Məhkəmə qərarları › İş №2-2(103)-742/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-742/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-742/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun tutulması tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 22 may 2023-cü il tarixli, e-2-2(113)-2025/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı cavabdehdən iddiaçının xeyrinə 27 may 2016-cı il tarixli kredit müqaviləsi üzrə banka xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 153014 ABŞ dolları məbləğində əldən çıxmış fayda borcunun, ilkin mediasiya keçirilməsi üçün ödənilmiş 400 manat mediasiya xərcinin və 150.12 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 22 may 2023-cü il tarixli, e-2-2(113)-2025/2023 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi tərəfindən elektron qaydada imzalanaraq elektron kabinet vasitəsilə məhkəməyə təqdim olunmuş ərizədə apellyasiya şikayətindən imtina etdiklərini bildirmiş və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş ərizəni araşdıraraq, hesab edir ki, ərizə təmin edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətindən imtina etməsi və həmin iş üzrə apellyasiya icraatına xitam verilməsi işdə iştirak edən şəxslərin hüquq və mənafelərinə toxunmur, həmçinin qanuna zidd deyil. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməli və bununla bağlı iddiaçıya münasibətdə apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin 22 may 2023-cü il tarixli, e-2-2(113)-2025/2023 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilsin. Apellyasiya şikayəti üzrə apellyasiya icraatına İddiaçı Açıq Səhmdar Cəmiyyətininə münasibətdə xitam verilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar