may 2013-cü il tarixli 55AV/F20-13 nömrəli təminatlı kredit müqaviləsinə əsasən, Maraqlı şəxs ASC tərəfindən 5 ədəd “Daewoo” markalı sərnişin daşıma avtobusunun alınması məqsədi ilə İddiaçı 48 ay müddətinə illik 20 faiz hesablanmaqla, 348.500 manat məbləğində kredit verilmişdir. 27 may 2013-cü il tarixli 55İP/F20-13 nömrəli girov müqaviləsinə əsasən, 27 may 2013-cü il tarixli, 55AV/F20-13 nömrəli təminatlı kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün İddiaçı mülkiyyətində olan və kredit vəsaiti hesabına alınan şassi № KL5UK42HEDU005723, buraxılış ili 2012-ci il, **-VS-*** nömrə nişanlı; şassi № KL5UK42HEDU005854, buraxılış ili 2012-ci il, **-VS-*** nömrə nişanlı; şassi № KL5UK42HEDU005847, buraxılış ili 2012-ci il, **-VS-*** nömrə nişanlı; şassi № KL5UK42HEDU005875, buraxılış ili 2012-ci il, **-VS-*** nömrə nişanlı; şassi № KL5UK42HEDU005859, buraxılış ili 2012-ci il, **-VS-*** nömrə nişanlı avtobuslar banka girov qoyulmuşdur. Bildirilir ki, Lpo Maraqlı şəxs ASC iddia ərizəsi ilə kommersiya məhkəməsinə müraciət etməkdə məqsədi ondan ibarət olmuşdur ki, İddiaçı Maraqlı şəxs ASC ilə 25 may 2012-ci il tarixli 17AV/F20-12 №-li kredit müqaviləsi və həmin müqaviləyə əsasən 25 may 2012-ci il tarixli 17 İP/F20-12 nömrəli girov müqaviləsi, 27 may 2013-cü il tarixli 55AV/F20-13 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə əsasən 27 may 2013cü il tarixli 55İP/F20-13 nömrəli girov müqaviləsi, 19 iyul 2013-cü il tarixli 63AV/F20-13 №-li kredit müqaviləsi və həmin müqaviləyə əsasən 19 iyul 2013-cü il tarixli 63İP/F20-13 nömrəli girov müqaviləsi bağlamışdır. Göstərilən müqavilələrə əsasən lpo Maraqlı şəxs ASC tərəfindən İddiaçı kredit borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi tələb edilmişdir. Göründüyü kimi, İddiaçı lpo Maraqlı şəxs ASC ilə müxtəlif tarixlərdə kredit müqavilələri və həmin müqavilələrə əsasən girov müqavilələri bağlamışdır. Yuxarıda adı çəkilən kredit müqavilələrindən və həmin müqavilələrə əsasən bağlanılmış girov müqavilələrindən isə ancaq Cavabdeh 55AV/F20-13 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə əsasən bağlanılmış 27 may 2013-cü il tarixli, 55İP/F20- 13 saylı girov müqaviləsi üzrə “Öhdəliyin keçməsi haqqında” 06 sentyabr 2014-cü il tarixli 55ÖM/F20-14 nömrəli müqaviləyə əsasən 278207 manat əsas borc, xx.xx.2014-cü il tarixdə bağlanmış 2 saylı əlavəyə uyğun olaraq qrafikə əsasən 45 ay olmaqla hər ay 8837 manat ödəməyi öz üzərinə götürmüş, girov predmeti olaraq 4 (dörd) ədəd Daewoo (BS090) markalı avtobusların istifadə hüququ Cavabdeh keçmişdir. 27 may 2013-cü il tarixli, 55İP/F20-13 nömrəli girov müqaviləsi üzrə göstərilən şassi № KL5UK42HEDU005854, buraxılış ili 2012-ci il, **-VS-*** nömrə nişanlı avtobusun istifadə hüququ Cavabdeh keçməmişdir. Bildirilir ki, hazırda İddiaçı Cavabdeh qarşı iddia tələbi qaldıra bilməz. Ona görə ki, həmin “Öhdəliyin keçməsi haqqında” 06 sentyabr 2014-cü il tarixli 55ÖM/F20-14 nömrəli müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilə bağlandığı andan “Borc verən” ilə “Borc alan” arasında öhdəlik hüquq münasibətlərinə xitam verilir və “Borc verən” ilə “Yeni borclu” arasında yeni öhdəlik hüquq münasibətləri meydana gəlir. Yəni, 06 sentyabr 2014-cü il tarixində bağlanılmış “Öhdəliyin keçməsi haqqında” müqaviləyə əsasən Maraqlı şəxs ASC ilə İddiaçı arasında olan öhdəlik hüquq münasibətlərinə xitam verilərək, Maraqlı şəxs ASC ilə Cavabdeh arasında yeni öhdəlik hüquq münasibətləri meydana gəlmişdir. Bir sözlə, “Öhdəliyin keçməsi haqqında” müqaviləyə əsasən iddiaçı ilə cavabdeh arasında hüquq münasibətləri yaranmamış, öhdəlik hüquq münasibətləri Bank ilə cavabdeh arasında yaranmışdır. Bu hal da ona dəlalət edir ki, “Öhdəliyin keçməsi haqqında” müqaviləyə əsasən Bank iddia tələbi ilə Cavabdeh qarşı iddia qaldırmalı idi. İddiaçı Cavabdeh qarşı iddia irəli sürə bilməz. Belə ki, Maraqlı şəxs ASC kommersiya məhkəməsində iddia ərizəsi ilə müraciət edərkən, “Öhdəliyin keçməsi haqqında” Müqaviləni mübahisələndirmədən, iddia ərizəsində göstərmədən, 55AV/F20-13 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə əsasən bağlanılmış 27 may 2013-cü il tarixli, 55İP/F20-13 nömrəli girov müqaviləsi üzrə İddiaçı kredit borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsini tələb etmiş, cavabdeh İddiaçı məhkəmə iclasında həmin borcun üçüncü şəxs tərəfindən ödənildiyini bildirsə də, cavabdehin izahatı məhkəmə qətnaməsindən görünür ki, nəzərə alınmamışdır. Bank tərəfindən məhkəmə iclasında 55AV/F20-13 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə əsasən bağlanılmış 27 may 2013-cü il tarixli, 55İP/F20- 13 nömrəli girov müqaviləsi üzrə 06 sentyabr 2014-cü il tarixində “Öhdəliyin keçməsi haqqında” müqavilənin bağlanıldığı, həmin müqaviləyə əsasən öhdəliyin “Yeni borclu” Cavabdeh keçdiyi, cavabdeh İddiaçı əsl Cavabdeh ilə əvəz edilməsi bildirilməmiş və bu səbəbdən kommersiya məhkəməsi, apelyasiya instansiyası məhkəməsi və kassasiya instansiyası məhkəməsi 55AV/F20-13 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə əsasən bağlanılmış 27 may 2013-cü il tarixli, 55İP/F20-13 nömrəli girov müqaviləsi üzrə aktlar qəbul etmişlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)- 386/2020 nömrəli qətnaməsi ilə 27 may 2013-cü il tarixli 55AV/F20-13 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə əsasən bağlanılmış 27 may 2013-cü il tarixli, 55İP/F20- 13 nömrəli girov müqaviləsi hissəsində cavabdeh İddiaçı 27 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 184.790,16 manat, faiz borcu üzrə 40.243,19 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5 faiz hesablanmaqla məhkəməyə müraciət olunan tarixədək ümumilikdə 242.511,41 manat və 50 manat cərimə olmaqla cəmi 242.561,41 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, tutmanın girov predmeti olan, İddiaçı mülkiyyətində olan və kredit vəsaiti hesabına alınmış şassi № KL5UK42HEDU005723, buraxılış ili 2012-ci il, dövlət qeydiyyat nömrəli **-VS-***, şassi № KL5UK42HEDU005854, buraxılış ili 2012-ci il, dövlət qeydiyyat nömrəli **-VS-***, şassi № KL5UK42HEDU005847, buraxılış ili 2012-ci il, dövlət qeydiyyat nömrəli **-VS-***, şassi № KL5UK42HEDU005859, buraxılış ili 2012ci il, dövlət qeydiyyat nömrəli **-VS-*** olan sərnişin daşıma avtobuslarına yönəldilməsi, həmin avtobusların açıq hərracda satılmaqla satışdan əldə edilən pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 19 noyabr 2020-ci il tarixli 2-2(103)-540/2020 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 mart 2021-ci il tarixli 2-2(102)-103/2021 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, cavabdeh İddiaçı 27 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən “cəmi 242.561,41 manat məbləğində” ifadəsi “cəmi 282.804,60 (iki yüz səksən iki min səkkiz yüz dörd manat altmış qəpik) manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması ifadələrinin dəyişdirilməsi qərara alınmışdır. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi məhkəmə tərəfindən “Öhdəliyin keçməsi haqqında” Müqavilənin mübahisələndirilməməsi, bank tərəfindən məhkəməyə hər hansı məlumatın bildirilməməsi nəticəsində kredit borcu əsl Cavabdeh deyil, cavabdeh İddiaçı tutulmuşdur. “Öhdəliyin keçməsi haqqında” Müqaviləyə əsasən isə iddiaçı ilə cavabdeh arasında hüquq münasibətləri yaranmadığına görə hazırda İddiaçı “Öhdəliyin keçməsi haqqında” 06 sentyabr 2014-cü il tarixli 55ÖM/F20-14 nömrəli müqaviləyə görə xx.xx.2013-cü il tarixli 55AV/F20-13 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulmasını məhkəmədən tələb edə bilməz və göstərilən hal həmin iddia tələbinin rədd edilməsi üçün əsasdır. Həmçinin bildiririk ki, iddiaçı tərəf müqavilə üzrə öhdəliklərdən irəli gələn borcun ödənilmədiyini qeyd edərək, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etdiyindən hesab edirik ki, qanunvericiliyin tələbi və işin faktiki halları nəzərə alınmaqla, həmin iş üzrə iddia müddəti tətbiq olunmalıdır. Ona görə ki, 06 sentyabr 2014-cü il tarixli 55ÖM/F20-14 nömrəli müqavilədən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət 45 ay olmaqla, ödəmə planına əsasən xx.xx.2018ci il tarixə qədər ödənişlərin edilməsi göstərilmişdir. Belə ki, cavabdeh tərəfdən Maraqlı şəxs ASC-yə sonuncu ödəniş xx.xx.2016-cı il tarixində həyata keçirilmişdir və belə olan halda iddiaçı tərəfdən hər iki halda iddia müddətləri bitmişdir. Həm cavabdeh tərəfin Banka sonuncu ödəniş etdiyi xx.xx.2016-cı il tarixindən, həm də ödəmə planına əsasən sonuncu ödəniş ediləcək xx.xx.2018-ci il tarixindən 3 illik iddia müddətləri bitmişdir. Qeyd edirik ki, hazırki vəziyyətdə həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətlərinin axımı cavabdeh tərəfin Banka sonuncu ödəniş etdiyi xx.xx.2016-cı il tarixindən və ödəmə planına əsasən xx.xx.2018-ci il tarixindən başlanmasına baxmayaraq, İddiaçı iddia tələbini iddia müddətləri bitdikdən sonra irəli sürmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsindən də görünür ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsindən də görünür ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsindən də görünür ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsindən də görünür ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Beləliklə yuxarıda qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi müqavilə tələbləri üzrə iddia müddəti üç il hesab edildiyindən və icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanıldığından və həmin müqavilə üzrə də iddia müddəti həm xx.xx.2016-cı il tarixindən həm də xx.xx.2018-ci il tarixindən başlanılmasını nəzərə alaraq hesab edirik ki, hazırki iş üzrə iddia müddəti tətbiq edilməlidir. Ona görə ki, İddiaçı hər iki halda 3 illik iddia müddətlərini ötürmüşdür. İddiaçı müqavilə tələbləri üzrə göstərilən 3 illik iddia müddətini ötürərək məhkəməyə müraciət etdiyindən həmin iş üzrə iddia müddəti tətbiq edilməli və iddia tələbi təmin edilməməlidir. Bundan başqa, Maraqlı şəxs ASC, İddiaçı və Cavabdeh arasında bağlanmış 06 sentyabr 2014-cü il tarixli 55ÖM/F20-14 nömrəli öhdəliyin keçməsi haqqında müqavilə üzrə xx.xx.2014-cü il tarixli 02 nömrəli qəbzə əsasən Cavabdeh İddiaçı **-VS-***, **-VS-***, **-VS-***, **-VS-*** qeydiyyat nişanlı 4 ədəd Daewoo BS 090 markalı avtobusların 60000 manat dəyərindən 30000 manat ödəniş etmiş və hər iki tərəf qəbzi öz imzaları ilə təsdiq etmişlər. Bundan sonra Cavabdeh tərəfindən İddiaçı xx.xx.2014-cü il tarixində 29.500 manat, xx.xx.2014-cü il tarixində 8837 manat, xx.xx.2014-cü il tarixində 8837 manat, xx.xx.2014-cü il tarixində 8837 manat, xx.xx.2015-ci il tarixində 8837 manat, xx.xx.2015-ci il tarixində 8837 manat, xx.xx.2015-ci il tarixində 8837 manat, xx.xx.2015-ci il tarixində 8837 manat, xx.xx.2015-ci il tarixində 8837 manat, xx.xx.2015-ci il tarixində 8837 manat, xx.xx.2015-ci il tarixində 8837 manat, xx.xx.2015-ci il tarixində 8837 manat, xx.xx.2015-ci il tarixində 8837 manat, xx.xx.2015-ci il tarixində 8837 manat, xx.xx.2015-ci il tarixində 8837 manat, xx.xx.2015-ci il tarixində 5000 manat, xx.xx.2015-ci il tarixində 3837 manat, xx.xx.2016-cı il tarixində 5000 manat, xx.xx.2016-cı il tarixində 3837 manat, xx.xx.2016-cı il tarixində 10.000 manat, xx.xx.2016-cı il tarixində 10.000 manat məbləğində ödənişlər edilmişdir. Göründüyü kimi Cavabdeh tərəfindən 06 sentyabr 2014-cü il tarixli 55ÖM/F20-14 nömrəli “öhdəliyin keçməsi haqqında” müqavilə üzrə yuxarıda göstərilən qəbzlərə əsasən İddiaçı ümumilikdə 220.892 manat məbləğində ödəniş edilmişdir. Bildirilir ki, Cavabdeh 2016-cı il tarixində ölkədə yaranan devolvasiya və dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması nəticəsində qalan məbləği ödəməkdə çətinlik çəkmiş və cavabdehin sonuncu ödəniş tarixi xx.xx.2016-cı il tarixində olmuşdur. Nəzərinizə çatdırılır ki, cavabdeh tərəfindən ödənişin çox hissəsi ödənilsə də, həmin 4 ədəd DAEWOO (BS090) markalı avtobusların mülkiyyət hüququ Cavabdeh keçməmiş, lpo Maraqlı şəxs ASC tərəfindən həmin 4 ədəd DAEWOO (BS090) markalı avtobuslar açıq hərracda satılması məqsədilə cavabdehdən alınmışdır. Bir sözlə, hazırda həmin avtobuslar cavabdehdə deyildir. Qeyd edirik ki, hazırda iddiaçının cavabdehə qarşı olan tələbi əsassız və qanunsuzdur. Ona görə ki, həmin nəqliyyat vasitələri cavabdehdə olmadığı halda iddiaçının cavabdehə qarşı heç bir öhdəliyinin olmadığı halda belə iddia qaldırmışdır. Bundan başqa iddiaçı apelyasiya şikayətində MPM-nin 217-ci maddəsinə istinad etməklə, məhkəmənin qətnaməsinin mülki prosesual qanunvericiliyin qeyd edilən maddəsinə cavab vermədiyini qeyd edir. Belə ki, məhkəmənin nəzərinə çatdırılır ki, məhkəmə tərəfindən sübutlar qiymətləndirilərkən tam, hərtərəfli və obyektivliyi əks etdirməklə qiymətləndirilmişdir. Tərəflərindən iddiaya qarşı irəli sürdükləri dəlillər ilə bağlı istinad etdikləri halları məhkəməyə sübut qismində təqdim edilməklə, məhkəmə tərəfindən öz təsdiqini tapmaqla, düzgün qiymətləndirilmişdir. Məhkəmə tərəfindən iddiaçının etirazının əsassız olması qətnamədə ətraflı şəkildə əsaslandırılmaqla göstərilmişdir. Belə ki, MPM-nin 218.1-ci maddəsindən görünür ki, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunanlara əsasən hesab edirlər ki, İddiaçı apelyasiya şikayətinin dəlilləri əsassız hesab edilərək, İddiaçı apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 1555/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, tərəflər arasında üçtərəfli “öhdəliklərin keçməsi” haqqında müqavilə bağlandıqdan sonra tərəfindən hazırkı cavabdehə etibarnamə verilmiş, 4 il sonra ona nəsə olduğu təqdirdə eibarnamə ilə avtobusları adına keçirtməsi nəzərdə tutulmuşdur. Digər iş üzrə müqavilə və digər sənədlər onda olmadığı üçün məhkəməyə təqdim edə bilməmişdir, sadəcə şifahi şəkildə vurğulamışdır. Sentyabrın 6-sı müqavilə bağlanmış, sentyabrın 7-dən 2020-ci ilin yanvarınadək qeyd olunan avtobuslar Cavabdeh sərəncamında olmuşdur.

10. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçı müqaviləni filialda bağlamışdır, özü də iştirak etmişdir, iddia əsassız iddiadır, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri var, bankın filial müdiri belə bir müqavilə bağlamışdır, baş ofisin məlumatı olmamış, müvafiq sənədlər onlara təqdim edilməmişdir. Onların baş ofisində olan sənədlər içərisində tərəflə arasında bağlanmış hər hansı müqavilə və digər sənədlər olmamışdır.

11. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

13. Həmin Məcəllənin 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir.

14. Həmin Məcəllənin 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.

15. Həmin Məcəllənin 551.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər üzrə beş il keçdikdən sonra qüvvəsini itirir.

16. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

21. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

23. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

24. Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir.

25. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır.

28. Belə ki, xx.xx.2013-cü il tarixli 55AV/F20-13 nömrəli LPO Maraqlı şəxs ASC ilə İddiaçı arasında bağlanmış təminatlı kredit müqaviləsindən görünür ki, LPO Maraqlı şəxs ASC İddiaçı 348500 manat məbləğində 48 ay müddətinə illik 20 faizlə kredit verməyi, İddiaçı isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətlərdə geri qaytarmağı öhdəsinə götürür. xx.xx.2014-cü il, xx.xx.2014-cü il, xx.xx.2014-cü il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli ödəniş qəbzlərindən görünür ki, xx.xx.2013-cü il tarixli 55AV/F20-13 nömrəli kredit müqaviləsi üzrə ödənişlər edilmişdir.

29. 06 sentyabr 2014-cü il tarixli İddiaçı, cavabdeh X4 və LPO Maraqlı şəxs ASC 20 saylı filialı arasında bağlanmış “Öhdəliyin keçməsi haqqında” 55 ÖM/F20-14 nömrəli müqavilədən görünür ki, bu müqaviləyə əsasən X4 (yeni borclu), LPO Maraqlı şəxs ASC 20 saylı filialı (borc verən) və İddiaçı (borc alan) arasında xx.xx.2013-cü il tarixli 55AV/F20-13 saylı təminatlı kredit müqaviləsinə əsasən İddiaçı LPO Maraqlı şəxs ASCyə bu müqavilənin bağlanması tarixinə kimi əsasən borc üzrə ödənilməmiş 278207 manat əsas borc və müqaviləyə əsasən bundan sonra hesablanacaq faizlərin qrafiki üzrə ödənilməsini X4 öz üzərinə götürmüş, LPO Maraqlı şəxs ASC isə bu borcun X4 tərəfindən ödənilməsinə razılıq verərək borcun ondan qəbul ediləcəyini öhdəsinə götürmüşdür.

30. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-386/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı LPO Maraqlı şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı kredit borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 184790,16 manat, faiz borcu üzrə 40243,19, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5% hesablanmaqla məhkəməyə müraciət olunan tarixə qədər ümumilikdə 242511,41 manat və 50 manat cərimə olmaqla, cəmi 242561,41 manat məbləğində pulun ləğv prosesində olan Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.

31. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2-2(103)-540/2020 saylı qətnaməsindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-386/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

32. Göründüyü kimi iddiaçının öhdəliyi yerinə yetirilməsi tələb olunan xx.xx.2013-ü il tarixli 55 AV/F20-13 saylı kredit müqaviləsi üzrə LPO Maraqlı şəxs ASC İddiaçı qarşı borc tələbi ilə bağlı iddia irəli sürülmüş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-386/2020 nömrəli qətnaməsi ilə xx.xx.2013-ü il tarixli 55 AV/F20-13 saylı kredit müqaviləsi üzrə yaranmış borc İddiaçı tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)- 386/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

33. İddiaçı hazırda məhkəmə qətnaməsinin icrasını cavabdehin üzərinə qoyulmasını tələb edir, halbuki məhkəmə qətnamələri ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış 06 sentyabr 2014-cü il tarixli Sazişin predmeti olan xx.xx.2013-cü il tarixli 55AV/F20-13 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrası, yəni borcun ödənilməsi iddiaçının üzərinə qoyulmuşdur.

34. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi izahatında iddia tələbinin əsassız olduğunu, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin olduğunu, iddiaçının müqaviləni filialda bağladığını, baş ofisin məlumatının olmadığını, müvafiq sənədlərin onlara təqdim edilmədiyini, baş ofisdə olan sənədlər içərisində tərəflə arasında bağlanmış hər hansı müqavilə və digər sənədlərin olmadığını bildirdi.

35. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2013-cü il tarixli 55AV/F20- 13 saylı kredit müqaviləsi üzrə kreditor qismində ləğv prosesində olan Maraqlı şəxs ASC çıxış edir, İddiaçı ilə X4 isə müvafiq olaraq əvvəlki borclu və 06 sentyabr 2014-cü il tarixli öhdəliyin keçməsi haqqında müqaviləyə əsasən yeni borclu qismində çıxış edir. Hazırda iş üzrə iddiaçı qismində əvvəlki borclu, yəni İddiaçı çıxış edir, bir borclunun digər borclunun üzərinə müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi vəzifəsini qoymağa subyektiv hüququ yoxdur. Bununla yanaşı xx.xx.2013-cü il tarixli 55AV/F20-13 saylı kredit müqaviləsi üzrə öhdəliklər 06 sentyabr 2014-cü il tarixli öhdəliyin keçməsi haqqında müqaviləyə əsasən X1 də, ləğv prosesində olan Maraqlı şəxs ASC Bakı Kommersiya Məhkəməsinə müraciət edərək kredit müqaviləsi üzrə borcun hazırki İddiaçı tutulmasını məhkəmədən xahiş etmiş və xx.xx.2020-ci il tarixli e-2-2(113)-386/2020 nömrəli qətnaməsi ilə borcun yalnız İddiaçı tutulması qət edilmişdir. Göründüyü kimi iddiaçının öhdəliyi yerinə yetirilməsi tələb olunan xx.xx.2013-ü il tarixli 55 AV/F20-13 saylı kredit müqaviləsi üzrə LPO Maraqlı şəxs ASC İddiaçı qarşı borc tələbi ilə bağlı iddia irəli sürürlmüş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-386/2020 nömrəli qətnaməsi ilə xx.xx.2013-ü il tarixli 55 AV/F20-13 saylı kredit müqaviləsi üzrə yaranmış borc İddiaçı tutulması qət edilmişdir.

36. Məhkəmə kollegiyası iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə münasibətdə qeyd edir ki, iddia müddəti institutu mülki qanunvericilikdə iddia tələbi əsaslı olduğu, lakin qanunda qeyd olunan müddətlərdə irəli sürülmədiyi halda məhkəmənin iddianın rədd olunması barəsində qərar çıxarması üçün əsas kimi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə isə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirilməsinə zərurət mövcud olmamışdır.

37. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1555/2023 saylı, 18 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar