Məhkəmə qərarları › İş №2-2(103)-744/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-744/2025

03.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-744/2025 03.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “öhdəliyin qoyulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-4563/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMCyə (bundan sonra – cavabdeh) qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC və İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli AGE/AL/SC/12-21/015 saylı müqavilə üzrə İddiaçı MMCnin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək, X6 Zonasında uzunluğu 112 m, diametri 1400 mm olan yağış suyu xəttininin mikrotunel üsulu ilə tikintisini tamamlamış və Cavabdeh MMC-yə təhvil vermiş işlər barədə “Forma-2” və “Forma-3” sənədlərinin Cavabdeh MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanması və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilərək İddiaçı MMCyə təqdim olunması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4563/2025 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina edilmişdir. İddiaçı MMC Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 4563/2025 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş edir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunduğu kimi, İddiaçı MMC və Cavabdeh MMC arasında aylarında hazırlıq işləri tamamlanmış, o cümlədən tunelin çəkilməsi üçün quyular inşa edilmişdir. Daha sonra isə İddiaçı MMC tərəfindən 2021-ci ilin aprel-may aylarında əsas işlər başa çatdırılmış, müqavilədə nəzərdə tutulan X6 Zonasında uzunluğu 112 m, diametri 1400 mm olan yağış suyu xəttininin mikrotunel üsulu ilə tikintisi tamamlanmışdır. Həmin işləri icra edib bitirdikdən sonra iş bitirmələrini əks etdirən sənədlərin, yəni “Forma 2” və “Forma-3” tərtib edilib, qarşılıqlı hesablaşmaların aparılması barədə iddiaçı ilə dəfələrlə danışıqlara gəlmək istənilsə də, qarşı tərəf bu təklifi hər dəfə bəhanələr ilə uzatmış, həmin aktların təsdiqlənməsinə mane olmuşdur. Halbuki, xx.xx.2021-ci il tarixli AGE/AL/SC/12-21/015 saylı müqavilə üzrə İddiaçı MMC-nin gördüyü və tamamladığı, tamamladıqdan sonra isə Cavabdeh MMC-yə təhvil verdiyi işlər müqavilə şərtlərinə cavab vermişdir. İddiaçı MMC-dən işləri təhvil alan Cavabdeh MMC öz növbəsində həmin işləri Baş “sifariçi” olan "xxxx" MMC-yə təhvil vermiş və bunun müqabilində “əsas sifarişçidən xidmət haqqını almışdır. Göründüyü kimi, İddiaçı MMC-nin hüquqi marağı, onun müqavilə üzrə işləri gördüyünü təsdiq edən “Forma 2” və “Forma 3 sənədlərinin imzalanmasından boyun qaçırması nəticəsində, iddiaçının alacağı haqqdan əsassız və qanunsuz məhrum olmasına son qoymaq və yekun olaraq haqqını almaqdır. Qeyd olunanlara əsasən hesab edilir ki, İddiaçı MMC-nin pozulmuş hüquqlarının bərpası yalnız məhkəmə qaydasında mümkündür. Lakin Bakı Kommersiya Məhkəməsi iddiaçını məhkəmə müdafiəsindən, ədalətli araşdırma aparılması hüququndan əsassız olaraq məhrum etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbi “təhvil vermiş işlər barədə “Forma- 2” və “Forma-3” sənədlərinin Cavabdeh MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanması və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilərək iddiaçıya təqdim olunması”ndan ibarətdir. İddiaçının cavabdehdən tələb etdiyi “forma-2” və “forma-3” sənədləri özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onların təqdim olunmaması nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. Belə olan halda isə hazırkı tələb ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Sənədlərin təhvil verilməməsi vəzifəsinin mübahisələndirilməsi iddiaçının hüquqi marağına uyğun deyildir. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən yolverilməzliyinə görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası qeyd edilən əsasları nəzərdən keçirərək və onları əsaslı sayaraq hesab edir ki, iddia ərizəsi düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən yolverilməzliyə görə geri qaytarılmışdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-4563/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar