Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-745/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Açar sözlər:(pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2-2(113)-2077/2022 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.2021-ci il 17 may tarixində "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə aprel ayında göstərilmiş xidmətlərə görə 2021-ci il 30 aprel tarixli 297 saylı hesab əsasında 32.670,32 manatlıq elektron qaimə göndərilmişdir. Həmin hesab və onun əsasında göndərilmiş elektron qaiməyə görə Cavabdeh MMC tərəfindən 2021-ci il 14 iyun tarixində 2 dəfə 560 manat və 100,8 manat məbləğində pul "xxxx" QSC-yə ödənilmiş, həmin qaimə üzrə ödənilməmiş 32.009,52 (32.670,33- 660,8) manat pul qalmışdır.
2. 2021-ci il 16 iyun tarixində may ayında göstərilmiş xidmətlərə görə "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 2021-ci il 28 may tarixli 378 saylı hesab əsasında 1.071,15 manatlıq elektron qaimə göndərilmişdir. Həmin hesab və onun əsasında göndərilmiş elektron qaiməyə görə Cavabdeh MMC tərəfindən 2021-ci il 9 iyun tarixində 2 dəfə 907,76 manat və 163,4 manat məbləğində pul "xxxx" QSC-yə ödənilmiş, həmin qaimə üzrə ödənilməmiş pul qalmamışdır (907,76+163,4=1.071,16).
3. 2021-ci il 16 iyul tarixində iyun ayında göstərilmiş xidmətlərə görə "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 2021-ci il 30 iyun tarixli 476 saylı hesab əsasında 878,92 manatlıq elektron qaimə göndərilmişdir. Həmin hesab və onun əsasında göndərilmiş elektron qaiməyə görə Cavabdeh MMC tərəfindən 2021-ci il 1 iyul tarixində 2 dəfə 744,85 manat və 134,07 manat məbləğində pul "xxxx" QSC-yə ödənilmiş, həmin qaimə üzrə ödənilməmiş pul qalmamışdır (744,85 +134,07 =878,92).
4. 2021-ci il 6 avqust tarixində iyul ayında göstərilmiş xidmətlərə görə "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 2021-ci il 31 iyul tarixli 492 saylı hesab əsasında 3.030,41 manatlıq elektron qaimə, 2021-ci il 16 avqust tarixində iyul ayında göstərilmiş xidmətlərə görə 2021-ci il 23 iyul tarixli 490 saylı hesab əsasında 1.527,8 manatlıq elektron qaimə göndərilmişdir. Həmin 490 və 492 saylı hesab (hər iki hesabda göstərilmiş məbləğlərin cəmi 4.558,22 manat təşkil edir) əsasında Cavabdeh MMC tərəfindən 2021-ci il 2 avqust tarixində 2 dəfə 3.862,89 manat və 695,32 manat məbləğində pul "xxxx" QSC-yə ödənilmiş, həmin qaimə üzrə ödənilməmiş pul qalmamışdır (3.862,89+695,32=4.558,21).
5. 2021-ci il 18 oktyabr tarixində sentyabr ayında göstərilmiş xidmətlərə görə "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 2.771,35 manatlıq elektron qaimə göndərilmişdir. Qeyd edilən elektron qaiməyə dair “Forma 869” adlı hesab işə əlavə edilməsə də, 2021-ci il 25 noyabr tarixli 2.190,61 manatlıq və 2021-ci il 26 noyabr tarixli 394,31 manatlıq ödəniş qəbzlərindən görünürki, cəmi ödənilmiş 2.584,92 manat pul 2021-ci il 30 sentyabr tarixli 513 saylı hesaba əsasən köçürülmüşdür. Göndərilmiş elektron qaimədə isə qaimənin sentyabr ayında göstərilmiş xidmətlərə aid olması ona dəlalət edir ki, 2021-ci il 18 oktyabr tarixli elektron qaimə 2021-ci il 30 sentyabr tarixli 513 saylı hesab əsasında verilmiş və edilmiş ödənişlərdə məhz qeyd edilən qaiməyə aiddir. Həmin qaimə üzrə ödənilməmiş 186,43 (2.771,35- 2.584,92) pul qalmışdır.
6. 2021-ci il 18 noyabr tarixində oktyabr ayında göstərilmiş xidmətlərə görə "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 886,47 manatlıq elektron qaimə göndərilmişdir. Qeyd edilən elektron qaiməyə dair “Forma 869” adlı hesab işə əlavə edilməsə də, 2021-ci il 3 noyabr tarixində 2 dəfə ödənilmiş 751,25 manatlıq və 135,23 manatlıq ödəniş qəbzlərindən görünür ki, cəmi ödənilmiş 886,48 manat pul 2021-ci il 31 oktyabr tarixli 524 saylı hesaba əsasən köçürülmüşdür. Göndərilmiş elektron qaimədə isə qaimənin oktyabr ayında göstərilmiş xidmətlərə aid olması ona dəlalət edir ki, 2021-ci il 18 noyabr tarixli elektron qaimə 2021-ci il 31 oktyabr tarixli 524 saylı hesab əsasında verilmiş və edilmiş ödənişlərdə məhz qeyd edilən qaiməyə aiddir. Həmin qaimə üzrə ödənilməmiş pul qalmamışdır.
7. 2021-ci il 20 dekabr tarixində noyabr ayında göstərilmiş xidmətlərə görə "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 2021-ci il 30 iyun tarixli 543 saylı hesab əsasında 1.801,43 manatlıq elektron qaimə göndərilmişdir. Həmin hesab və onun əsasında göndərilmiş elektron qaiməyə görə Cavabdeh MMC tərəfindən 2021-ci il 6 dekabr tarixində 2 dəfə 274,8 manat və 1.526,64 manat məbləğində pul "xxxx" QSC-yə ödənilmiş, həmin qaimə üzrə ödənilməmiş pul qalmamışdır (274,8+1.526,64=1.801,44).
8. 2022-ci il 3 mart tarixdə fevral ayında göstərilmiş xidmətlərə görə "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 2022-ci il 28 fevral tarixli 36 və 37 saylı hesab əsasında 3.421,93 manatlıq elektron qaimə göndərilmişdir. Həmin hesab və onun əsasında göndərilmiş elektron qaiməyə görə Cavabdeh MMC tərəfindən 2021-ci il 2 mart tarixində 2 dəfə 3.149,2 manat və 272,74 manat məbləğində pul "xxxx" QSC-yə ödənilmiş, həmin qaimə üzrə ödənilməmiş pul qalmamışdır (3.149,2+272,74=3.421,94).
a)Birinci instansiya məhkəməsində icraat
9."xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) 2022-ci il 11 aprel tarixində Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı tərəfindən 2021-ci il 1 aprel tarixindən 2022-ci il 1 fevral tarixinə kimi cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 43.043,63 manat və 220 manat ödənilmiş dövlət rüsumu, cəmi 43.263,63 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.İddiatələbi onunla əsaslandırılırki, onun tərəfindən 2021-ci il 1 aprel tarixindən 2022-ci il 1 fevral tarixinə kimi cavabdehə Xırdalan və Şabran stansiyalarında göstərilmiş stansiya xidmətlərinə (“vaqonların dalan yoluna verilib-götürülməsi”, “dalan yolundan istifadə”, “iddiaçıya məxsus vaqonun istifadəsi” və s.) görə cavabdehə 43.043,63 manat yığım hesablanmış, bununla bağlı cavabdehə 2021-ci il 22 iyul tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.2.29-cu yarımbəndinə əsasən Cəmiyyətin fəaliyyət istiqamətlərindən biri də dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsidir. 11.Tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 425.1-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddələrinə istinad edilmişdir. 12.Bakı Kommersiya Məhkəməsinin (bundan sonra-məhkəmə) 2-2(113)-2077/2022 saylı, 22 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim-Kənan Hüseynov), iddia qismən təmin edilərək, iddiaçı tərəfindən 2021-ci il 1 aprel tarixindən 2022-ci il1 fevral tarixinə kimi cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə 32.195,95 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat, mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 13.Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, taxıl, qarğıdalı kimi məhsulların gətirilməsi üçün iddiaçı tərəfindən cavabdehə stansiya xidmətləri (vaqonların verilib götürülməsi, vaqonlardan istifadə haqqı, mühafizə haqqı, oxa görə qoruma, manevra işi və s.) göstərilmişdir. 14.Cavabdeh iddiaya etiraz etmiş və qeyd edilən xidmətlərin göstərildiyini bildirmiş, ancaq həmin xidmətlərin heç bir zərurət olmadan edildiyini bildirmişdir. 15.Tərəflər arasında olan münasibətlərə xidmət müqaviləsindən irəli gələn münasibət kimi qiymət verilməlidir. Belə ki, cavabdeh tərəfindən mallar Azərbaycana gətirilən zaman iddiaçı tərəfindən müvafiq stansiya xidmətləri göstərilmişdir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. 16.Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin MM-in 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 17.Hazırki mübahisə MM-in tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. 18.Hazırkı mübahisənin predmetini iddia ərizəsindən də göründüyü kimi, 2021-ci il 1 aprel tarixindən 2022-ci il 1 fevral tarixinə kimi göstərilmiş xidmətlərə görə tələb edilən xidmət haqqı təşkil edir. Ona görə də həmin tarixləri əhatə etməyən dövrə aid olan sənədlərə münasibət bildirilməli deyildir. 19.İşin hallarından görünür ki, cavabdeh tərəf iddiaçı tərəfindən göstərilmiş olan stansiya xidmətlərini qəbul etmiş və göndərilmiş elektron qaimələrdən bir hissəsini (bax yuxarıda §§ 2-4 və §§ yuxarıda 6-8) tam ödəmiş, digər ikisində (bax yuxarıda §§ 1 və 5) isə qismən ödəniş etmişdir. Belə olan halda, yəni cavabdeh verilmiş hesab (forma 869) və onun əsasında göndərilmiş elektron qaimələrdə göstərilmiş məbləği qismən ödəməklə, həmin xidmətlərin iddiaçı tərəfindən göstərilməsini qəbul etmişdir.
20. Belə olan halda göstərilmiş xidmətlərə görə cavabdehin iddiaçıya ödənilməmiş 32.195,95 (32.009,52+186,43) manat borcu qalmışdır. İddiaçı tərəf isə iddiasında göstərmiş olduğu məbləğin necə hesablandığını və başqa hansı xidmətin göstərilməsini və bu xidmətlərin göstərilməsinə dair sübutları təqdim edə bilməmişdir. 21.Məhkəmə həmçinin hazırkı mübahisənin predmetinə aid olmadığı üçün iddiaçı tərəfindən işə əlavə edilmiş 2021-ci ilin yanvar, fevral və mart ayı üçün göstərilmiş xidmətlərə görə göndərilmiş elektron qaimələrə münasibət bildirməmişdir. 22.Ona görə də iddia qismən 32.195,95 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır. 23.İlkin mediasiya sessiyasının keçirilməsi zamanı iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 24.Məhkəmə öz qətnaməsini MM-in 11.1, 777.1, 783.2-ci, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci, MPM-in 13.4, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
25.Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 26.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, göstərilən 32195,95 manat məbləğin hansı xidmətlərə görə alınması müəyyən edilməmişdir. İddiaçı 43043,63 manat yığımı cavabdehə məxsus dalana və orada yerləşən vaqonlara görə nəzərdə tutmuşdur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin dalan yolları ilə bağlı iki müddəası nəzərdə tutulur: 3.2.14. dalan yollarının, ümumi istifadədə olan dəmir yolları xətlərinə çıxış yollarının tikintisi və yenidən qurulması üçün təqdim edilən layihələrə baxılması və qanunvericilikdə nəzərdə tutulmuş qaydada texniki şərtlərin verilməsi və bu Nizamnamənin 6.2-ci bəndinə uyğun olaraq müvafiq səlahiyyətə malik olan müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, dalan yollarının ümumi istifadədə olan dəmir yolu xətlərinə birləşdirilməsinə razılıq verilməsi; 3.2.15. dalan yollarında xidmət qaydalarının müəyyənləşdirilməsi və hərəkətin təhlükəsizliyi tələblərinə riayət edilməsi; Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cu il tarixli 33 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”nın təsdiq edilməsi haqqında qərarında dalan yolları - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə məxsus olan və əsas dəmir yol xətləri ilə birləşən, ayrı-ayrı təşkilatlara, müəssisələrə və ya idarələrə xidmət üçün nəzərdə tutulan dəmir yol xətləridir təsviri verilmişdir. Cəmiyyətin özünə məxsus dəmir yol xətlərində hərəkətsiz vaqon saxlamasına görə hər hansı bir yığımın tələb olunması qanunaziddir. Belə ki, müqavilədə yalnız iddiaçı tərəfindən dalan yolunda hər hansı bir xidmətin müqabilində ödəniş edilməsi nəzərdə tutulmuşdur ki, bu da işdə təqdim olunan ödəniş tapşırıqları ilə ödənilmişdir. İddiaçının həmin dövr ərzində cavabdehə görülən işlərin qəbul edilməsi barədə hər-hansı bir akt təqdim olunmamışdır. Bağlanmış müqavilə vaxtaşırı sifariş verilən işlərə görə ödəliklər və vəzifələrin məcmusudur. Lakin hər görülən işə görə müqaviləyə əlavə razılaşma bağlanmalıdır ki, sonradan iddiaçı tərəfindən görülən işlər təhvil-təslim aktı ilə Sifarişçiyə təhvil verilsin. İddiaçı iddia etdiyi 43043,63 manat məbləğlə bağlı gördüyü işlərə görə hər-hansı bir akt və aidiyyatı sənəd təqdimetməmişdir və ya təqdim edilməsi barədə sübutunu məhkəməyə təqdim etmədən belə, cavabdehə qanunsuz olaraq borc hesablamışdır. 27.Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 21 noyabr tarixli, 2- 2(103)-899/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində və məhkəmə xərclərinin cavabdehə aid edilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş, iddia ərizəsinin verilməsinə görə tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. 28.Apellyasiya instansiya məhkəməsi mövqeyinə görə, tərəflər arasındakı münasibətlər dalan dəmir yolunda xidmətlərin göstərilməsindən ibarətdir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də MPM-in 13.4-cü maddəsi və MM-in 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Hazırki mübahisə MM-in tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. 29.Bu əsaslarla iddia tələblərinin qanuni əsasını MM-in 783.2-ci maddəsi təşkil edir. Lakin hazırki işdə qeyd olunan maddənin dispozisiya şərtləri mövcud deyildir. 30.Belə ki, qeyd olunan maddədən də görünür ki, tapşırıq müqaviləsi üzrə öhdəlik ilk növbədə vəkalət alanın üzərinə düşür və o, yalnız müqavilədə nəzərdə tutulan işi icra etdikdən sonra vəkalət verənin muzd ödəmək öhdəliyi yaranır. 31.İş materiallarında olan 2021-ci il 1 aprel tarixindən 2022-ci il 1 fevral tarixinədək iddiaçı tərəfindən cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə arayışdan görünür ki, iddiaçı digər xərclərlə (yüklərin mühafizəsinə görə yığım və s.) yanaşı məhz ona məxsus vaqonların (konteynerlərin) istifadəsinə görə yığım məbləğləri hesablamışdır.
32. Eyni zamanda, iş materiallarında olan 2021-ci il 30 aprel tarixli 297 saylı hesaba əsasən müəyyən olunur ki, iddiaçı 95778737, 95778411, 95824868, 95824710, 95824769, 95824546, 95822425, 95824470 nömrəli vaqonların verilib-götürülməsi, vaqonlardan istifadə haqqı, manevra işi, mühafizə haqqı, oxa görə qoruma üçün ümumilikdə ƏDV daxil 32.670,32 manat hesablamış və 2021-ci il 17 may tarixli 711083 saylı elektron qaimə əsasında cavabdehdən ödənilməsini tələb etmişdir. Cavabdeh tərəfindən 2021-ci il 14 iyun tarixində ayrı-ayrılıqda 560 manat və 100,8 manat məbləğində iddiaçıya pul ödənilmişdir. Həmin qaimə üzrə ödənilməmiş məbləğ 32.009,52 manat (32.670,33- 660,8) təşkil edir (i/v 72-75). 33.Cavabdeh buna etiraz etmiş və bildirmişdir ki, yuxarıda nömrələri sadalanan həmin 8 ədəd vaqon iddiaçıya məxsus deyildir. Ona görə də iddiaçı vaqonlardan istifadə haqqı və oxa görə qoruma üçün yığım haqqını ondan tələb edə bilməz. Vaqonlardan istifadə ilə bağlı olmayan digər xərclər isə onun tərəfindən tam ödənilmişdir. 34.Göründüyü kimi, cavabdeh mübahisə predmeti olan vaqonların iddiaçıya aid olmasını mübahisələndirir. İddiaçı da məhz ona məxsus vaqonların (konteynerlərin) istifadəsinə və onların oxuna görə qoruma ilə bağlı yığım məbləğlərini cavabdehdən tələb etdiyinə görə həmin halı, yəni sadalanan vaqonların ona məxsus olduğunu sübutetmə vəzifəsi onun üzərinə düşür. 35.Lakin iddiaçı bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. 36.Bunun əksinə, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, yuxarıda nömrələri sadalanan 8 ədəd vaqon Rusiya Federasiyasında fəaliyyət göstərən başqa şirkətə (АГРОС ООО) məxsusdur (i/v 49). 37.Bu baxımdan, 2021-ci il 17 may tarixli 711083 saylı elektron qaimə üzrə ödənilməyən 32.009,52 manat pulun tutulması hissəsində iddia rədd edilməlidir. 38.Hazırda mübahisələndirilən digər hissə isə 2021-ci il 18 oktyabr tarixli elektron qaimə üzrə ödənilməmiş 186,43 manat pulun tutulması ilə bağlıdır. 39.Həmin hissədədəiddiarəddedilməlidir. 40.Belə ki, həmin elektron qaiməyə dair “Forma 869” adlı hesab iş materiallarına əlavə edilməsədə, 2021-ci il 25 noyabr tarixli 2.190,61 manatlıq və 2021-ci il 26 noyabr tarixli 394,31 manatlıq ödəniş qəbzlərindən görünür ki, cəmi ödənilmiş 2.584,92 manat pul 2021-ci il 30 sentyabr tarixli 513 saylı hesaba əsasən köçürülmüşdür. 41.Göndərilmiş elektron qaimədə isə qaimənin sentyabr ayında göstərilmiş xidmətlərə aid olması ona dəlalət edir ki, 2021-ci il 18 oktyabr tarixli elekton qaimə 2021-ci il 30 sentyabr tarixli 513 saylı hesab əsasında verilmiş və edilmiş ödənişlərdə məhz qeyd edilən qaiməyə aiddir. 42.Göründüyü kimi, adıçəkilən qaimə üzrə ödənilməmiş 186,43 manat (2.771,35- 2.584,92) pul qalmışdır. 43.Həmin qaimə üzrə cavabdeh tərəfindən ödənişlərin bir hissəsinin həyata keçirilməsi, qaimədə göstərilən xidmətlərin hər birinin iddiaçı tərəfindən həyata keçirilməsi mənasına gəlmir və bu qaimə üzrə borcun etirafı kimi qiymətləndirilə bilməz. 44.Belə ki, işin yuxarıdakı hallarından müəyyən olundu ki, cavabdeh 2021-ci il 17 may tarixli 711083 saylı elektron qaimə üzrə ödənişlərin bir qismini həyata keçirmiş, digər hissəsini isə haqlı olaraq iddiaçı ona xidmət göstərmədiyi üçün etməmişdir. 45.Qeyd olunan faktlar isə təsdiq edir ki, tərəflər arasında işgüzar münasibətlər bu şəkildədə həyata keçirilmiş, yəni qaimə üzrə ödəniş tam tələb olunsa da, xidmət qismən göstərildiyi halda ödənişdə qismən həyata keçirilmişdir. 46.Qeyd olunan halları və MM-in 404.1 və 404.2-ci maddələrinin tələblərini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 2021-ci il 18 oktyabr tarixli elekton qaimə üzrə cavabdeh tərəfindən ödənişlərin bir hissəsinin həyata keçirilməsi, qaimədə göstərilən xidmətlərin hər birinin iddiaçı tərəfindən həyata keçirilməsi mənasına gəlmir və bu həmin borcun etirafı kimi qiymətləndirilə bilməz. 47.Belə olan halda isə iddiaçı tərəf sübut etməlidir ki, o, cavabdehə həmdə 186,43 manat məbləğində xidmətlər göstərmişdir. 48.Lakin o, bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
49. Bu baxımdan həmin hissədədə iddia rədd edilməlidir. 50.Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini MM-in 11.1, 404.1, 404.2, 777.1, 783.2-ci, MPM-in 13.4, 77.1, 372.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarının 2.6-cı bəndinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
51.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Kassasiya instansiyası məhkəməsindəki icraat
52.İddiaçı tərəf 2023-cü il 17 mart tarixində kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 53.Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 05 iyul 2023-cü il tarixli, 2-2(102)-328/2023 saylı qərarı ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 21 noyabr tarixli 2-2(103)-899/2022 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 54.Kassasiya instansiya məhkəməsi mübahisə ilə bağlı öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 55.İddiaçı 2021-ci il 1 aprel tarixindən 2022-ci il 1 fevral tarixinə kimi stansiya xidmətlərinə görə cavabdehə hesablanmış 43.043,63 manatın tutulmasını tələb etmiş, birinci instansiya məhkəməsi iddianı qismən - 32.195 manat hissəsində təmin etmiş, apellyasiya instansiyası məhkəməsi aşağı məhkəmənin qətnaməsini iddianın təmin edildiyi hissədə ləğv edərək iddianı həmin hissədə təmin etməmişdir. 56.İşdən aydın olur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə təmin olunan 32.195 manat borc (iddiaçı həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişdir) iki elektron qaimələrdən irəli gəlmişdir (2021-ci il 17 may tarixli 32.670,32 manat məbləğindəki elektron qaimə və 2021-ci il 18 oktyabr tarixli 2.771,35 manat məbləğindəki elektron qaimə).
57. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən məlum olur ki: - 2021-ci il 17 may tarixli elektron qaimə üzrə - 2021-ci il 30 aprel tarixli 297 saylı hesaba əsasən, iddiaçı 95778737, 95778411, 95824868, 95824710, 95824769, 95824546, 95822425, 95824470 nömrəli vaqonların verilib-götürülməsi, vaqonlardan istifadə haqqı, manevra işi, mühafizə haqqı, oxa görə qoruma üçün ümumilikdə 32.670,32 manat hesablamış, sözügedən elektron qaimə əsasında cavabdehdən ödənilməsini tələb etmiş, cavabdeh tərəfindən ayrı-ayrılıqda 560 manat və 100,8 manat məbləğində iddiaçıya pul ödənilmiş, ödənilməmiş məbləğ 32.009,52 manat (32.670,33 - 660,8) təşkil etmişdir (i/v 72-75). - 2021-ci il 18 oktyabr tarixli elektron qaimə üzrə - həmin elektron qaiməyə dair “Forma 869” adlı hesab iş materiallarına əlavə edilməsə də, 2.190,61 manatlıq və 394,31 manatlıq ödəniş qəbzlərindən görünür ki, cəmi ödənilmiş 2.584,92 manat pul müvafiq hesaba köçürülmüş, qaimə üzrə ödənilməmiş 186,43 manat (2.771,35 - 2.584,92) pul qalmışdır.
58. 2021-ci il 17 may tarixli elektron qaimə üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh etiraz edərək, yuxarıda nömrələri sadalanan həmin 8 ədəd vaqonun iddiaçıya məxsus olmadığını bildirmişdir. Ona görə də iddiaçı vaqonlardan istifadə haqqı və oxa görə qoruma üçün yığım haqqını ondan tələb edə bilməz. Vaqonlardan istifadə ilə bağlı olmayan digər xərclər isə onun tərəfindən tam ödənilmişdir. Göründüyü kimi, cavabdeh mübahisə predmeti olan vaqonların iddiaçıya aid olmasını mübahisələndirir. İddiaçı da məhz ona məxsus vaqonların (konteynerlərin) istifadəsinə və onların oxuna görə qoruma ilə bağlı yığım məbləğlərini cavabdehdən tələb etdiyinə görə həmin halı, yəni sadalanan vaqonların ona məxsus olduğunu sübutetmə vəzifəsi onun üzərinə düşür. Lakin iddiaçı bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bunun əksinə, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, yuxarıda nömrələri sadalanan 8 ədəd vaqon Rusiya Federasiyasında fəaliyyət göstərən başqa şirkətə (АГРОС ООО) məxsusdur (i/v 49). Bu baxımdan, 2021-ci il 17 may tarixli elektron qaimə üzrə ödənilməyən 32.009,52 manat pulun tutulması hissəsində iddia rədd edilməlidir. 59.Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşmamışdır. 60.Əvvəla, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi məktubdan (i/v 49) yuxarıda nömrələri sadalanan 8 ədəd vaqonun Rusiya Federasiyasında fəaliyyət göstərən başqa şirkətə (АГРОС ООО) məxsus olması barədə birmənalı nəticəyə gəlmək mümkün deyildir. İş materiallarında isə belə məxsusluğu təsdiq edən hər hansı digər mötəbər sənəd ümumiyyətlə mövcud deyildir. 61.Digər tərəfdən, əgər həqiqətən də mübahisəli vaqonlar başqa şirkətə məxsus olmuşdursa, sözügedən vaqonlara iddiaçının göstərdiyi xidmətlərə görə cavabdeh tərəfindən hansı səbəb(lər)dən və hansı əsaslarla qismən (660,8 manat) ödəniş edildidiyi apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən aydın olmur. 62.Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə həmin vaqonların hansı şirkətin mülkiyyətində, hansı şirkətin isə faktiki istifadəsində olması barədə birmənalı nəticəyə gəlmək mümkün deyildir. 63.Bundan başqa, cavabdeh 2021-ci il 17 may tarixli elektron qaimədə qeyd olunmuş 32.009,52 manat məbləğində xidmətlərin haqqının ondan tələb edilməsini əsassız hesab edirdisə, qanunvericiliklə müəyyən edilmiş qaydada öz etirazlarını qarşı tərəfə bildirməli və düzgün tərtib olunmuş yeni elektron qaimənin təqdim olunmasını tələb etməli idi. 64.Lakin cavabdeh tərəfindən belə etirazların mövcudluğu işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir. 65.2021-ci il 18 oktyabr tarixli elektron qaimə üzrə isə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, adı çəkilən qaimə üzrə ödənilməmiş 186,43 manat (2.771,35 - 2.584,92) pul qalmışdır. Həmin qaimə üzrə cavabdeh tərəfindən ödənişlərin bir hissəsinin həyata keçirilməsi, qaimədə göstərilən xidmətlərin hər birinin iddiaçı tərəfindən həyata keçirilməsi mənasına gəlmir və bu qaimə üzrə borcun etirafı kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdeh qaimə üzrə ödənişlərin bir qismini həyata keçirmiş, digər hissəsini isə haqlı olaraq iddiaçı ona xidmət göstərmədiyi üçün etməmişdir. Qeyd olunan faktlar isə təsdiq edir ki, tərəflər arasında işgüzar münasibətlər bu şəkildə də həyata keçirilmiş, yəni qaimə üzrə ödəniş tam tələb olunsa da, xidmət qismən göstərildiyi halda ödəniş də qismən həyata keçirilmişdir. Belə olan halda isə iddiaçı tərəf sübut etməlidir ki, o, cavabdehə həm də 186,43 manat məbləğində xidmətlər göstərmişdir. Lakin o, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. 66.Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə də razılaşmır. 67.Belə ki, cavabdeh 2021-ci il 18 oktyabr tarixli elektron qaimədə qeyd olunmuş 186,43 manat məbləğində xidmətlərin əslində mövcud olmadığını hesab edirdisə, qanunvericiliklə müəyyən edilmiş qaydada öz etirazlarını qarşı tərəfə bildirməli və düzgün tərtib olunmuş yeni elektron qaimənin təqdim olunmasını tələb etməli idi. 68.Lakin 2021-ci il 18 oktyabr tarixli elektron qaimə üzrə də cavabdeh tərəfindən belə etirazların mövcudluğu işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir. 69.Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin elektron qaimədə qeyd olunmuş bir sıra xidmətlər üzrə ödənişlər etməsi, digər xidmətlər ilə bağlı isə qarşı tərəfə öz etirazlarını bildirməməsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktorunun şikayəti üzrə qəbul etdiyi 2022-ci il 20 aprel tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə (bax yuxarıda § 63) uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilməmişdir. 70.Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 64) tələblərini pozmuş, nəticədə MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 64) zidd olaraq əsassız qətnamə qəbul etmişdir. 71.Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 21 noyabr tarixli, 2-2(103)-899/2022 saylı qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır. 72.Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən: 1) 2021-ci il 17 may tarixli elektron qaimə üzrə mübahisəli vaqonların hansı şirkətin mülkiyyətində, hansı şirkətin isə faktiki istifadəsində olmasını; 2) cavabdeh tərəfindən hansı səbəb(lər)dən və hansı əsaslarla sözügedən vaqonlara iddiaçının göstərdiyi xidmətlərə görə qismən ödəniş edildiyini (əgər həqiqətən də vaqonlar başqa şirkətin mülkiyyətində və ya faktiki istifadəsindədirsə); 3) habelə həm sözügedən elektron qaimə, həm də 2021-ci il 18 oktyabr tarixli elektron qaimə üzrə cavabdehin əsasssız hesab etdiyi məbləğlərlə bağlı həmin qaimələrə qanunvericiliklə müəyyən edilmiş qaydada etiraz etməməsinin səbəblərini aydınlaşdırmalı, bu zaman Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunmuş hüquqi mövqelərini nəzərə almalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
c)Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
d)Məhkəmə icraatı iştirakçılarının izahatları
73.Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, onun təmin edilməsini xahiş etdi. 74.Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 75.Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 76.Maddə 404.1.Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 77.Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədər ki, danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin onrakı hərəkətləri nəzərə alınır. 78.Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 79.Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 80.“Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.6-cı bəndinə əsasən elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhviltəslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır.
81. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin Direktorunun H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında müəyyən edilmişdir ki: “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” AzərbaycanRespublikasınınMülkiProsessualMəcəlləsi: 82.Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 83.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 84.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. ” 85.Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 86.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 87.Maddələr 385.1.1, 385.1.2, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
88.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 89.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
90.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2021-ci il tarixli, 711083 saylı elektron qaimə üzrə ödənilməyən 32.009,52 manat manat pulun və məhkəmə xərclərinin tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qeyd olunan hissədə təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 91.Belə ki, tərəflər arasındakı münasibətlər dalan dəmir yolunda xidmətlərin göstərilməsindən ibarətdir. 92.Kollegiya qeyd edir ki, mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. 93.Kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsi və Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. 94.Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. 95.İddiaçı bildirir ki, o, xidmətləri göstərmiş, lakin cavabdeh həmin xidmətlərin dəyərini ona ödəməmişdir. 96.Bu əsaslarla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 783.2-ci maddəsi təşkil edir. 97.Qeyd olunmalıdır ki, 2021-ci il 17 may tarixli elektron qaimə üzrə - 2021-ci il 30 aprel tarixli 297 saylı hesaba əsasən, iddiaçı 95778737, 95778411, 95824868, 95824710, 95824769, 95824546, 95822425, 95824470 nömrəli vaqonların verilib-götürülməsi, vaqonlardan istifadə haqqı, manevra işi, mühafizə haqqı, oxa görə qoruma üçün ümumilikdə 32.670,32 manat hesablamış, sözügedən elektron qaimə əsasında cavabdehdən ödənilməsini tələb etmiş, cavabdeh tərəfindən ayrıayrılıqda 560 manat və 100,8 manat məbləğində iddiaçıya pul ödənilmiş, ödənilməmiş məbləğ 32.009,52 manat (32.670,33 - 660,8) təşkil etmişdir (i/v 72-75).
98. 2021-ci il 17 may tarixli elektron qaimə üzrə cavabdeh etiraz edərək, yuxarıda nömrələri sadalanan həmin 8 ədəd vaqonun iddiaçıya məxsus olmadığını bildirmişdir. Cavabdeh tərəfindən vaqonlardan istifadə ilə bağlı olmayan digər xərclər isə tam ödənilmişdir. Ona görə də cavabdeh bildirir ki, iddiaçı vaqonlardan istifadə haqqı və oxa görə qoruma üçün yığım haqqını ondan tələb edə bilməz. 99.Göründüyü kimi, cavabdeh mübahisə predmeti olan vaqonların iddiaçıya aid olmasını mübahisələndirir. İddiaçı da məhz ona məxsus vaqonların (konteynerlərin) istifadəsinə və onların oxuna görə qoruma ilə bağlı yığım məbləğlərini cavabdehdən tələb etdiyinə görə həmin halı, yəni sadalanan vaqonların ona məxsus olduğunu sübutetmə vəzifəsi onun üzərinə düşür. 100.Kollegiya qeyd edir ki, iddiaçının tələb etdiyi ona məxsus vaqonlardan (konteynerdən) istifadə ilə bağlı vaqonlarların (konteynerlərin) iddiaçıya məxsus olmamasının sübut edilməsi halı cavabdehin üzərinə qoyula bilməz. Cavabdehin üzərinə belə bir vəzifənin qoyulması MPM-nin 77.1-ci maddəsinin tələbinə ziddir. 101.Həmin normanın tələbinə görə iddiaçı tələbinin əsasını təşkil edən halları, vaqonlarların (konteynerlərin) ona məxsus olmasını sübut etməlidir. Belə ki, MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 102.“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) 103.Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) 104.Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, 1) 2021-ci il 17 may tarixli elektron qaimə üzrə mübahisəli vaqonların hansı şirkətin mülkiyyətində, hansı şirkətin isə faktiki istifadəsində olmasını; 2) cavabdeh tərəfindən hansı səbəb(lər)dən və hansı əsaslarla sözügedən vaqonlara iddiaçının göstərdiyi xidmətlərə görə qismən ödəniş edildiyinin (əgər həqiqətən də vaqonlar başqa şirkətin mülkiyyətində və ya faktiki istifadəsindədirsə) səbəblərini aydınlaşdırmalıdır. 105.Göründüyü kimi, sübutetmə yükü iddiaçının üzərində olmasına, iddiaçı tərəfindən bununla bağlı heç bir sübut təqdim olunmamasına baxmayaraq, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, yuxarıda nömrələri sadalanan 8 ədəd vaqon Rusiya Federasiyasında fəaliyyət göstərən başqa şirkətə (АГРОС ООО) məxsusdur (i/v 49). 106.Kassasiya instansiyası məhkəməsi bununla bağlı qərarında qeyd etmişdir ki, əvvəla, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi məktubdan (i/v 49) yuxarıda nömrələri sadalanan 8 ədəd vaqonun Rusiya Federasiyasında fəaliyyət göstərən başqa şirkətə (АГРОС ООО) məxsus olması barədə birmənalı nəticəyə gəlmək mümkün deyildir. İş materiallarında isə belə məxsusluğu təsdiq edən hər hansı digər mötəbər sənəd ümumiyyətlə mövcud deyildir. 107.Hazırki apellyasiya araşdırması zamanı Rusiya Federasiyası АГРОС ООО-nun daxil olmuş xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, 5778737, 95778411, 95824868, 95824710, 95824769, 95824546, 95822425, 95824470 nömrəli vaqonlarının mülkiyyətçisi АГРОС ООО-dur (RF, Stavropol vilayəti, Kirov rayonu, Komsomolçu prospekti, Oktyabr küçəsi, ev 45, ИНН **********). Qeyd olunan vaqonlar АГРОС ООО-nun balansındadır. 108.Göründüyü kimi, tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, 5778737, 95778411, 95824868, 95824710, 95824769, 95824546, 95822425, 95824470 nömrəli vaqonlarının mülkiyyətçisi АГРОС ООО-dur. 109."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, bu baxımdan, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. 110.Kollegiya hesab edir ki, 32.009,52 manat pulun tutulması ilə bağlı xx.xx.2021-ci il tarixli, 711083 saylı elektron qaimənin göndərilməsi, vaqonlardan istifadə haqqı və oxa görə qoruma üçün yığım haqqının göstərilməsini birbaşa təsdiq etmir. 111.Qeyd olunan faktlar isə təsdiq edir ki, tərəflər arasında işgüzar münasibətlər bu şəkildə də həyata keçirilmiş, yəni qaimə üzrə ödəniş tam tələb olunsa da, xidmət qismən göstərildiyi halda ödəniş də qismən həyata keçirilmişdir. 112.Kollegiya qeyd olunanlara əsasən hesab edir ki, hazırki halda iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 783.2-ci maddəsinin dispozisiya şərtləri mövcud deyildir. 113.Belə ki, qeyd olunan maddədən də görünür ki, tapşırıq müqaviləsi üzrə öhdəlik ilk növbədə vəkalət alanın üzərinə düşür və o, yalnız müqavilədə nəzərdə tutulan işi icra etdikdən sonra vəkalət verənin muzd ödəmək öhdəliyi yaranır. 114.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı vaqonlardan istifadə haqqı və oxa görə qoruma üçün yığım haqqını ondan tələb edə bilməz. Vaqonlardan istifadə ilə bağlı olmayan digər xərclər isə onun tərəfindən tam ödənilmişdir. 115.Bu baxımdan kollegiya hesab edir ki, xx.xx.2021-ci il tarixli, 711083 saylı elektron qaimə üzrə ödənilməyən 32.009,52 manat pulun tutulması hissəsində iddia rədd edilməlidir. 116.Cavabdeh tərəfindən mübahisələndirilən digər hissə xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə ödənilməmiş 186,43 manat pulun tutulması ilə bağlıdır. 117.Belə ki, 2021-ci il 18 oktyabr tarixində sentyabr ayında göstərilmiş xidmətlərə görə "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 2.771,35 manatlıq elektron qaimə göndərilmişdir. 118.Həmin elektron qaiməyə dair “Forma 869” adlı hesab işə əlavə edilməsə də, 2021-ci il 25 noyabr tarixli 2.190,61 manatlıq və 2021-ci il 26 noyabr tarixli 394,31 manatlıq ödəniş qəbzlərindən görünür ki, cəmi ödənilmiş 2.584,92 manat pul 2021-ci il 30 sentyabr tarixli 513 saylı hesaba əsasən köçürülmüşdür. 119.Göndərilmiş elektron qaimədə isə qaimənin sentyabr ayında göstərilmiş xidmətlərə aid olması ona dəlalət edir ki, 2021-ci il 18 oktyabr tarixli elektron qaimə 2021-ci il 30 sentyabr tarixli 513 saylı hesab əsasında verilmiş və edilmiş ödənişlərdə məhz qeyd edilən qaiməyə aiddir. Həmin qaimə üzrə ödənilməmiş 186,43 (2.771,35- 2.584,92) pul qalmışdır. 120.Göründüyü kimi, cavabdeh tərəf iddiaçı tərəfindən göstərilmiş olan stansiya xidmətlərini qəbul etmiş və göndərilmiş elektron qaimələrdən bir hissəsini tam ödəmiş, digər hissədə qismən ödəniş etmişdir. Belə olan halda, yəni cavabdeh verilmiş hesab (forma 869) və onun əsasında göndərilmiş elektron qaimələrdə göstərilmiş məbləği qismən ödəməklə, ödənilməyən hissənin hansı səbəbdən ödənilməməsini əsaslandırmamış və bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, bununla da, həmin xidmətlərin iddiaçı tərəfindən göstərilməsini qəbul etmişdir. 121.Buna görə də, kollegiya xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə ödənilməmiş 186,43 manat pulun tutulması ilə bağlı məhkəmənin gəldiyini nəticəni əsaslı hesab edir. 122.Kollegiya qeyd edir ki, iddianın 0,43%-i təmin olunduğundan qətnamə məhkəmə xərclərinin Cavabdeh MMC-yə aid edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməməlidir. 123.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Kommersiya Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2-2(113)-2077/2022 saylı qətnaməsi mübahisələndirilən-iddianın qismən təmin edilən-32009,52 (otuz iki min doqquz manat, əlli iki qəpik) manat pulun və məhkəmə xərclərinin Cavabdeh MMC-yə aid edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qtnamə qəbul edilsin. İddia həmin hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan- iddianın xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə ödənilməmiş 186,43 manat pulun tutulmasının təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov