Məhkəmə qərarları › İş №2-2(103)-735/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-735/2023

09.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-735/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X9 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndələri Nümayəndə2, X4, Cavabdeh1 nümayəndəsi Nümayəndə1, cavabdeh “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X8 nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X6rşı “pul tələbi”nə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1359/2023 saylı, 04 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 və “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X6rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC tərəfindən 2019-cu ilin yanvar, fevral, mart, aprel, may və noyabr aylarında Dövlət X2nə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 419948,74 manat və 800 manat ödənilmiş dövlət rüsumu, cəmi 420748,74 manatın cavabdehlər Azərbaycan Respublikasının Cavabdeh1 və “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X12 müştərək qaydada alınaraq "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Cavabdeh1 Dövlət X1 (Dövlət X2) 2019-cu il tarixində göstərilmiş yükdaşıma və stansiya xidmətlərinə görə 2022-ci il 01 aprel tarixinə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (ADY) qarşısında 419948,74 manat məbləğində borc öhdəliyi yaranmışdır. Belə ki, ADY-nin Gəncə, Keşlə, Biləcəri, Hövsan stansiyasında göstərilmiş xidmətlərə (“ADY-yə məxsus vaqonların istifadəsi”, “vaqonların dalan yoluna verilib götürulməsi” və s.) görə Dövlət X2nə 419948,74 manat yığım hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında” 2021-ci il 7 oktyabr tarixli 1456 nömrəli Fərmanı ilə Dövlət X2 ləğv edilmiş və onun əsasında “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxs (Agentlik) yaradılmışdır. Fərmanın 5.4-cü yarımbəndinə əsasən Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Dövlət X1 balansında olan dövlət əmlakı Agentliyin balansına verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlaka cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Fərmandan da göründüyü kimi Dövlət X1 balansında olan dövlət əmlakı Agentliyin balansına verildiyindən Mülki Məcəllənin yuxarıda qeyd edilən maddəsinə əsasən Dövlət X1 öhdəlikləri də verilmiş əmlaklar həddində Agentliyə keçmişdir. Bununla bağlı cavabdeh Agentliyə xx.xx.2022-ci il tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Agentlikdən daxil olmuş xx.xx.2022-ci il tarixli DEA-x/o2022/03-285 nömrəli məktubda Dövlət X1 borcunun Agentliyə aid olmadığı bildirilmişdir. Bundan başqa bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh1 Dövlət X2 haqqında Əsasnamə”nin 22.10-cu bəndinə əsasən Agentliyin rəisi Agentliyin səlahiyyətlərinə aid edilən məsələlərlə bağlı məhkəmədə iddiaçı və cavabdeh qismində ona verilən səlahiyyətlər daxilində Cavabdeh1 təmsil edir. Qeyd edilən əsasnaməyə əsasən, Dövlət X2 Azərbaycan Respublikasının Cavabdeh1 fəaliyyəti üzrə onu iddiaçı və cavabdeh qismində təmsil etdiyindən Agentliyin fəaliyyəti ilə bağlı məsələlər üzrə nazirlik məsuliyyət daşıyır. Bununla bağlı cavabdeh Azərbaycan Respublikasının Cavabdeh1nə xx.xx.2022-ci il tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Göstərilənlərə əsasən, ADY pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.1-ci bəndinə əsasən Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikası iqtisadiyyatının, fiziki və hüquqi şəxslərin dəmir yolu ilə daşımalara və dəmir yolu sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsindən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsindən və təkmilləşdirilməsindən, dəmir yollarında hərəkətin idarə edilməsinin təmin olunmasından, dəmir yolu nəqliyyat vasitələri parkının, maddi- texniki bazasının müasirləşdirilməsindən və səmərəli istifadə olunmasından və bu sahədə kadr hazırlığının aparılmasından ibarətdir. 3.2.4-cü yarımbəndinə əsasən sərnişin və yük daşımaları ilə əlaqədar xidmət göstərilməsinin həyata keçirilməsi; 3.2.25-ci yarımbəndinə əsasən dəmir yolu nəqliyyatı sahəsində rabitə, informasiya, marketinq, servis və digər xidmətlərin göstərilməsi; 3.2.26-cı yarımbəndinə əsasən ümumi istifadədə olan dəmir yolu infrastrukturundan istifadə ilə bağlı xidmətlərin göstərilməsi; 3.2.29-cu yarımbəndinə əsasən dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsi Cəmiyyətin fəaliyyət istiqamətlərindəndir. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1.4-cü bəndinə əsasən magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərin istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin vağzalları xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahəsinə aiddir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nın 19-cu qrafasında təbii inhisara aid edilən fəaliyyət növü kimi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin magistral və yerli dəmiryol xətlərinin, yol qurğu və tikililərinin istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmiryol stansiyaları və sərnişin vağzallarının xidmətləri göstərilmişdir. Göründüyü kimi stansiya xidmətlərinin göstərilməsi ADY-nin təbii inhisar fəaliyyətidir. Ölkə ərazisində bu xidməti göstərən alternativ bir qurum yoxdur. Nəqliyyat Nazirliyi tərəfindən 28 yanvar 2008-ci il tarixdə təsdiq edilmiş № 04/S Yük və baqaj qəbultəhvilçisinin vəzifə təlimatının 3.1.2-ci bəndində qeyd olunmuşdur ki, vaqon və konteynerlərin qeyri-ümumi istifadə yerlərinə (və ya yerlərində) verilməsinin (və ya götürülməsinin) qeydiyyatı qəbultəhvilçinin vaqonların verilməsi və götürülməsinə dair QU- 45 formalı yaddaş vərəqəsi üzrə aparılır. Eyni zamanda, Təlimatın 6 nömrəli əlavəsi ilə müvafiq olaraq vaqonların verilməsi və götürülməsi barədə QU-45 Formalı arayışın tərtib olunma qaydası göstərilmişdir. İddia ərizəsinə əlavə edilmiş və cavabdeh təşkilatın nümayəndəsinin imzası ilə təsdiq olunmuş vaqonların verilməsi və götürülməsi barədə QU-45 Formalı arayış yuxarıda qeyd edilən təlimata uyğun tərtib edilmiş və həmin arayışlarla stansiya xidmətlərinin göstərilməsi tam təsdiq olunur. Hazırkı mübahisə ilə bağlı yazılı müqavilə mövcud olmasa da, tərəflər arasında şifahi xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır.

3. Cavabdeh “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsi iddia ərizəsinə etiraz vermiş və etirazında bildirmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddia ərizəsindən aydın olur ki, öhdəliyin yaranması əsası kimi müqavilə münasibətlərinə istinad edilir. MM-nin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Bildirmək istəyirik ki ADEA ilə ADY arasında iddia ərizəsində qeyd edilmiş öhdəliyin yaranmasına səbəb olmuş müqavilə bağlanmamışdır. MM-nin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Beləliklə ADY-nın müqavilə münasibətləri DMEA ilə olduğundan həmin müqavilə ADEA üçün hər hansı bir vəzifə yarada bilməz. Həmçinin qüvvədə olan normativ hüquqi aktlarda ADEA-nın DMEA-nın hüquq varisi olması və buna görə də onun öhdəliklərinin icrası vəzifəsi barədə qeyd mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 oktyabr tarixli 1456 nömrəli Fərmanının (bundan sonra – Fərman) 5.4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə DMEA-nın balansında olan dövlət əmlakının ADEAnın balansına verilməsini təmin etmək tapşırılmışdır. Sözügedən bəndin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 22 avqust tarixli 536s nömrəli Sərəncamına uyğun (bundan sonra – Sərəncam) DMEA-nın balansında olan dövlət əmlakı (daşınmaz və daşınar əmlaklar) ADEA-nın balansına verilmişdir. Sərəncamda ötürülən əmlakların siyahısında DMEA-nın öhdəliklərinin ADEAya verilməsi nəzərdə tutulmamışdır. 2. Bu Sərəncamın verilməsi onu təsdiq edir ki, ADEA DMEA-nın hüquqi varisi deyildir, əks halda sözügedən əmlaklar sərəncamın verilməsinə zəruriyyət olmadan ADEA-nın balansına keçməli idi. Əlavə olaraq onu da vurğulamaq lazımdır ki, DMEA icra hakimiyyəti orqanıdır və hüquqi şəxs statusuna malik deyildir. Bu səbəbdən MM-nin hüquqi şəxsin yenidən təşkili ilə bağlı 55-ci maddəsi (çevrilmə) ona şamil edilmir və belə olan halda ADEA-ya münasibətdə hüquqi varislik yaratmır. Bundan başqa nə Fərmanda nədə ki ADEA-nın nizamnaməsində ADEA-nın DMEAnın hüquqi varisi olması qeyd edilmir. Həmçinin bildirmək istəyirik ki, icra hakimiyyəti orqanlarının əsasında publik hüquqi şəxslərin yaradılması ilə bağlı qəbul edilmiş normativ-hüquqi aktların təhlili zamanı görmək olur ki, hüquqi varisliyin, o cümlədən hüquq və öhdəliklərin keçməsi zamanı bu məsələ normativ-hüquqi aktda xüsusi olaraq ayrıca qeyd edilir. ADY tərəfindən təqdim edilən iddia ərizəsində Mülki Məcəllənin 43.1.-ci maddəsinə istinadən bildirilir ki, DMEA-nın ADEA-ya verilmiş əmlaklar həddində DMEA-nın öhdəlikləri üçün ADEA məsuliyyət daşıyır. Qeyd edilməlidir ki, 43.1-ci maddədə hüquqi şəxsin öz öhdəlikləri üçün onun mülkiyyətində olan əmlakla cavabdeh daşıdığı qeyd edilmişdir. Həmin maddədə əmlak verildiyi təqdirdə onunla birgə hansısa öhdəliklərin keçməsi barədə qeyd təsbit olunmamışdır. DMEA-nın öhdəlikləri üçün ADEA-nın məsuliyyət daşımadığını nəzərə alaraq bildiririk ki, ADY-nin gəldiyi bu nəticə də yanlışdır.

4. Digər Cavabdeh1 sistemə iddia müddətinin tətbiqi barədə ərizə yükləmiş və ərizədə bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1359/2023 saylı, 04 may 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

6. İddiaçı "xxxx" QSC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1359/2023 nömrəli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında” 2021-ci il 7 oktyabr tarixli 1456 nömrəli Fərmanı ilə Dövlət X2 ləğv edilmiş və onun əsasında “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi”publik hüquqi şəxs (Agentlik) yaradılmışdır. Fərmanın 5.4-cü yarımbəndinə əsasən Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Dövlət X1 balansında olan dövlət əmlakı Agentliyin balansına verilmişdir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 07 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında Fərmanına əsasən Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 əsasında “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxs yaradılsa da sözügedən Fərmanda “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X8 Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 hüquqi varisi olması və ya Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 hüquq, vəzifə və öhdəliklərinin publik hüquqi şəxsə keçməsi barədə müddəalar qeyd edilməmiş, sadəcə olaraq Azərbaycan Respublikası Cavabdeh1 05 aprel 2022-ci il tarixli 018 nömrəli əmri ilə yaradılmış təhvil-təslim komissiyası tərəfindən Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 balansında olan dövlət əmlakının bir qismi “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X11 təhvil verilmiş və sözügedən sənəddə öhdəliklərin (debitor, kreditor borclar və sair) keçməsi ilə bağlı heç bir müddəa qeyd edilməmişdir. Qeyd edirik ki, Agentliyin nümayəndəsinin məhkəməyə təqdim etdiyi təhvil-təslim aktının surətindən görünür ki, Dövlət X1 balansında olan 44 391 906,40 (qırx dörd milyon üç yüz doxsan bir min doqquz yüz altı manat 40 qəpik) manat məbləğində əmlak Agentliyin balasına verilmişdir. Mülki Məcəllənin 43.1-ci maddəsində və ümumiyyətlə mülki qanunvericilikdə hüquqi şəxsin əmlakı başqa mülki şəxsə keçdikdə öhdəlikdə keçməlidir anlayışı olmasa da, hesab edirik ki, qeyd edilən maddəyə hərfi mənada yanaşmaq olmaz. Belə ki, maddənin də tələbindən göründüyü kimi hüquqi şəxs öz öhdəlikləri üçün əmlakla cavabdehdir. Hazırda, Dövlət X1 balansında olan əmlaklar Agentliyin balansına verildiyi halda öhdəliklərinin də Agentliyə keçməməsi mülki qanunvericiliyin ümumi prinsiplərinə ziddir. Bundan başqa, Dövlət X1 əsasında yaradılmış Agentlik eyni fəaliyyəti həyata keçirir və ADY ilə yenə də işgüzar münasibətləri davam etdirir və hazırda da Agentliyə stansiya xidmətləri həyata keçirilir. Belə olan halda əmlakları özünə götürmüş və fəaliyyətini eyni olaraq davam etdirən sadəcə ad dəyişikliyi edilmiş Agentliyin, Dövlət X1 hüquqi varisi qismində qəbul edilməməsi absurddur. Məhkəmə digər cavabdeh Fövqələdə Hallar Nazirliyinə münasibətdə isə iddia ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 54.4-cü maddəsinə əsasən idarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Qeyd olunan maddi hüquq normasından göründüyü kimi Cavabdeh1yalnız hər hansı bir qurumu özü yaratdığı təqdirdə onun öhdəlikləri üzrə məsuliyyət daşıya bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli Fərmanı Dövlət AzərbaycanRespublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. X2 Azərbaycan Respublikası Cavabdeh1 nəznində fəaliyyət göstərsə də, sözügedən agentlik nazirliyin müvafiq aktına əsasən deyil, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli Fərmanı əsasında yaradılmışdır. Dövlət X2 Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli Fərmanı əsasında yarandığından Azərbaycan Respublikası Cavabdeh1 həmin agentliyin öhdəliklərinə görə cavab verən qurum deyil. Bununla bağlı qeyd edirik ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh1 Dövlət X2 haqqında Əsasnamə”nin 22.10-cu bəndinə əsasən Agentliyin rəisi Agentliyin səlahiyyətlərinə aid edilən məsələlərlə bağlı məhkəmədə iddiaçı və cavabdeh qismində ona verilən səlahiyyətlər daxilində Cavabdeh1 təmsil edir. Qeyd edilən əsasnaməyə əsasən, Dövlət X2 Azərbaycan Respublikasının Cavabdeh1 fəaliyyəti üzrə onu iddiaçı və cavabdeh qismində təmsil etdiyindən Agentliyin fəaliyyəti ilə bağlı məsələlər üzrə nazirlik məsuliyyət daşıyır. Bundan başqa, həmin Əsasnamənin 5-ci bəndinə əsasən Agentliyin saxlanması xərcləri və fəaliyyəti Nazirlik tərəfindən təsdiq olunmuş xərc smetasına uyğun olaraq ayrılmış büdcə vəsaiti və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir. Dövlət X2 Nazirliyin tabeliyində Nazirlik tərəfindən ona ayrılmış vəsait hesabına fəaliyyət göstərmiş və mülki hüquq münasibətlərinə daxil olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı tələb üzrə Cavabdeh1 cavab verməli olsaydı belə, iddia təmin edilə bilməzdi. Belə ki, iş materiallarına əlavə edilmiş elektron qaimələrdən görünür ki, ADY-nin agentliyə göstərdiyi xidmət 2019-cu ilin fevral ayından dekabr ayına qədər olan müddəti əhatə edir, ADY isə məhkəməyə 2023-cü ilin 09 fevral tarixində müraciət edərək müqavilə tələbləri üçün qanunvericiliklə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür. Bununla bağlı bildiririk ki, iddiaçı tərəfindən cavabdehə stansiya xidmətləri müqavilə əsasında deyil, ümumi normativ sənədlər əsasında həyata keçirilmişdir. Tərəflər arasında xidmətlərin göstərilməsinə dair hər hansı müqavilə olmadığına görə hazırkı iddiaya müqavilə üzrə iddia müddəti deyil, ümumi iddia müddəti tətbiq olunmalıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, ADY-nin apellyasiya şikayətində qətnamənin ADEA-ya aid hissədə ləğv edilməsi üçün əsas kimi ADEA-nın DMEA-nın hüquq varisi olması və buna görə də əmlaklarla birlikdə öhdəliklərinin də keçməsi qeyd olunur və məhkəmənin həmin hissədə səhvə yol verdiyi ADY tərəfindən iddia edilir. Bununla bağlı bildirmək istəyirik ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 oktyabr tarixli 1456 nömrəli Fərmanının (bundan sonra Fərman) 5.4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə DMEA-nın balansında olan dövlət əmlakının ADEA-nın balansına verilməsini təmin etmək tapşırılmışdır. Buna uyğun olaraq, Fərmanın sözügedən bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 22 avqust tarixli 536s nömrəli Sərəncamına (bundan sonra Sərəncam) uyğun olaraq DMEA-nın balansında olan dövlət əmlakı (daşınmaz və daşınar əmlaklar) ADEA-nın balansına verilmişdir. Sərəncamda ötürülən əmlakların siyahısında DMEA-nın öhdəliklərinin ADEA-ya verilməsi nəzərdə tutulmamışdır. Bu Sərəncamın verilməsi onu təsdiq edir ki, ADEA DMEA-nın hüquqi varisi deyildir, əks halda sözügedən əmlaklar sərəncamın verilməsinə zərurət olmadan ADEA-nın balansına keçməli idi. ADY apellyasiya şikayətində həmçinin Mülki Məcəllənin 43.1-ci maddəsinə istinad edərək DMEA-nın balansında olan əmlakların ADEA-nın balansına verildiyi halda öhdəliklərin keçməməsinin mülki qanunvericiliyin ümumi prinsiplərinə zidd olmasını iddia etmiş, lakin bunun hansı prinsiplərə zidd olması qeyd edilməmişdir. Eyni zamanda sözügedən maddənin tələblərindən hüquqi şəxsin öz öhdəlikləri üçün əmlakla cavabdeh olduğu bildirilmişdir. Bununla bağlı bildiririk ki, Mülki Məcəllənin 43.1-ci maddəsində hüquqi şəxsin mülkiyyətində olan əmlakla öz öhdəlikləri üçün cavabdeh olduğu təsbit edilmişdir. DMEA-nın ADY-yə yaranmış borcu ADEA-nın öhdəliyi olmadığı üçün ADEA öz balansına keçmiş əmlakla özünün olmayan öhdəliyinə görə məsuliyyət daşıya bilməz. Əlavə olaraq onu da vurğulamaq lazımdır ki, DMEA icra hakimiyyəti orqanıdır və hüquqi şəxs statusuna malik deyildir. Bu səbəbdən MM-nin hüquqi şəxsin yenidən təşkili ilə bağlı 55-ci maddəsi (çevrilmə) ona şamil edilmir və belə olan halda ADEA-ya münasibətdə hüquqi varislik yaratmır. Bundan başqa nə Fərmanda, nə də ki ADEA-nın nizamnaməsində ADEA-nın DMEA-nın hüquqi varisi olması qeyd edilmir. Həmçinin bildirmək istəyirik ki, icra hakimiyyəti orqanlarının əsasında publik hüquqi şəxslərin yaradılması ilə bağlı qəbul edilmiş normativ-hüquqi aktların təhlili zamanı başa düşmək olur ki, hüquqi varisliyin, o cümlədən hüquq və öhdəliklərin keçməsi zamanı bu məsələ normativ-hüquqi aktda xüsusi olaraq ayrıca qeyd edilir. Apellyasiya şikayətində həmçinin qeyd olunur ki, DMEA-nın əsasında yaradılmış ADEA eyni fəaliyyətlə məşğul olur, sadəcə ad dəyişikliyi baş vermiş və hazırda ADY ilə müqavilə əsasında əməkdaşlıq edir, bununla DMEA-nın hüquqi varisi qismində qəbul edilməməsi absurdur. Bununla bağlı bildirmək istəyirik ki, ləğv edilən DMEA-nın Əsasnaməsinə əsasən DMEA Azərbaycan Respublikasının ərazisində dövlət, səfərbərlik, ərzaq və fövqəladə hallar üzrə ehtiyatların (bundan sonra - X5) yaradılması sahəsində dövlət siyasətinin və tənzimlənməsinin işlənib hazırlanmasında iştirak edən, bu sahədə idarəetməni və X5 üzrə nəzarəti həyata keçirən, X5nın həcmi, nomenklaturu və formalaşması haqqında təkliflər hazırlayan, X5nın yığılması, saxlanması, qorunması, yenilənməsi, buraxılması, bərpası və təxsis edilməsi (dövlət material ehtiyatından çıxarılması) əməliyyatlarını yerinə yetirən və beynəlxalq humanitar yardımlar üzrə tapşırıqları həyata keçirən icra hakimiyyəti orqanıdır. ADEA isə Nizamnaməsinə əsasən dövlət və səfərbərlik ehtiyatlarının yaradılması və idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin stratefi əhəmiyyətli mallarla təchizatının dayanıqlılığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində (bundan sonra — müvafiq sahə) tədbirlər görən, habelə X13 sərəncamçısı olan publik hüquqi şəxsdir. Göründüyü kimi DMEA-dan fərqli olaraq ADEA dövlət və səfərbərlik ehtiyatlarının yaradılması və idarə olunması ilə yanaşı DMEA-dan fərqli olaraq həm də bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən publik hüquqi şəxsdir. Beləliklə, ADY-nin iddia etdiyi kimi ADEA-nın fəaliyyəti DMEA ilə eynilik təşkil etmədiyindən bunun sadəcə ad dəyişikliyi olaraq dəyərləndirilməsi yanlışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən cavabdeh “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X8 nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Mülki Məcəllənin 54.4-cü maddəsinə əsasən, idarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür.

13. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur.

14. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

16. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir.

17. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

18. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır.

24. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Cavabdeh1 nəznində Dövlət X2 yaradılmış və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti agentliyə 2019-cu il ərzində yükdaşıma və stansiya xidmətləri göstərmişdir.

25. 18 fevral 2019-cu il tarixli EAAQ seriyalı 526932 nömrəli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 Dövlət X2nə 151248,74 manat, 14 mart 2019-cu il tarixli EAAR seriyalı 675378 nömrəli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 Dövlət X2nə 21699,96 manat, 14 mart 2019-cu il tarixli EAAR seriyalı 675475 nömrəli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 Dövlət X2nə 36119,49 manat, 16 aprel 2019-cu il tarixli EAAT seriyalı 161167 nömrəli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 Dövlət X2nə 13946,88 manat, 16 aprel 2019-cu il tarixli EAAT seriyalı 161131 nömrəli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 Dövlət X2nə 75642,95 manat, 10 may 2019-cu il tarixli EAAU seriyalı 256302 nömrəli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 Dövlət X2nə 153635,95 manat, 10 may 2019-cu il tarixli EAAU seriyalı 256340 nömrəli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 Dövlət X2nə 9354,66 manat, 13 iyun 2019-cu il tarixli EAAV seriyalı 749901 nömrəli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 Dövlət X2nə 5020,12 manat, 13 dekabr 2019-cu il tarixli EBAD seriyalı 830146 nömrəli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 Dövlət X2nə 64,19 manat məbləğində xidmət göstərmişdir.

26. 22 avqust 2022-ci il tarixli 536s nömrəli Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 balansında olan dövlət əmlaklarının bir qisminin Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə verilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamından görünür ki, Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 balansında olan və bu sərəncamın 1 və 2 nömrəli əlavələrində göstərilən dövlət əmlakları Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin balansına verilmişdir.

27. 29 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, 22 avqust 2022-ci il tarixli 536s nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Cavabdeh1 05 aprel 2022-ci il tarixli 018 nömrəli əmri ilə yaradılmış təhvil-təslim komissiyasının sədri və üzvləri Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 balansında olan dövlət əmlakının bir qismini əlavə olunmuş siyahı (1 və 2 nömrəli əlavələr) üzrə “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsi təhvil alır.

28. 07 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanından görünür ki, Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 əsasında “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsi yaradılmışdır. Fərmanın 5.4cü maddəsindən görünür ki, Agentlik dövlət qeydiyyatına alındığı gündən 1 ay müddətində Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 balansında olan dövlət əmlakının, habelə X3 "xxxx" ASC-nin balansında olan və Agentliyin fəaliyyəti üçün zəruri olan dövlət əmlakının Agentliyin balansına verilməsi təmin edilmişdir.

29. Göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin 07 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında Fərmanına əsasən Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 əsasında “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxs yaradılsa da, sözügedən Fərmanda “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X8 Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 hüquqi varisi olması və ya Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 hüquq, vəzifə və öhdəliklərinin (debitor, kreditor borclar və sair) publik hüquqi şəxsə keçməsi barədə müddəalar qeyd edilməmiş, yalnız Azərbaycan Respublikası Cavabdeh1 05 aprel 2022-ci il tarixli 018 nömrəli əmri ilə yaradılmış təhvil-təslim komissiyası tərəfindən Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 balansında olan dövlət əmlakının bir qismi “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X11 təhvil verilmişdir.

30. Kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsi Azərbaycan Respublikası Cavabdeh1 Dövlət X1 hüquqi varisi olmadığından, Agentliyin hüquq, vəzifə və öhdəlikləri publik hüquqi şəxsə keçmədiyindən, ona münasibətdə iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

31. Digər cavabdeh Fövqələdə Hallar Nazirliyinə münasibətdə isə birinci instansiya məhkəməsi göstərmişdir ki, Cavabdeh1 yalnız hər hansı bir qurumu özü yaratdığı təqdirdə onun öhdəlikləri üzrə məsuliyyət daşıya bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli Fərmanı Dövlət X2 Azərbaycan Respublikası Cavabdeh1 nəznində fəaliyyət göstərsə də, sözügedən agentlik nazirliyin müvafiq aktına əsasən deyil, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli Fərmanı əsasında yaradılmışdır. Göründüyü kimi, Dövlət X2 Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli Fərmanı əsasında yarandığından Azərbaycan Respublikası Cavabdeh1 həmin agentliyin öhdəliklərinə görə cavab verən qurum deyil.

32. Bununla yanaşı, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin agentliyə göstərdiyi xidmət 2019-cu ilin fevral ayından dekabr ayına qədər olan müddəti əhatə edir, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti isə məhkəməyə 2023-cü ilin 09 fevral tarixində müraciət edərək müqavilə tələbləri üçün qanunvericiliklə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür.

33. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

34. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1359/2023 saylı, 04 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar