Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-738/2020 10.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı «kredit müqaviləsinin ləğv edilməsi, əsas və faiz borcunun, vurulmuş zərərin tutulması tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2448/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "İddiaçı" MMC cavabdeh "Cavabdeh" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit müqaviləsinin ləğv edilməsi, xx xxxxxx 2016-cı il tarixli 60255-1/KXM saylı kredit xətti müqaviləsi üzrə banka əsas borc üzrə ******* manatın, kredit xətti müqaviləsinin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə faiz borcu üzrə 274.083.97 manatın, kredit xətti müqaviləsinin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən sonra banka vurulmuş zərər (əldən çıxmış fayda) üzrə 1791168.02 manatın, cəmi 3565251.99 manatın və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə iş məhkəmə iclasında baxılmağa təyin edilmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək, işin sonrakı hərəkətinə maneə olduğuna görə ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehin həmin şikayəti geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək ləğv edilməsini və şikaəytə baxılması üçün prosessual tədbirlərin görülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassız və qanunsuzdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli işin məhkəmə baxışına təyin edilməsi ilə əlaqədar iş materiallarına əlavə olunmuş cavabdehin məhkəməyə ünvanladığı bütün yazılı şikayətləri, o cümlədən bu günə qədər iş üzrə keçirilmiş məhkəmə iclaslarında xx.xx.2020-ci il tarixli qərardadla əlaqədar cavabdehin verdiyi bütün izahatları, məhkəməyə ünvanladığı bütün sənədləri cavabdeh tam həcmdə müdfiə edir. Bir daha cavabdeh qeyd edir ki, iş üzrə məhkəmənin hazılıq iclası xx xxxxxxxx 2020-ci il tarixinə təyin olunmuşdur. Müəyyən olunmuş tarixdə və vaxtda cavabdeh məhkəmə hazırlıq iclasının təxirə salınması haqqında vəsatət ünvanlanmışdır. xx xxxxxxxx 2020-ci il tarixinə iddia ərizəsinin surəti cavabdehə təqdim edilmədiyi vəziyyətdə məhkəmə hazırlıq iclası keçirilmiş və iddia ərizəsinin surəti həmin tarixdə cavbdehdə olmaya-olmaya işin məhkəmə iclasında baxılması haqqında xx.xx.2020-ci il tarixdə qərardad çıxarılmışdır. Qərardad bir sıra prosessual hüquqları həyata keçirməyə cavabdehə imkan vermir. Məhkəmə hazırlıq mərhələsində əlavə sübütların təqdim edilməsi iddiaya qarşı etirazlarını təqdim etmək, mülahizələrini təqdim etmək iş üzrə birgə cavabdehlərin işə cəlb edilməsi üçün məhkəmə cavabdehi prosessual imkanlardan məhrum etmişdir. Həmin iclas protokolunda qeyd olunmuşdur ki, tərəllər məhkəməyə qəlməmiş və bu barədə məhkəməyə məlumat verilməmişdir. Halbuki, cavabdeh xx.xx.2020-ci ildə məhkəməyə vəsatətlə müraciət etmiş, vəsatət barədə video müşahidə şəraitində məhkəmə məlumatlandırılmışdır. Eyni zamanda məhkəmin hazırlıq iclası Protokolunda iş materiallarına əlavə olunmuş cavabdehin xx.xx.2020-ci il tarixli vəsatətinə məhkəmənin münasibəti ümumiyyətlə qeyd edilməmişdir. Hazırlıq mərhələsinin formal və tələsik həyata keçirilməsi iddiaçı tərəfindən pretenziya qaydasına riayət edilibedilməməsi məsələsinin hakim tərəfindən tədqiq edilməməsi ilə nəticələnmişdir. Hazırkı iş üzrə iddiaçı pretenziya qaydasına ümumiyyətlə riayət etməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərərdadı ilə şikayət təmin edilməmiş baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi B.Zərbəliyev şikayəti dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı (nümayəndəsi) məhkəməyə gəlməmiş, Azərbaycan Mülki Prosessual Məcəlləsinin («MPM») 135.8, 376.2-ci maddələrinə əsasən məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşıdırb hesab edir ki, cavabdehin şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və iş baxılması üçün üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 366.2-ci maddəsinin tələbinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Cavabdehin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından verdiyi şikayəti üzrə isə apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Belə ki, MPM-in 395.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Məcəllənin qeyd olunan normasının tələbindən göründüyü kimi, məhkəmə qərardadlarından bu Məcəllədə göstərilən hallaorda və qərardad işin sonrakı mane olduğu hallarda yalnız şikayət verilməsi nəzərədə tutulur. Qanununla qeyd edilən birinci halda, bu Məcəllənin 171-ci maddəsində göstərilən halda - hakimin qəbul etdiyi işin məhkəmə baxışına təyin edilməsi barədə qərardadından şikayət verilməsi nəzərdə tutulmamışdır. Bununla yanaşı, MPM-in 395.2-ci maddəsi nəzərdə tutur ki, birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər Konkret halda, işin məhkəmə baxışına təyin edilməsi barədə məhkəmə qərardadı işin sonrakı hərəkətinə mane olmur. Əksinə, iş üzrə sonrakı prosessual hərəkətlərin edilməsi zəruriyyətini ehtiva edir. Bununla yanaşı cavabdehə izah edilməlidir ki, MPM-in 395.2-ci maddəsinin qeyd olunan tələbi baxımından, birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər Prosessual qanunvericiliyin qeyd olunan tələbləri onu deməyə əsas verir ki, cavabdehin işin məhkəmə baxışına təyin edilməsi barədə xx.xx.2020-ci il tarixli məhkəmə qərardadından verdiyi şikayətin geri qaytarılması qanuni və əsaslıdır. Beləliklə də göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, qanunla işin məhkəmə baxışına təyin edilməsi barədə məhkəmə qərardadından şikayət verilməsi istisna edildiyindən cavabdehin Bakı Kommersiya Məhkəməsinin xx.xx.202020-ci il tarixli qərardadından verdiyi şikayət üzrə apellyasiyanın mümkünlüyü də istisna olunur. Qeyd edilənlərə əsasən və MPM-in 263-264, 402 və 405-cı maddələrini rəhbər tutaraq kollegiyası q ə r a r a a l d ı: Cavabdeh "Cavabdeh" MMC-nin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2448/2020 saylı xx.xx.2020-ci il tarixli şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz, çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov İlqar Murquzov
Məhkəmə qərarları › İş №2-2(103)-738/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-738/2020
10.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver