Məhkəmə qərarları › İş №2-2(103)-748/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-748/2020

08.12.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-748/2020 08.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-274/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 344146.85 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 504000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(113)-274/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh “xxxx” MMC həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əlavə edilən ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2-2(113)-274/2020 saylı qərardadı ilə ərizə təmin edilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan zərfdən (i/v 98) görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(113)-274/2020 saylı qətnaməsinin surəti cavabdeh “xxxx” MMC-nin faktiki ünvanına göndərilmiş, lakin poçt orqanı tərəfindən ünvanın düzgün olmaması səbəbi ilə çatdırılmadan geri qaytarılmışdır. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi xx xxxxxxxx 2020-ci il tarixdə qətnamənin surətinin ona rəsmi qaydada verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və həmin tarixdə də qətnamənin surəti ona rəsmi qaydada verilmişdir. Eyni zamanda cavabdehin apellyasiya şikayəti xx xxxxxxxx 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi cavabdeh tərəfindən Mülki Prosessual Məcəllənin 360-cı maddəsində göstərilmiş 1 aylıq müddət ötürülməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Ona görə də, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, cavabdehin apellyasiya şikayəti vaxtında verilmiş hesab edilməli və bu səbəbə görə müddətin bərpası barədə ərizə təmin edilməməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-274/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə təmin edilməsin və apellyasiya şikayəti vaxtında verilmiş hesab edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar