Məhkəmə qərarları › İş №2-2(103)-746/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-746/2025

15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-746/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) Cavabdehnə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina, apellyasiya icraatına xitam) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) Cavabdehnə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 11 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (borc verən) Cavabdeh (borc alan) arasında xx.xx.2017-ci il tarixli, 278/M saylı “Kredit Müqaviləsi” imzalanmışdır. Həmin müqaviləyə əsasən borc verən borc alana 24 ay müddətinə, illik 5% olmaqla 986.000 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürür. Bu müqaviləyə xx.xx.2022-ci il tarixli Əlavəyə əsasən tərəflər sözügedən kredit müqaviləsinə əsasən verilmiş 986.000 USD məbləğində kreditin (xx.xx.2020-ci il tarixli Əlavəyə əsasən AZN valyutasına mübadilə edilib) 1.792.872,84 AZN qalıq məbləğinin istifadə müddətinin (xx.xx.2021-ci il tarixli Əlavəyə əsasən xx.xx.2022-ci il tarixinə qədər artırılıb) 24 ay müddətinə, xx.xx.2022-ci ildən xx.xx.2024cü il tarixinə kimi artırılması barədə razılığa gəlmişlər.

2. Borc alanın bu müqavilədə nəzərdə tutulan öhdəliklərinin yerinə yetirilməsi xx.xx.2017-ci il tarixli 278/M saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 332.4m² olan fərdi yaşayış evinin 1/3 hissəsi ilə təmin edilir.

3. Borc verən və borc alan arasında xx.xx.2017-ci il tarixli, 295/M saylı “Kredit Müqaviləsi” imzalanmışdır. Həmin müqaviləyə əsasən borc verən borc alana 24 ay müddətinə, illik 6% olmaqla 1.294.042 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürür. Bu müqaviləyə xx.xx.2022-ci il tarixli Əlavəyə əsasən tərəflər sözügedən kredit müqaviləsinə əsasən verilmiş 1.294.042 USD məbləğində kreditin (xx.xx.2021-ci il tarixli Əlavəyə əsasən kreditin məbləği illik 3% hesablanmaqla, AZN valyutasına mübadilə edilərək 2.317.004,96 AZN təyin edilmiş və istifadə müddəti xx.xx.2022-ci ilə qədər artırılmışdır) 2.317.004,96 AZN qalıq məbləğinin istifdə müddəti, bitmə tarixindən 24 ay müddətinə xx.xx.2022-ci ildən xx.xx.2024-cü il tarixinə qədər artırılması barədə razılığa gəlmişlər.

4. Borc alanın bu müqavilədə nəzərdə tutulan öhdəliklərinin yerinə yetirilməsi xx.xx.2017-ci il tarixli 295/M saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Kiçik Dəniz küçəsi, dalan 1, ev 3 ünvanında yerləşən ümumi sahəsi 50.9 m² olan, 7 nömrəli mənzilin 27.5 kv.m. hissəsi ilə təmin edilir.

5. Borc verən və borc alan arasında xx.xx.2018-ci il tarixli, 301/M saylı “Kredit Müqaviləsi” imzalanmışdır. Həmin müqaviləyə əsasən borc verən borc alana 24 ay müddətinə, illik 5% olmaqla 1.882.300 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürür. Bu müqaviləyə xx.xx.2023-cü il tarixli Əlavəyə əsasən tərəflər sözügedən kredit müqaviləsinə əsasən verilmiş 3.342.200 AZN məbləğində kreditin qalıq məbləğinin istifadə müddəti, bitmə tarixindən 24 ay müddətinə xx.xx.2023-cü ildən xx.xx.2025-ci il tarixinə kimi artırılması barədə razılığa gəlmişlər.

6. Borc alanın bu müqavilədə nəzərdə tutulan öhdəliklərinin yerinə yetirilməsi xx.xx.2018-ci il tarixli, 301-1/M saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 177 ünvanında yerləşən, ümumi sahəsi 64.3 kv.m. olan 2 otaqlı, 5 nömrəli, xx.xx.2018-ci il tarixli, 301-2/M saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 179 ünvanında yerləşən, ümumi sahəsi 195 kv.m. olan 3 otaqlı, 8 nömrəli, xx.xx.2018-ci il tarixli 301-3/M saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 177 ünvanında yerləşən, 2 mərtəbəli binada, ümumi sahəsi 50.9 kv.m., yaşayış sahəsi 28.5 kv.m. olan 3 otaqlı mənzillər ilə təmin edilir.

7. Borc verən və borc alan arasında xx.xx.2018-ci il tarixli, 306/M saylı “Kredit Müqaviləsi” imzalanmışdır. Həmin müqaviləyə əsasən borc verən borc alana 1.957.000 ABŞ dolları məbləğində xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək əsas məbləğ müddətin sonunda ödəməklə bərpa olunan kredit xətti açır. Kredit üzrə faiz dərəcəsi illik 5 % təşkil edir. Bu müqaviləyə xx.xx.2022-ci il tarixli Əlavəyə əsasən tərəflər sözügedən kredit müqaviləsinə əsasən verilmiş 4.928.989,89 manat məbləğində olan kreditin (xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin əlavəsinə əsasən mübadilə edilib və kreditin qalıq məbləğinin istifadə müddəti xx.xx.2022-ci il tarixinədək artırılıb) qalıq məbləğinin istifadə müddətinin, bitmə tarixindən 24 ay müddətinə xx.xx.2022-ci ildən xx.xx.2025-ci il tarixinə kimi artırılması barədə razılığa gəlmişlər.

8. Borc alanın bu müqavilədə nəzərdə tutulan öhdəliklərinin yerinə yetirilməsi xx.xx.2018-ci il tarixli, 306/M saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 11.7 kv.m. olan 1 otaqlı mənzil ilə təmin edilir.

9. "xxxx" ASC (girov saxlayan), iddiaçı (girov qoyan) və cavabdeh (kredit alan) arasında xx.xx.2020-ci il tarixli, G2853 saylı “Girov Müqaviləsi” imzalanmışdır. Həmin müqaviləyə əsasən xx.xx.2020-ci il tarixli K3793 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərin təminatı qismində iddiaçı tərəfindən 2.022.500 ABŞ dolları məbləğində olan vəsait "xxxx" ASC-nin xeyrinə girovla yüklü edilmişdir.

10. xx.xx.2020-ci il tarixli K3793 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən "xxxx" ASC tərəfindən cavabdehə 12 ay müddətinə illik 4.5% dərəcəsi ilə 2.000.000 ABŞ dolları məbləğində kredit verilmişdir.

11. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, cavabdeh tərəfindən kredit üzrə öhdəliklər lazımınca icra edilmədiyi, əsas və faiz borcu ödənilmədiyi üçün xx.xx.2024-cü il tarixində kredit üzrə əsas və faiz borcu Ləğv prosesində olan iddiaçının girovla yüklü etdiyi vəsaitdən silinmişdir.

12. Müqavilələr, onlara Əlavələr tərəflərin imzası və möhürü ilə təsdiq olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

13. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) (iddiaçı) Cavabdehnə (cavabdeh) qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə (birinci instansiya məhkəməsi və ya məhkəmə) müraciət edərək, cavabdehdən 27 oktyabr 2017-ci il tarixli 278/M nömrəli kredit müqaviləsi üzrə cəmi 286.430,33 (iki yüz səksən altı min dörd yüz otuz manat, 33 qəpik) AZN borcun, bundan 260.872,84 (iki yüz altmış min səkkiz yüz yetmiş iki manat, 84 qəpik) AZN əsas, 25.557,49 (iyirmi beş min beş yüz əlli yeddi manat, 49 qəpik) AZN faiz borcunun tutulması; - tutmanın ipoteka ilə yüklü edilmiş, cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən 327.6 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə (1/3 hissə) yönəldilməsi, 28 dekabr 2017-ci il tarixli 295/M nömrəli kredit müqaviləsi üzrə cəmi 2.354.205,31 (iki milyon üç yüz əlli dörd min iki yüz beş manat, 31 qəpik) AZN borcun, bundan 2.317.004,96 (iki milyon üç yüz on yeddi min dörd manat, 96 qəpik) AZN əsas, 37.200,35 (otuz yeddi min iki yüz manat, 35 qəpik) AZN faiz borcunun tutulması; tutmanın ipoteka ilə yüklü edilmiş, cavabdehə məxsus ünvan 3 ünvanında yerləşən 50.9 kv.m ümumi sahəsi olan mənzilə yönəlməsi, 16 yanvar 2018-ci il tarixli 301/M nömrəli kredit müqaviləsi üzrə cəmi 3.412.571,28 (üç milyon dörd yüz on iki min beş yüz yetmiş bir manat, 28 qəpik) AZN borcun, bundan 3.342.200,00 (üç milyon üç yüz qırx iki min iki yüz) AZN əsas, 70.371,28 (yetmiş min üç yüz yetmiş bir manat, 28 qəpik) AZN faiz borcunun tutulması; - tutmanın ipoteka ilə yüklü edilmiş, cavabdehə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 177, mənzil ünvanında yerləşən 50.9 kv.m ümumi sahəsi olan mənzilə, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 64.3 kv.m olan mənzil və ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 195.7 kv.m olan mənzilə yönəlməsi, 15 fevral 2018-ci il tarixli 306/M nömrəli kredit müqaviləsi üzrə cəmi 4.698.216,78 (dörd milyon altı yüz doxsan səkkiz min iki yüz on altı manat, 78 qəpik) AZN borcun, bundan 4.624.226 (dörd milyon altı yüz iyirmi dörd min iki yüz iyirmi altı) AZN əsas, 73.990,78 (yetmiş üç min doqquz yüz doxsan manat, 78 qəpik) AZN faiz borcunun tutulması; - tutmanın ipoteka ilə yüklü edilmiş, cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən 11.7 kv.m yaşayış sahəsi olan mənzilə yönəlməsi, "xxxx" ASC ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli K3793 saylı kreditor müqaviləsi üzrə öhdəliklərin təminatı qismində silinmiş 2.022.500 (iki milyon iyirmi iki min beş yüz) ABŞ dolları məbləğində borcun tutulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 8.675 (səkkiz min altı yüz yetmiş beş manat) AZN dövlət rüsumunun və ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 527 (beş yüz iyirmi yeddi) manat rüsumun cavabdehdən tutulması, yuxarıdakı əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borclarına yönəlməsi, ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması, ipoteka predmetləri olan mənzillərə tutma yönəldikdə və mənzillər satıldıqdan sonra həmin mənzillər boşaldılaraq, alıcıya təhvil verilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır:

- İddiaçı ilə cavabdeh arasında bağlanmış 16 yanvar 2018-ci il tarixli, 301/M nömrəli kredit müqaviləsinə əsasən cavabdehə “daşınmaz əmlakların alınması (mənzillərin alınması)” məqsədləri üçün, illik 5% (beş) olmaqla 24 (iyirmi dörd) ay müddətinə 1.882.300 (bir milyon səkkiz yüz səksən iki min üç yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsinə 31 iyul 2019-cu il tarixli əlavəyə əsasən, 1 882 300 (bir milyon səkkiz yüz səksən iki min üç yüz) ABŞ dolları (Bağlanmış əlavəyə əsasən kreditin məbləği mübadilə edilərək AZN valyutasına çevrilmişdir) əsas məbləğdən 3.199.910 AZN məbləğində olan qalıq borcu və hesablanmış faiz borcu Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun (1 EURO = 1.8964 AZN) mübadilə edilərək 3.119.910 AZN = 1.687.320,26 AVRO əsas borc, 44.443,23 AZN = 23.435,58 AVRO faiz borcu təyin edilmiş, xx.xx.2020-ci il tarixli əlavəyə əsasən əsas məbləğdən 1.687.360,26 AVRO məbləğində olan qalıq borcunun (faiz borcu 32.460,38 AVRO) istifadə müddəti xx.xx.2021-ci il tarixinə qədər artırılmış, xx.xx.2020-ci il tarixli əlavəyə əsasən, əsas məbləğdən 1.687.320,26 AVRO məbləğində olan qalıq borcu və hesablanmış faiz borcu Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun AZN valyutasına (1 EURO = 1.9810 AZN) mübadilə edilir (əsas məbləğdən 1.687.320,26 AVRO = 3.342.660,68 AZN, 32.803,56 AVRO = 64.983,85 AZN faiz borcu təyin edilir) və kreditin istfadə müddəti bitmə tarixindən 12 ay müddətinə, xx.xx.2022 qədər artırılmış, xx.xx.2022-ci il tarixli əlavəyə əsasən, 3.342.200 AZN məbləğində olan kreditin qalıq məbləğinin istifadə müddəti, bitmə tarixindən 12 ay müddətinə, xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixinə kimi artırılmış, xx.xx.2023-cü il tarixli əlavəyə əsasən, 3.342.200 AZN məbləğində olan kreditin qalıq məbləğinin istifadə müddəti, bitmə tarixindən 24 ay müddətinə, xx.xx.2023-ci ildən xx.xx.2025-cü il tarixinə kimi artırılmışdır. - Kreditin təminatı kimi cavabdehə məxsus (Seriya RX, № 1242015, reyestr nömrəsi **********16-05101-093001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018) ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 50.9 kv.m olan mənzil, Cavabdeh MMC-yə məxsus (Seriya RX, № 1241528, reyestr nömrəsi **********16- 05101- 093002, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018) ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 64.3 kv.m olan mənzil və cavabdehə məxsus (Seriya RX, № 1241935, reyestr nömrəsi **********28-05101-093002, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018) ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 195.7 kv.m olan mənzil ipotekaya qoyulmuşdur. Sözügedən mənzillərin ipotekaya qoyulması barədə iddiaçı ilə cavabdeh arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. - Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2018-ci il tarixli 301/M nömrəli kredit müqaviləsinə əsasən, 09 yanvar 2024-cü il tarixinə cavabdehin kredit üzrə cəmi borcu 3.412.571,28 (üç milyon dörd yüz on iki min beş yüz yetmiş bir manat 28 qəpik) AZN təşkil edir. Bundan 3.342.200 (üç milyon üç yüz qırx iki min iki yüz ) AZN əsas, 70.371,28 (yetmiş min üç yüz yetmiş bir manat 28 qəpik ) AZN faiz borcu təşkil edir. - Bundan başqa, iddiaçı ilə cavabdeh arasında bağlanmış 27 oktyabr 2017ci il tarixli, 278/M nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə “daşınmaz əmlakın alınması (ofisin alınması)” məqsədləri üçün, illik 5% (beş) olmaqla 24 (iyirmi dörd) ay müddətinə 986.000 (doqquz yüz səksən altı min) ABŞ dolları məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsinə xx.xx.2018-ci il tarixli əlavəyə əsasən, verilmiş kreditin 986.000 (doqquz yüz səksən altı min) ABŞ dolları məbləğində qalıq hissəsi və ona hesablanmış 25.197 (iyirmi beş min yüz doxsan yeddi) ABŞ dolları məbləğində faiz borcu, kredit müqaviləsinin 9.1-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılaşması əsasında Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq ABŞ dollarına (1 ABŞ dolları – 1.70 manat) mübadilə edilərək xx.xx.2018-ci il tarixinə kredit məbləğinin istifadə olunmuş əsas məbləğdən qalıq hissəsi 1.676.200 (bir milyon altı yüz yetmiş altı min iki yüz) AZN məbləğində, faiz borcu isə 42.836 (qırx iki min səkkiz yüz otuz altı) AZN məbləğində təsdiqlənmiş, xx.xx.2019-cu il tarixli əlavəyə əsasən, əsas məbləğdən 1.676.200 AZN məbləğində olan qalıq borcu və hesablanmış faiz borcu Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun (1 AVRO = 1.8964 AZN) mübadilə edilir (1.676.200 AZN = 883.885,25 AVRO əsas borc, 22.128,95 AZN = 11.668,93 AVRO faiz borcu təyin edilmiş, xx.xx.2019-cu il tarixli əlavəyə əsasən, 883.885,25 AVRO məbləğində olan kreditin istifadə müddəti xx.xx.2020-ci il tarixinə kimi artırılmış, xx.xx.2022-ci il tarixli əlavəyə əsasən, verilmiş 986.000 (doqquz yüz səksən altı min) ABŞ dolları məbləğində olan kreditin (xx.xx.2020-cu il tarixli Əlavəyə əsasən AZN valyutasına mübadilə edilib) 1.792.872,84 AZN qalıq məbləğinin istifadə müddətinin (xx.xx.2021-ci il tarixli Əlavəyə əsasən xx.xx.2022-ci il tarixinə qədər artırılıb), xidmət haqqı tutulmamaq şərti ilə bitmə tarixində 24 (iyirmi dörd) ay müddətinə, xx.xx.2022-ci ildən xx.xx.2024-cü il tarixinə kimi artırılmışdır. - Kreditin təminatı kimi cavabdehə məxsus (Seriya RX, № 1188802, reyestr nömrəsi **********00-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017) ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 327.6 kv.m olan fərdi yaşayış evi (1/3 hissə) ipotekaya qoyulmuşdur. Sözügedən mənzilin ipotekaya qoyulması barədə iddiaçı ilə cavabdeh arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2017-ci il tarixli 278/M nömrəli kredit müqaviləsinə əsasən, xx.xx.2024-cü il tarixə cavabdehin kredit üzrə cəmi borcu 286.430,33 (iki yüz səksən altı min dörd yüz otuz manat 33 qəpik) AZN təşkil edir. Bundan 260.872,84 (iki yüz altmış min səkkiz yüz yetmiş iki manat 84 qəpik) AZN əsas, 25.557,49 (iyirmi beş min beş yüz əlli yeddi manat 49 qəpik ) AZN faiz borcu təşkil edir. - Bundan başqa, iddiaçı ilə cavabdeh arasında bağlanmış 28 dekabr 2017ci il tarixli, 295/M nömrəli kredit müqaviləsinə əsasən cavabdehə “daşınmaz əmlakın alınması” məqsədləri üçün, illik 6% (altı) olmaqla 24 (iyirmi dörd) ay müddətinə 1.294.042 (bir milyon iki yüz doxsan dörd min qırx iki) ABŞ dolları məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsinə xx.xx.2018-ci il tarixli əlavəyə əsasən, verilən 1.294.042 (bir milyon iki yüz doxsan dörd min qırx iki) ABŞ dolları məbləğində olan kreditin qalıq məbləği Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun mübadilə edilərək (1 ABŞ dolları = 1.70 AZN), əsas məbləğdən 1.276.941,59 ABŞ dolları məbləğində olan qalıq borcu 2.170.800,70 AZN, faiz məbləğində 5.214,29 ABŞ dolları qalıq borcu 8.864,29 AZN, cəmi 2.179.664,99 AZN təyin edilmiş, xx.xx.2019-cu il tarixli əlavəyə əsasən, əsas məbləğdən 2.170.800,70 AZN məbləğində olan qalıq borcu və hesablanmış faiz borcu Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun (1 AVRO = 1.8916 AZN) mübadilə edilir (2.170.800,70 AZN = 1.147.600,28 AVRO əsas borc, 42.692,89 AZN = 22.569,72 AVRO faiz borcu təyin edilir) və kreditin illik faiz dərəcəsi endirilərək 3% təyin edilmiş, xx.xx.2019-cu il tarixli əlavəyə əsasən, kreditin istifadə müddəti, bitmə tarixindən 12 (on iki) ay müddətinə xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixinə qədər artırılmış, xx.xx.2020-ci il tarixli əlavəyə əsasən, əsas məbləğdən 1.147.600,28 AVRO məbləğində olan qalıq borcu və hesablanmış faiz borcu Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun (1 AVRO = 2.0190 AZN) mübadilə edilir (əsas məbləğ 1.147.600,28 AVRO = 2.317.004,96 AZN, 13.157.86 AVRO = 26.565,72 AZN faiz borcu təyin edilir) və kreditin istifadə müddəti bitmə tarixindən 12 (on iki) ay müddətinə xx.xx.2021-ci il tarixinə qədər artırılmış, xx.xx.2021-ci il tarixli əlavəyə əsasən, 2.317.004,96 AZN qalıq məbləğinin istifadə müddəti, bitmə tarixindən 12 (on iki) ay müddətinə xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixinə qədər artırılmış, xx.xx.2022-ci il tarixli əlavəyə əsasən, 2.317.004,96 AZN qalıq məbləğinin istifadə müddəti, bitmə tarixindən 24 (iyirmi dörd) ay müddətinə xx.xx.2022-ci ildən xx.xx.2024-ci il tarixinə qədər artırılmışdır. - Kreditin təminatı kimi cavabdehə məxsus (Seriya RX, № 1216783, reyestr nömrəsi **********77-05101-093003, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018) ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 50.9 kv.m olan mənzil ipotekaya qoyulmuşdur. Sözügedən mənzilin ipotekaya qoyulması barədə iddiaçı ilə cavabdeh alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2017-ci il tarixli 295/M nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə cavabdehin kredit üzrə cəmi borcu 2.354.205,31 (iki milyon üç yüz əlli dörd min iki yüz beş manat, 31 qəpik) AZN təşkil edir. Bundan 2.317.004,96 (iki milyon üç yüz on yeddi min dörd manat, 96 qəpik) AZN əsas, 37.200,35 (otuz yeddi min iki yüz manat, 35 qəpik ) AZN faiz borcu təşkil edir. - Bundan başqa iddiaçı ilə cavabdeh arasında bağlanmış 15 fevral 2018-ci il tarixli, 306/M nömrəli Kredit xətti müqaviləsinə əsasən, cavabdehə “dövriyyə vəsaitinin artırılması” məqsədi ilə 1.957.000 (bir milyon doqquz yüz əlli yeddi min) ABŞ dolları məbləğində xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək faizlər rüblük, əsas məbləğ müddətin sonunda ödəməklə bərpa olunan kredit xətti açılmışdır. Kredit üzrə faiz dərəcəsi illik 5 (beş) % təşkil edir. Sözügedən kredit xətti müqaviləsinə xx.xx.2018ci il tarixli əlavəyə əsasən, 36 ay müddətinə, illik 5% hesablamaq şərti ilə açılan 1.850.000 (bir milyon səkkiz yüz əlli min) ABŞ dolları məbləğində olan kreditin limiti artırılaraq 2.200.000 (iki milyon iki yüz min) ABŞ dolları məbləğində təyin edilmiş, xx.xx.2019-cu il tarixli əlavəyə əsasən, kreditin qalıq məbləği Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun mübadilə edilərək (1 ABŞ dolları = 1.70 AZN), əsas məbləğdən 2.200.000 ABŞ dolları məbləğində olan qalıq borcu 3.740.000 AZN, faiz məbləğindən 12.874,89 ABŞ dolları qalıq borcu 21.887,31 AZN, cəmi 3.761.887,31 AZN təyin edilmiş, xx.xx.2019-cu il tarixli əlavəyə əsasən, əsas məbləğdən 3.740.000 AZN məbləğində olan qalıq borcu və hesablanmış faiz borcu Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun (1 AVRO = 1.8916 AZN) mübadilə edilir (3.740.000 AZN = 1.977.162,19 AVRO əsas borc, 61.294,95 AZN = 32.403,75 AVRO faiz borc təyin edilir) və kreditin illik faiz dərəcəsi endirilərək 3% təyin edilmiş, xx.xx.2020-ci il tarixli əlavəyə əsasən, 1.977.162,19 AVRO məbləğində olan qalıq məbləğ və hesablanmış faiz borcu Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun (1 ABŞ dolları = 1.70 AZN, 1 AVRO = 1.8395 AZN) 1.977.162,19 AVRO = 2.139.405,80 ABŞ dolları əsas məbləğ, 22.355,76 AVRO = 24.190,25 ABŞ dolları faiz məbləği təyin edilmiş, xx.xx.2020-ci il tarixli əlavəyə əsasən, kredit xəttinin limiti artırılaraq 2.700.000 (iki milyon yeddi yüz min) ABŞ dolları məbləğində təyin edilmiş, xx.xx.2020-ci il tarixli əlavəyə əsasən, kredit xəttinin limiti artırılaraq 3.700.000 (üç milyon yeddi yüz min) ABŞ dolları məbləğində təyin edilmiş, xx.xx.2020-ci il tarixli əlavəyə əsasən, 3.700.000 (iki milyon yeddi yüz min) ABŞ dolları məbləğində olan kreditin əsas məbləğdən 2.899.405,80 ABŞ dolları məbləğində olan qalıq borcu və hesablanmış faiz borcu Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun AZN valyutasına (1 ABŞ dolları = 1.70 AZN) mübadilə edilir (əsas məbləğdən 2.899.405,80 ABŞ dolları = 4.928.989,86 AZN, 28.288,48 ABŞ dolları = 48.090,42 AZN faiz borcu təyin edilir) və kreditin istifadə müddəti bitmə tarixindən 12 ay müddətinə, xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixinə qədər artırılmış, xx.xx.2022-ci il tarixli əlavəyə əsasən, 4.928.989,86 AZN məbləğində olan kreditin qalıq məbləğinin (əsas məbləğ 4.777.326, faiz 49.132,64) istifadə müddətinin, bitmə tarixindən 24 ay, xx.xx.2022-ci ildən xx.xx.2024-cü il tarixinə kimi artırılmışdır. - Kreditin təminatı kimi, satıcı X1 (Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti, Texniki İnventarlaşdırma və hüquqların Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, Seriya ÖM, № 021304 saylı Qeydiyyat Vəsiqəsinə əsasən, satıcıya məxsusdur) Azərbaycan Respublikası Daşınmaz Əmlakın təsvirinə, Dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 08AS/70 nömrəli arayışa əsasən, ona məxsus ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 11.7 kv.m olan, 1 otaqlı mənzili cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə öz növbəsində aldığı mənzili, öhdəliyin təminatı kimi Kreditor-İpoteka saxlayana ipotekaya qoymuşdur. Sözügedən mənzilin ipotekaya qoyulması barədə X1 (satıcı), cavabdeh (borc alan və ipoteka qoyan), və iddiaçı (ipoteka saxlayan) arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir.

15. Cavabdeh xx.xx.2024-cü il tarixli etirazını məhkəməyə göndərərək iddia ərizəsinin borcun alqı-satqı və ipoteka müqavilələrində göstərilən mənzillərə yönəldilməsi və mənzillər satıldıqdan sonra mənzillər boşaldılaraq alıcıya təhvil verilməsinə dair hissəsinin təmin edilməməsini xahiş etmişdir.

16. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən təyin edilmiş tikinti-texniki ekspertizaya "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli rəylərə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 179 ünvanında 8 nömrəli mənzilin bazar qiyməti 500.000 manat, likvid qiyməti 450.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 177 ünvanında yerləşən 5 nömrəli mənzilin bazar qimyəti 150.000 manat, likvid qiyməti 135.000 manat, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi bazar qimyəti 200.000 manat, likvid qiyməti 180.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 177 ünvanında yerləşən, 3 otaqlı mənzilin bazar qiyməti 120.000 manat, likvid qiyməti 107.000 manat məbləğində müəyyən olunmuşdur.

17. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, G-02/25-019 saylı məktubuna əsasən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Kiçik Dəniz küçəsi, dalan 1, ev 3, 7 nömrəli mənzil və Bakı şəhəri, Nəsimi rayonu, Todorski küçəsi, dalan 1 ünvanındakı mənzil söküldüyündən qiymətləndirmə işi aparılmamışdır.

18. Birinci instansiya məhkəməsinin 11 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, xx.xx.2017-ci il tarixli 278/M saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 260.872 (iki yüz altmış min səkkiz yüz yetmiş iki) manat, 84 (səksən dörd) qəpik, faiz borcu üzrə 25.557 (iyirmi beş beş yüz əlli yeddi) manat, 49 (qırx doqquz) qəpik olmaqla, cəmi 263.430 (iki yüz altmış üç min dörd yüz otuz) manat, 33 (otuz üç) qəpik məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və tutmanın ünvan 1 ünvanında yeləşən sahəsi 327.6 kv.m olan fərdi yaşayış evinin cavabdehə məxsus 1/3 hissəsinə ilkin satış qiyməti 180.000 (bir yüz səksən min) manat müəyyən edilməklə yönəldilməsi və açıq hərracda satılması, satışdan əldə olunacaq vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, xx.xx.2017ci il tarixli 295/M saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2.317.004 (iki milyon üç yüz on yeddi min dörd) manat, 96 (doxsan altı) qəpik, faiz borcu üzrə 37.200 (otuz yeddi min iki yüz) manat, 35 (otuz beş) qəpik olmaqla, cəmi 2.354.205 (iki milyon üç yüz əlli dörd min iki yüz beş) manat, 31 (otuz bir) qəpik məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, xx.xx.2018-ci il tarixli 301/M saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 3.342.200 (üç milyon üç yüz qırx iki min iki yüz) manat, faiz borcu üzrə 70.371 (yetmiş min üç yüz yetmiş bir) manat, 28 (iyirmi səkkiz) qəpik olmaqla, cəmi 3.412.571 (üç milyon dörd yüz on iki min beş yüz yetmiş bir) manat, 28 (iyirmi səkkiz) qəpik məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və tutmanın cavabdehə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 177 ünvanında yerləşən, ikimərtəbəli binada ümumi sahəsi 50.9 kv.m, yaşayış sahəsi 28.5 kv.m olan 3 otaqlı mənzilə ilkin satış qiyməti 107.000 (bir yüz yeddi min) manat, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 177 ünvanında yerləşən, ümumi sahəsi 64.3 kv.m olan 2 otaqlı, 5 nömrəli mənzilə ilkin satış qiyməti 135.000 (bir yüz otuz beş min) manat, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 179 ünvanında yerləşən, yaşayış sahəsi 57 kv.m olan 3 otaqlı 8 nömrəli mənzilə ilkin satış qiyməti 450.000 (dörd yüz əlli min) manat müəyyən edilməklə yönəldilməsi və açıq hərracda satılması, satışdan əldə olunacaq vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, xx.xx.2018-ci il tarixli 306/M saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 4.624.226 (dörd milyon altı yüz iyirmi min iki yüz iyirmi altı) manat, faiz borcu üzrə 73.990 (yetmiş üç min doqquz yüz doxsan) manat, 78 (yetmiş səkkiz) qəpik olmaqla, cəmi 4.698.216 (dörd milyon altı yüz doxsan səkkiz min iki yüz on altı) manat, 78 (yetmiş səkkiz) qəpik məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ipoteka predmetləri olan mənzillərə tutma yönəldikdə və mənzillər satıldıqdan sonra boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli K3793 saylı kredit müqaviləsi üzrə silinmiş pulun əvəzi olaraq 2.022.500 (iki milyon iyirmi iki min beş yüz) ABŞ dolları məbləğində pulun ödəniş günü Azərbaycan manatına uyğun məzənnə ilə, manatla cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 7.884 (yeddi min səkkiz yüz səksən dörd) manat 84 (səksən dörd) qəpik məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş pulun əvəzi olaraq 527 (beş yüz iyirmi yeddi) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

19. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:

- Cavabdeh özünün xx.xx.2024-cü il tarixli etirazında iddia tələbinin yalnız borcun alqı-satqı və ipoteka müqavilələrində göstərilən mənzillərə yönəldilməsi və mənzillər satıldıqdan sonra mənzillər boşaldılaraq alıcıya təhvil verilməsinə dair hissəsinin təmin edilməməsini xahiş etməklə iddiaçı ilə kredit müqavilələrini bağladığını və müqavilələr üzrə kredit götürdüyünü qəbul etmiş və tələb edilən məbləğlərə dair etiraz etməmişdir. - Tələbin ipoteka predmetlərinə yönəldilməsi ilə əlaqədar iddia tələbinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən təyin edilmiş tikinti-texniki ekspertizaya "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli rəylərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 179 ünvanında 8 nömrəli mənzilin bazar qiyməti 500.000 manat, likvid qiyməti 450.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 177 ünvanında yerləşən 5 nömrəli mənzilin bazar qimyəti 150.000 manat, likvid qiyməti 135.000 manat, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi bazar qimyəti 200.000 manat, likvid qiyməti 180.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 177 ünvanında yerləşən, 3 otaqlı mənzilin bazar qiyməti 120.000 manat, likvid qiyməti 107.000 manat məbləğində müəyyən olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, Kiçik Dəniz küçəsi, dalan 1, ev 3, 7 nömrəli mənzil və Bakı şəhəri, Nəsimi rayonu, Todorski küçəsi, dalan 1 ünvanındakı mənzil söküldüyündən qiymətləndirmə işi aparılmamışdır. Məhkəmə Bakı şəhəri, Nəsimi rayonu, Kiçik Dəniz küçəsi, dalan 1, ev 3, 7 nömrəli mənzil və Bakı şəhəri, Nəsimi rayonu, Todorski küçəsi, dalan 1 ünvanındakı mənzil istisna olmaqla digər ipoteka predmetlərinə yönəldilməsi qərarına gəlmişdir. - İddianın “ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması” hissəsi ilə bağlı isə bildirilmişdir ki, qətnamə ilə pulun tutulması qət edildiyindən ipoteka predmeti satıldıqdan sonra vəsait kifayət etməszə pulun tutulması ümumi qaydada həyata keçiriləcəyindən iddianın qeyd edilən hissəsi təmin edilə bilməz.

20. Cavabdehin nümayəndəsi qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, iddianın ipoteka predmetləri olan mənzillərə tutma yönəldildikdə və mənzillər satıldıqdan sonra boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi hissəsinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit xətti müqaviləsinə sonradan əlavələr edilsə də, həmin kreditin təminatı olan alqı-satqı və ipoteka müqavilələrinə əlavələr edilməmişdir. Bu səbəbdən ipoteka müqaviləsi etibarsız sayılmalı və tələbin təmini üçün ipoteka predmetlərinə tutma yönəldilməməlidir. Həmçinin, birinci instansiya məhkəməsi ipoteka müqavilələri üzrə iddia müddətinin ötürülməsinə hüquqi qiymət verməmiş və nəticədə iddia müddətini tətbiq etməməklə mülki qanunvericiliyin tələblərini də pozmuşdur.

Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

22. Apellyasiya şikayət(lər)inə qarşı yazılı etiraz(lar) verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

23. 24.09.2025-ci il tarixli məhkəmə iclası tərəflərin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə xx.xx.2025-ci il tarixə, saat 15:45-ə təxirə salınmışdır.

24. 13.10.2025-ci il tarixdə AZEMİS elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə tərəfindən apellyasiya şikayətindən imtina edilməsi ilə bağlı ərizə daxil olmuşdur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.

26. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.

27. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh öz apellyasiya şikayətindən imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-556/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən onun imtinası qəbul edilsin və cavabdehə münasibətdə apellyasiya icraatına xitam verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar