Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-741/2025 18.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi üzrə (Açar sözlər: delikt,preyudisia və mütəxəssis rəyinin mötəbərliyi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlundan, X20 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və onların nümayəndəsi (vəkili) Vəkil1, cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil3 iştirakları ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 11 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının 1⁄2 hissəsi Cavabdeh2, 1/2 hissəsi isə Cavabdeh1 mülkiyyətindədir.
2. “İcarəyəverən” X9 ilə “İcarəçi” İddiaçı2 arasında bağlanmış 13 fevral 2017ci il tarixli icarə müqaviləsinə əsasən “İcarəyəverən” Nərimanov rayonu, Təbriz 95 ünvanda yerləşən və özünün xüsusi mülkiyyətində olan 9 m2 qeyri-yaşayış və ya yaşayış sahəsini 5 il müddətinə “lcarəçi”yə icarəyə verir, “İcarəçi” icarəyə götürdüyü 9 m2 sahəni qəbul etməyi, təyinatı üzrə istifadə edərək həmin müqavilə ilə müəyyən edilən qaydada icarə haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqaviləyə əsasən icarəyə götürülən sahənin icarə haqqı hər ay üçün 1015 manat məbləğində müəyyən edilir. “İcarəyəverən” icarəyə istifadə üçün yararlı, sahibkarlıq fəaliyyəti üçün əlverişli sahə verir. “İcarəçi” icarəyə götürdüyü sahədən təyinatı üzrə istifadə etməli, icarə müddətində xırda cari təmir işlərini öz hesabına yerinə yetirməli, texniki təhlükəsizlik qaydalarına riayət etməlidir. İcarəyə götürülmüş sahənin əsaslı təmiri “İcarəyəverən”in hesabına aparılacaqdır. Bu müqavilə imzalandığı gündən 13 fevral 2017 qüvvəyə minir və 13 fevral 2022-ci il tarixədək qüvvədədir.
3. Cavabdeh2 (“İcarəyəverən”) ilə İddiaçı1 (“İcarəçi”) arasında bağlanmış 05 mart 2018-ci il tarixli icarə müqaviləsinə əsasən, “İcarəyəverən” Nərimanov rayonu, Təbriz 95 ünvanda yerləşən və özünün xüsusi mülkiyyətində olan 10 m2 qeyri-yaşayış və ya yaşayış sahəsini 5 il müddətinə “lcarəçi”yə icarəyə verir, “İcarəçi” icarəyə götürdüyü 10 m2 sahə qəbul etməyi, təyinatı üzrə istifadə edərək həmin müqavilə ilə müəyyən edilən qaydada icarə haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqaviləyə əsasən icarəyə götürülən sahənin icarə haqqı hər ay üçün 1200 manat məbləğində müəyyən edilir. “İcarəyəverən” icarəyə istifadə üçün yararlı, sahibkarlıq fəaliyyəti üçün əlverişli sahə verir. “İcarəçi” icarəyə götürdüyü sahədən təyinatı üzrə istifadə etməli, icarə müddətində xırda cari təmir işlərini öz hesabma yerinə yetirməli, texniki təhlükəsizlik qaydalarına riayət etməlidir. İcarəyə götürülmüş sahənin əsaslı təmiri “İcarəyəverən”in hesabma aparılacaqdır. Bu müqavilə imzalandığı gündən 05 mart 2018 qüvvəyə minir və 05 mart 2023-cü ilə-dək qüvvədədir.
4. Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində 0098 nömrəli iş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Ədilyyə Nazirliyi Məhkəmə- Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli məhkəmə əmtəəşünaslıq ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş məlumatlarda (siyahılarda) adları göstərilən zərərçəkmişlərə dəymiş ziyanın məbləği nəzəri olaraq təxminən: 1) X6 məxsus 39 adda mallar – 21 581,00 manat; 2) X28 məxsus 40 adda mallar – 18 927,00 manat; 3) X34 məxsus 36 adda mallar – 17 530,50 manat; 4) X15 məxsus 31 adda mallar – 24 212,00 manat; 5) X29 məxsus 193 adda mallar 17 589.50 manat; 6) İddiaçı1 məxsus 61 adda mallar - 64 609 manat; 7) X7 məxsus 141 adda mallar - 30 834 manat; 8) X8 məxsus 8 adda mallar -1522 manat; 9) X35 məxsus 122 adda mallar – 33 739,50 manat; 10) X16 məxsus 72 adda mallar – 93 489,00 manat; 11) X3 məxsus 65 adda mallar – 35 630,00 manat; 12) Əzizova Hicran Qəzənfər qızına məxsus 86 adda mallar - 3441,10 manat; 13) X17 məxsus 338 adda mallar – 60 352,00 manat; 14) X1 məxsus 17 adda mallar – 13 869,00 manat; 15) X25 məxsus 351 adda mallar - 40 297,70 manat; 16) X30 məxsus 151 adda mallar - 13 791,10 manat 17) X31 məxsus 41 adda mallar — 27 292,50 manat; 18) X32 məxsus 45 adda mallar – 29 923,00 manat; 19) X4 məxsus 360 adda mallar — 79 631,90 manat; 20) X18 məxsus 220 adda mallar – 21 140,20 manat; 21) X10 məxsus 13 adda mallar – 47 096,80 manat; 22) X21 məxsus 41 adda mallar - 29 711,00 manat; 23) X33 məxsus 74 adda mallar - 7210,002 manat; 24) X22 məxsus 19 adda mallar – 21 714,00 manat; 25) X5 məxsus 64 adda mallar – 36 470,20 manat; 26) X11 məxsus 146 adda mallar – 70 427,50 manat; 27) İddiaçı2 məxsus 178 adda mallar – 60 362,40 manat; 28) X12 məxsus 198 adda mallar - 31 510 manat; 29) X36 məxsus 485 adda mallar – 132 854,80 manat; 30) X23 məxsus 2150 adda mallar - 64 773,60 manat; 31) X19 məxsus 366 adda mallar – 22 261,00 manat; 32) X13 məxsus - 20 323,45 manat; 33) X24 məxsus 542 adda mallar — 57 512,10 manat məbləğində müəyyən olunmuşdur.
5. Həmin iş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Ədilyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 mart 2022-ci il tarixli məhkəmə tikintitexniki ekspert rəyinə əsasən baş vermiş yanğın nəticəsində “Metro City” adı altında fəaliyyət göstərən ticarət obyektinə tikinti üzrə dəymiş ziyan 114 707,00 manat müəyyən olunmuşdur.
6. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 22 sentyabr 2022ci il tarixli qərarda qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı hadisə yerinə keçirilmiş baxışla, alınmış izahatlarla, ekpertiza rəyləri, habelə yoxlama zamanı toplanmış digər materiallarla müəyyən edilmişdir ki, 16 oktyabr 2021-ci il tarixdə Nərimanov rayonu, Təbriz küçəsi 95 ünvanda yerləşən “Metro City” adı altında fəaliyyət göstərən ticarət obyektinə girişdən irəlidə təxminən 21-22 metr məsafədə ikinci metal konstruksiyalardan quraşdırılmış hissədə tavana yaxın sahədə yanğın baş vermişdir. Baş vermiş yanğın hadisəsinə səbəb elektrik qəza halı olmuşdur. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar ticarət obyektinin sahibləri Cavabdeh2 və Cavabdeh1 Nurəddin oğlu tərəfindən “Yanğın Təhlükəsizliyi” Qaydalarının (YTQ N-01-2001) 6.4 bəndinin və “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün “Yanğın Təhlükəsizliyi” Qaydalarının (YTQ N 03-2002) 1.2, 3.19.1, 3.19.3.1, 3.19.4, 3.19.6 bəndlərinin tələbləri pozulmuş nəticədə X6 əmtəə üzrə 21 581 manat, X28 əmtəə üzrə 18 927 manat, X34 əmtəə üzrə 17 530,50 manat, X15 əmtəə üzrə 24 212 manat, X29 əmtəə üzrə 17 589,50 manat, İddiaçı1 əmtəə üzrə 64 609 manat, X7 əmtəə üzrə 30 834 manat, X8 əmtəə üzrə 1522 manat, X35 əmtəə üzrə 33 739,50 manat, X16 əmtəə üzrə 1522 manat, X3 əmtəə üzrə 35 630 manat, Əzizova Hicran Qəzənfər qızma əmtəə üzrə 3441,10 manat, X17 əmtəə üzrə 60 352 manat, X1 əmtəə üzrə 13 869 manat, X25 əmtəə üzrə 40 297,70 manat, X30 əmtəə üzrə 13 791,10 manat, X31 əmtəə üzrə 27 292,50 manat, X32 əmtəə üzrə 29 923 manat, X4 əmtəə üzrə 79 631,90 manat, X18 əmtəə üzrə 21 140,20 manat, X14 əmtəə üzrə 47 096,80 manat, X21 əmtəə üzrə 29 711 manat, X33 əmtəə üzrə 7210,02 manat, X22 əmtəə üzrə 21 714 manat, X5 əmtəə üzrə 36 470,20 manat, X11 əmtəə üzrə 70 427,50 manat, İddiaçı2 əmtəə üzrə 60 362,40 manat, X12 əmtəə üzrə 31 510 manat, X36 əmtəə üzrə 132 854,80 manat, X23 əmtəə üzrə 64 773,60 manat, X19 əmtəə üzrə 22 261 manat, X13 əmtəə üzrə 20 323,45 manat, X26 əmtəə üzrə 57 512,10 manat, "Metro City” adı altında fəaliyyət göstərən ticarət obyektinə tikinti üzrə 114 707 manat, "xxxx" MMC-yə 54 693 manat maddi ziyan dəymişdir. Lakin yoxlama materiallarından göründüyü kimi, baş vermiş yanğın hadisəsi nəticəsində hər-hansı şəxsin sağlamlığına zərər vurulmamış, yanğın ölümə səbəb olmamış, ticarət obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlara və "xxxx" MMC-yə dəymiş ziyan ağır nəticə kimi qiymətləndirilməmişdir. Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində 0098 nömrəli iş üzrə FHN Əməliyyat-İstintaq idarəsinin müstəntiqi, baş leytenant Elnur Aslanov tərəfindən baş vermiş yanğın hadisəsi ilə əlaqədar ticarət obyektinin sahibləri Cavabdeh2 və Cavabdeh1 əməllərində cinayət tərkibi olmadığı üçün barələrində cinayət təqibinin başlanması rədd edilməsi qərara alınmışdır.
7. Videogörüntüdən görünür ki, İddiaçı1 məxsus icarə sahəsində divar boyu döşəmədən tavanadək mallar yığılmış, hətta icarə sahəsinin çöl tərəfinə də mallar yığılmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
a) İddia tələbi və ona etiraz
8. İddiaçı1 və İddiaçı2 (iddiaçı və ya iddiaçılar) Cavabdeh2 və Cavabdeh1 (cavabdeh və ya cavabdehlər) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, İddiaçı1 vurulmuş əmtəə üzrə 64 609 manat məbləğində maddi ziyanın, 274,72 manat məbləğində dövlət rüsumunun, 6000 manat məbləğində mənəvi ziyanın və İddiaçı2 vurulmuş əmtəə üzrə 60 362,40 manat məbləğində maddi ziyanın, 271,09 manat məbləğində dövlət rüsumunun, 5000 manat məbləğində mənəvi ziyanın, 410 manat ilkin mediasiya xərcinin birgə cavabdehlərdən müştərək qaydada tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlərə məxsus ünvan 1 ünvanında yerləşən “Metro City” adı altında fəaliyyət göstərən ticarət obyektində 16 oktyabr 2021-ci il tarixində yanğın baş vermiş, nəticədə təxminən 500 m2 sahədə ticarət obyekti və ona bitişik olan müxtəlif təyinatlı iaşə obyektləri içərisindəki əşyalarla birlikdə yanmışdır. Faktla bağlı FHN Əməliyyat-İstintaq İdarəsində araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı məhkəmə yanğın–texniki, məhkəmə tikinti-texniki, məhkəmə əmtəəşünaslıq, məhkəmə fiziki-kimyəvi ekspertizaları keçirilmiş və ekspert rəyləri alınmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli, 9/7498 saylı məhkəmə-əmtəəşünaslıq ekspert rəyinə əsasən İddiaçı1 61 adda mallar 64609 manat məbləğində, İddiaçı2 178 adda mallar 60 362,40 manat məbləğində maddi ziyan dəymişdir. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar araşdırma zamanı ticarət obyektinin sahibləri Cavabdeh2 və Cavabdeh1 tərəfindən “X2”nın (YTQ N-01- 2001) 6.4 bəndinin və Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün “X2”nın (YTQ N 03-2002) 1.2, 3.19.1, 3.19.3.1, 3.19.4, 3.19.6 bəndlərinin tələblərinin pozulması faktı müəyyən edilmiş, eyni zamanda baş vermiş yanğın hadisəsinin, pozuntu faktı ilə səbəbli əlaqəli olan elektrik qəza halı səbəbindən olduğu faktı da təsbit edilmişdir. Nəticədə, İddiaçı1 əmtəə üzrə 64 609 manat məbləğində, İddiaçı2 əmtəə üzrə 60 362,40 manat məbləğində maddi ziyan dəymişdir. Baş vermiş yanğın hadisəsi zamanı hər-hansı şəxsin sağlamlığına zərər vurulmadığından, yanğın ölümə səbəb olmadığından FHN-nin Əməliyyat-İstintaq İdarəsinin müstəntiqi Elnur Aslanov tərəfindən Cinayət işinin başlanmasının rədd edilməsi barədə 22 sentyabr 2022ci il tarixli Qərar qəbul edilmişdir. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar zərərçəkmişlərə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı MPM-in 4–cü maddəsinə əsasən mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Nəticədə, cavabdehlərin yol verdiyi pozuntular- mülki qanunvericiliyin tələblərini pozan əməllər nəticəsində iddiaçılara maddi və mənəvi ziyan dəymişdir. Beləliklə iddiaçıların subyektiv hüququ yaranmışdır ki, öz pozulmuş hüquqlarını mülki mühakimə qaydasında tələb etsinlər. Çünki, subyektiv hüquq dövlət tərəfindən tanınan və qorunan haqqdır, hüquqi imkandır. Cavabdehlərin hüquqa zidd, mülki məsuliyyətə səbəb olan hərəkətləri nəticəsində iddiaçılara maddi ziyan dəyməsi ilə onların subyektiv hüququ yaranmışdır.
10. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmiş. Etiraz onunla əsaslandırmışdır ki, birgə iddiaçıların iddia tələbləri tamamilə əsassızdır: 16 oktyabr 2021-ci ildə, səhər saat 08 radələrində Nərimanov rayonu, Təbriz küçəsi 95 ünvanında cavabdehlərə məxsus obyektin yerləşdiyi “Metro Sity” ticarət obyektində baş vermiş yanğı hadisəsi birgə cavabdehlərin hər hansı təqsirli hərəkəti nəticəsində baş verməmişdir. Belə ki, birgə cavabdehlər bu hadisəyə görə heç bir inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməmiş, təqsirləri hər hansı formada öz təsdiqini tapmamışdır. Baş vermiş yanğın hadisəsi ilə birgə cavabdehlərin hərəkət və ya hərəkətsizliyi arasında hər hansı səbəbli əlaqə yoxdur. Birgə iddiaçıların irəli sürdükləri pul tələblərinin heç bir rasional əsası yoxdur. Belə ki, vurulmuş ziyanla bağlı maddi tələb hər hansı formada əsaslandırılmamışdır. Həmin məbləğlər hansı əsasla, necə və hansı hesablama qaydası ilə müəyyənləşdirilmişdir, bu məlum deyildir. Birgə iddiaçıların 2021-ci ilin noyabr ayında Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsinin istintaq şöbəsinin müstəntiqinə verdikləri izahatlarına əlavə etdikləri siyahılar birgə iddiaçıların özləri tərəfindən tərtib edilmiş və imzalanmışdır. Həmin siyahıların heç bir hüquqi əhəmiyyəti yoxdur və mötəbərliyinə dair heç bir sübut yoxdur. Birgə iddiaçıların təqdim etdikləri siyahıda göstərilən mallara dair heç bir vergi bəyannaməsi və malların alınmasına dair heç bir qaimə-faktura mövcud deyildir. Əgər birgə iddiaçıların sahibliyində həmin mallar həqiqətən mövcud olsa idi, o halda həmin mallara dair iddiaçılarda qaimə-faktura, eləcə də vergi bəyannaməsi olardı. Lakin həmin mallar reallıqda mövcud olmadığına görə, belə bir müşayiət sənədləri də yoxdur. İddia tələbindən göründüyü kimi, guya birgə iddiaçıların icarə sahəsində yanğın zamanı 178 və 61 adda olmaqla, xeyli miqdarda mal mövcud olmuşdur. Halbuki birgə İddiaçı1 icarəyə götürdüyü sahə cəmi 10 m2, İddiaçı2 icarəyə götürdüyü sahə isə cəmi 9 m2 olmuşdur. Həmin sahələrə ümumilikdə təxminən 125 min manatlıq 239 adda xeyli miqdarda mal yığmaq (yerləşdirmək) fiziki cəhətdən qeyri-mümkündür. Həmin ticarət sahələri çox kiçik olduğundan orada yalnız vitrin üçün az miqdarda mal yığılırdı. Bu mənada yanğın zamanı iddiaçıların iddia etdiyi miqdarda malın yanması barədə məlumatları tamamilə absurd və əsassızdır. Onu da nəzərinizə çatdırırıq ki, həmin şəxslər əvvəllər metro stansiyanın keçidlərində (tunelində) kiçik ticarət piştaxtaları quraşdırıb ticarətlə məşğul olurdular. Sonralar həmin keçidlər ticaratə bağlı elan edildi və həmin şəxslər eyni ölçüdə piştaxta quraşdırmaq üçün cavabdehə məxsus sahədə icarə müqavilələri bağlayıb həmin sahəyə köçdülər. Yəni iddiaçıların qeyd olunan həcmdə malları və dövriyyələri olmamışdır. Onlara məxsus malların görüntülərini əks etdirən fotoşəkillər də bir daha sübut edir ki, iddiaçıların az sayda malı yanmışdır. İddiaçıların təqdim etdiyi və istinad etdiyi ekspert rəyinə gəlincə bildirilir ki, həmin rəy mallara dair düzünə sübutlar (malların mövcudluğunu və iddiaçılara məxsus olduğunu təsdiq edən hər hansı sübut) əsasında tərtib edilməmişdir. Rəydən görünür ki, tədqiqat obyekti qərar, yanmış əmlakın siyahısı və müxtəlif adda mallardır. Bu isə onu göstərir ki, rəy yalnız verilən şifahi məlumatlar əsasında hazırlanmışdır. Rəyin sonuncu vərəqində aparılan qeyd də bunu təsdiq edir. Belə ki, rəyin sonunda yazılmışdır ki, ekspertiza tədqiqatına təqdim edilmədən, müvafiq tədqiqatlar aparmadan (malların markası, modeli, texniki göstəriciləri, materialı, əmtəə görünüşü müəyyən edilmədən) təqdim edilmiş məlumatlarda (siyahılarda) adlan göstərilən malların orta bazar qiymətini müəyyən etmək mümkün deyildir. Belə olduğu halda sual yaranır: irəli sürülən tələbin əsasını nə təşkil edir? İddiaçılara 60 min və 64 min manat zərər vurulması hansı hal təsdiq edir? Onlara bu qədər zərər vurulmasına dair özlərinin dedikləri şifahi məlumatdan başqa hansı dəlil var? Qeyd olunan bütün hallar bir daha göstərir ki, iddia tələbləri tamamilə əsassızdır. Ona görə də işin qeyd olunan bu hallarına düzgün hüquqi qiymət verərək iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişlər.
b) İş üzrə cəlb olunmuş mütəxəssislərin rəyləri
11. "xxxx" MMC-nin 16 yanvar 2025-ci il tarixli rəyində (hesabatı) qeyd edilmişdir ki, yanğın baş verən tarixə (16 oktyabr 2021) İddiaçı1 icarə sahəsində olan 61 adda malların (mebel və təmir xərci daxil) cəmi orta bazar dəyəri 59 385 manat, İddiaçı2 icarə sahəsində olan 178 adda malların cəmi orta bazar dəyəri 55 685,5 manat müəyyən edilmişdir. “Metro City” ticarət obyektində İddiaçı2 icarəyə götürdüyü 9,0 m2, sahədə təqdim edilmiş siyahıda göstərilən 178 adda malların yerləşdirilməsi ilə aparılan araşdırmalar və təhlillər nəticəsində müəyyən edilmişdir ki, obyektin ümumi həcmi 25,2 (3m x 3 m x 2.8 m) kub.metr təşkil edir. Siyahı üzrə təqdim edilən 178 adda adda malların ümumi həcmi (Cədvəli) 29,78 m3 təşkil edir. Beləliklə, “Metro City” ticarət obyektində İddiaçı2 icarəyə götürdüyü 9,0 m2 sahədə təqdim edilmiş siyahıda göstərilən 178 adda malların həcmi, ölçüləri, paketlənməyi, ticarət sahəsi və s. nəzəri hesablanmaqla 84,62% malın yerləşdirilməsi mümkündür. “Metro City” ticarət obyektində İddiaçı1 icarəyə götürdüyü 10,0 m2 sahədə təqdim edilmiş siyahıda göstərilən 61 adda malların yerləşdirilməsi ilə aparılan araşdırmalar və təhlillər nəticəsində müəyyən edilmişdir ki, obyektin ümumi həcmi 27,972 (3m x 3,33 m x 2.8m) kub.metr təşkil edir. Siyahı üzrə təqdim edilən 61 adda malların ümumi həcmi (Cədvəl 2) 30,75 kub.metr təşkil edir. Beləliklə, “Metro City” ticarət obyektində İddiaçı1 icarəyə götürdüyü 10,0 m2 sahədə təqdim edilmiş siyahıda göstərilən 61 adda malların həcmi, ölçüləri, paketlənməyi, ticarət sahəsi və s. nəzəri hesablanmaqla 90,96% malın yerləşdirilməsi mümkündür.
12. "xxxx" MMC-nin 25 fevral 2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, 16 oktyabr 2021-ci il tarixdə “Metro City” ticarət obyektində birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 icarə sahəsində olan 178 və 61 adda malların yanğın baş verən tarixə (16 oktyabr 2021) orta bazar dəyərini müəyyən etmək üçün təqdim edilən siyahılar nəzərdən keçirilmişdir. Müəyyən edilmişdir ki, təqdim edilən malların texniki xüsusiyyətlərini əks etdirən göstəricilər - marka, model, tip, həcm, material və s. mövcud deyildir. Belə ki, hər hansı bir mal-materialın qiymətləndirilməsi üçün onun sadalanan xüsusiyyətləri barədə məlumatları - materialı, həcm, marka, model və s. bilmək vacibdir. Bu məlumatlar olmadığı təqdirdə verilən şifahi məlumatlar hər iki tərəfin (cavabdeh və iddiaçı) təsdiqi ilə olarsa, yaxud da malların xüsusiyyətlərini əks etdirən təsdiqedici sənədlər (qaimə, gömrük bəyannaməsi, müqavilə və s.) təqdim edilərsə yalnız bu halda qiymətləndirmə işi aparıla bilər. “Metro City” ticarət obyektində İddiaçı2 icarəyə götürdüyü 9,0 m2, sahədə təqdim edilmiş siyahıda göstərilən 178 adda malların yerləşdirilməsi ilə aparılan araşdırmalar və təhlillər nəticəsində müəyyən edilmişdir ki, obyektin ümumi həcmi 22.5 m3 təşkil edir, siyahı üzrə təqdim edilən 178 adda adda malların ümumi həcmi (Cədvəl1) 33,7802 kub.metr təşkil edir. “Metro City” ticarət obyektində İddiaçı2 icarəyə götürdüyü 9,0 m2 sahədə təqdim edilmiş sıyahıda göstərilən 178 adda malların həcmi, ölçüləri, paketlənməyi, ticarət sahəsi və s. nəzəri hesablanmaqla yerləşdirilməsi mümkün deyildir. “Metro City” ticarət obyektində İddiaçı1 icarəyə götürdüyü 10,0 m2 sahədə təqdim edilmiş sıyahıda göstərilən 61 adda malların yerləşdirilməsi ilə aparılan araşdırmalar və təhlillər nəticəsində müəyyən edilmişdir ki, obyektin ümumi həcmi 25,0 m3 təşkil edir, siyahı üzrə təqdim edilən 61 adda adda malların ümumi həcmi (Cədvəl 2) 65,3913 kub.metr təşkil edir. “Metro City” ticarət obyektində İddiaçı1 icarəyə götürdüyü 10,0 m2 sahədə təqdim edilmiş sıyahıda göstərilən 61 adda malların həcmi, ölçüləri, paketlənməyi, ticarət sahəsi və s. nəzəri hesablanmaqla yerləşdirilməsi mümkün deyildir. Təqdim edilən foto və video təsvirlərə əsasən “Metro City” ticarət obyektində 2021-ci il tarixdə fəaliyyət göstərən qeyri-yaşayış sahələrinin topdan və ya pərakəndə satış mərkəzləri olduğunu müəyyən etmək mümkündür. Belə ki, həmin təsvirlərdən göründüyü kimi fəaliyyət göstərən qeyri-yaşayış sahələri pərakəndə satış mərkəzləri kimi fəaliyyət göstərmişdir. Pərakəndə satış mərkəzi kimi həmin həcmin vizual olaraq belə yerləşməsi mümkün hesab edilmir.
c) Tərəflərin izahatı
13. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi Vəkil1 iddianı müdafiə edib iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçılar bu günkü günə kimi işsizdirlər, özləri mənəvi sarsıntı keçirmişlər. Bu günkü gündə yanmış malların dəyəri daha yüksəkdir, lakin iddiaçılar işin uzadılmasının tərəfdarı olmadıqları üçün iddia tələbini artırmamışlar. Maddi cəhətdən vəziyyətləri yaxşı deyildir. Bir ildən artıq müddətdir ki, araşdırma gedir və müəyyən olunub ki, həmin həcmdə olan malların obyektə yerləşməsi mümkündür. Bununla bağlı ekspertlərin rəyləri əsaslıdır. Malların hamısı obyekt yanan vaxtı orada olubdur. İddia tələbi ilə rəydəki məbləğlər arasında fərqliliklər olduğunu məhkəmənin diqqətinə çatdırmışdır. Mütəxissis rəyi daha əsaslıdır, qarşı tərəfin təqdim etdiyi rəylə razı olmadıqlarını və həmin rəy obyektiv olmadığını bildirmişdir. İş üzrə istintaq başa çatana qədər cavabdeh tərəf zərəri ödəyəcəyini bildirmiş, lakin istintaq başa çatdıqdan sonra zərəri ödəməmişlər. Hazırda qarşı tərəfin təklif etdiyi 5000 məbləğ gülünc məbləğdir. İddiaçı tərəf real olaraq dəymiş zərəri tələb edir və hər hansı şişirdilmə yoxdur. Cavabdeh tərəf həmin obyekti təmir edib və yenidən icarəyə verərək oradan gəlir əldə edir. Eyni zamanda iddiaçı tərəfə mənəvi zərər də dəymişdir və bütün bu halların nəzərə alınaraq iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir.
14. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsinin izahatındakı xüsusatları təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, obyekti icrarəyə götürən zaman bütün işləri sıfırdan görmüşdür. Ümumiyyətlə obyektə döşəmə, tavan, divar heç bir şey olmamış, hamısı onun tərəfindən düzəldilmişdir. Sənəddə obyektin hündürlüyü 2.65-dir, eyni zamanda rəydə eni də düzgün qeyd olunmamışdır. Artırma olandan sonra ümumi ərazi 3.60-ın 3.65-ə olmuşdur. Ümumi olaraq 16 gün təmir işləri gördüyünü, icarə pulunu ödəsə də, lakin onun çəkdiyi xərclər icarə pulundan çıxılmamışdır. Mebəllərlə bağlı suallara cavab olaraq bildirmişdir ki, mebel dedikdə vitrin mebelləri nəzərdə tutulur. Həmin mebellər bütün mağazaya yığılmışdır. Pos terminal yanğın zamanı yandığı üçün “Kapital Bank” tərəfindən 1200 manat dəyərində cərimələnmişdir. Sənədləri təqdim etdikdən sonra cərimə məbləğini onun üzərindən götürmüşlər. Ustalar işləyən zaman drellər xarab olmuş, onların dəyəri 150, 160 manat dəyərində olardı. Eyni zamanda çəkilən xərclərlə bağlı hər hansı sənəd mövcud deyildir. Bu proseslərin üzərindən 4 il müddət keçdiyi üçün mebellərlə bağlı və s. heç bir sənədi yoxdur. Sonda isə o, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
15. Məhkəmə iclasında İddiaçı2, nümayəndəsinin izahatındakı xüsusatları təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, 2021-ci ilə qədər obyekti icarəyə götürmüş, yanğın baş verənə qədər işləmiş, aylıq ödənişləri etmişdir. Ona 62300 manatdan çox zərər dəymişdir. O, 9 kvadrat metrlik ərazidə pərakəndə satış həyata keçirmiş, içəridə əlavə stol olmamış, termosu polkanın üzərinə yerləşdirmişdir. Təmir xərcləri dedikdə, yəni profillərin yığılması, onun üzərinə örtük çəkilməsi və s. nəzərdə tutulmuşdur. Göstərilən zərər siyahısında vitrinləri qeyd etməmişdir. Bütün icarəyə götürənlər vitrinləri özləri düzəltmiş, buna görə də mebel ilə bağlı xərc çəkmişdir. Həmçinin vitrinlərin alınması və s. barədə sənədləri yoxdur. Sonda isə o, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
16. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi Vəkil2 iddia tələbi qəbul etməyərək etirazında göstərilən xüsusatları təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, qeyd olunan hallarla razı deyildir. Mövcud qaydaya əsasən, icarəyə götürən hər hansı təmir xərcləri görürsə, bu zamanda icarə haqqı müəyyən müddət üzrə tutulmur. Təmir zamanı edilən bütün yaxşılaşdırmalar da mülkiyyətiçinin mülkiyyəti hesab edilir. Araşdırma zamanı müəyyən edildi ki, həmin əraziyə iddiaçı tərəfin qeyd etdiyi miqdarda malların yerləşdirilməsi mümkün deyildir. Eyni zamanda təmir və digər çəkilən xərclərin çəkilməsini təsdiq edən sübutlar olmadığından iddia tələbinin o hissədə də rədd edilməsini xahiş etmişdir. Yanğın hadisəsi cavabdehlərin təqsiri üzündən baş verməmiş və bu halın nəzərə alınmasını xahiş etmişdir. Malların çeşidləri, adları barədə sənədlər də təqdim edilməmişdir. Digər mal sahiblərinə də verilən məbləğ 5000 manat olub, çünki mallarının dəyəri də həmin miqdarda olubdur. Müqaviləyə də imza atanda qarşı tərəf bütün şərtləri qəbul etmişdir. Sonda o, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
d) Məhkəmə aktı və əsaslandırılması
17. Birinci instansiya məhkəməsinin 11 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, İddiaçı1 vurulmuş ziyana görə 49 923,40 manat və İddiaçı2 vurulmuş ziyana görə 47 121,07 manat olmaqla, cəmi 97 044 (doxsan yeddi min qırx dörd) manat 47 (qırx yeddi) qəpik pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub, vurulmuş ziyanlara mütənasib olaraq İddiaçı1 və İddiaçı2 ödənilməsi, ödənilmiş dövlət rüsumu ilə ilkin mediasiya xərcinin 381 (üç yüz səksən bir) manat 14 (on dörd) qəpiyin əvəzi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq 51,45% İddiaçı1, 48,55% İddiaçı2 xeyrinə ödənilməsi qət edilmişdir.
18. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:
- Mülki qanunvericiliyə əsasən cavabdehlər törətdikləri mülki hüquq pozuntusu üçün mülki hüquq məsuliyyəti daşıyırlar və həmin mülki hüquq pozuntusu nəticəsində iddiaçılara dəymiş ziyanı ödəməlidirlər. Buna görə də iddiaçıların Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən onlara dəymiş maddi ziyanı zərərvuran şəxslərdən, cavabdehlərdən tələb etmək hüquqları var və onların maddi ziyan tələbi haqlıdır. - Lakin, bununla belə işin faktiki hallarından və tərəflərin izahatlarından görünür ki, tərəflər arasında dəymiş ziyanın həcmi ilə bağlı mübahisə mövcuddur. Belə ki, İddiaçı1 64 609 manat dəyərində 61 adda malının, İddiaçı2 isə 60 362,4 manat dəyərində 178 adda malının yanğın nəticəsində məhv olduğunu bildirərək həmin məbləğləri tələb etmişlər. Lakin cavabdehin nümayəndəsi bunun absurd olduğunu, o qədər malın iddiaçılara icarəyə verilmiş sahəyə yerləşməsinin qeyrimümkün olduğunu, təxminən iddiaçının hər birinə dəymiş ziyanın 5000 manat həcmində olduğunu və həmin məbləği iddiaçıların hər birinə ödəməyə razı olduğunu bildirmişdir. - Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə tərəfindən "xxxx" MMC-dən mütəxəssis cəlb edilərək rəy alınmışdır. Həmin rəy kifayət qədər müfəssəl, ətraflı, geniş, obyektiv, hərtərəfli araşdırma nəticəsində tərtib olunduğundan onun mötəbər sübut kimi qəbul edilməməsinə əsaslar mövcud deyildir. Digər tərəfdən cavabdehin nümayəndəsinin təqdim etdiyi "xxxx" MMCnin mütəxəssis rəyində mallar təqdim edilmədiyi üçün qiymətləri müəyyən edilməmiş, həmçinin malların həcmi və sahənin ölçüləri məlum olsa da, mütəxəssis hansı həcmdə malın yerləşməsini qeyd etməmiş, sadəcə ümumi olaraq malların icarəyə verilmiş sahəyə yerləşmədiyini göstərmişdir. Halbuki Qiymətləndirmə və Consulting Mərkəzi MMC-nin rəyində nəzəri hesablama yolu ilə malların orta bazar qiymətləri müəyyən edilmiş, həmçinin ölçüləri, paketlənməsi, ticarət sahəsi və s. nəzərə alınaraq hansı həcmdə malların yerləşə biləcəyi göstərilməklə yetəri qədər dolğun rəy hazırlanmışdır. - Hər kəsə məlumdur ki, kiçik sahibkarlar büdcələrinə qənaət etmək məqsədi ilə ticarət mərkəzlərində icarəyə götürdükləri sahəni maksimum dərəcədə satacaqları mallarla elə doldururlar ki, heç bir boşluq qalmasın, boşuna artıq sahə kirayələrək əlavə xərc çəkməsinlər. Həmçinin yanmış malların birəbir eynisi olmasa da, ən azından həmin malın bazarda ən sadəsinin qiymətlərini və ölçülərini nəzərə alaraq orta bazar qiymətini, ölçülərini, icarə sahəsinə hansı həcmdə yerləşməsini müəyyən etmək mümkündür. - İddiaçıların malları və malların alınmasına dair qeyd apardıqları dəftərləri yandığı üçün onların həmin malların markası, materialı, ölçüləri və s. haqqında dəqiq məlumat təqdim etməsi qeyri-mümkündür. Ancaq həmin məlumatları təqdim etmək imkanlarının olmaması isə iddialarının əsassız olması anlamına gəlməməlidir. Çünki sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. - İddiaçı1 icarəyə götürdüyü sahəni təmir etdirdiyini və ora mebel hazırlatdığını bildirmiş və bunun üçün çəkdiyi xərci də tələb etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, icarə müqaviləsinə əsasən ona əlverişli, yararlı sahə icarəyə verilmiş, onun orada təmir işləri aparması və mebel düzəltdirməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, mütəxəssis rəyində hesablanmış təmir və mebel xərci (1300 + 3200 = 4500) olaraq 4500 manat İddiaçı1 dəymiş ümumi ziyan məbləğindən, 59385 manatdan çıxılmalıdır. - Beləliklə məhkəmə qeyd edilənləri, "xxxx" MMC-nin mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, İddiaçı1 yanmış mallarının cəmi dəyəri (59385 – 4500 = 54 885) 54 885 manat, həmin malların isə 90,96%-nin icarə sahəsinə yerləşməsi mümkün olduğundan, həmçinin İddiaçı2 yanmış mallarının dəyəri 55 685,5 manat, həmin malların isə 84,62%-nin icarə sahəsinə yerləşməsi mümkün olduğundan, İddiaçı1 dəymiş maddi ziyana görə (54 885 x 90,96% = 49923,396) 49 923,4 manat, İddiaçı2 dəymiş ziyana görə isə (55 685,5 x 84,62% = 47 121,0701) 47 121,07 manat cavabdehlərdən müştərək qaydada tutularaq dəymiş ziyana mütənasib olaraq iddiaçılara ödənilməlidir. - Bundan başqa İddiaçı1 dəymiş mənəvi ziyana görə 6000 manat, İddiaçı2 isə dəymiş mənəvi ziyana görə 5000 manat məbləğində pul vəsaitinin də cavabdehlərdən müştərək qaydada onların xeyrinə tutulmasını tələb etmişlər - İddiaçılar mənəvi zərərin məbləğinin hansı səbəbdən müvafiq olaraq 5000 və 6000 manat təşkil etməsini, cavabdehlər tərəfindən sağlamlıqlarına həmin məbləğlərdə bərpa olunmayan xəsarətlər yetirilməsini əsaslandırmamışlar, bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Belə olan halda isə məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərin vurulması hissəsində sübuta yetirilmədiyindən təmin olunmamalıdır.
19. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21ci, 1096-cı, 1097.1-ci, 1097.3-cü, 1113.1-ci, 1113.2-ci, 1114.2-ci, 1115-ci maddələrinə istinad etmişdir.
20. Həmin qətnamədən cavabdehlər apellyasiya verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Onlar şikayətində qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını bildirmişlər. Həmçinin onu da qeyd etmişlər ki, məhkəmə onların yanğın hadisəsi ilə bağlı təqsirli olmadıqlarını və dəymiş zərərlə bağlı tərtib olunmuş əsassız mütəxəssis rəyinə istinad etməklə düzgün nəticəyə gəlmədiyini irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etirazlar
21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
22. İddiaçıların nümayəndəsi (vəkili) məhkəmə iclaslarında bildirmişdir ki, Obyektləri icarəyə verən şəxs özü vergilərin ödənilməsi ilə bağlı məsələləri həll edirdi. Cavabdeh2 və Nüsrəddin Balayev özləri sığorta ödənişləri də almışdırlar. Eyni zamanda, bütün mallar və onlara dair sənədlər hamısı yanğın nəticəsində yanaraq məhv olmuşdur və tərəflər ümumiyyətlə qaimə-faktura əsasında fəaliyyət göstərməmişdirlər.
23. Həmçinin məhkəmə iclaslarında iştirak edən İddiaçı2 da bildirmişdir ki, “...bizim mağazanın sahəsi kiçik olduğu üçün bizə kassa verilməmişdir, malları Sədərək Ticarət Mərkəzindən alırdıq. ...ödənişləri müdriyyət özü hesablayaraq bizdən aylıq 150- 170 manat həcmində pul alırdı. ....vergi yoxlaması həyata keçirilmirdi, bu məsələlər müdriyyət tərəfindən həll edilirdi. X69 Xidmətinə ödənişlərimiz mövcuddur. Həmçinin sosial sığorta ödənişlərimiz də mövcuddur”
24. Həmçinin məhkəmə iclaslarında iştirak edən Dadaşpv Pərviz də bildirmişdir ki, “...təqdim etdiyim siyahılar öz aldığım malların siyahısıdır. Həmin mallarla bağlı video görüntülər də məhkəməyə təqdim edilmişdir. Həmin görüntülər yanğından öncəki görüntülərdir”
25. Eyni zamanda, məhkəmə iclaslarında iştirak edən cavabdehlərin nümayəndəsi (vəkili) malların mövcudluğunu mübahisələndirməmiş, lakin qeyd edilən həcmdə malların sözügedən sahələrə yerləşdirilməsinin ağlabatan olmamasını qeyd etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
29. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
31. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
32. Maddə 1114. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu
33. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: ... 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
34. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.
35. Maddə 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
36. Maddə 42.1. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müvafiq əmlakın istismarı, o cümlədən həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
37. Maddə 49.1. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir.
38. Maddə 49.2. Sığortaçının sığortalıya və ya sığorta olunana qarşı subroqasiya hüququnun yaranmasının bu Qanunun 25.1.2-ci maddəsində müəyyən edilmiş əsası o halda tətbiq edilir ki, sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqol, narkotik və ya toksikoloji sərxoşluq vəziyyətində istismar etməsinin, o cümlədən inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılmasının müvafiq hadisənin baş verməsinə şərait yaratması sübut edilmiş olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
46. İstinad edilən normaları və Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyini nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini iddianın qismən təmin olunan hissəsi təşkil edir. Belə ki, cavabdehlər qətnamənin ləğv olunmasını qeyd etsələr də, faktiki olaraq qətnamənin iddianın qismən təmin olunmasını ilə bağlı hissəsini mübahisələndirimiş, iddiaçılar isə apellyasiya şikayəti verməmişlər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
47. Kollegiya mübahisələndirilən hissə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
48. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun təmin edilməsində təməl konstitusion prinsip olan hüquqi müəyyənlik və onun tərkib hissəsi olan “res judicata” prinsiplərinin birgə tətbiqi onu tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın (“A.Əliyevin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyun 2019-cu il tarixli Qərarı).
49. Konstitusiya Məhkəməsinin ifadə elədiyi hüquqi mövqeyə əsasən, məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi onun bütün keyfiyyətlərini özündə əks etdirməsini ehtiva edir. Bu isə digər məsələlərlə yanaşı qərarın preyudisial qüvvə alması ilə nəticələnir (“R.Süleymanov və F.Adıgözəlovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarının AR-ının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumu 12 iyul 2018-ci il tarixli Qərarı). Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı sabitliyi təmin etməkdir. Eyni zamanda preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarı). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.
50. Göründüyü kimi bir icraatda qəbul edilən qərarın digər icraatın gedişatına müəyyən təsiri olur; bununla belə bu təsir mütləq xarakter daşımır və müvafiq olaraq hər icraatın (müki, cinayət, inzibati və kommersiya) təbiətinə, eləcə də fəlsəfəsinə uyğun olaraq tətbiq edilir.
51. Mülki və ya kommersiya qaydasında işə baxan məhkəmə, cinayət işinə baxan məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı ilə tam bağlı deyil (§ 49), məhkəmə üçün həmin aktlar yalnız iş üzrə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Odur ki, mülki və ya kommersiya mübahisələri üzrə məhkəmə tərəflərin mülki məsuliyyətini müəyyən edərkən həmin qərarlarla tam bağlı deyil, yalnız mülki prosessual qanunvericiliyin müəyyənləşdirdiyi prinsipləri nəzərə alaraq, özünün hüquqi dəyərləndirməsini apara bilər.
52. Məhz bu konteksdə dəyərləndirmə aparan məhkəmə kollegiyası hesab edir ki, barələrində cinayət təqibinə xitam verilməsinə baxmayaraq, Cavabdeh2 və Cavabdeh1 hər bir halda mülki məsuliyyət daşıyırlar.
53. İlk növbədə məhkəmə kollegiyası onu qeyd edir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsində cinayət təqibi və cinayət mühakimə icraatı çərçivəsində müəyyən olunmuş faktlara geniş yer verilsə də1, bu, məsuliyyətin müəyyən edilməsi baxımından həlledici meyar hesab edilməmişdir.2 Belə ki, şəxsin cinayət məsuliyyətindən azad olunması onun mülki məsuliyyətdən azad olunması anlamına gəlmir.
54. Digər tərəfdən nəzərə alınmalıdır ki, “Cinayət təqibinə xitam verilməsinə dair” 22 sentyabr 2022-ci il tarixli qərarında (§ 6) Cavabdeh2 və Cavabdeh1 barəsində baş vermiş yanğın hadisəsi nəticəsində hər-hansı şəxsin sağlamlığına zərər vurulmamış, yanğın ölümə səbəb olmamış, ticarət obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlara və "xxxx" MMC-yə dəymiş ziyan ağır nəticə kimi qiymətləndirilməmsi ilə əlaqədar xitam verilmişdir. Başqa sözlə, adı çəkilən şəxslərin baş vermiş yanğın hadisəsinə aidiyyətini və onların təqsirini istisna etmir.
55. Hazırkı mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçılar zərərçəkmiş şəxs olaraq yanğın hadisəsi nəticəsində dəymiş zərəri tələb edir.
56. Bunun üçün cavabdehlərin mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətinin yaranıb-yaranmamasına qiymət vermək lazımdır. Belə ki, mülki qanunvericiliyin müvafiq müddəalarının (§ 28, 29) mənası baxımından, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
1 Ali Məhkəmə, 2-2(102)-544/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_544+16.10.2024.pdf) § 43 2 Ali Məhkəmə, 2-2(102)-402/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_402+12.09.2024.pdf) § 62
57. Hazırkı mübahisə üzrə zərərin mövcüd olması müvafiq cinayət işinin materialları ilə təsdiq olunur (§ 6), eyni zamanda, cavabdehlər özləri də həmin halı mübahisələndirməmişlər. Bu baxımdan, zərərin mövcüd olması işin mübahisəsiz halını təşkil edir.
58. İşin halları ilə Cavabdeh2 və Cavabdeh1 zərərə məruz qalmış sahələrin idarəçiliyi həyata keçirdikləri müəyyən olunur (§ 1-3, 6). Cinayət işinin materiallarında olan ekspertiza rəyində də onların “Yanğın Təhlükəsizliyi” Qaydalarının (YTQ N-01-2001) 6.4 bəndinin və “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün “Yanğın Təhlükəsizliyi” Qaydalarının (YTQ N 03-2002) 1.2, 3.19.1, 3.19.3.1, 3.19.4, 3.19.6 bəndlərinin müvafiq bəndlərinin tələblərini pozduqları göstərilmişdir (§ 6).
59. Beləliklə, Cavabdeh2 və Cavabdeh1 qanunsuz hərəkətləri və ya hərəkətsizlikləri nəticəsində yanğın hadisəsi baş vermiş və sığorta ödənişi alan şəxslərə zərər dəymişdir.
60. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 və İddiaçı2 Məmmədov Cavabdeh2 və Cavabdeh1 delikt qaydasında müvafiq olaraq 49 923,40 və 47 121,07 manatı tələb etməkdə haqlıdır.
61. Bununla bağlı kollegiya birinci instansiya məhkəməsinin dəyərləndirməsi ilə razılaşır və cavabdehin dəlillərini əsassız hesab edir.
62. Belə ki, iddiaçıların izahatlarından aydın olur ki, onlar qaimə-faktura ilə çalışmamışlar, malları “Sədərək” TM-dən almışlar və fəaliyyətləri ilə bağlı hesabatları yanğın zamanı mallarla birlikdə məhv olmuşdurlar.
63. Yanğın hadisənin məhz cavabdehlərin təqsirindən baş verməsini nəzərə alan kollegiya hesab edir ki, həmin hesabatların mövcud olmaması iddiaçıların ziyanına şərh edilə bilməz. Digər tərəfdən, iş materiallarında olan video görüntülər və mütəxəssis rəyləri həmin malların sözügedən sahələrə yerləşməsinin mümkünlüyünə dəlalət edir. Odur ki, iddiaçılar cavabdehlərdən zərəri tələb etməkdə haqlı olmuşlar.
64. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
65. Beləliklə, apellyatorların apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-110/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.