Məhkəmə qərarları › İş №2-2(103)-745/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-745/2024

12.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-745/2024 12.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 yanvar 2015-ci il tarixli 2(81)-268/2015 saylı qətnaməsindən X3 tərəfindən verilmiş şikayəti nəzərdən keçirib, m ü ə y y ə n e t d i: İdidiaçı İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanında tikilmiş binanın zirzəmi hisəsində yerləşən müvafiq sənədlərə əsasən 1-ci oxla 2-ci ox arası A.B.C.Ç.D.E oxları üzrə-155,52 kv.m; 2-ci oxla 3-cü ox arası A.B.C və 2-ci oxla 3-cü ox arası Ç.D.E arasında-143,64 kv.m; 4-cü oxla 5-ci ox arası A.B.C.Ç oxları arası-113,4 kv.m; 5-ci oxla 6-cı ox arası A.B.C.Ç oxları arası nda-113,4 kv.m; 7-ci oxla 8-ci ox arası A.B.C və 7-ci oxla 8-ci ox arası Ç.D.E oxları arasında- 143,46 kv.m; 8-ci oxla 9-cu ox arası A.B.C.Ç.D.E oxları arasında-155,52 kv.m; ümumi sahəsi 825,12 kv.m qeyriyaşayış sahəsindən istifadə və sahiblik hquqularından ifadə edilən mülkiyyət hüquqularını pozan hərəkətlərinin qanunsuz hesab edilməsinə və sözügedən qeyri-yaşayış sahələri üzərində iddiaçının sahiblik və istifadə hüquqlarını maneəsiz həyata keçirilməsinə şərait yaradılması məqsədi ilə qeyri-yaşayış sahəsinin İddiaçı-nin əməli istifadəsinə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 yanvar 2015-ci il tarixli 2(81)-268/2015 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. İş üzrə tərəf olmayan X3 27 iyun 2024-cü il tarixdə həmin qətnamədən şikayət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Mülki Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində müəyyən edilmişdir ki, apellyasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayəti verən şəxsin tələbi hissəsində isə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin apellyasiya şikayəti verən şəxs prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, şikayəti həmin formaya uyğun tərtib etməmişdir. Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.1-1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Eyni zamanda birinci instansiya məhkəməsi işdə iştirak etməyən şəxslər tərəfindən apellyasiya şikayəti verildikdə, qəbul edilmiş qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını yoxlamalı və bunun nəticəsinə dair qərardad qəbul etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Lakin, məhkəmə prosessual qanunvericiliyin qeyd olunan tələblərinə zidd olaraq, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 yanvar 2015-ci il tarixli 2(81)-268/2015 saylı qətnaməsinin X1 hüquq və vəzifələrinə toxunub-toxunmamasına dair qərardad qəbul etmədən, şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Həmçinin, sözügedən qətnamə 2015-ci ildə qəbul edilsə də, apellyasiya şikayəti 27 iyun 2024-cü il tarixdə verildiyindən kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinin tələbləri də nəzərə alınmalı və apellyasiya şikayətinin həmin maddədə göstərilən qaydada verilməsinin texniki cəhətdən mümkün olub-olmaması da yoxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 366.2-ci maddəsində isə təsbit edilmişdir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 yanvar 2015-ci il tarixli 2(81)-268/2015 saylı qətnaməsindən iş üzrə tərəf olmayan X3 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar