Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-743/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-297/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 07 aprel 2021-ci il tarixli qərardadından cavabdeh “xxxx” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 21.01.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 7084464,06 manat, DSMF-yə ödənilməmiş 82088,41 manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 3189,03 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədilə ******* manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 09 fevral 2021-ci il tarixli e-2-2(113)-297/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh “xxxx” MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, e-2-2(113)-297/2021 saylı qərardadı ilə apellyasiya şikayətində şikayət verən şəxsin və şikayət verilən məhkəmənin ünvanı qeyd olunmadığı üçün apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh “xxxx” MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 06.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, apellyasiya şikayətinin qaytarılması əsaslarını tənzimləyən Mülki Prosessual Məcəllənin 363-cü maddəsində şikayət verən şəxsin və şikayət verilən məhkəmənin ünvanının qeyd olunmaması əsası ilə apellyasiya şikayətinin qaytarılması nəzərdə tutulmamışdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Hazırki işdə də cavabdehin apellyasiya şikayəti “Asan İmza” vasitəsilə “Elektron məhkəmə” informasiya sisteminə göndərilmişdir. “Elektron məhkəmə” informasiya sistemində isə şikayət verilən məhkəmənin adı və ünvanı onlayn sistemdə avtomatik seçilir. Eyni zamanda “Asan İmza” şikayət verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri və işdə prosessual vəziyyəti barədə məlumatları tam əhatə edir. Göründüyü kimi apellyasiya şikayətinin mətnində şikayət verən şəxsin və şikayət verilən məhkəmənin ünvanının əlavə olaraq göstərilməsinə heç bir zərurət yoxdur. Çünki həmin məlumatlar sistemdə avtomatik seçilir. Bu baxımdan kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməli və birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-297/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 07 aprel 2021-ci il tarixli qərardadı ləğv edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-743/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-743/2021
29.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver